Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-933/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X23 adına verilmiş çıxarışın və həmin çıxarışa əlavə olan torpaq sahəsinin planı və ölçüsünün; X24 adına verilmiş çıxarışın və həmin çıxarış əlavə olan torpaq sahəsinin planı və ölçüsünün; X14 adına verilmiş çıxarışın və həmin çıxarış əlavə olan torpaq sahəsinin planı və ölçüsünün; İddiaçı Quba rayonu Qrız bələdiyyəsinin 22 may 2006-cı il tarixli, 11 saylı qərarı ilə verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş Dövlət Torpaq və Kadastr Kitabında 19 iyun 2008-ci il tarixində 783 nömrə ilə uçota alınmış AN 046792 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 0,12 ha torpaq sahəsi (həmin torpaq sahəsinin koordinantları daxilində) üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(118)-87/2025 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X25 adına verilmiş **********867 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X26 adına verilmiş **********885 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X14 adına verilmiş **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X23 adına verilmiş çıxarışın və həmin çıxarışa əlavə olan torpaq sahəsinin planı və ölçüsünün; X24 adına verilmiş çıxarışın və həmin çıxarış əlavə olan torpaq sahəsinin planı və ölçüsünün; X14 adına verilmiş çıxarışın və həmin çıxarış əlavə olan torpaq sahəsinin planı və ölçüsünün; İddiaçı Quba rayonu Qrız bələdiyyəsinin 22 may 2006-cı il tarixli, 11 saylı qərarı ilə verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş Dövlət Torpaq və Kadastr Kitabında 19 iyun 2008-ci il tarixində 783 nömrə ilə uçota alınmış AN 046792 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 0,12 ha torpaq sahəsi (həmin torpaq sahəsinin koordinantları daxilində) üst-üstə düşən hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli protokol qəraradı ilə cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1988-ci ildə Quba rayonu Qırız-Dəhnə kəndində anadan olmuşdur. Yaşadığı yerdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınması məqsədilə 02 may 2006-cı ildə Quba rayonu Qırız bələdiyyəsinə müraciət etmişdir. Quba rayonu Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən ona Quba rayonu Qırız bələdiyyəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 22 may 2006-cı il tarixdə aldığı torpaq sahəsi yerində tanıdılaraq təhkim edilmişdir. Həmin qərardan sonra Quba rayonu Qırız bələdiyyəsi ilə aralarında torpaq sahəsinin alqısatqısına dair 01 dekabr 2006-cı il tarixdə akt tərtib edilmişdir. Həmin torpaq sahəsinin alınmasına görə Azərbaycan Beynalxalq bankının Quba filialına bələdiyyənin hesabına pul ödəmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəməkmə Komitəsinin Torpaq sahəsi tərəfindən 19 iyun 2008-ci il tarixdə planı və ölçüsü tərtib edilmiş və torpaq sahəsinin koordinatları təsdiq edilmişdir. 22 may 2006-cı il tarixdən hal-hazıra kimi həmin torpaq sahəsi sahibliyindədir. Torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış alınması sənədlərimi təqdim etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin ona ünvanlanmış 12 may 2020-ci il tarixli məktubunda sənədlərinə baxıldığı bildirilmiş, təqdim etdiyi sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı Quba rayonu Qırız bələdiyyəsinin 22 iyun 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş dövlət reyestrindən çıxarışlarla kəsişdiyi bildirilmiş və torpaq sahəsinə çıxarış verilməsindən imtina olunmuşdur. .Adına verilmiş 0.12 ha torpaq sahəsinə kimlərə verilmiş çıxarışlarla kəsişdiyi barədə vəkil sorğusu verilmişdir. Sorğuya verilmiş ona məxsus torpaq sahəsi üzərində X33 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli və X34 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli və X15 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışla kəsişdiyi məlum olmuşdur. X33 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan sənəd araşdırdıqda məlum olmuşdur ki, Quba rayonu Qırız bələdiyyəsinin 14 dekabr 2006-cı ıl tarixli 24 saylı iclas protokolundan çıxarışa əsasən X33 Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi verilməsi bildirilmişdir. Bundan sonra X42 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 24 dekaər 2007-ci 11 tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair 10 oktyabr 2008- ci il taridə torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Göründüyü kimi Quba rayonu Qırız bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsinin üzərində cavabdeh X33 çıxarış verilə bilməzdi. Ona görə ki, ona torpaq sahəsi X18 əvvəl verilmişdir. Belə ki, Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolu ilə ona 14 dekabr 2006-cı il tarixli 24 saylı iclas protokolu ilə Sahib Mədinova 01 dekabr 2006-cı il tarixdə tərtib edilmiş 30 dekabr 2006-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsimlə 3331 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya, 24 dekabr 2007-cı il tarixdə tərtib edilmiş 29 dekabr 2007-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 2022 nömrə qeydiyyata alınmış alqısatqı müqaviləsinə əsasən Sahib Mədinova həmin torpaq sahəsinin planı və ölçüsü iddiaçının adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə X59 Kitabında qeydə alınmış, X23 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 10 oktyabr 2008ci il tarixdə 1030 nömrə ilə X59 Kitabında qeydə alınmışdır. X15 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan sənədləri araşdırdıqda məlum olmuşdur ki, Quba rayonu Qırız bələdiyyəsinin 20 avqust 2007-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən X15 Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi verilməsi bildirilmişdir. Bundan sonra X10 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 18 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə 05 dekabr 2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Göründüyü kimi Quba rayonu Qırız bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş 0.12 ha torpaq sahəsinin üzərində cavabdeh X16 çıxarış verilə bilməzdi. Ona görə ki, iddiaçıya torpaq sahəsi X11 əvvəl verilmişdir. Belə ki, Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolu ilə ona, 20 avqust 2007-cı il tarixli 12 saylı iclas protokolu ilə Məkanət Aslanovaya. 01 dekabr 2006-cı il tarixdə tərtib edilmiş 30 dekabr 2006-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 3331 nömrə qeydiyyata alınmış alqısatqı müqaviləsinə əsasən iddiaçıya, 18 may 2007-cı il tarixdə tərtib edilmiş 25 noyabr 2008-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 515 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Məkanət Aslanovaya həmin torpaq sahəsinin planı və ölçüsü iddiaçının adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə X59 Kitabında qeydə alınmış X14 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 05 dekabr 2008-ci il tarixclə 1087 nömrə ilə X59 Kitabında qeydə alınmışdır. X34 Hüquqların Dövlət «qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan sənədləri araşdırdıqda məlum olmuşdur ki, Quba rayonu Qırız bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı iclas protokolundan çıxarışa əsasən X34 Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0.12 ha torpaq sahəsi verilməsi bildirilmişdir. Bundan sonra X43 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 24 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0.12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə 10 oktyabr 2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Göründüyü kimi Quba rayonu Qırız bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmiş 0.12 ha torpaq sahəsinin üzərində cavabdeh X16 çıxarış verilə bilməzdi. Ona görə ki, iddiaçıya torpaq sahəsi X19 əvvəl verilmişdir. Belə ki, Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolu ilə iddiaçıya, 14 dekabr 2006-cı il tarixli 24 saylı iclas protokolu ilə Nərgiz Mədinovaya, 01 dekabr 2006-cı il tarixdə tərtib edilmiş 30 dekabr 2006-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 3331 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya, 24 dekabr 2007-cı il tarixdə tərtib edilmiş 29 dekabr 2007cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 2021 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Nərgiz Mədinovaya, həmin torpaq sahəsinin planı və ölçüsü iddiaçının adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə X59 Kitabında qeydə alınmış X28 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 10 oktyabr 2008-ci il tarixdə 1029 nömrə ilə X59 Kitabında qeydə alınmışdır. İddiaçı ilk əvvəl cavabdeh və üçüncü şəxslərə qarşı iddia ərizəsilə Quba Rayon Məhkəməsinə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X23 adına verilmiş **********867 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli MA seriyalı ******* nömrəli Çıxarışın, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X24 adma verilmiş **********885 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X14 adına verilmiş **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini dair xahiş etmişdir. İş üzrə məhkəmənin iclasları keçirilmiş, iş üzrə mütəxəssis rəyi alınmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində təsdiq edilmişdir. Bundan sonra Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-0000/2022 nömrəli qərardadı ilə işə inzibati qaydada baxılması əsası ilə baxılmamış saxlanılmışdır. Bundan sonra həmin çıxarışların ləğv edilməsi tələbinə ərizə ilə cavabdeh orqana qarşı müraciət etmişdir. Cavabdeh orqan həmin çıxarışların ləğv edilməsini yalnız məhkəmənin qərarı ilə mümkün olduğunu bildirmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi Vəkil1 Quba rayonu Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahələrinə dair vətəndaş X23, X24 və X14 mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən çıxarışlarının ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: "Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan X23, X24 və X14 adlarına verilmiş çıxarışların ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür." İddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, Quba rayonu Quba bələdiyyəsinin adına verilmiş dövlət reyestrindən çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatına əsas olan bələdiyyə tərəfindən verilmiş torpaqayırma sənədləri əsasında hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlaktn özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlaktn dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşə baxan məhkəmə tərəfindən X27, (X46 qanun üzrə vərəsəsi) X43 və X42 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Quba rayon Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı protokol qərarı ilə iddiçıya perspektiv inkişaf fondunda nəzərdə tutulan ərazidən alqı-satqı yolu ilə 0.12 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin alqı-satqısına dair akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində xx.xx.2006-cı il tarixdə 3331 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsinin planı və ölçüsünün, Dövlət Torpaq ə Xəritəçəkmə Komitəsinin rəyi iş materiallarına əlavə edilmişdir. Quba rayon Qrız bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı Protokol Qərarı ilə X6 perspektiv inkişaf fonduna aid alqısatqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədilə 0.12 ha torpaq sahəsi satılmışdır. Quba rayon Qrız bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı Protokol Qərarı ilə X7 perspektiv inkişaf fonduna aid alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədilə 0.12 ha torpaq sahəsi satılmışdır. Quba rayonu Qrız bələdiyyəsinin 20 avqust 2007-ci il tarixli 12 №li qərarı ilə X15 0. 12 ha torpaq sahəsi satılmışdır. Reyestr nömrəsi **********67, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Qrız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi X23 mülkiyyətindədir. Reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayon Qrız-dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi X24 mülkiyyətindədir. Reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Qrız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi X14 mülkiyyətindədir. Quba rayon Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli 2(027)-45/2017 saylı qətnaməsinə əsasən iddiaçılar X14, X20 və X24 iddiası qismən təmin edilmiş; cavabdeh X12 MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin cənubşərq tərəfindən 755 kv.metr hissəsindən, MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən .X2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin şimal tərəfindən 587 kv.metr hissəsindən və MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin şərq tərəfinin 216 kv.metr hissəsindən çıxarılması; iddiaçı X27, X36 və X24 digər tələbləri hissəsində və X35 və X23 iddia tələbləri hissəsində təmin edilməməsi qət edilmişdir. Əlik Bələdiyyəsinin sədrinin, ƏMDK DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisinin, S.Mədinovun iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlar faktiki yerindən fərqli olduğu üçün mülkiyyətçinin idarəyə təqdim etdiyi ərizəyə əsasən ərazidə ölçmə işləri aparılmış və torpaq sahəsinin faktiki göstərilən döngə nöqtələrinin koordinatları müəyyən olunduqdan sonra iştirakçıların imzası ilə akt tərtib edilmişdir. (cild 1, i.v 98) Əlik Bələdiyyəsinin sədrinin, ƏMDK DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisinin, N.Mədinovanın iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlar faktiki yerindən fərqli olduğu üçün mülkiyyətçinin idarəyə təqdim etdiyi ərizəyə əsasən ərazidə ölçmə işləri aparılmış və torpaq sahəsinin faktiki göstərilən döngə nöqtələrinin koordinatları müəyyən olunduqdan sonra iştirakçıların imzası ilə akt tərtib edilmişdir. (cild 1, i.v 107) Əlik Bələdiyyəsinin sədrinin, ƏMDK DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisinin, M.Aslanovanın iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlar faktiki yerindən fərqli olduğu üçün mülkiyyətçinin idarəyə təqdim etdiyi ərizəyə əsasən ərazidə ölçmə işləri aparılmış və torpaq sahəsinin faktiki göstərilən döngə nöqtələrinin koordinatları müəyyən olunduqdan sonra iştirakçıların imzası ilə akt tərtib edilmişdir. (cild 1, i.v 116) Quba rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(027)-47/2022 saylı qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli 10/3133 saylı ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Quba rayonu, Qırız Bələdiyyəsinin 22 may 2006- cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu, Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş X50 kitabında 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə qeydə alınmış AN 046792 nömrəli 012 ha torpaq sahəsi cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları daxilində yerləşir. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Quba rayonu, Qırız Bələdiyyəsinin 22 may 2006- cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu, Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş X50 kitabında 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə qeydə alınmış AN 046792 nömrəli 0.12 ha torpaq sahəsi koordinatları daxilində başqa şəxsə çıxarış verilmişdir. (X33 verilmiş **********67 reyestr nömrəli çıxarış 0.12 ha, X34 verilmiş **********85 reyestr nömrəli çıxarış, X15 verilmiş **********68 reyestr nömrəli çıxarış) Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Quba rayonu, Quiz Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 sayİı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu, Qırız kəndində verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfində təsdiq edilmiş X50 kitabında 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə qeydə alınmış AN 046792 nömrəli 0.12 ha torpaq sahəsi koordinatları ilə Hüquqları Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən NA seriyalı 005791 nömrəli Çıxarışın və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövk Reyestrindən NA seriyalı ******* nömrəli Çıxarışın koordinatları ilə üstüstə düşür. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Quba rayonu, Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş X50 kitabında 19 iyun 2008-ci ıl tarixdə 783 nömrə ilə qeydə alınmış A 046792 nömrəli 0.12 ha torpaq sahəsi koordinatları ilə X37 Quba rayon Qrız Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş X50 kitabında 10 oktyabr 2008-ci il tarixdə 1030 nömrə ilə qeyd alınmış 0.12 ha torpaq sahəsinə dair AN 083012 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş əsas döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Quba rayonu, Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş X62 kitabında 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə qeydə alınmış AN 04679 nömrəli 0.12 ha torpaq sahəsi koordinatları ilə X15 Quba rayon Qrız Bələdiyyəsinin 20 avqust 2006-cı il tarixli 24 saylı qərarı ilə fərdi yaşayış evini tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş X50 kitabında 05 dekabr 2008-ci il tarixdə 1087 nömrə ilə qeydə alınmış 0.1 ha torpaq sahəsinə dair AN 112460 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qey edilmiş əsas döngə nöqtələrinin koordinatları üst- üstə düşmür. "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Quba rayonu, Qırız Bələdiyyəsinin 22 may 2006- cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş X50 kitabında 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə qeydə alınmış AN 046792 nömrəli 12 ha torpaq sahəsi koordinatları ilə X34 Quba rayon Qırız Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təsdiq edilmiş X50 kitabında 10 oktyabr 2008-ci il tarixdə 1029 nömrə ilə qeydə alınmış 12 ha torpaq sahəsinə dair AN 083011 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş əsas döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Quba rayonu, Qırız- Dəhnə Bələdiyyəsinin qərarı ilə verilmiş 0.12 həyətyanı torpaq sahəsinin ilkin sxemində koordinatlar olmadığından həmin toıpaq sahəsinin Quba rayonu torpaq şöbəsinin verdiyi kadastr planındakı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmamışdır. Əlik bələdiyyəsinin 29 aprel 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, vətəndaşlar Mədinov Sahib, Mədinov Nərgiz, Aslaona Məkanət, X48 Nizaməddin və X51 rayon Qırız- Dəhnə kəndində verilmiş həyətyanı torpaq sahələrinin ölçüləri yerində araşdırılmışdır. Araşdırmadan sonra Mədinov Sahib, Mədinova Nərgiz və Aslanova Məkanətə həyətyanı torpaq sahələrinin ölçüləri yerində yenidən təyin edilib göstərilmişdir. Ancaq iddiaçılar Sədıyeva Samirə, Sədiyev Nizaməddin və Mehdiyev Yadigar həyətyanı torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsinə dəvət olunmasına baxmayaraq ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etmişdirlər. Aparılmış yeni ölçülər əsasında "Çıxarış" almaq üçün vətəndaşlara yeni kadastr planı yenidən tərtib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 271/2023 saylı məktubu ilə X33 məxsus Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair **********67 reyest nömrəli, X34 məxsus Quba rayonu, Qırız- Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair **********85 reyestr nömrəli və X15 məxsus Quba rayonu, Qırız-Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinə dair **********68 reyest nömrəli çıxarışların və onların verilməsi üçün əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Quba rayon Əlik Bələdiyyəsinin 26 may 2023-cü il tarixli 17 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolunun çıxarışına əsasən 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bunun əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xərıtəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 19 iyun 2008-cı il tarixində plan və ölçü tərtib edilmiş və torpaq sahəsinin kordinatları təsdiq edilmişdir. Lakin Quba rayon Torpaq şöbəsi kordinatlan təsdiq etdikdə Quba rayon Əlik (Qırız) bələdiyyəsinin verdiyi ilkin sxemə uyğun olmayaraq həyətyanı torpaq sahəsinin plan və ölçüsünü, qonşu sərhədlərini və ərazinin plan istiqamətini düzgün qeydə almamışdır. Bunu İddiaçı atası X9 2009-cu il tarixində Quba Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində təsdiq etmişdir. Həmin uyğunsuzluq Quba rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(027)24/2010 nömrəli qərardada əsasən təyin edilmiş mütəxəssis rəyində də öz əksini tapmışdır. Bundan sonra 2010 cu il aprel ayında Quba rayon torpaq şöbəsinin mütəxəssisi, sahə müvəkkilinin və mənim iştirakım ilə vətəndaşlar Mədinov Sahib, Mədinov Nərgiz, Aslaona Məkanət, Sədiyeva Samirə (qızlıq soyadı), Sədiyev Nizaməddin, Mehdiyev Yadigar, İddiaçı və digərlərinin Quba rayon Qırız-Dəhnə kəndində verilmiş həyətyanı torpaq sahələrinin ölçüləri yerində araşdırılmışdır. Araşdırmadan sonra Mədinov Sahib, Mədinova Nərgiz və Aslanova Məkanətə həyətyanı torpaq sahələrin ölçüləri yerində yenidən təyin edilib göstərilmişdir. Ancaq iddiaçılar Sədiyeva Samirə, Sədiyev Nizaməddin, Mehdiyev Yadigar, İddiaçı və digərləri həyətyanı torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsi üçün dəvət olunmasına baxmayaraq ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etdilər. Aparılmış yeni ölçülər əsasında "Çıxarış" almaq üçün vətəndaşlara yeni kadastr planı yenidən tərtib edilmişdir. Lakin, 2017-ci ildə Quba rayon məhkəməsinin ış № 2-(027)-45/2017 olan məhkəmə işi ilə əlaqədar əraziyə baxış keçirildikdə məlum olmuşdur ki 2010-cu ildə DƏDRX-nın 5 saylı Xaçmaz rayon ərazi idarəsində döngə nöqtələri vurulduqda ərazinin döngə nöqtələri Qudyalçay istiqamətində sürüşdürülmüşdür. Bununla əlaqədar 2017-ci ilin sentyabr ayında 5 saylı DƏDRX-nın Quba rayon şöbəsinin əməkdaşı və mənim iştirakım ilə boş əraziyə yenidən baxış keçirilərək akt tərtib olunmuşdur. Bundan sonra X43, X27, X42, X35 və X29 yeni döngə nöqtələri göstərilmişdir. Buna əsasən vətəndaşlar yeni çıxarış almışdırlar. X8, İddiaçı, X38, X9 və digər qonşular torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsi üçün dəvət olunmasına baxmayaraq yeni ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etmişdirlər. İddiaçı Əlik bələdiyyəsinə rəsmi müraciət etsə, həmin əraziyə bitişik ərazidə yenidən həyətyanı torpaq sahəsinin yeni ölçülərini Daşınmaz Əmlakın Quba rayon şöbəsi ilə birlikdə aktlaşdırıb, yeni kordinatlar təyin edib göstərilə bilər. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publk hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 11 iyul 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2-1 (118)-1097/2023 inzibati iş üzrə məhkəmənin icraatında olan İddiaçı ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia tələbi üzrə İddiaçı sahibliyində olan 0.12 ha torpaq sahəsinin koordinatları daxilində X33 **********67 reyestr nömrəli çıxarış, X34 **********85 reyestr nömrəli çıxarış və X15 **********68 reyestr nömrəli çıxarışların plan və ölçü sənədlərində 2010-cu ildə və sonradan torpaq sahələrinin koordinatlarının dəyişdirilməsinə əsas olmuş hallar araşdırılmışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd olunanlar müəyyən edildi. X33 verimiş **********67 reyestr nömrəli çıxarış, X34 verilmiş **********85 reyestr nömrəli çıxarış və X15 verilmiş **********68 reyestr nömrəli çıxarışların ilkin torpaqayırma sənədlərində DT və XK-i tərəfindən tərtib olunmuş plan və ölçülərdə göstərilən koordinatlar xəritə materiallarında meşə fondu ərazisinə düşdüyündən 2010-cu ildə və sonradan Qrız bələdiyyəsi və DT və XK tərəfindən koordinatları dəyişdirilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X63 filialının 02 avqust 2023-cü il tarixli məktubu ilə Quba rayonu Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı, 14 dekabr 2006-cı il tarixli 24 saylı, 20 avqust 2007-ci il tarixli 12 saylı protokollardan çıxarışlar və əlavə sənədlərin ksero surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 11 aprel 2025-ci il tarixli 3-21-334/2- 4447/2025 saylı məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, İddiaçı Quba rayon Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış 1200 kv.m torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən A№046792 saylı, 19 İyun 2008-ci il tarixli, 783 nömrəli Plan-ölçü (kadastr planı) sənədi verilmişdir. Plan-ölçü sənədində göstərilən koordinatlara əsasən ayrılmış torpaq sahəsinin 0.0589 ha hissəsi MA seriyalı ******* nömrəli çıxarışa əsasən X24 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə, 0,0366 ha hissəsi MA seriyalı ******* nömrəli çıxarışa əsasan X23 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0235 ha hissəsi MA seriyalı ******* nömrəli çıxarışa əsasən X14 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmin ərazi üç tərəfdən mişar daşi ilə hasarlanmışdır. Əlavə olaraq sözügedən mübahisəli torpaq sahəsi yerləşən massiv (ərazi) baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X4b uqodiyası meşə ilə örtülü sahələr kimi göstərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(118)-87/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən X23 adına verilmiş **********867 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarış və həmin çıxarışa əlavə olan AN 213095 nömrəli, xx.xx.2017-ci il tarixli, **********867 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X24 adına verilmiş **********885 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarış və həmin çıxarışa əlavə olan AN 213097 nömrəli, xx.xx.2017-ci il tarixli, **********885 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X14 adına verilmiş **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarış və həmin çıxarışa əlavə olan AN 213096 nömrəli, xx.xx.2017-ci il tarixli, **********868 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü; İddiaçı Quba rayonu Qrız bələdiyyəsinin 22 may 2006-cı il tarixli, 11 saylı qərarı ilə verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş Dövlət Torpaq və Kadastr Kitabında 19 iyun 2008-ci il tarixində 783 nömrə ilə uçota alınmış AN 046792 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş 0,12 ha torpaq sahəsi ilə (həmin torpaq sahəsinin koordinantları daxilində) üst-üstə düşən hissədə ləğv edilməsi, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində olan məlumatların silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. (hakim Aynur Axundova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi iddiaçıya bələdiyyə qərarı ilə öncədən ayrılmış, torpaq sahəsinin dəyəri ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya satılmış torpaq sahəsinə sonradan başqa şəxslərin mülkiyyət hüququnun qeydə alınması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Göründüyü kimi iddiaçının adına verilmiş A №046792 saylı plan-ölçü sənədi qüvvədə olduğu halda, qeyd edilən plan-ölçü sənədinin koordinatları daxilində yerləşən topraq sahəsi üzərində üçüncü şəxslərə müvafiq çıxarışlar və plan-ölçü sənədləri verilmişdir. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi həmin nəticə qanuni və əsaslı deyildir. Belə ki, Quba rayon Əlik Bələdiyyəsinin 26 may 2023-cü il tarixli 17 saylı arayışında qeyd edilmişdir ki, “İddiaçı 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolunun çıxarışına əsasən 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bunun əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 19 iyun 2008-ci il tarixində plan və ölçü tərtib edilmiş, və torpaq sahəsinin kordinatları təsdiq edilmişdir. Lakin Quba rayon torpaq şöbəsi kordinatları təsdiq etdikdə Quba rayon Əlik (Qırız) bələdiyyəsinin verdiyi ilkin sxemə uyğun olmayaraq həyətyanı torpaq sahəsinin plan və ölçüsünü, qonşu sərhədlərini və ərazinin plan istiqamətini düzgün qeydə almamışdır. Bunu İddiaçı atası X9 2009-cu il tarixində Quba rayon məhkəməsinə verdiyi iddia ərizəsində təsdiq etmişdir. Həmin uyğunsuzluq Quba rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(027)-24/2010 nömrəli qərardada əsasən təyin edilmişmütəxəssis rəyində də öz əksini tapmışdır. Bundan sonra 2010-cu il aprel ayında Quba rayon torpaq şöbəsinin mütəxəssisi, sahə müvəkkilinin və mənim iştirakım ilə vətəndaşlar Mədinov Sahib, Mədinov Nərgiz, Aslaona Məkanət, Sədiyeva Samirə (qızlıq soyadı), Sədiyev Nizaməddin, Mehdiyev Yadigar, İddiaçı və digərlərinin Quba rayon Qırız- Dəhnə kəndində verilmiş həyətyanı torpaq sahələrinin ölçüləri yerində araşdırılmışdır. Araşdırmadan sonra Mədinov Sahib, Mədinova Nərgiz və Aslanova Məkanətə həyətyanı torpaq sahələrin ölçüləri yerində yenidən təyin edilib göstərilmişdir. Ancaq iddiaçılar Sədiyeva Samirə, Sədiyev Nizaməddin, Mehdiyev Yadigar, İddiaçı və digərləri həyətyanı torpaq sahələrinin ölçülərinin yenidən yerində təyin edilməsi üçün dəvət olunmasına baxmayaraq ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etdilər. Aparılmış yeni ölçülər əsasında "Çıxarış" almaq üçün vətəndaşlara yeni kadastr planı yenidən tərtib edilmişdir. Lakin 2017-ci ildə Quba rayon məhkəməsinin 2(027)-45/2017 saylı məhkəmə işi ilə əlaqədar əraziyə baxış keçirildikdə məlum olmuşdur ki, 2010-ci ildə DƏDRX- nin 5 saylı Xaçmaz rayon ərazi idarəsi döngə nöqtələrini vurduqda ərazinin döngə nöqtələri Qudyalçay istiqamətində sürüşdürülmüşdür. Bununla əlaqədar 2017-ci ilin sentyabr ayında 5 saylı DƏDRX-nin Quba rayon şöbəsinin əməkdaşı və mənim iştirakım ilə boş əraziyə yenidən baxış keçirilərkən akt tərtib olunmuşdur. Bundan sonra X43, X27, X42, X35, X29 yeni döngə nöqtələri göstərilmişdir. Buna əsasən vətəndaşlar yeni çıxarışlar almışlar. X8, İddiaçı, X38, X9 və digər qonşular torpaq sahələrinin ölçülərinin yerində təyin edilməsi üçün dəvət olunmasına baxmayaraq yeni ölçülərin aparılmasında iştirak etməkdən səbəbsiz olaraq imtina etmişdilər. İddiaçı Əlik bələdiyyəsinə rəsmi müraciət etsə, həmin əraziyə bitişik ərazidə yenidən həyətyanı torpaq sahəsinin yeni ölçülərini Daşınmaz Əmlakın Quba rayon şöbəsi ilə birlikdə aktlaşdırıb, yeni kordinatlar təyin edib göstərilə bilər. Bununla bağlı olaraq bildiririk ki, qeyd olunan torpaq sahələri uzun illərdir ki, X39 (X14 qanun üzrə vərəsəsi) X24 və X23 istifadəsindədir. Sərhədləri müəyyən edilmişdir. Qırız bələdiyyəsinin də məhkəməyə ünvanlanmış arayışında da iddiaçının torpaq sahəsinin boş vəziyyətdə mövcud olduğu qeyd edilmişdir. İddiaçı boş torpaq sahəsi üzərində hüququn qeydə alınmasını tələb edə bilər. Həmçinin bildiririk ki, Quba rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(027)-24/2010 nömrəli qərardadının icrası ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırmaya dair Mütəxəssis Rəyindən görünür ki, mütəxəssislər qarşısında qoyulan 1-ci suala cavbda qeyd olunmuşdur ki, İddiaçılar X5, X31 və X17 Quba rayonu, Qırız-Dəhnə bələdiyyəsinin 22 may 2006-cı il tarixli qərarı ilə alqı-satqı qaydasında Qırız bələdiyyəsinin qərarı ilə vətəndaşlara həyatyanı torpaq sahəsi verilərkən, torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən tərtib olunmuş, “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri düzgün hazırlanmamışdır. Belə olan halda məhkəmə mübahisəli tarpaq sahəsinin kordinatlarını dəqiq müəyyən edilməsi ilə bağlı kompleks ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Bildirirk ki, Quba rayon Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli 2(027)- 45/2017 saylı qətnaməsinə əsasən iddiaçılar X14 X21 və X24 iddiası qismən təmin edilmiş; cavabdeh X12, MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X1 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin cənub-şərq tərəfindən 755 kv.metr hissəsindən, MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X21 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin şimal tərəfindən 587 kv.metr hissəsindən və MA seriyalı, ******* nömrəli, xx.xx.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən X3 mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin şərq tərəfinin 216 kv.metr hissəsindən çıxarılması qət edilmişdir. Bundan başqa Əlik bələdiyyə sədrinin, ƏMDK DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinin mühəndisinin, Sahib Mədinovun iştirakı ilə tərtib edilmiş Aktda qeyd edilmişdir ki, torpaq sahəsinin plan-ölçü sənədində göstərilən koordinatlar faktiki yerindən fərqli olduğu üçün mülkiyyətçinin idarəyə təqdim etdiyi ərizəyə əsasən ərazidə ölçmə işləri aparılmış və torpaq sahəsinin faktiki göstərilən döngə nöqtələrinin koordinatları müəyyən olunduqdan sonra iştirakçıların imzası ilə akt tərtib edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən İddiaçı Quba rayonu, Qırız-Dəhnə Bələdiyyəsinin qərarı ilə verilmiş 0.12 həyətyanı torpaq sahəsinin ilkin sxemində koordinatlar olmadığından həmin toıpaq sahəsinin Quba rayonu torpaq şöbəsinin verdiyi kadastr planındakı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsinin diqqətinə çatdırırıq ki, iddia tələbinin təmin edilməsini əsaslandırarkən birinci instansiya məhkəməsinin istinad etdiyi bütün hallar əsassız olmuş və digər şəxslərin hüquqlarını pozmuşdur. Məhkəmə torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək üçün iş üzrə kompleks ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslərin vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, həmçinin, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi İddiaçı Quba rayon Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli, 11 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmışdır. Həmin qərar əsasında torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, bu isə iş materiallarında olan bələdiyyə sənədləri və ödənişi təsdiq edən sübutlarla təsdiq edilir. Beləliklə, iddiaçının torpaq sahəsinə dair hüquqları bələdiyyə aktı əsasında qanuni şəkildə yaranmış, Konstitusiya ilə qorunan mülkiyyət hüququnun tərkib hissəsi kimi formalaşmışdır. O da nəzərə alınmalıdır ki, qeyd olunan bələdiyyə qərarının icrası məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 19 iyun 2008-ci il tarixdə X59 kitabında 783 nömrə ilə uçota alınmış AN №046792 saylı “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) sənədi tərtib edilmişdir. Sözügedən plan-ölçü sənədi iddiaçının torpaq sahəsinin sərhədlərini, döngə nöqtələrini və koordinatlarını müəyyən edən, qüvvədə olan, ləğv edilməmiş və etibarsız sayılmamış hüquqyaradıcı sənəd olmaqla, iddiaçının torpaq sahəsinə dair hüquqlarının mövcudluğunu və həcmini təsdiq edir. Kollegiya hesab edir ki, plan-ölçü sənədi torpaq sahəsinə münasibətdə həlledici sübutlardan biri olmaqla, torpaq sahəsinin konkret ərazi daxilində hüquqi mənsubiyyətini müəyyən edir və belə bir sənəd mövcud olduğu halda həmin koordinatlar daxilində başqa şəxslərin adına torpaq sahələrinin ayrılması yalnız bu sənədin qanunvericiliklə müəyyən edilmiş qaydada ləğvindən və ya dəyişdirilməsindən sonra mümkün ola bilər. İş materiallarından, o cümlədən mütəxəssis rəylərindən və müayinə aktlarından müəyyən edilmişdir ki, iddiaçının adına AN №046792 saylı plan-ölçü sənədi tərtib edildikdən sonra, yəni 2008-ci ilin oktyabr–dekabr aylarında eyni ərazi üzrə üçüncü şəxslərin adına torpaq sahələrinin plan-ölçü sənədləri hazırlanmış və onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə ki, X23 adına 10 oktyabr 2008-ci il tarixli AN №083012 saylı, X24 adına 10 oktyabr 2008-ci il tarixli AN №083011 saylı, X14 adına isə 05 dekabr 2008-ci il tarixli AN №112460 saylı plan-ölçü sənədləri tərtib edilmişdir. İş materiallarında olan mütəxəssis rəyləri ilə müəyyən edilir ki, iddiaçıya məxsus AN №046792 saylı plan-ölçü sənədində göstərilən 0,12 ha torpaq sahəsinin 0,0589 ha hissəsi X34, 0,0366 ha hissəsi X33, 0,0235 ha hissəsi isə X15 verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Bu hal göstərir ki, üçüncü şəxslərin adına verilmiş torpaq sahələri iddiaçının əvvəlcədən formalaşmış hüquqları nəzərə alınmadan, eyni koordinatlar daxilində qeydə alınmışdır. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqları daha əvvəl yaranmış və rəsmiləşdirilmiş olduğu halda, həmin hüquqların mövcudluğuna baxmayaraq eyni ərazi üzrə başqa şəxslərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi ilə təminat altına alınmış mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Kollegiya, həmçinin Quba rayon Əlik Bələdiyyəsinin 26 may 2023-cü il tarixli 17 saylı arayışını qiymətləndirərək müəyyən etmişdir ki, 2010-cu ilin aprel ayında mübahisəli ərazi üzrə torpaq sahələrinin yerində ölçülməsi aparılmış, bəzi torpaq sahələrinin sərhədləri yenidən müəyyən edilmiş və həmin şəxslərə yeni kadastr planları tərtib edilmişdir. Lakin bu hal iddiaçının 2006–2008-ci illərdə yaranmış və hüquqi qüvvəyə malik olan ilkin hüquqlarını aradan qaldırmır. Çünki iddiaçının torpaq sahəsinə dair hüquqları həmin ölçmələrdən xeyli əvvəl formalaşmışdır. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçının sonradan aparılmış ölçmə işlərində iştirak etməməsi onun əvvəlcədən yaranmış mülkiyyət hüquqlarından məhrum edilməsinə əsas ola bilməz. Dövlət və bələdiyyə orqanlarının torpaq sahələrinin ayrılması, ölçülməsi və qeydiyyatı zamanı yol verdiyi texniki və ya metodoloji səhvlərin hüquqi nəticələri vicdanlı şəkildə hüquq əldə etmiş şəxsə yüklənə bilməz. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxslərin adına müvafiq plan-ölçü sənədləri verilərkən heç bir inzibati araşdırma aparılmamış, iddiaçı icraata cəlb edilməmişdir. Sözügedən torpaq sahələrinin koordinatlarının iddiaçının və onun qohumlarının artıq mövcud olan və dövlət tərəfindən təsdiqlənmiş plan-ölçü sənədində göstərilən hissələri ilə üst-üstə düşməsinə baxmayaraq, üçüncü şəxslərin adına plan-ölçü sənədi verilmişdir. Bu, hüquqi baxımdan qanunsuz bir addım olub, iddiaçının əvvəlcədən yaranmış və rəsmiləşdirilmiş mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə, həmçinin qeyd edir ki, üçüncü şəxslərə verilmiş plan-ölçü sənədləri 2008-ci il tarixli iddiaçının A №046792 saylı plan-ölçü sənədindən sonra hazırlanmış, koordinatların üst-üstə düşməsi isə açıq-aşkar görünmüşdür. Buna baxmayaraq, dövlət orqanları tərəfindən heç bir əlavə ölçmə, xəbərdarlıq və ya iddiaçının iştirakı təmin edilməmişdir. Bir sözlə, müvafiq aktlar tərtib edilərkən iddiaçı və onun qohumlarının iştirakı təmin edilməmiş, onların imzaları olmadan koordinatlar yenidən ölçülmüş və müvafiq plan-ölçü sənədləri tərtib edilmişdir. Bu, iddiaçının qanuni hüquqlarının açıq şəkildə pozulması deməkdir və inzibati icraatın düzgün şəkildə aparılmamasının sübutudur. İş üzrə təqdim olunmuş əlavə sənədlər, o cümlədən torpaqayırma sxemi və plan-ölçü sənədlərinin hazırlanmasına əsas olmuş aktlar, həmçinin iddiaçıya və onun qohumlarına ilkin olaraq bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin koordinatlarını təsdiq edən sənədlər, bu faktı əyani şəkildə sübut edir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutların tam və hərtərəfli araşdırılması məqsədilə "xxxx" MMC-yə müvafiq sorğu ünvanlanmışdır. Sorğuda İddiaçı adına tərtib edilmiş AN №046792, habelə X23 adına AN №083012, X24 adına AN №083011 və X14 adına AN №112460 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Mərkəzin arxivində qeyd olunan plan-ölçü sənədlərinin arxiv nüsxələri aşkar edilməmişdir. Lakin eyni zamanda, həmin plan-ölçü sənədlərinin tərtib edilməsinə əsas olmuş mövcud ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası bu halı sübutların qiymətləndirilməsi baxımından mühüm hesab edir və belə nəticəyə gəlir ki, plan-ölçü sənədlərinin arxiv nüsxələrinin mövcud olmaması onların hüquqi qüvvəsini aradan qaldırmır. Əksinə, ilkin torpaqayırma sənədlərinin mövcudluğu və məhkəməyə təqdim edilməsi həmin plan-ölçü sənədlərinin hansı əsaslar üzərində tərtib edildiyini müəyyən etməyə imkan verir. Bütün yuxarıda göstərilən halları, sübutları və hüquqi normaları qiymətləndirərək kollegiya belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsinə dair hüquqları daha əvvəl yaranmış, qanuni və qüvvədə olan hüquqlar olmaqla, sonradan üçüncü şəxslərin adına verilmiş çıxarışlar (üst-üstə düşən hissədə) həmin hüquqların pozulmasına səbəb olmuşdur. Odur ki, mübahisəli torpaq sahəsinin iddiaçının plan-ölçü sənədində göstərilən koordinatları daxilində üst-üstə düşən hissəsində üçüncü şəxslərin adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi hüquqi baxımdan əsaslı olduğundan iddiaçı tələbinə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 iyul 2025-ci il tarixli, 2-1(118)-87/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-933/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-933/2025
15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver