Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-934/2025 29.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X2 və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 nömrəli sərəncamı ilə Xırdalan-Masazır şosse yolunun şimalında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0.08 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(118)- 4589/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 saylı sərəncamı ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 1992-ci il tarixli 573 saylı qərarı ilə, vətəndaşların ərizəsinə əsasən Xırdalan-Masazır şossesi yolunun şimalında 0,10 hektar hesabı ilə fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 584 nömrəli sərəncamı ilə Xırdalan-Masazır şosse yolunun şimalında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmış 0,10 ha torpaq sahəsinin faktiki istifadəsində olan 0.08 ha hissəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın, torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2-1(118)-5432/2024 nömrəli qərardadı ilə Nəsibova Rəna Ənvər qızı üçüncü şəxs qismində cəlb edilmişdir. Həmçinin Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1966/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi iddiaçının müvafiq iddia qaldırmağa subyektiv hüququnun olmaması səbəbindən mümkün sayılmamışdır. Qərardaddan nararzı qalan iddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)1090/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1966/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək, məhkəməyə araşdırılması üçün geri qaytarılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(118)-4589/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Rahim Həsənov). Qərardan narazı qalan üçüncü şəxs Nəsibova Rəna Ənvər qızı apellyasiya şikayəti verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(105)-934/2025 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Cavabdeh1 publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra Cavabdeh1 publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də cavabdeh prossesual hüquq varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli, 2-1(105)-934/2025 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2-1(118)- 5432/2024 nömrəli qərardadı ləğv edilmiş, Nəsibova Rəna Ənvər qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirdərək Nəsibova Rəna Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılmasını qərara almışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili, həmçinin cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(105)-934/2025 saylı qərardadı ləğv edilməli, Nəsibova Rəna Ənvər qızı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi qanunvericilikdə məhkəmə aktlarından yalnız iş üzrə tərəflər və və məhkəmə icraatına adi və ya zəruri cəlbetmə qaydasında cəlb olunmuş üçüncü şəxslərin şikayət vermək hüququ təsbit edilmişdir. Hazırki halda isə apellyasiya şikayəti verən Nəsibova Rəna Ənvər qızı Sumqayıt İnzibati Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2-1(118)-5432/2024 nömrəli qərardadı ilə üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli, 2-1(105)-934/2025 saylı qərardadı ilə həmin qərardad ləğv edilmiş, Nəsibova Rəna Ənvər qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir. İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır. İPM-nin 87.2 və 87.3-cü maddələrində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Nəsibova Rəna Ənvər qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud deyildir. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(105)- 934/2025 saylı qərardadı ləğv edilməli, Nəsibova Rəna Ənvər qızının apellyasiya şikayəti vermək hüququ olmadığından onun tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2-1(105)-934/2025 saylı qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(118)-4589/2025 nömrəli qərarından Nəsibova Rəna Ənvər qızı tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-934/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-934/2025
29.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver