Məhkəmə qərarları › İş №2-1(105)-935/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-935/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-935/2025 10.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X23 qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və “Torpağa mülkiyyət hüququna dair” JN-0481 kod 30304058 nömrəli dövlət aktına əsasən 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-762/2025 nömrəli, 09 iyul 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarına əlavə edilmiş JN-0481 kod 30304058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İddiaçı Quba rayonu Qəcər- Zeyid kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsini Quba rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 25 aprel 2005-ci il tarixli 4-Ə-167,168 saylı müqavilələri əsasında əldə etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-11- 546/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 25 aprel 2005-ci il tarixli 4-Ə-167, 4-Ə-168 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş cavabdehin 3-21-3-34/2-Ə0087-8/2023 nömrəli, 22 mart 2023-cü il tarixli, 3-21-3-34/2-16501/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli və 3-21-3- 34/2-16609/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli imtina məktublarından görünür ki, mülkiyyət hüquqlarınının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, 0.9 ha vǝ 0.2252 ha torpaq sahələri üçün ərizəyə əlavə olunmuş JN-481 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət akti" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bildirilir ki, JN-481 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, həmin torpaq sahələri torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 131, 125 və 823 S nömrələr ilə göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən istifadə olunan və iddia olunan torpaq sahəsinin daxilində meyvə ağacları mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirir ki, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi 1.94 ha təşkil edir. Bildirir ki, müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-0481 KOD 30304058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmamışdır. Bu səbəbdən həmin torpaq sahəsi ilə Dövlət Aktında göstərilən torpaq sahəsinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Qeyd edək ki, DBF siyahısında 481-ci nömrə qeyd olunmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-125, JN126, JN-127, JN-128 və JN-129 nömrəli Dövlət Aktlarına əsasən torpaq sahələri ilə üstüstə düşür. DBF siyahısında həmin nömrələr ilə qeyd olunmuş mülkiyyətçilər aşağıdakı formadadır. X24 və ailə üzvləri, X14, X15, X16 və X7 və ailə üzvləri. Qeyd edilir ki, JN-126 nömrəli Dövlət Aktında qeyd olunmuş 0.18 ha hissəsinə əsasən Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən **********61 reyestr nömrəli çıxarış, JN-129 nömrəli Dövlət Aktında qeyd olunmuş 0.36 ha hissəsinə əsasən isə **********67 reyestr nömrəli çıxarış tərtib olunmuşdur. Sözügedən çıxarışlar X4 məxsusdur. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X5b uqodiyası çoxillik əkmə kimi göstərilmişdir. Yəni iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağa mülkiyyət hüququna dair” JN-0481 kod 30304058 nömrəli dövlət aktına əsasən 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayon Dövlət Notariat Kontorunun 25 aprel 2005-ci il tarixli 4-Ə-167, 168 saylı müqavilələrinə əsasən Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisindən 2.0 hektar torpaq sahəsi almışdır. Torpaq sahəsini mərhum Quba rayonu Alekseyevka icra nümayəndəsi X3 vasitəçiliyi ilə notariat kontorunda bağladığı müqavilələrə əsasən satın almış və ötən müddət ərzində istifadə etmişdir. Keçən 19 il ərzində torpaq sahəsi ilə əlaqədar hər hansı mübahisə olmamışdır, alqı-satqı müqavilələrini keçmiş DT və XK-nin Quba rayon şöbəsinə təqdim etməklə və torpağa mülkiyyət hüququna dair JN 0461 kod 30304058 nömrəli dövlət aktını almışdır. 27 aprel 2006-cı il tarixli Torpağa mülkiyyət hüququna dair JN 0461 kod 30304058 nömrəli dövlət aktına əsasən əmlakının dövlət qeydiyyatına alınması, çıxarışın hazırlanması üçün 2023-ci il tarixli **********, **********, ********** nömrəli, xx.xx.2023-ci il tarixli ərizəmi cavabdeh orqana təqdim etmiş, lakin cavab məktubları ilə ərizələrinin icrasından imtina olunmuşdur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Quba rayonu, Qəcər-Zeyid kəndi ərazisində yerləşən 0.9 ha, 0.2252 ha, 0.7209 ha torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçü sənədinin hazırlanması üçün Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli **********, **********, ********** qeydiyyat nömrəli ərizələr ilə müraciət etmişdir. “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyi 0.9 ha, 0.2252 ha, 0.7209 ha torpaq sahələri üçün ərizəyə əlavə olunmuş JN-481 nrmrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş və dövlət aktının arxiv nüsxəsi ərazi idarəsində aşkar edilməmişdir. JN-481 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Bundan əlavə, həmin torpaq sahələri torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 125, 823 S, 131 nömrələr ilə göstərilmişdir. Nəzərə çatdırırlır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 21-3-34/2- 16609/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 21-3-34/2- 16501/2023 nömrəli məktublarla imtina olunmuşdur”. Yuxarıda qeyd edildiyi kimi, JN-481 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə duşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2-1(118)-762/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilən mütəxəssis rəyinə görə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan TEKUİS-ə əsasəın JN-125, JN-126, JN-127, JN-128 və JN-129 nömrəli dövlət aktlarına əsasən torpaq sahələri ilə üst-üstə düşür.....Yəni, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşür. Belə olan halda iddiaçının tələbi təmin edilə bilməz. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X25 və ailə üzvləri X17, X1 Kamilə Latif qızına və X8 və ailə üzvlərinə JN-125, JN-126, JN-127, JN- 128, JN-129 nömrəli Torpağa mülkiyyət hüququna Dövlət Aktlarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahələri mülkiyyətlərinə verilmişdir. Həmin JN- 126 nömrəli dövlət aktında qeyd olunan 0.18 ha hissəsinə cavabdeh orqan tərəfindən **********61 reyestr nömrəli çıxarış, JN-129 nömrəli dövlət aktında qeyd edilmiş 0.36 ha hissəsinə isə X4 çıxarışlar İşlənilmişdir. Yuxarıda qeyd olunan mülkiyyətçilər mülkiyyətlərində olan torpaq sahələrinin ona satılmasına dair aralarında olan razılığa əsasən həmin torpaq sahələrini X26 bağlanılmış xx.xx.2005-ci il tarixli 40-167, 40-168 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən dəyərini ödəyərək satın almışdır. Həmin tarixdən torpaq sahəsindən öz qanuni mülkiyyəti kimi istifadə etmiş bağ salmışdır. Eyni zamanda qeyd edilən torpaq sahəsinə fermer kartı alaraq dövlət tərəfindən ayrılan subsidiyalardan faydalanmış, müvafiq olaraq yerli bələdiyyədə qeydiyyatda olmaqla üzərinə düşən əmlak vergisini vaxtı vaxtında ödəməkdə davam edir. Məhkəmə isə imtinada qeyd edilənlərə və rəyə əsasən əsasən yuxarıda qeyd olunan qərarı qəbul edilmişdir. Məhkəmə əsaslandırma hissəsində cavabdeh orqanın etirazına və müayinə aktına uyğun "mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş torpaq sahəsi digər şəxslərin mülkiyyəti olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-56-11-546/24 nömrəli xx.xx.2024-cü il il tarixli xx.xx.2005-ci il tarixli 40-167, 40-168 reyestr nömrəli alqı-satqı müqavilələrin və reyestr kitabının arxivə təhvil verilməməsinə əsaslanaraq iddia tələbini təmin etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 izahatında apellyasiya şikayətinin məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə digər üçüncü şəxslər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər üçüncü şəxslərin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2025-ci il tarixli, 2-1(105)-935/2025 nömrəli qərardadı ilə X9 və X24, X14, X15, X16, X8 və X11 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icratına cəlb edilmişlər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddia tələbi cavabdehin imtinasının qanunsuz hesab edilməsi və “Torpağa mülkiyyət hüququna dair” JN-0481 kod 30304058 nömrəli dövlət aktına əsasən 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi ilə bağlıdır. Cavabdeh orqan aşağıdakı əsaslarla iddiaçıya imtina cavabı vemrişdir : 1) JN-481 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət akti" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında qeydiyyatdan keçməmiş və dövlət aktının arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir.; 2) JN-481 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır 3) Həmin torpaq sahələri torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 131, 125 və 823 S nömrələr ilə göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2025-ci il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəzlənmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd kimi Quba rayon Dövlət Notariat Kontorunun 25 aprel 2005-ci il tarixli 4-Ə-167,168 saylı müqavilələri əsasında verilmiş dövlət aktını təqdim etmişdir. Birinci instansiya məhkəməsi araşdırması zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-11-546/24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilmişidir ki, Quba rayon Dövlət Notariat Kontorunun 25 aprel 2005-ci il tarixli 4-Ə-167, 4-Ə-168 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələr və onların qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən istifadə olunan və iddia olunan torpaq sahəsinin daxilində meyvə ağacları mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildirir ki, iddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsi 1.94 ha təşkil edir. Bildirir ki, müayinə zamanı iddiaçı tərəfindən təqdim olunmuş JN-0481 KOD 30304058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı baza məlumatlarında olan DWJ xəritələri üzərində öz əksini tapmamışdır. Bu səbəbdən həmin torpaq sahəsi ilə Dövlət Aktında göstərilən torpaq sahəsinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Qeyd edək ki, DBF siyahısında 481-ci nömrə qeyd olunmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən JN-125, JN126, JN-127, JN-128 və JN-129 nömrəli Dövlət Aktlarına əsasən torpaq sahələri ilə üstüstə düşür. DBF siyahısında həmin nömrələr ilə qeyd olunmuş mülkiyyətçilər aşağıdakı formadadır. X24 və ailə üzvləri, X14, X15, X16 və X7 və ailə üzvləri. Qeyd edir ki, JN-126 nömrəli Dövlət Aktında qeyd olunmuş 0.18 ha hissəsinə əsasən Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən **********61 reyestr nömrəli çıxarış, JN-129 nömrəli Dövlət Aktında qeyd olunmuş 0.36 ha hissəsinə əsasən isə **********67 reyestr nömrəli çıxarış tərtib olunmuşdur. Sözügedən çıxarışlar X4 məxsusdur. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən X5b uqodiyası çoxillik əkmə kimi göstərilmişdir.Yəni, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxslərin mülkiyyət sənədləri ilə üst-üstə düşməsi qeyd olunmuşdur. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 9 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, arxivdə JN-125, JN-126, JN-127, JN-128 və JN-129 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”larının arxiv nüsxələri, eyni zamanda İddiaçı adına verilmiş JN-0481 (kod ********) nömrəli dövlət aktının tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənəd olan JN-0481 kod 30304058 nömrəli dövlət aktının mötəbərliyinə şübhə yaradır. Belə ki, JN-0481 kod 30304058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının verilməsi üçün əsas olmuş sənədlər aşkar edilməmişdir. Mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində ayrı-ayrı şəxslərə verilmiş dövlət aktları ilə, 0.54 (0.18+0,36) ha hissəsi isə mülkiyyət hüququnun qeydə alınmasını təsdia edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla üst-üstə düşür. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi üzrə tərtib edilmiş JN-0481 kod 30304058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında torpaq sahəsinin iddiaçı tərəfindən alqı-satqı yolu ilə əldə edildiyi göstərilmişdir. Belə ki, alqı-satqı yolu ilə mülkiyyət hüququnun yaranması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş müqavilə, habelə torpaq sahəsinin əvvəlki mülkiyyətçiyə məxsusluğunu təsdiq edən hüquqmüəyyənedici sənədlər iş materiallarına əlavə edilməmiş, məhkəmənin müvafiq sorğuları əsasında arxiv məlumatlarında aşkar edilməmişdir. Belə olan halda dövlət aktında alqı-satqıya dair ümumi qeyd bu sənədlərin mövcudluğunu əvəz edən müstəqil sübut hesab edilə bilməz. Bu baxımından kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi qanunvericiliyin tələbinə uyğun ayrılmadığından, hüquqmüəyyənedici əsas kimi təqdim edilən sənədlərin kökü arxivdə və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin özündə aşkar edilmədiyindən, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas vermir. Qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyət hüququnun obyekti qismində çıxış etməsi halı yolverilməz olduğu halda iddiaçı həmin torpaq sahəsi ilə bağlı xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən hər hansı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun yaranması və qeydiyyata alınmasına o halda yolverilir ki, bu hüququn yaranması üçün qanuni əsas mövcud olmuş olsun. İndiki halda isə həmin torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mümkün olmadığından, iddiaçının onunla bağlı xüsusi mülkiyyət hüququnun yaranmasının qanuni əsası mövcud olmamışdır. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli 2-1(118)-762/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar