Məhkəmə qərarları › İş №2-1(105)-936/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-936/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-936/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X2rşı “cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-3624/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında qapalı məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Nikah haqqında şəhadətnaməyə əsasən İddiaçı və X13 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmışdır. Notarial qaydada təsdiq olunmuş ərizələrə əsasən yetkinlik yaşına çatmayan X14 və X6 bioloji atası X17 övladlarının iddiaçı tərəfindən övladlığa götürülməsinə razılıq vermişdir. Övladlığa götürmə ilə bağlı tibbi arayışa əsasən iddiaçı ilə bağlı hər hansı bir xəstəlik aşkar edilməyərək sağlam diaqnozu qoyulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər X2rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X20 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1980-ci il tarixdə anadan olmuşdur. O, X13 ilə rəsmi nikaha daxil olmuş, hazırda bir ailə kimi xoşbəxt və mehriban şəkildə iddiaçıya məxsus fərdi yaşayış evi olan ünvan 1 ünvanında yaşayırlar. X8 əvvəlki nikahdan 26 dekabr 2007-ci il təvəllüdlü X14 və 19 dekabr 2008-ci il təvəllüdlü X12 adlı övladları doğulmuşdur. Hazırda uşaqlar iddiaçının yanında və himayəsindədirlər. İddiaçı onlar üçün əlindən gələn hər bir şeyi yüksək səviyyədə təşkil edir. Uşaqlar ona ata deyərək müraciət edirlər və iddiaçı onları övladı kimi qəbul edir. Hazırda övladları Xəzər Universiteti Sumqayıt Dünya Məktəbində təhsil alırlar. Hər birinin təhsil haqqısı 6000 və 5500 (digər uşaq) manat təşkil edir. Övladlarının oxuduğu təhsil ocaqlarında hər kəs, sinif yoldaşları belə uşaqların atasının iddiaçı olduğunu bilirlər. Sinif yoldaşlarına iddiaçını atası kimi təqdim edirlər. Lakin sənəddə ata adı qrafasında iddiaçı göstərilmədiyindən bu uşaqlara psixoloji təsir edir və onlar mənəvi cəhətdən sarsıntı keçirirlər. Belə ki, uşaqların bioloji atası onlarla maraqlanmır, heç bir əlaqələri yoxdur. Uşaqlar ona görə doğma ata kimi iddiaçını görür və sinifdə isə ata adının fərqli səslənməsi, şəxsiyyət vəsiqələrində ata adının başqa olması onlarda psixoloji travma yaradır. Uşaqların bioloji atası Rasim Hüseynov övladlarını iddiaçının övladlığa götürməsinə razı olmuş və bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəsi də vardır. X19 atası Nart Şahin və anası Zemfira Qəniyeva uşaqların iddiaçının övladlığa götürməsinə belə razıdırlar. Həmin razılıq da notarial qaydada təsdiq edilmişdir. Övladlığa götürməklə bağlı Sosial Xidmətlər Agentliyinə müraciət etməyi tövsiyə etmişlər. İddiaçı qanun çərçivəsində bütün sənədləri yığaraq 17 mart 2023-cü il tarixdə Sosial Xidmətlər Agentliyinə təqdim etmiş, rəsmi qaydada qeydiyyatdan keçmiş və müraciəti dərhal qeydə alınmışdır. 26 may 2023-cü il tarixdə iddiaçıya imtina verilmişdir. İmtinanın səbəbi kimi isə bir cümlə olaraq “uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün valideyn namizədin müraciətindən imtina edilir" deyə yazılmışdır. Hazırda cavabdeh orqanla əlaqə saxlamağa çalışsalar da, imtinanın səbəblərinin aydın şəkildə izah edilməsini, həmin imtinanın ərizə şəklində iddiaçıya təqdim edilməsini xahiş etsələr də ona imtinanın yalnız onlayn qaydada həmin formada olmasını bildirmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində həyat yoldaşı X8 X17 ilə birgə nikahından olan X14 və X6 övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığagötürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişdir. Ögey ata tərəfindən övladlığa götürmə üzrə müraciət etmiş valideyn-namizəd İddiaçı müraciətinin uçota alınması məqsədi ilə uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, iddiaçı ərizə üzrə onunla birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etdiyi X29 və X10 Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə 2000ci il 15 avqust tarixli, 141 nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə TƏBİB tərəfindən müəyyən edilmiş tibbi arayış təqdim etməmişlər. Həmçinin, valideynnamizədin təqdim etdiyi Azərbaycan Respublikası Sumqayıt şəhər bələdiyyəsi 20-ci mikrorayon üzrə 1 saylı məhəllə komitəsinin 39 nömrəli, 06 mart 2023-cü il tarixli ailə tərkibi haqqında” arayışına əsasən X29 və X4 valideyn-namizədlə birgə eyni ünvanda yaşamadıqları məlum olmuşdur. Bu qeyd edilənləri nəzərə alaraq, valideyn-namizədin müraciətindən qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olmaması səbəbindən xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3624/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi X28 tərəfindən verilmiş 06 may 2023-cü il tarixli imtinanın ləğv edilməsi qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizədə uşaqların bioloji atasından əlavə iddiaçının həyat yoldaşı Günay Həşimovanın valideynləri tərəfindən də yetkinlik yaşına çatmayan uşaqların iddiaçı tərəfindən övladlığa götürülməsinə etiraz edilməyərək razılıq verilmişdir. Bundan əlavə işdə olan xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışda iddiaçı ilə birlikdə yaşayan ailə üzvləri içərisində X13, X14, X12 və X7 adları qeyd olunmuşdur. X29 və X10 iddiaçı valideyn-namizəd və onun ailə üzvü ilə birgə yaşamadıqlarından onların tibbi müayinədən keçməsi zərurəti aradan qalxmış olur. İddiaçının bütün zəruri sənədləri qanuna müvafiq qaydada təqdim etməsinə baxmayaraq cavabdeh orqan tərəfindən əsassız olaraq imtina edilməsi iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların sosial-iqtisadi hüquqlarının pozulmasına səbəb olur. Ona görə də cavabdeh təşkilat tərəfindən verilən 06 may 2023-cü il tarixli imtina ləğv edilməli, iddiaçı tərəfindən övladlığa götürmə ilə bağlı digər zəruri hərəkətlərin qanun çərçivəsində həyata keçirilməsinə əsassız müdaxilələr mövcud olmamalıdır. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar məhkəmə tərəfindən maddi hüquq normaları düzgün şəkildə tətbiq edilməyərək qəbul edilib və ləğv olunmalıdır. Belə ki, iddiaçı 12,11.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində həyat yoldaşı X8 X17 ilə birgə nikahından olan X14 və X6 övladlığa götürülməsi 4 üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığa götürən şəxs kimi uçota alınması üçün qeydiyyatdan keçmişdir. İddiaçının uçot məlumatları təhlil edilərkən müəyyən edilmişdir ki, onun ailə ilə birgə eyni ünvanda yaşayan şəxs kimi təqdim etdiyi X29 və X10 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Övladlığa götürməyə, qəyyumluğa və himayəyə İmkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” 2000-ci ii 15 avqust tarixli. 141 nömrəli Qərarında qeyd edilən xəstəliklərin olub-olmaması ilə bağlı müayinələrdən keçməmiş və bu barədə TƏBİB tərəfindən müəyyən edilmiş tibbi arayışı təqdim etməmişlər. Bundan əlavə, adları qeyd olunan şəxslər ərizədə iddiaçı ilə birgə eyni ünvanda yaşayan şəxslər kimi qeyd edilsə də, iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Sumqayıf şəhər Bələdiyyəsi 20-ci mikrorayon üzrə 1 saylı məhəllə komitəsinin 39 nömrəli, 06 mart 2023-cü il tarixli “ailə tərkibi haqqında” arayışa əsasən X29 və X4 valideyn-namizədlərlə birgə eyni ünvanda yaşamadığı məlum olmuşdur. Göründüyü kimi, iddiaçının notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etdiyi məlumat Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən verilmiş arayışla ziddiyyət təşkil edir. Məhz bu səbəbdən uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün iddiaçının müraciətindən haqlı olaraq imtina edilmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 117. Övladlığa götürülməsinə yol verilən uşaqlar Maddə 117.1. Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. ..... Maddə 118. Övladlığa götürmə qaydası Maddə 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: Maddə 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; ..... Maddə 119. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxslərin uçotu Maddə 119.1. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. ..... Maddə 120. Övladlığa götürmək hüququ olan şəxslər Maddə 120.1. Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan bu Məcəllənin 121.1-ci və 121.2-ci maddələri ilə müəyyən edilən tələblərə cavab verən şəxs (şəxslər) övladlığa götürən ola bilərlər: Maddə 120.1.1. məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər; ..... Maddə 121. Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) dair yaş tələbləri Maddə 121.1. Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır. ..... Maddə 122. Uşağın övladlığa götürülməsinə valideynlərin razılığı Maddə 122.1. Valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının rəyi tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud valideynlərin yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq, həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər. ..... Azərbaycan Respublikası Prezidentinin2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi” Qaydalarının: 2.13. Valideyn-namizədin ərizəsində aşağıdakılar əks olunmalıdır: ..... 2.13.3. valideyn-namizədin və onun ərinin/arvadının (olduqda) özləri və ailə üzvləri barədə fərdi məlumatların, sağlamlığı və məhkumluğu barədə, habelə gəlirləri, xərcləri və öhdəlikləri barədə məlumatların Nazirlik tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə dair razılığı; 2.13.4. valideyn-namizədin və onun ərinin/arvadının (olduqda), habelə ailə üzvlərinin övladlığa götürüləcək uşaqla eyni ünvanda yaşamağa dair razılığı;..... 2.18. Valideyn-namizədin ərizəsi altsistemə ötürüldükdən sonra valideyn-namizəd və onun ailə üzvləri barədə aşağıdakı məlumatları Nazirlik bu Qaydanın 2.1-ci bəndində göstərilən orqanların (qurumların) informasiya sistemlərindən və ehtiyatlarından “Elektron hökumət” şlüzü üzərindən sorğu vasitəsilə əldə edir: ..... 2.18.2. bu Qaydanın 3.2-ci bəndində göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sağlamlıq haqqında arayışı ..... 2.19. Bu Qaydanın 2.18.2-ci, 2.18.7-ci və 2.23.3-cü yarımbəndlərinin tələbləri valideynnamizədin ailə üzvlərinə də şamil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılması apellyasiya baxıçının predmetini təşkil edir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının valideyn-namizəd qismində övladlığa götürülmə ilə bağlı uçota alınmasından cavabdeh tərəfindən imtina olunmanın ləğv edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş məlumatlarda onunla birgə eyni ünvanda yaşayan şəslərə aid qanunveriicliklə tələb olunan tibbi arayışın təqdim edilməməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, yuxarıda istinad olunan övladlığa götürülmə qaydalarına dair qnaunvericilik normalarının məzmununa əsasən övladlığa götürülmə ilə bağlı uçota alınmasına dair müraciət etdikdə, bununla bağlı əldə edilməli olan sənədlərdən biri qismində də məhz normada ehtiva olunmuş xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizədin əyani tibbi müayinəsi əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sağlamlıq haqqında arayışın əldə edilməsidir və bu arayışı cavabdehi inzibati orqan aidiyyəti quruma sorğu göndərilməsi vasitəsilə əldə edir. Həmçinin, həmin qaydaların məzmunundan görünür ki, qeyd edilən tibbi arayışın əldə edilməsi həm valideyn-namizəd barəsində, həm də onun ailə üzvlərinə şamil edilir. İş materiallarında olan ailə tərkibi arayışının məzmunundan görünür ki, iddiaçının ailə üzvləri qismində hansı şəxslərin çıxış etməsi qeyd edilmiş və həmin şəxslərin siyahısında cavabdeh inzibati orqanın barəsində müvafiq tibbi arayışın təqdim edilməli olan şəxslərin (Qəniyeva Zemfira və Nart Sahin) adları qeyd edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqan özü iddia tələbinə yazılı etiraz ərizəsində iddiaçı tərəfindən təqdim edilmiş müvafiq arayışa istinad edərək, həmin şəxslərin iddiaçı ilə birgə yaşadığının məlum olması halına istinad etmişdir. Nəticə etibarilə iddiaçıya münasibətdə cavabdeh inzibati orqan tərəfindən övladlığa götürülmə ilə bağlı müraciətin uçota alınması məqsədilə məhz müvafiq qaydalarda tələb olunmayan əsasa görə imtina olunmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, yuxarıda istinad olunan qaydalarda övladlığa götürülmə ilə bağlı uçot məlumatlarının təhlil edilməsi məqsədilə hansı məlumatların və həmin məlumatlara aid hansı sənədlərin əldə edilməli olması müəyyən edilmiş, habelə həmin məlumat və sənədləri məhz cavabdeh inzibati orqanın hansı qurumlara sorğu verməklə əldə etməsi halı imperativ norma kimi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan təqdim edilmiş məlumatlarda ziddiyyət aşkar etdiyi halda, həmin məlumatların yoxlamasını inzibati icraat çərçivəsində aparmalı, həmin ziddiyyətli halın nədən ibarət olmasını araşdırmalı, habelə ziddiyyətli hallarla bağlı müvafiq qurumlara sorğu verməklə inzibati icraat çərçivəsində həmin halları aydınlaşdırmaq, müvafiq məlumatları və sənədləri əldə etmək imkanına malik olur və bu onun xidməti vəzifəsindən irəli gələrək, öhdəlik kimi çıxış edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyaisya şikayətinin dəlili kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ziddiyyətli olması və uçot məlumatlarının düzgün olmaması halına istinad etməsi əsassız omuşdur. Qeyd olunan hallara əsaəsn məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3624/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar