Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-94/2024 06.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh publik hüqiqi şəxsə qarşı iş üzrə (Açar sözlər: əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndəsi X10, Cavabdehin həkim-eksperti X5, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının nümayəndəsi X4, həkim-eksperti X11, Cavabdehin tibbi-sosial ekperti X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh publik hüqiqi şəxsə qarşı “ona təyin olunmuş üçüncü dərəcə əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmətlə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1139/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xxxxxxx0002 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçıya 2.3 Üçüncü dərəcə əlillik, 2.3.9 uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətdə olan şəxsiyyət pozuntuları və psixopiatiyalar (F60.0-62.9, F45-F45.9, F48-F48.9) əsas meyarları ilə xx.xx.2022-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 1396 saylı, 28 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Abşeron RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi – diaqnoz: “Baş beyin silkələnməsindən sonrakı astenonevtorik vəziyyət” (Azərbaycan Respublikası SHXDX-nın Abşeron rayon Şöbəsinin xx.xx.2018ci il tarixli 102 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 102 nörməli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir),”HƏRBİ TARVMADİR”, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının xx.xx.2023-cü il tarixli, 1883 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 1.2-ci maddəsinin tələblərinə əsasən MN MHHK-nın vəzifəsi sülh və müharibə dövrlərində vətəndaşların sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların hərbi xidmət dövründə aldıqları xəstəlik və xəsarətlərin hərbi xidmətlə səbəb əlaqəsini təyin etməkdən ibarətdir. Vətəndaş İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1997-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdə olarkən xx.xx.1994-cü ildə döyüş zonasında aldığı travma ilə əlaqədar xx.xx.1994-cü ildən xx.xx.1994cü ilə kimi N saylı hərbi hissədə (hospitalda) “Baş beyin silkələnməsindən sonrakı astenonevrotik vəziyyət” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. İddiaçı qeyd olunan travmasının hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün 2018-ci ildə qeydiyyatda olduğu Abşeron RHK-na müraciət etmiş və həmin təşkilatın xx.xx.2018-ci il tarixli göndərişi ilə müvafiq sənədlər (hərbi xidmət keçmə haqqında arayış, çıxarış epikrizi) MN MHHK-na göndərilmişdir. MN MHHK-sı İddiaçı hərbi xidmət dövründə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinin tələblərinə əsasən qiyabi (yəni sənədlər üzrə) müəyyən edərək rəyini xx.xx.2018-ci il tarixli 1396 saylı qərarı iiə rəsmiləşdirilərək öz vəzifə səlahiyyətini yerinə yetirmişdir. Vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarət və xəstəliklərin sonrakı ağırlaşmalarını müəyyən etmək MN MHHK-nın vəzifəsinə aid deyildir. Bu vəzifə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X6 həkim- ekspertlərinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13 publik hüquqi şəxsinin T910/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, 1-2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin travmatik xəstəliyi (kontuziya) nəticəsində əmələ gələn şəxsiyyət dəyişikliyi” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59№li Qərarı ilə təstiq edilmiş “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”-nin 7.1-ci bəndinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun hərbi xidmətlə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi və əlilliyə uyğun pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin olunmuş üçüncü dərəcə əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmətlə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə travma almış və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuşdur. Azərbaycan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli 1396 saylı qərarına əsasən Abşeron RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “Baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət” (Azərbaycan Respublikası SHXŞDX-nın Abşeron rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 102 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 102 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Tərəfinən hərbi xidmətlə əlaqədar əlillik vəziyyəti barədə müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış və orada göstərilmişdir ki, müayinə zamanı yanaşı gedən xəstəliklər müəyyən edildiyindən “ümumi xəstəlik” səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi zamanı əlillik səbəbi “ümumi xəstəlik” olaraq göstərilmişdir. Bu yanlış məlumat iddiaçının müvafiq əlilliyə görə müəyyən olunmuş pensiyanı almasına maneə törədir. Bundan əlavə, təyin edilmiş pensiya ödənişinin ödənilməməsi də hüquqlarının pozulması halına misaldır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00- F09 - Simptomatik forma da daxil olm aqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəti pəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin travmatik xəstəliyi (kintuziya)nəticəsində əmələ gələn şəxsiyyət dəyişikliiyi; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində oları şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62 9,F45- F45.9,F48-F48.9)" səbəbi ilə 5 il rıüddətinə əlillik verilmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında 11 05.2022-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1396 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Baş beyin silkələnməsindən sonrakı asteno-nevrotlk vəziyyət (1994)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı astenik əlamətlər, kəskin empsional labillik, anamnezdə davranış pozuntuları barədə məlumat verilmişdir. Hərbi qərara əsasən, travma 1994-cü ildə alınsa da, təqdim olunmuş instrumental müayinə və müalicə sənədləri 2018-ci ildən sonrakı dövrə təsadüf etmişdir. Sumqayıt Psixiatrıya Xəstəxanasının xx.xx.2021xx.xx.2021-ci il tarixli ******* saylı Xəstəlik tarixindən Çıxarışındakı diaqnoz “Baş beynin travmatik xəstəliyi (kontuziya nəticəsində) əmələ gələn şəxsiyyət dəyişikliyi. Kəskin təzahür edən emosional-iradi davranış pozuntuları ilə” kimi, həmçinin X19 xx.xx.2022-ci il tarixli Kəllənin nativ KT müayinəsinin nəticəsi “Sağ MCA sola müqayisədə dens görünüş (yavaş axım? Trombus?. Kliniki korrelyasiya gərəklidir’ kimi müəyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntuların hərbi səbəb-əlaqəsi təsdiqlənməmiş, nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar 5 (beş) /7 müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1,4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1- ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsiştem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi esasmda Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1139/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək ona hərbi xidmətlə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının 1396 saylı, 28 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Abşeron RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travmanın nəticəsi – diaqnoz: “Baş beyin silkələnməsindən sonrakı astenonevtorik vəziyyət” (Azərbaycan Respublikası SHXDX-nın Abşeron rayon Şöbəsinin xx.xx.2018ci il tarixli 102 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 102 nörməli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarışlar, MN MHHKnın Həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Tarvmadır”, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Hərbi qulluqçuların şəhadətləndirilməsi üzrə müvafiq qərarın qəbul olunması hərbi-həkim komissiyasının səlahiyyətindədir və hərbi həkim komissiyası tərəfindən iddiaçı “hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi şəhadətləndirilmişdir. Belə olan halda cavabdeh orqanın iddiaçı tərəfindən iddiaçının əlilliyin səbəbinin məhz “hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətlərə görə” qeyd olunmamasını əsassız hesab edir. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1139/2023 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Əvvəlki məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X16 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim Ekspertizası haqqında Əsasnamə”nin: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X7 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»;.... 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. ... 7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir. Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında” Əsasnamənin: 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: ... 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;... “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir) 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaların: 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya təyin edilmiş üçüncü dərəcə əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək, onun barəsində hərbi xidmətlə bağlı əlillik dərəcəsinin müəyyən edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı onun barəsində əlilliyin təyin edilməsinə əsas olan xəstəliyin hərbi xidmət dövründə aldığını əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan isə iddiaçı barəsində təqdim eidlən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinəsinin nəticəsində iddiaçıda MHHK-nın qərarlarında qeyd olunan diaqnozların öz təsdiqini tapmadığından, ona müayinə zamanı yanaşı gedən xəstəlikləri müəyyən edildiyindən “ümumi xəstəlik” səbbindən 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı bardə qərar qəbul edildiyini bildirmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 1396 nömrəli Qərarında iddiaçı barəsində “Baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət (1994)” diaqnozlu travmanın səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş tibbi göndərişin (Forma 088) məzmunundan görünür ki, göndərişin verilməsinə əsas kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması, xəstəliyin gedişinin xroniki olması, müayinə və müalicələr, onların nəticələri, habelə əsas diaqnoz kimi “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları”(XBT kodu F07.8), yanaşı xəstəlikləri “Nevrasteniya, qabarıq asteno-nevrotik vəziyyət” (XBT koduF48.0), ürək çatışmamazlığı olmadan əsasən üzrəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, arterial hipertenziya İİ dərəcə (XBT kodu İ19), ağırlaşma kimi “Baş beyin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beynin travmatik xəstəliyi (kintuziya) nəticəsində əmələ gələn şəxsiyyət dəyişikliyi, kəskin təzahür edən emosional iradi davranış pozuntuları ilə” (XBT kodu F07.8), qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 14 iyun 2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Sumqayıt Psixiatriya xəstəxanasının müvafiq Çıxarışındakı diaqnoz “Baş beynin travmatik xəstəliyi (kontuziya) nəticəsində əmələ gələn şəxsiyyət dəyişikliyi. Kəskin təzahür edən emosional iradi davranış pozuntuları ilə” kimi, həmçinin, Klinik Tibbi mərkəzin kəllənin native KT müayinəsinin nəticəsi kimi “Sağ MCA sola müqayisədə dens görünüşü (yavaş axım?Trombus?. Kliniki korrelyasiya gərəklidir” kimi müəyyənləşdirilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntuların hərbi səbəbli əlaqəsi təsdiqlənməmiş, nəticədə müvafiq Əsasnamənin (2015) 2.3.9 bəndinə əsasən Ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarilxi məktubunun məzmunundan görünür ki, vətəndaş İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1997-ci il tarixədək hərbi xidmətdə olmuşdur. O, hərbi xidmətdə olarkən xx.xx.1994cü il tarixdə döyüş zonasında aldığı travma ilə əlaqədar olaraq xx.xx.1994-cü ildən xx.xx.1994cü ilə kimi N saylı hərbi hissədə (hospitalda) “Baş beyin silkələnməsindən sonrakı astenonevrotik vəziyyət” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. A.İddiaçıYaqubov qeyd olunan travmasının hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün 2018-ci ildə qeydiyyatda olduğu Abşeron RHK-na müraciət etmiş və həmin təşkilatın xx.xx.2018-ci il tarixli göndərişi ilə müvafiq sənədlər (hərbi xidmət keçmə haqqında arayış, çıxarış epikrizi) MN MHHK-na göndərilmişdir. MN MHHK-sı İddiaçı hərbi xidmət dövründə aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinin tələblərinə əsasən qiyabi (yəni sənədlər üzrə) müəyyən edərək rəyini xx.xx.2018-ci il tarixli 1396 saylı qərarı iiə rəsmiləşdirilərək öz vəzifə səlahiyyətini yerinə yetirmişdir. Vətəndaşların hərbi xidmət dövründə aldıqları xəsarət və xəstəliklərin sonrakı ağırlaşmalarını müəyyən etmək MN MHHK-nın vəzifəsinə aid deyildir. Bu vəzifə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X6 həkim- ekspertlərinin səlahiyyətinə aiddir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyinin məzmunundan görünür ki, iddiaçının əyani müayinəsi zamanı onun barəsində tərtib edilmiş Forma 088 tibbi göndərişdə qeyd edilmiş diaqnoz müəyyən edilmiş, hərbi səbəbli əlaqənin təyinin isə Hərbi Həkim Komissiyasının səlahiyyətinə aid olduğu qeyd edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müvafiq hərbi-həkim komissiyasının ekspertləri dindirilmiş, öz izahatlarında iddiaçı barəsində 2018-ci il tarixdə qərar qəbul ediliyini, komissiyanın hərbi qulluqçuların hərbi xidmət dövründə aldığı xəsarət və xəstəliklərin səbəbli əlaqəsini müəyyən etdiyini, bununla bağlı qərar qəbul edildyini, iddiaçı barəsində “Baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət” diaqnozlu travma aldığının qeyd olunduğunu, ağırlaşmalarla bağlı məsələnin komissiyanın səlahiyyətinə aid olmadığını, Forma 088-də qeyd edilmiş F07.8 və F48.0 diaqnozunun “Baş beyin silkələnməsindən sonrakı astenonevrotik vəziyyət” diaqnozun ağırlaşması ola bilər, lakin ağırlaşmalarla bağlı məsələ Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertizası və X6 səahiyyətinə aid olduğunu qeyd etdilər. Həmçinin, məhkəmə araşdırması zamanı, ekspert rəyinin tərtib edilməsində iştirak edən həkim-ekspert dindirilmiş, öz izahatında “İddiaçının əyani müayinəsi zamanı təkliyə meyillik, emosional labillik, emosionla partlayışlar öz təsdiqini tapır, yüksək mədəni səviyyəsinə görə qeyr-etik davranış göstərməməyə çalışır, bu səbəbdən də özünü toplamağa çalışırdı. Müayinə zamanı diaqnoz öz təsdiqini tapmır. İİ etap səbəb əlaqəsinin araşdırılmasıdır. MRT müayinəsi zamanı travmanın nəticəsində yaranan morfoloji dəyişiklik təsdiq olunmur, Beynin morfoloji strukturu tamamilə təmizdir, Şəxsiyyət pozuntusu isə iki mərhələdə formalaşır: ya yeniyetmə dövründə baş verən hadisələr patoloji şəxsiyyət pozuntusuna gətirib çıxarda bilər və ya travma nəticəsində ola bilər. Travma nəticəsində şəxsiyyət pozuntusunun əlamətlərini müəyyən etmək üçün MRT müayinəsi zamanı xarakter şəxsiyyət mərkəzlərini (ön alın və digər beyin nahiyələrində) axtarırıq. Ənsə nahiyəsində hər hansı patologiya varsa bu şəxsiyyət pozuntusu demək deyildir. MRT müayinəsi zamanı sadəcə travma sualı var. İddiaçıda bütün ümumi üzvi patalogiyanın və əyani müayinə zamanı digər əlamətlər nəzərə alınmaqla, həmin əlamətlər ümumi xəstəliyin səbəbi hesab edilib. Belə ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı travma nəticəsində yaranan morfoloji dəyişiklik səbəbi ilə yaranan şəxsiyyət pozğunluğu olaraq iddiaçıda müşahidə olunmadı. Asteno-nevrotik vəziyyət nevrotik inkişafdır, kəskin bir dövrdür. Bunun inkişafı nevrotik istiqamətdə olacaqdır və onun ağırlaşması ya dissosiotaviv konversion pozuntu kimi və ya somatoform pozuntusu kimi görünə bilər, iddiaçıda şəxsiyyətin patologiyasının belə bir davranışa gətirib çıxaran ağırlaşmaları yoxdur. İndiki diaqnoz həmin travmanın ağırlaşması kimi görülə bilməz. Bu hal fizioloji, patoloji olaraq mümkün deyildir. Nevrotik istiqamətli pozuntu şəxsiyyət pozuntusuna gətirmir, bu istiqamət dissiotiv (konversion) və yaxud somatoform pozuntularına gətirib çıxardır, bu əlamətlər aşkar edilsə idi, onda həmin pozuntular hərbi travma kimi qoyulan diaqnozun ağırlaşması kimi görülə bilərdi. İddiaçıda isə belə bir hal aşkar edilməmişdir. Göründüyü kimi indiki halda iddiaçı barəsində hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı travma alması halı, habelə müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərin mövcudluğu aşkardır. İndiki halda iddia tələbinin əsaslılığı baxımından araşdırılmalı olan hal müvafiq tibbi göndərişdə əks olunmuş xətəliklər və onların ağırlaşmalarının məhz hərbi travmanın (Mərkəzi Hərbi Həkim Komisisyası tərəfindən müəyyən edilmiş Baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət” diaqnozun) nəticəsi olaraq və ya onunla əlaqədar olaraq ortaya çıxıbçıxmaması ilə bağlı olan haldır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı barəsində müvafiq tibbi müəssisəsi tərəfindən tərtib edilmiş müvafiq tibbi göndərişdə (Forma 088) qeyd edilmiş xəstəliklərin əlamətləri məhz həmin hərbi travmanın nəticəsi olaraq ortaya çıxması halı müəyyən edilməmişdir. Başqa sözlə desək, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş xəstəliklər və onların ağırlaşmaları Mərkəzi Hərbi Həkim Komisisyası tərəfindən müəyyən edilmiş Baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik vəziyyət” diaqnozun nəticəsi olaraq və ya onunla əlaqədar olaraq yaranması halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçının iddia tələbi o halda əsaslı ola bilərdi ki, onun barəsində diaqnoz qoyulmuş xəstəliklər və onun ağırlaşmaları məhz Mərkəzi Hərbi Həkim Komisisyası tərəfindən müəyyən edilmiş hərbi travmanın nəticəsi olaraq və ya onunla əlaqədar olaraq ortaya çıxmış olsun. Məhkəmə araşdırması zamanı isə həmin hal öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən isə bu halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi və hərbi xidmətlə əlaqədar olaraq əlillik dərəcəsinin müəyyən edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, cavabdehin imtina və etirazının əsasları qanunvericilik normasının tələbləri və tibbi sənədlər baxımından təhlil edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuş, cavabdehin imtinası əsaslı olduğu halda, əsassız hesab etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(118)-1139/2023 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh publik hüqiqi şəxsə qarşı “ona təyin olunmuş üçüncü dərəcə əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək hərbi xidmətlə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-94/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-94/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver