Məhkəmə qərarları › İş №2-1(105)-949/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-949/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-949/2025 29.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X19 qızının katibliyi, İddiaçı və üçüncü şəxs X7 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5342/2025 nömrəli qərarından üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxslər X14, X8, X9, X6, X3, X10 onun mülkiyyətində olan Sumqayıt şəhəri 13-cü mikrorayon 2 nömrəli evin 49 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5342/2025 nömrəli qərardadı ilə X14, X8, X9, X6, X3 və X15 iş üzrə üçüncü şəxslər qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 5342/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, üçüncü şəxslər X14, X8, X9, X6, X3 və X10 Sumqayıt şəhəri 13-cü mikrorayon 2 nömrəli evin 49 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulmuşdur. Üçüncü şəxs X14 apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs X7 apellyasiya şikayəti mümkün hesab edilmiş və inzibati iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 izahatında bildirdi ki, Sumqayıt şəhəri 13cü mikrorayon 2 nömrəli evin 49 nömrəli mənzili onun mülkiyyətində olmuş, sonradan xx.xx.2023cü il tarixdə nəvəsi İddiaçı bağışlamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 15 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş arayışda onun həmin mənzildə yaşamadığı qeyd edilsə də, hazırda da həmin mənzildə yaşayır. Məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, üçüncü şəxs X11 qarşı iddia tələbindən imtina edir. Həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş edir və bu barədə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizəsini təqdim edir. Cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə və üçüncü şəxslər X8, X9, X6, X3, X12 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iddiaçının üçüncü şəxs X11 qarşı iddia tələbindən imtina etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının üçüncü şəxs X11 qarşı iddia tələbindən imtinası qəbul edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 4Ə-1658 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X14 mülkiyyətində olan Sumqayıt şəhəri 13-cü mikrorayon 2 nömrəli evin 49 nömrəli mənzili onun mülkiyyətində olmuş, sonradan xx.xx.2023-cü il tarixdə nəvəsi İddiaçı bağışlamışdır. xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri 13-cü mikrorayon 2 nömrəli evin 49 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında arayış”ından görünür ki, ünvan 1 ünvanda X14, X8, X9, X6, X3, X15 qeydiyyatdadır. Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-58/2-C-7587/11/25 nömrəli məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, X7, X4, X5, X2, X1, X10 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğun olunduğu bildirilib, ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmağı qeyd edilmişdir. İddiaçının hüquqi marağı üçüncü şəxslər X14, X8, X9, X6, X3, X10 ünvan 1 ünvandan qeydiyyatdan çıxarılmasından ibarət olmuşdur. Hazırda İddiaçı üçüncü şəxs X11 münasibətdə iddia tələbindən imtina edərək, bununla bağlı xx.xx.2025-ci il tarixli ərizəsi təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı üçüncü şəxs X11 münasibətdə iddiadan imtinası qəbul edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı qismən, yəni - “üçüncü şəxs X7 Sumqayıt şəhəri 13-cü mikrorayon 2 nömrəli evin 49 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsində inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını bilavasitə özləri tərəfindən, yaxud mediasiya vasitəsilə bağlanılmış barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. İPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80, 85 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı üçüncü şəxs X7 Sumqayıt şəhəri 13-cü mikrorayon 2 nömrəli evin 49 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasından imtinası qəbul edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-5342/2025 nömrəli qərarı qismən, yəni - “üçüncü şəxs X7 Sumqayıt şəhəri 13-cü mikrorayon 2 nömrəli evin 49 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulması” hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar