Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-95/2025 23.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və Əzizova Vəfa Ehtiram qızı ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh inzibati orqanın üzərinə iddiaçıya veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının veteranlıq statusu və veteranlıq vəsiqəsinin alınması ilə bağlı Müdafiə Nazirliyi aparatının komissiyasına xx.xx.2018-ci il tarixli ilkin müraciəti əsas götürülməklə cavabdeh qurumun ona aid sənədlərdə qüsurların aradan qaldırılması, təhrif edilmiş sənədlərin qaydasına salınması və bununla da cavabdeh qurumun onu veteranlıq statusu və veteranlıq vəsiqəsi ilə təmin etməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “cavabdeh inzibati orqanın üzərinə iddiaçıya veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.1974-ci il təvəllüdlü iddiaçı N3-cü il avqust ayının 2-də “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun” 3.1 və 3.2 bəndinə əsasən Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə başlamışdır. Ona məxsus hərbi biletə istinadən bildirir ki, hərbi xidmət müddəti müharibə şəraitinə (dövrünə) təsadüf etdiyinə görə xidmət müddəti xx.xx.N7-ci ilə qədər davam etmişdir. xx.xx.N7-ci il tarixində hərbidən tərxis olunaraq yaşayış ünvanına qayıtmışdır və Saatlı Rayon Hərbi Komissarlığına müraciət edib hərbi qeydiyyata alınmışdır. O, xx.xx.2018-ci il tarixində Müharibə veteranı adının verilməsi qaydası haqqında Əsasnaməyə əsasən Müdafiə Nazirliyi aparatı nəzdində Veteran adının və vəsiqəsinin verilməsi komissiyasına müraciət etmişdir. Həmin komissiya tərəfindən xx.xx.2018-ci ildə onun sənədləri komissiyasının gündəliyinə salınmış, cavabdeh tərəfin səhlənkarlığı səbəbindən sənədlərdə müəyyən təhriflər (səhvlər) və xüsusilə təvəllüd tarixində səhv aşkarlanmasına görə sənədləri xx.xx.2018-ci il tarixində həmin komissiya tərəfindən geri qaytarılmışdır. Mərkəzi Arxivin təqdim etdiyi xx.xx.2018-ci il tarixli, 9/213957 saylı arayışa əsasən veteranlıq statusunun və veteran vəsiqəsinin verilməsi məqsədəuyğun sayılmamışdır. O, Müdafiə Nazirliyinin müvafiq şöbəsinə veteranlıq üçün təkrar müraciət etmək məqsədi ilə zəruri sənədləri əldə etmək üçün 28 və 29 noyabr 2022ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin ərazi üzrə şöbəsinə şifahi müraciət və 28 noyabr 2022-ci il tarixində xüsusi innovasiya Mərkəzi olan Asan Xidmətə müraciət etmişdir. Lakin adı çəkilən qurumlar sənədlərdə olan təhriflərə, səhvlərə, xüsusilə təvəllüd tarixinin fərqli olduğuna görə lazım olan sənədləri təqdim edə bilməmişlər. Bu günə qədər dövlətin vətəndaş məmnunluğuna xidmət edən xüsusi imtiyazlarından yararlana bilmir. Həqiqi hərbi xidmət müddəti 24 ay olduğu halda müharibə şəraiti ilə əlaqədar 48 ay müvafiq ərazidə hərbi xidmətdə olmuşdur, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilmiş səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli paraqraf 40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar paraqraf 49. Qərarlar) Sənədlərdə olan bütün uyğunsuzluqlara görə cavabdeh qurum, yəni Müdafiə Nazirliyi məsuliyyət daşıyır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 N-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən N4-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.
1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, məhkəmənin 18 yanvar 2023-cü il tarixli 2-1(118)-1416/2023 nömrəli sorğusunun icrasını təmin etmək, həmçinin inzibati işin tam və hərətərəfli araşdırılması məqsədi ilə Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğu verilmişdir. Mərkəzi Arxivin 16 fevral 2023-cü il tarixli arayışına əsasən əlifba qeydiyyatı kitabında qeyd olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli N nömrəli əmri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli əmrlərində öz əksini tapmamışdır. Həmçinin, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan avqustnoyabr, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.
Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur (L.Mirzəyeva).
Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2024-cü il tarixli, 2-1(105)-69/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Z.Məmmədov - sədrlik edən və məruzəçi, G.Cabbarova və H.Babayeva).
Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2024-cü il tarixli, 2-1(102)-1756/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(105)-69/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim etmiş və apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt hərbi biletdəki qeydlərin arxiv arayışı və nizami hissə üzrə əmrlərlə də təsdiq edilməsidir. Bununla əlaqədar qeyd etmək zəruridir ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki qeydlər iddiaçının N nömrəli hərbi hissədə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması Mərkəzi Arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. İnzibati iş materiallarında olan iddiaçıya məxsus hərbi biletin 3,4,8,10-cu səhifəsində olan möhürlər sonradan vurulduğundan mötəbər hesab edilə bilməz. Belə ki, həmin qeydlərin aparıldığı dövrdə yəni, N3-N7-ci illər intervalında möhürlərdəki yazı rus və azərbaycan dillərində (kiril qrafikası ilə) həkk olunurdu. Hazırki hərbi biletin yuxarıda qeyd olunan səhifələrinə vurulan möhürdəki yazılar isə latın qrafikası ilə əks edildiyindən, bu həmin möhürlərin sonradan- yəni 2000- ci ildən sonra möhürlərdə yazıların latın qrafikası ilə həkk edildiyi dövrə aid olduğunu və həmin qeydlərin mötəbər olmadığına dəlalət etmiş olur. Bu səbəbdən də həmin qeydlər Mərkəzi arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Beləliklə də inzibati iş materiallarında olan Mərkəzi Arxivin 02 noyabr 2023cü il tarixli 1929 nömrəli arayışına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin avqust-noyabr N3, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmiş, həmçinin əlifba qeydiyyatı kitabında yazılmış N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli 196 nöməli əmri Müdafiə Nazirliyinin Mərkəzi arxivində olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Bununla da iddiaçının hərbi biletində onun xidmətinə dair qeydləri təsdiq edən möhürlər sonradan vurulduğundan, bu səbəbdən də mötəbər olmadığından, həmçinin, iddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması Mərkəzi Arxivdə olan nizami hissə hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyildir.
b)İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh qurum onun yanvar ayında təqdim etdiyi iddia ərizəsindən bu günə qədər məhkəməyə heç bir rəsmi fakt, dəlil, sübut təqdim etməmişdir. Ona aid olan hərbi biletdən ümumiyyətlə söz açmır. Cavabdehin veteranlıq vəsiqəsinin və adının verilməsi üçün tələb etdiyi sənəd mövcud deyildir və mövcud olmayan bir şeyi əmrə tabe olan əsgərdən tələb etmək absurddur. Əsgərin yeganə tərtib və təqdim edə biləcəyi sənəd tərcümeyi-hal sənədidir. Tələb edilən sənədlər isə cavabdeh qurumun müvafiq şöbələri tərəfindən hazırlanır. Və o, əsgər olaraq buna görə heç bir məsuliyyət daşımır. Cavabdeh qurum birinci instansiya məhkəməsinə etiraz ərizəsi ilə müraciət etmişdir, lakin ərizə əsaslandırılmış olduğuna və rəsmi sənədlər təqdim olunmadığına görə hakim tərəfindən təmin edilməmişdir. Həmin etiraz ərizəsinin mətni faktiki apellyasiya şikayətinin mətni ilə demək olar ki eynidir, sadəcə başlıq hissə fərqlidir. Məlumat üçün bildirilir ki cavabdehin təqdim etdiyi həmin etiraz ərizəsində tarix qeyd edilməmişdir. Əgər iddiaçı həqiqətən N7-ci ildə “N" saylı hərbi hissəni özbaşına tərk etmişdirsə, yuxarıda adı çəkilən 10 (on) adda sənədlər cavabdeh qurum tərəfindən hakimə təqdim edilməli idi. Belə məlum olur ki, adı çəkilən 10 sənəd mövcud deyil və bu səbəbdən cavabdeh məhkəmədə yalnız və yalnız şifahi mülahizələrlə vaxt alır. Adı çəkilən 10 adda sənəd hakimə təqdim edilmədiyi təqdirdə və cavabdehin onun hərbi hissəni guya özbaşına tərk etmək səbəbini ona qarşı atılmış böhtan kimi qiymətləndiriləcək.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ OLUNAN HÜQUQ: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-)
“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4- cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X1 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-).
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın üzərinə ona veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinin tələbinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Nəzərə almaq lazımdır ki, həmin norma anlamında şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin 4-cü və 7-ci səhifəsinin qeydlərindən görünür ki, o, N3-cü il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin 4/2803 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, N N-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N3-cü il tarixdə Saatlı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N3-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli 110 N-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməyə dair hərbi biletdəki qeydlərlə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Hazırki halda, işin yuxarıda sadalanan xüsusatlarından iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməklə, hərbi xidmət etməsi və bununla əlaqədar hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N N-li əmrilə həmin tarixdən xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələbinə müvafiq olaraq hərbi biletin qeydləri, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin arxiv arayışı, yəni həmin arayışla qeyd edimiş N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından çıxarışla da təsdiq edilir. Ali Məhkəmənin qərarında qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi arxiv arayışında istinad olunan Müdafiə Nazirinin xx.xx.N7-ci il tarixli 110 nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrlərini əldə etmək istiqamətində müvafiq sorğular verməlidir. Həmçinin iddiaçının xidmət etdiyi iddia olunan hərbi hissənin (N nömrəli) avqust N3-cü ildən (iddiaçı hərbi xidmətə çağırıldığı vaxtdan) N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə olub-olmadığı, xüsusilə həmin dövrdə faktiki döyüş əməliyyatlarında iştirak edib-etmədiyi məsələsi də aydınlaşdırılmalıdır. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, qeyd olunan halların araşdırılması məqsədilə müdafiə nazirinin xx.xx.N7-ci il tarixli 110 nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N nömrəli əmrlərinin (eyni tarixli və nömrəli əmr aşkar edilməsə belə, həmin nömrəli əmrlər ((N7-ci ilə aid Müdafiə nazirinin 110 nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri)) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi, eyni zamanda iddiaçının xidmət etdiyi iddia olunan hərbi hissənin (N nömrəli) avqust N3-cü ildən (iddiaçı hərbi xidmətə çağırıldığı vaxtdan) N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə olub-olmadığı, xüsusilə iddiaçının həmin dövrdə faktiki döyüş əməliyyatlarında iştirak edib-etmədiyi barədə məlumat təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq daxil olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 oktyabr 2024-cü il tarixli, 3084 nömrəli məktubundan qeyd edilir ki, N N-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: №5, səh-82, sıra-52) xx.xx.N3-cü il tarixdə Saatlı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N3-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli 110 N-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Qeyd edilir ki, əlifba qeydiyyatı kitabında yazılmış 157№-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli, 196№-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 157№-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan 157№-li hərbi hissə komandirinin avqust-noyabr N3-cü il, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirin dekabr N3-cü il, yanvar-iyun N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Sözügedən məktuba Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.N7-ci il tarixli, N №-li əmrinin təsdiq edilmiş surəti qoşma olaraq əlavə edilmişdir. Kollegiyanın sorğusuna cavab olaraq daxil olan məktubda N nömrəli hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissə olub-olmadığı, xüsusilə iddiaçının həmin dövrdə faktiki döyüş əməliyyatlarında iştirak edib-etmədiyi barədə məlumat qeyd olunmasa da, iş materiallarına əlavə olunmuş cavabdeh inzibati orqanın 02 noyabr 2023-cü il tarixli, 1929 nömrəli məktubunda həmin məsələyə münasibət bildirilmişdir. Belə ki, sözügedən məktubdan görünür ki, N №-li hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Eyni zamanda bu hal cavabdeh inzibati orqan tərəfindəndə mübahisələndirilmir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən çoxsaylı ərizə vəsatətlər daxil olmuşdur. Həmin vəsatətlərdə iddiaçı qeyd etmişdir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eksizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə 28 sentyabr 2018-ci il tarixli, 422 saylı qərar qəbul edilmişdir. Onun müraciəti isə 11 sentyabr 2018-ci il tarixli olduğundan, 28 sentyabr 2018-ci il tarixli dəyişiklik ona şamil oluna bilməz. Məhkəmə kollegiyası həmin dəlillə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı ilk dəfə 11 sentyabr 2018-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Göründüyü kimi həqiqətən də sözügedən dəyişiklik iddiaçının cavabdeh inzibati orqana müraciət tarixindən sonra edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi xidməti barədə arxiv məlumatları tam olmasa da, həmin məlumatların tam olmaması iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz və mövcud məlumatlar onun iddiasının əsaslı olduğunu göstərir. Belə ki, sözügedən Əsasnaməyə əsasən hərbi biletlər şəxslərin hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas təşkil edir. Həmin normadan da göründüyü kimi hərbi biletlər ilə yanaşı hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməlidir. Hazırki iş üzrə də iddiaçının qanuni əsaslarla tərxis olunması barədə hərbi biletində qeydlər olması və hərbi hissənin nizami hissə üzrə əmri arxivdə mövcud olmasa da, Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli 110 N-li əmrinə əsasən, ehtiyata tərxis olunması və hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N N-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə arxiv arayışının movcud olması müəyyən edilmişdir. Bu isə iddiaçının tələbində haqlı olduğunu təsdiqləyir. Digər məlumatların arxivdə saxlanılmaması isə iddiaçının məsuliyyəinə səbəb olmamalıdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.