Məhkəmə qərarları › İş №2-1(105)-950/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-950/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-950/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakları ilə, Cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-1445/2016 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 14 avqust 1995ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı üzrə güzəştli əmək stajı kimi müəyyən edilməklə sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 16 aprel 2006-cı il tarixdən təyin edilməsi, ona 16 aprel 2006-cı il tarixdən, həmin tarixdə qüvvədə olmuşmüvafiq normativ hüquqi aktların normalarına uyğun olaraq əmək haqqı ilə hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2-1(85)- 1445/2016 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının 14 avqust 1995-ci il tarixdən 01 yanvar 2006-cı il tarixədək işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısı üzrə güzəştli əmək stajı kimi müəyyən edilməklə sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 16 aprel 2006-cı il tarixdən təyin edilməsi, ona 16 aprel 2006-cı il tarixdən, həmin tarixdə qüvvədə olmuş müvafiq normativ hüquqi aktların normalarına uyğun olaraq əmək haqqı ilə hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindiyindən 10 noyabr 2016-cı il tarixdə icra edilməsi üçün cavabdeh orqana göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 28 noyabr 2016-cı il tarixli məktuba əsasən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2-1(85)-1445/2016 nömrəli qərarı tərəflərindən icra olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və ərizəçi Fondun Sumqayıt şəhər şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının AZE seriyalı 06715366 nömrəli şəxsiyyət vəsiqəsinin və nömrəsi olmayan əmək kitabçasının surətləri, araşdırıcı arayış, kompüterdə yazılmış ərizələrə və ərizə blanklarına çəkilmiş imzalar saxtalaşdırmaqla həmin sənədlər və məhkəmə qərarları əsas götürülərək Fondun keçmiş Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş və ödənilmiş, həmçinin, növbəti dövrlərdə digər saxtalaşdırılmış sənədlər nəzərə alınmaqla Fondun keçmiş Bakı Səbail rayon şöbəsi tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə, əmək pensiyası yenidən hesablanmaqla yüksək məbləğə çatdırılaraq ödənişi aparılmışdır. Göründüyü kimi, vəsiqənin saxtalaşdırılmış surəti nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 30-cu maddəsinin tələblərinə tam zidd olaraq şöbə tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa əmək pensiyası təyinatı aparılmışdır. İddiaçının pensiya işinə tikilmiş sənədlərinin araşdırılması ilə ehtimal olunur ki, ona ötən dövrlərdən yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə (52 yaşından) əmək pensiyasının təyin edilməsi və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və sözügedən vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmışdır. Məhkəmə qərarlarına əsasən saxtalaşdırılmış xx.xx.1995xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzindəki iş stajı nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2008-ci il tarixindən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi müvafiq şöbəyə həvalə edilmişdir. Lakin, yuxarıda adları qeyd edilən 3 məhkəmə orqanı tərəfindən vətəndaşın əmək kitabçasında qeyd edilmiş iş yerlərindən, o cümlədən, hazırda da qismən və ya tam fəaliyyətdə olan müəssisə və təşkilatlardan onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışların alınması təmin və ya tələb edilməmiş, zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış onun dəniz şəraitində işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarlarına əsasən şöbə tərəfindən iddiaçının pensiyasının aylıq məbləği əvvəlcə 1181,50 manata, sonra isə pensiya kapitalına əsasən 2446,06 manata çatdırılmış, sonrakı mərhələdə avtomatlaşdırılmış qaydada 2018-ci il üzrə indeksləşdirmə aparılmaqla pensiyasının aylıq məbləği 01.01,2019-cu il tarixindən 2519,44 manat, 01.01,2020-ci il tarixindən 2937,67 manat təşkil etmiş və sonuncu məbləğlə xx.xx.2020-ci il tarixinədək ödənilmişdir. Qanunvericiliyə müvafiq olaraq onun pensiya hüququnun yarandığı tarixədək, yəni xx.xx.2006-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2021-ci il tarixindən 65 yaşının tamam olduğu gündən proaktiv (avtomatlaşdırılmış) qaydada iddiaçıya 925,52 manat məbləğində yaşa görə əmək pensiyası təyinatı aparılmış, araşdırma zərurəti ilə əlaqədar 01,07.2020-ci il tarixindən dayandırılmışdır. Beləliklə, saxtalaşdırılmış sənədlər (şəxsiyyət vəsiqəsi və əmək kitabçasının surətləri, ərizələr və sair) və məhkəmə qərarları əsas götürülməklə ötən dövrlərdən güzəştli şərtlərlə .aşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarları nəzərə alınmaqla 2004-2005-ci illərin əməkhaqqısı əsasında iddiaçıya Fondun keçmiş Sumqayıt şəhər və Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və xx.xx.2020-ci il tarixinədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 149 562,73 manat təşkil etmişdir. Eyni zamanda bildirir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2023-cü tarixli 02/2-274mat-22/76 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasma dair qərar qəbul olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-1445/2016 nömrəli qərardadı ilə cavabdehin iş üzrə icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buna baxmayaraq, imperativ qayda təsbit edilmişdir ki, yeni açılmış hallar üzrə icraatda iştirakçısının təqsiri olmadan müddət buraxıldığı hallarda da İPM-in 24-cü maddəsinə əsasən prosessual müddətin bərpasına yol verilmir. Məhkəmə yuxarıda göstərilənləri ümumi şəkildə qiymətləndirərək belə nəticəyə gəlir hazırkı iş üzrə “yeni açılmış hallarla bağlı” ərizə mümkün sayılmamalıdır. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırkı mübahisə isə yeni açılmış halara dair ərizədir. Eyni zamanda, qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, ərizələrində qeyd olunan hallarla bağlı cinayət işinin başlanması üçün tərəflərindən AR Baş Prokurorluğuna müraciət edilmiş, lakin hələ ki, iş üzrə ittiham hökmü qəbul edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında əlavə olaraq bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2-1(85)-1445/2016 nömrəli qanuni qüvvəyə minmiş və icra edilmişdir. Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 8 il keçmişdir, işə baxılarkən sənədlərin mötəbərliyi ilə bağlı şübhələrin yaranması isə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas vermir. Bu baxımdan, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi əsası ilə mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Ərizənin mümkünlüyünə münasibətdə nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. - 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. - 103.3-cü maddədə göstərilir ki, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Sadalanan normaların tələblərindən göründüyü kimi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Belə ki, nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni, ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 312/2022 və 2-1(102)-643/2024 nömrəli qərarlarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu hala istinadən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün sayılmamalıdır. Hazırkı işin hallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2-1(85)-2874/2017 nömrəli qərarı qanuni qüvvəyə minmiş və cavabdeh həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin ərizəsinin dəlillərindən görünür ki, iddiaçıya əmək pensiyasının təyin olunması və yenidən hesablanması zamanı aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qeyd olunan hallarla bağlı ittiham hökmü qəbul edilməmişdir. Göründüyü kimi cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunan müddəti buraxmış, eləcə də iş üzrə müddət məhdudiyyətini istisna edən hal - ittiham hökmü olmamışdır. Həmçinin, qanunverici həmin 3 illik müddətin bərpa edilməsini nəzərdə tutmur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və düzgündür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-1445/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 4ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar