Məhkəmə qərarları › İş №2-1(105)-951/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-951/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-951/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təmin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair 2-1(85)-2098/2017 nömrəli inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-2098/2017 nömrəli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təmin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-2098/2017 saylı iş üzrə 30 may 2017-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı1 01 iyun 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (2004-2005-ci illər üzrə) hesablanması və pensiya hüququnun yarandığı 01 iyun 2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2017-ci il tarixli, 2-1(105)-453/2017 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılaraq, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 5 dekabr 2017-ci il tarixli, 2-1(102)-2006/2017 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2017-ci il tarixli, 2-1(105)-453/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döviət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin 23 yanvar 2018-ci il tarixli, 20/460 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı1 lehinə qəbul etdiyi 30 may 2017-ci il tarixli, 2-1(85)-2098/2017 saylı qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Sumqayıt İnzibati Məhkəməsinə 3-17-1/2-32457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İş üzrə icraatın təzələnməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, Füzuli rayonunun Kürdlər kənd sakini Abşeron rayonu ərazisində yaşamasını təsdiq edən müvafiq sənəd alınmadan İddiaçı1 31 mart 2017-ci il tarixli ərizəsini Fondun Abşeron rayon şöbəsində eyni tarixdə qeydiyyatdan keçirilməklə həmin şöbənin Pensiya üzrə komissiyasının 04 aprel 2017-ci il tarixli, 472 nömrəli qərarı ilə Qanunun 9-cu maddəsinə əsasən tələb olunan sosial sığorta stajı toplanmadığından güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasında imtina edilmişdir. Qeyd olunmalıdır ki, ərizə qeydiyyatdan keçirilərkən şöbənin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatın 92-94-cü bəndlərinin tələbləri pozulmaqla ərizəyə dərkənar mətni yazılmamış, icra xarakteri barədə və icraçılara yazılı göstəriş olmamışdır. Bundan əlavə, kompüterdə yazılmaqla iddiaçının adından şöbəyə ünvanlanmış, şöbədə daxilolma ştampı vurulmayan və qeydiyyatdan keçirilməyən, ilk ərizə tarixi ilə eyni olan (31 mart 2017-ci il) ərizədə vətəndaşın özünün imzasına uyğun olmayan imza edilməklə yuxarıda qeyd olunan güzəştli siyahıya (1 №-li Siyahı) əsasən ona 1 iyun 2008-ci il tarixdən 50 yaşdan 2004-2005-ci illərin əməkhaqqısı nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən alınmamış məbləğin birdəfəlik ödənilməsi xahiş edilmişdir. Lakin şöbənin vətəndaşa ünvanlanmış 01 may 2017-ci il tarixli, 20/2230 nömrəli cavab məktubunda müraciətinin təmin edilməsinin Qanunun şərtləri daxilində mümkün olmadığı barədə məlumat verilmişdir. Pensiya işinə tikilmiş Sumqayıt şəhər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(060)-6801/2017 nömrəli qətnaməsinin araşdırılması zamanı aşkar edilmişdir ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun 1975-ci ilin avqust ayından 1993-cü ilin avqust ayının 23-nə kimi (işğal gününədək-?) Füzuli rayonunda yerləşən “Maşın-traktor stansiyasında dəmirçi işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. 21 aprel 2017-ci il tarixdə 2 şahidin iştirakı ilə məhkəmədə işə baxılmışdır. Qətnaməyə əsasən məhkəmə tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “maraqlı tərəf” DSMF Abşeron rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxmışdır. Qətnamədə qeyd olunanlara əsasən iş materiallarında olan arayışla iddiaçının Sumqayıt şəhəri, 76-cı məhəllədə fərdi evdə məskunlaşdığı təsdiq edilir. Lakin Sumqayıt şəhəri ərazisində məskunlaşdığı qeyd edilən iddiaçının Fondun Abşeron rayon şöbəsinə pensiya təyinatı üçün müraciət etməsi və eyni zamanda pensiya təyinatı iddiası üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etməməsi, yaxud Abşeron rayonu ərazisində məskunlaşmış vətəndaşın Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək istədiyi qətnamənin qəbul edilməsinə nail olması bir çox neqativ hərəkətlərin göstəricisi kimi xarakterizə olunur. Qeyd olunanlara baxmayaraq Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsinə əsasən iddiaçının 1975-ci ilin avqust ayından 1993-cü ilin avqust ayının 23-nə kimi Füzuli rayonunda yerləşən “Maşın-traktor stansiyasında dəmirçi işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən bəzi məqamlara diqqət yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 20 aprel 2020-ci il tarixli, 361 nömrəli məktubu ilə məlum olmuşdur ki, iddiaçı keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli hərbi xidmət keçməmişdir. Vətəndaşın hərbi xidmət keçməməsi onun sağlamlıq imkanlarının məhdudiyyətli olmasını göstərir və onun ağır işlərdə işləməsini təkzib edir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə prosesində xx xxxx 1958-ci il təvəllüdlü iddiaçının 18 yaşı tamam olmadığı halda məhkəmənin təsdiq etdiyi 01 avqust 1975-ci il tarixdən işlədiyi dövr üzrə əmək münasibətləri 1971-ci il 10 dekabr tarixli Azərbaycan SSR-in Qanunu ilə təsdiq olunmuş və 1999-cu il iyulun 1-dək qüvvədə olmuş “Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi” ilə tənzimlənirdi. Həmin məcəllənin 194-cü maddəsinə əsasən əmək şəraiti zərərli və ya təhlükəli olan işlərdə yaşı 18-dən aşağı olan şəxslərin (yetkinlik yaşına çatmayanların) əməyinin tətbiq edilməsi qadağan olunmuşdu. Habelə 1999-cu il iyulun 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 250-ci maddəsində də həmin hüququ tənzimləmə məsələləri öz əksini tapmış, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağan edilmişdir. Pensiya işinə tikilmiş və seriya nömrəsi ******* olan əmək kitabçasının Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftqaztikinti trestinin ştampı ilə təsdiq olunmuş surətinə əsasən iddiaçı 04 sentyabr 1997-ci il - 30 aprel 2001-ci il dövr ərzində Xəzərdənizneftqaztikinti trestinin 3 №-li Tikinti Quraşdırma İdarəsində polad və dəmirbeton konstruksiyaları quraşdırıcısı, 1 may 2001-ci il - 21 oktyabr 2014-cü il dövr ərzində həmin trestin 4 №-li ixtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində (Filialı) həmin peşədə çalışmış, 22 oktyabr 2014-cü il tarixdən hazıradək Xəzərdənizneftqaztikinti tresti bazasında yaradılmış Neftqaztikinti trestində eyni peşədə işləməkdə davam edir. Fondun Abşeron rayon şöbəsinin Pensiya üzrə komissiyasının 20 aprel 2017-ci il tarixli, 472 №-li qərarı əsasında 01 iyun 2010-cu il tarixdən 52 yaşının tamam olduğu gündən Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinə və əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 26 il 4 ay sosial sığorta stajı nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə 1 nömrəli Siyahı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. 01 iyun 2010-cu il tarixdən 123,18 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla 01 yanvar 2017-ci il tarixdən 177,43 manat müəyyən edilmiş və 01 may 2017-ci il tarixdən ödənişinə başlanılmışdır. Lakin burada da sənədləşmə sahəsində nəzəri cəlb edən nöqsanların mövcud olduğu aşkar edilmişdir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin qətnamə tarixi 21 aprel 2017-ci il olduğu, habelə şöbəyə rəsmi qaydada daxil olmadığı halda şöbənin pensiya təyinatı qərarı qətnamədən 1 gün əvvələ - 20 aprel 2017-ci il tarixə rəsmiləşdirilmişdir. Qərar nömrəsinə isə vətəndaşın əvvəlki ərizəsinə 04 aprel 2017-ci il tarixli imtina qərarı verilmiş 472 №-si qoyulmaqla nəzarətdən yayındırılmış, üstəlik vətəndaşdan pensiya təyinatı ilə əlaqədar yazılı heç bir ərizə alınmamışdır. Bununla belə, şöbə tərəfindən vətəndaşa qanunsuz pensiya təyinatı aparılmışdır. İlk növbədə qeyd olunmalıdır ki, vətəndaşın Füzuli rayonunda yerləşən “Maşın-traktor stansiyasında dəmirçi işləməsi 2 şahidin ifadəsi əsasında təsdiq edilir. Lakin həmin iş (istehsalat) sahəsinin xüsusiyyəti və xarakteri “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına uyğun olmadığına baxmayaraq şöbə tərəfindən pensiya təyinatı aparılmışdır. Eyni zamanda, Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə vətəndaşa güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması öhdəliyi deyil, iddiaçının Füzuli rayonu “Maşın-traktor stansiyası”nda dəmirçi işləməklə həmin dövr üçün stajının mövcudluğu faktı müəyyən edilmişdir. Pensiya işində olan məhkəmə qərarlarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona 1 iyun 2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq aylıq əmək haqqı əsas götürülməklə (2004-2005-ci illər üzrə) hesablanması və pensiya hüququ yarandığı 01 iyun 2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli qəbul etdiyi qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə vətəndaşın Füzuli rayonu “Maşın-traktor stansiyası”nda işlədiyi” dəmirçi peşəsinin 1 №-li Siyahıya uyğunluğunu həmin siyahıda “Metallurgiya istehsalatı” bölməsinin “3. Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama stehsalatları” bəndinin 1030300a-13225 şifrəsi ilə müəyyən edilmiş “çəkiclərin və preslərin dəmirçiləri” peşəsinə uyğun hesab etməklə əsaslandırmışdır ki, bu da mövcud qanunvericiliklərə ziddir. Bundan əlavə, məhkəmə qərarında iddiaçının ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21,24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmadığı və sair qeyd edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçı bundan əvvəl pensiya işləri araşdırılmış Nizami Şirinov və Qorxmaz Tağıyevlə eyni dövrlərdə Azərdənizneftinşaat Trestinin tabeçiliyində olan eynitəyinatlı idarələrində işləmişlər. Məhkəmə qərarlarından göründüyü kimi, 1975-1993-cü illər üzrə işlədiyi dəmirçi peşəsini əsas götürərək İddiaçı1 güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilmişdir. Lakin proseslər keçirilən bütün 4 instansiya məhkəməsində vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq hər hansı bir rəsmi əsaslandırıcı sənədlərin, habelə 1997ci ildən sonrakı dövr üzrə güzəştli arayışının alınması təmin edilməmiş və ya tələb edilməmiş, xüsusilə ağır və xüsusilə zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun dəniz şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Habelə, apellyasiya və Ali Məhkəmənin qərarında qeyd olunanların birinci instansiyanın qərarının mətninə oxşar tərtib olunduğu müşahidə edilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2017-ci il tarixədək iddiaçıya 9 il əvvəl, yəni 2008-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Yuxarıda qeyd edildiyi kimi, şöbəyə daxil olmuş məhkəmə qərarları və digər sənədlərə, o cümlədən Xəzərdənizneftqaztikinti trestinin 4 №li İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsinin (Filialı) 2004-2005-ci illərin əmək haqqına əsasən İddiaçı1 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 01 iyun 2008-ci il tarixdən yenidən hesablanmış, 01 iyun 2008-ci il tarixdən hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə 01 yanvar 2017-ci il tarixdən 177,43 manatdan 911,95 manata qaldırılmış və 01 may 2017-ci il tarixdən ödənişinə başlanılmışdır. 01 iyun 2008-ci il tarixdən 01 may 2017-ci il tarixədək olan dövr üzrə 85.400,21 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğinin 5.987 manatı 07 may 2017-ci il, 5.990 manatı 07 iyun 2017-ci il, 5.990 manatı 09 sentyabr 2017-ci il, 2.000 manatı 10 oktyabr 2017-ci il, 5.990 manatı 07 noyabr 2017-ci il, 5990 manatı 20 dekabr 2017-ci il, 5920 manatı 18 yanvar 2018-ci il, 4.000 manatı 14 fevral 2018-ci il, 4.000 manatı 13 mart 2018-ci il, 5960 manatı 09 aprel 2018-ci ii tarixlərində ödənilmiş, həmin tarixdən sonra “dövrlərdə fərq məbləği iri məbləğlərlə deyil, aylıq məbləği həcmində ödənişi davam etdirilmişdir, ümumilikdə 01 aprel 2018-ci il - 31 dekabr 2019-cu il aralığı üzrə 21 ay ərzində cəmi 22.325,73 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, 30 dekabr 2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış fərq məbləğinin 11.247,48 manat qalıq hissəsi birdəfəlik vətəndaşın plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmışdır. 01 iyul 2017-ci il tarixdən Qanunun 37.3.1-ci maddəsinə edilmiş dəyişikliklərdən istifadə edərək vətəndaşın adından kompüterdə yazılmaqla və vətəndaşın imzasından tam fərqli imza edilməklə pensiya işinə əlavə ərizə əsasında (halbuki həmin dövrdə məhkəmə prosesləri davam edirdi; şöbənin 19 sentyabr 2017-ci il, 02 avqust 2018ci il və 05 sentyabr 2018-ci il tarixli sərəncamları ilə 01 iyun 2008-ci il - 01 iyul 2018-ci illər üzrə “Sığortaolunanların fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” əsasında, təyinat aparıldığı 01 iyun 2008-ci il tarixdən 6 il və daha çox işləməsi əsas götürülərək iddiaçının pensiyası 01 sentyabr 2017-ci il tarixdən yenidən hesablanmaqla 1.310 manata çatdırılmış, sonrakı illər üzrə indeksləşdirmə aparılmaqla 01 yanvar 2019-cu il tarixdən pensiyasının məbləği 1.349,30 manat təşkil etmişdir. İddiaçının pensiyasının ödənişi 01 fevral 2020-ci il tarixədək aparılmış, araşdırma ilə həmin tarixdən ödəniş dayandırılmışdır. Ödənişin başlanıldığı 01 may 2017-ci il tarixdən 01 fevral 2020-ci il tarixədək vətəndaşın plastik kart hesabına köçürülmüş aylıq pensiyasının cəmi məbləği isə 39.389,48 manat təşkil etmişdir. Müəyyən olunmuşdur ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının pensiyası 2004-2005-ci illərin əmək haqqına əsasən hesablana bilməz və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ qanunvericiliklə 01 iyun 2015-ci il tarixdən, 57 yaşından yaranır. Həmin tarixdən (məhkəmə qərarları nəzərə alınmadan) vətəndaşın aylıq pensiya məbləği 26 il 4 ay stajına uyğun hesablanmış 57,67 manat sığorta hissə, 01 yanvar 2006-cı il - 01 iyun 2015-ci tarixləri arasındakı dövr üzrə fərdi hesabda qeydə alınmış 19.131,89 manat pensiya kapitalı üzrə (144-ə bölünməklə) hesablanmış 132,86 manat sığorta hissə, baza hissə məbləği 100 manatla birlikdə cəmi 290,53 manat təşkil etməlidir. Pensiya təyin olunduqdan sonrakı müvafiq indeksləşdirmələr və baza hissəsinin artımı nəzərə alınmaqla vətəndaşın aylıq pensiya məbləği 01 yanvar 2016-cı il tarixdən 298,15 manat, 01 fevral 2016-cı il tarixdən 308,15 manat, 01 yanvar 2017-ci il tarixdən 332,72 manat, 01 yanvar 2018-ci il tarixdən 351,68 manat, 01 yanvar 2019-cu il tarixdən 362,23 manat, 01 yanvar 2020-ci il tarixdən 422,36 manat (indeksləşdirməyə uyğun artımla) təşkil edəcəkdir. Qeyd olunan dövrlər üzrə cəmi hesablanıb ödənilməli məbləğ 18.703,43 manat təşkil edəcək. Nəticədə, məhkəmə qərarlarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 124.789,69 manat (85.400,21+39.389,48) müəyyən edilmiş, yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 18.703,43 manat əsassız ödənilmiş məbləğ 105.086,26 manat (124.789,69-18,703,43) təşkil etmişdir. Beləliklə, Fondun Abşeron rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında iddiaçının pensiyasının yenidən hesablanılması və 1 fevral 2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 105.086,26 manat təşkil etmişdir. Bildirilir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 may 2020-ci il tarixli, **********2 nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş 12 iyun 2021-ci il tarixli, 02/2-89c-20/906 nömrəli məktubda araşdırma nəticəsində toplanmış material Baş İdarənin İstintaq idarəsində Fondun Abşeron rayon şöbəsinin vəzifəli şəxsləri barəsində istintaq olunan cinayət işinə əlavə edildiyi bildirilib. Həmçinin qeyd edilmişdir ki, hazırki iş üzrə ərizəçi olan Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Ərizəyə dair etirazın dəlilləri İş üzrə icraatın təzələnməsi barədə ərizəyə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-2098/2017 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmiş, ərizədə yalnız “araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.” qeyd olunmuşdur. Bu hal isə İPM-də nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə ərizədə qeyd olunan ərizəçinin Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi ilə bağlı xahişinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1-3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “X3 Nizamnaməsi”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Həmin Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-3cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, X5, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğuiluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) müddəaları tətbiq oluna bilər. MPM-in 54-cü maddəsi “Əsl olmayan tərəfin əvəz edilməsi” ilə bağlı məsələləri tənzimləyir. Belə ki, MPM-in 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məcəllənin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Beləliklə, normativ tələb ondan ibarətdir kı, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə” və ya “iddiaya cavab verməli olmayan şəxsə verildikdə” iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə yol verilir. Nəzərə alınmalıdır ki, formalaşmış inzibati təcrübəyə görə ərizəçi müvafiq inzibati mübahisə üzrə cavabdeh orqanın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı səlahiyyətlərini hazırda həyata keçirən qurumdur. Bu səbəbdən, ərizədə qeyd edilən Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi üçün hər hansı bir prosessual tənzimləməyə zərurət qalmır. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəflivə obyektiv araşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Kollegiya İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən hallar, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı, həmçinin, tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və ya hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Göründüyü kimi cavabdeh icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-nin 103.1 və 103.2-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, oxşar işlər üzrə Ali məhkəmənin qərarlarına (Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı) əsasən formalaşmış mövqe bundan ibarətdir ki, qanunvericiliyin mənasına əsasən yeni açılmış hallarla bağlı icraat zamanı müddətlə bağlı müddəa həmin iş üzrə ittiham hökmü mövcud olduğu təqdirdə nəzərə alınmır. Hazırki iş üzrə yuxarıda göstərilmiş halların mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 güzəştli şərtlərlə əmək pensiyası Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-2098/2017 nömrəli, 30 may 2017-ci il tarixli qərarı ilə təyin edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, iddiaçının sosial sığorta stajının mövcudluğu faktını müəyyən edən Sumqayıt şəhər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(060)-6801/2017 nömrəli qətnaməsi məhkəmə tərəfindən sübut qismində qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 iddiası üzrə Sumqayıt şəhər Məhkəməsinin 21 aprel 2017-ci il tarixli, 2(060)-6801/2017 nömrəli qətnaməsi ilə bağlı sabiq hakimə ittiham verilməmiş, həmin ittihamla əlaqədar qanuni qüvvəyə minmiş hökm mövcud deyil. (İttiham Hökmü elektron daşıyıcıda iş materiallarına əlavə edilmişdir.) İstinad olunan normaların tələblərindən də göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2017-ci il tarixli, 2-1(85)-2098/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar qanuni qüvvəyə mindiyindən icra olunması üçün 11 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə göndərilmişdir. Cavabdeh isə xx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, cavabdeh hazırkı məzmunda ərizənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddəti ötürmüşdür. X4 Məcəllənin 103.3-cü maddəsinə görə bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Eyni zamanda ərizənin həm də qanunla müəyyən olunmuş müddət buraxılmaqla verildiyi və müddətin bərpasına yol verilmədiyi də nəzərə alınmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-2098/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar