Məhkəmə qərarları › İş №2-1(105)-952/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-952/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-952/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakları ilə, Cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-1180/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1997xx.xx.1999-cu illər üzrə işlədiyi müddətlərin güzəştli iş stajına daxil edilərək, ona xx.xx.2009-cu il tarixdən 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiyanın və pensiya hüququnun yarandığı 1 yanvar 2009-cu il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 mart 2018-ci il tarixli, 2-1(85)-1180/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 may 2018-ci il tarixli, 2-1(105)-271/2018 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-1180/2018 nömrəli qərarı, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1393/2018 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2-1(105)-271/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə mindikdən sonra icra olunmuşdur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iş üzrə icraatın təzələnməsini və ərizəçi Fondun Abşeron rayon şöbəsinin əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, araşdırma zərurəti ilə əlaqədar iddiaçının pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Məhkəmə qərarlarının icra edilməsi ilə əlaqədar xx.xx.2009-cu il tarixindən təyinat aparılmaqla dayandırıldığı xx.xx.2020-ci il tarixinədək iddiaçının plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 256078,53 manat təşkil etmişdir. Məlum olmuşdur ki, 3 instansiya məhkəməsində iddiaçı və ya onun nümayəndəsi iştirak etmədiyi halda onun iddiası təmin edilmişdir. Bütün instansiya məhkəmələrinin qərarlarında qeyd olunanların araşdırılması ilə məlum olmuşdur ki, iddiaçının əmək kitabçasında qeyd edilmiş müvafiq iş yerindən onun zərərli və ağır olan yerdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan onun zərərli şəraitdə işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Məhkəmələr tərəfindən iddiaçının güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu nömrəli Siyahıda qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) düzgün əsaslandırılmamış, ümumi mülahizələr və şərhlər, vətəndaşın iddiasında qeyd edilənlər isasında qərarlar qəbul edilmişdir. Bütün məhkəmə qərarlarında iddiaçının əmək itabçasında qeyd olunmuş iş stajları təfərrüatı ilə müəssisə və təşkilatlar üzrə sadalanmamış, məhkəmə tədqiqatının materilalları, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanları yalnız vətəndaşın iddiasında qeyd olunanlara istinad etməklə kifayətlənərək iddia tələbini təmin etmişdir. Məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən hesablanmaqla vətəndaşa yüksək məbləğdə əmək pensiyasının təyin edilməsi və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. İddiaçının pensiya işinə tikilmiş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətində qeyd edilən iş stajlarının araşdırılması nəticəsində məlum olmuşdur ki, onun ağır və zərərli iş şəraitində güzəştli iş stajı cəmi 3 il 1 ay 27 gün təşkil etmişdir. Göründüyü kimi, qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 il əmək stajını qazanmamışdır. Bununla da, iddiaçının 1 və ya 2 nömrəli Siyahı ilə güzəştli şərtlərlə yaşa örə əmək pensiyası almaq hüququ yaranmır. Onun əmək kitabçasında yazılmış digər istehsalat və peşələr isə 1 və ya 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Sonrakı illərdə o, bir sıra müəssisiələrdə kran maşinisti peşəsində işləsə də həmin müəssisələrdən güzəştli arayışı şöbəyə təqdim etməmişdir. Eyni zamanda bildirir ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq sassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya nayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi əqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-1180/2018 nömrəli qərardadı ilə cavabdehin iş üzrə icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buna baxmayaraq, imperativ qayda təsbit edilmişdir ki, yeni açılmış hallar üzrə icraatda iştirakçısının təqsiri olmadan müddət buraxıldığı hallarda da İPM-in 24-cü maddəsinə əsasən prosessual müddətin bərpasına yol verilmir. Məhkəmə yuxarıda göstərilənləri ümumi şəkildə qiymətləndirərək belə nəticəyə gəlir hazırkı iş üzrə “yeni açılmış hallarla bağlı” ərizə mümkün sayılmamalıdır. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərini yoxlayır. Hazırkı mübahisə isə yeni açılmış halara dair ərizədir. Eyni zamanda, qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq bildirmişdir ki, ərizələrində qeyd olunan hallarla bağlı cinayət işinin başlanması üçün tərəflərindən AR Baş Prokurorluğuna müraciət edilmiş, lakin hələ ki, iş üzrə ittiham hökmü qəbul edilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 3 illik müddətin ötürülməsi əsası ilə mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Ərizənin mümkünlüyünə münasibətdə nəzərə almaq lazımdır ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. - 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. - 103.3-cü maddədə göstərilir ki, bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Sadalanan normaların tələblərindən göründüyü kimi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Belə ki, nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu nəzərdə tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni, ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)- 312/2022 və 2-1(102)-643/2024 nömrəli qərarlarında da məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. Bu hala istinadən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə mümkün sayılmamalıdır. Hazırkı işin hallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-1180/2018 nömrəli qərarı qanuni qüvvəyə minmiş və cavabdeh həmin qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 ildən artıq müddət keçdikdən sonraxx.xx.2024-cü il tarixdə yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Eləcə də, cavabdehin ərizəsinin dəlillərindən görünür ki, iddiaçıya əmək pensiyasının təyin olunması və yenidən hesablanması zamanı aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsə də, buna dair ittiham hökmü qəbul edilməmişdir. Göründüyü kimi cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün müəyyən olunan müddəti buraxmış, eləcə də iş üzrə müddət məhdudiyyətini istisna edən hal - ittiham hökmü olmamışdır. Həmçinin, qanunverici həmin 3 illik müddətin bərpa edilməsini nəzərdə tutmur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və düzgündür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2-1(85)-1180/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar