Məhkəmə qərarları › İş №2-1(105)-953/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-953/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-953/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər:ərizənin mümkün sayılmaması) Sədrlik edən və məruzəçi-hakim X2,hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı, Ərizəçinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi” tələbinə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(85)-800/2018 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-800/2018 saylı, 19 fevral 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 18 iyun 1981-ci il - 16 avqust 1982-ci il, 13 sentyabr 1982-ci il - 20 sentyabr 1983-cü il, 17 oktyabr 1983-cü il - 21 avqust 1987-ci il, 27 yanvar 1993-cü il - 2 fevral 1996-cı il, 23 dekabr 1997-ci il - 1 fevral 1999-cu il tarixlər üzrə işlədiyi müddətlərin güzəştli iş stajına daxil edilərək, ona 18 iyun 2009-cu il tarixdən 2004-2005-ci illərin orta aylıq əmək haqqından güzəştli şərtlərlə pensiyanın təmin edilməsi və pensiya hüququnun yarandığı 18 iyun 2009-cu il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 aprel 2018-ci il tarixli, 2- 1(105)-214/2018 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)- 800/2018 saylı, 19 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2-1 (102)-1209/2018 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 aprel 2018-ci il tarixli, 2-1(105)-214/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdehin məhkəməyə ünvanladığı 17 avqust 2018-ci il tarixli, 20/4779 nömrəli məktubunda qərarın icra edildiyini bildirmişdir. Hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “18 iyun 1981-ci il - 16 avqust 1982-ci il, 13 sentyabr 1982-ci il - 20 sentyabr 1983-cü il, 17 oktyabr 1983-cü il - 21 avqust 1987-ci il, 27 yanvar 1993-cü il - 2 fevral 1996-cı il, 23 dekabr 1997-ci il - 1 fevral 1999-cu illər üzrə işlədiyi müddətlərin güzəştli iş stajına daxil edilərək, ona 18 iyun 2009-cu il tarixdən 2004-2005-ci illərin orta aylıq əmək haqqından güzəştli şərtlərlə pensiyanın təmin edilməsi və pensiya hüququnun yarandığı 18 iyun 2009-cu il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin üzərinə qoyulması tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərarın qəbul edilməsini və ərizəçinin Fondun Abşeron rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı pensiya işinə tikilmiş sənədlərinin araşdırılması ilə ehtimal olunur ki, ona ötən dövrlərdən yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə (51 yaşının tamam olduğu gündən) əmək pensiyasının təyin edilməsi və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və sözügedən vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmışdır. Əvvəlcə vətəndaşın yaşayış ünvanı dəyişdirilmişdir. Belə ki, bilavasitə maraqlı şəxslərin göstərişi ilə İddiaçı 2018-ci ilin yanvar ayınadək yaşadığı “ünvan 1 ünvanından qeydiyyatdan çıxaraq Abşeron rayonunun Ceyranbatan qəsəbəsinə qeydiyyata düşmüş, qısa müddətdə - 5 ay ərzində xeyrinə 3 instansiya məhkəməsinin qərarlarının alınmasına və həmin qərara uyğun olaraq 18 iyun 2009-cu il tarixdən yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və ödənilməsinə nail olunmuş, 2018-ci ilin iyul ayında vətəndaş yenidən daimi yaşadığı ünvanına - ünvan 3şdür. Özünün əvvəlki ünvanına qayıtmağına baxmayaraq onun pensiya sənədləri Fondun keçmiş Abşeron rayon şöbəsində qalmış və pensiya ödənişi həmin şöbə tərəfindən aparılmışdır. Onun pensiya işinə tikilmiş sənədlərin araşdırılması ilə məlum olmuşdur ki, ASAN- Sumqayıt tərəfindən verilmiş, verilmə tarixi 19 yanvar 2018-ci il olan 17603118 nömrəli yeni şəxsiyyət vəsiqəsi təhvil alındıqdan dərhal sonra, yəni 22 yanvar 2018-ci il tarixdə həmin vəsiqənin və NZ seriyalı ******* nömrəli hərbi biletin fotosurətlərinin düzgünlüyü Sumqayıt şəhəri, 3-cü mikrorayonda fəaliyyət göstərən 4 nömrəli notariat kontorunun xüsusi notariusu X1 tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Eyni zamanda, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti əlavə edilməklə pensiya təyinatı barədə şöbəyə ünvanlanmış ərizə (1 nömrəli əlavə) isə 22 yanvar 2018-ci il tarixdə vətəndaşın adından doldurulmuş və eyni gündə dərkənar yazılmaqla 489 nömrəsi ilə şöbədə qeydiyyata alınmışdır. Ərizədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətin məzmununun qeyd olunmadığı, yalnız əlyazma qaydada “1 № siyahı” sözünün yazıldığı aşkar edilmişdir. Şöbənin pensiya təyin edən komissiyası tərəfindən rəsmiləşdirilməklə 25 yanvar 2018-ci il tarixli, 489 nömrəli qərarda (8 nömrəli əlavə) “Tələb olunan sənədləri təqdim edə bilmədiyi üçün ərizəsi təmin edilməsin” yazısı qeyd olunmaqla vətəndaşın müraciətinə imtina olunmuşdur. Göründüyü kimi, məhkəmə qərarında xüsusilə ağır və zərərli (güzəştli) iş stajlarına vətəndaşın 5 müxtəlif dövr ərzində, yəni 18 iyun 1981-ci il - 16 avqust 1982-ci il dövr ərzində SSRİ Avtomobil Sənayesi Nazirliyi “Soyuzavtobussənaye” Bakı Xüsusi avtomobillər zavodunun mexaniki ştamplama sahəsində ştamplayıcı, 13 sentyabr 1982-ci il - 20 sentyabr 1983-cü il dövr ərzində Rusiya Federasiyası Çerepoveç Metalkonstruksiyalar zavodunun qaynaq sexində qazla kəsicinin şagirdi, 17 oktyabr 1983-cü il - 21 avqust 1987- ci il dövr ərzində SSRİ Quraşdırma Xüsusi İnşaat Nazirliyi “Başdənizpoiadkonstruksiya” Qeyri-standart avadanlıqların hazırlanması üzrə mexaniki emalatxanasında çilingər- santexnik və Bakı özül dayaq hissələrinin hazırlanması və dərin özüllər zavodunun Mənzil- İstismar idarəsində çilingər-santexnik, 27 yanvar 1993-cü il - 2 fevral 1996-cı və 23 dekabr 1997-ci il - 1 fevral 1999-cu ii dövrləri ərzində Bakı Dərin özüllər zavodunun 37 nömrəli sexində təmirçi-çilingäh|tirni işləmiş olduğu peşələr aid edilmişdir. Lakin məhkəmə kollegiyası tərəfindən hərqıtj peşələr və işlər üzrə tədqiqatların aparılması təmin edilməmiş, həmin işlər hüquqi normalara zidd olaraq xüsusilə zərərli və ağır işlər (ağır sənaye sahəsi) hesab edilmişdir. Araşdırma zamanı məhkəmənin vətəndaşın iddiasında qeyd edilənlərə istinad etdiyi güzəştli iş stajı araşdırılmışdır. Məlum olmuşdur ki, vətəndaşın iddia etdiyi və məhkəmənin də təsdiq etdiyi yuxarıda göstərilən güzəştli iş stajı riyazi hesablandıqda 10 il 3 ay təşkil edir. Lakin əmək kitabçasında qeyd edilənlərə məhkəmə tərəfindən səthi baxılmış və ya ümumiyyətlə baxılmamışdır. Xüsusilə qeyd edilməlidir ki, İddiaçı 1 mart 1984-cü il - 21 avqust 1987-ci il dövr ərzində Bakı özül dayaq hissələrinin hazırlanması və dərin özüllər zavodunun Mənzil-İstismar İdarəsində çilingər-santexnik peşəsində, yəni xidmət sahəsində işləməsinə baxmayaraq həmin dövrü məhkəmə birbaşa istehsalata - 1 №-li Siyahının “bu yarımbölmədə sadalanan istehsaiatlatlarda texnoloji avadanlığın təmiri, profilaktikası və xidməti ilə məşğul olan təmirçi çilingərlər” 1080100a-18559 şifrəsinə uyğun hesab etmişdir. Qeyd edilən müddət isə 3 il 5 ay təşkil etmişdir. Həmin xidmət sahəsi 1 №-li Siyahıda nəzərdə tutulmadığından və həmin müddət yuxarıda qeyd edilən 10 il 3 ay güzəştli iş stajından çıxıldıqda 6 il 10 ay staj qalır ki, bu da qanunvericiliklə tələb olunan 10 il staja qarşı kifayət etmir. Bütün instansiya məhkəmənin qərarlarında qeyd olunanların araşdırılması ilə məlum olmuşdur ki, vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, xüsusilə zərərli və xüsusilə ağır işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, qərarlarda xüsusi vurğulanan onun zərərli şəraitdə işlədiyi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu 1 №-li Siyahıda qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr və şərhlər, vətəndaşın iddiasında qeyd edilənlər əsasında qərar qəbul edilmişdir. Göstərilənlərlə yanaşı, İddiaçı iddiasında qeyd olunanların heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Bütün məhkəmə qərarlarında vətəndaşın əmək kitabçasında qeyd olunmuş iş stajları təfərrüatı ilə müəssisə və təşkilatlar üzrə sadalanmamış, məhkəmə tədqiqatının materilalları, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanları yalnız vətəndaşın iddiasında qeyd olunanlara istinad etməklə kifayətlənərək iddia tələbini təmin etmişdir. Bununla belə, pensiyanın təyinatı barədə məhkəmə qərarlarının rəsmiləşdirildiyi 2018-ci il tarixədək İddiaçı 9 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 51 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun qazanmaması və müvafiq qanunvericiliyin qayda və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Beləliklə, aşkar olunanlar təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa ötən dövrlərdən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Məhkəmə baxışında vətəndaşın 51 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması əsaslı hüquqverici sənədlərlə sübuta yetirilməmiş, təyin olunacaq pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanı yalnız məhkəmə materialları kimi işə tikilmiş əmək kitabçasının surətinə baxmaqla kifayətlənmiş, vətəndaşın iddiasında qeyd olunanlara istinad etməklə iddia tələbini təmin etmişdir. İddia tələbinin vətəndaşın xeyrinə təmin edilməsinə nail olunduqdan sonra məhkəmə qərarları və digər sənədlər, o cümlədən “X6” şirkətinin (MMC) 27 oktyabr 2017-ci il tarixli, 4078 nömrəli arayışı üzrə 2004- 2005-ci illərin əmək haqqı məbləğləri əsaş götürülməklə şöbənin müdiri, Pensiya sektorunun müdiri və Maliyyə-uçot sektorunun müdiri imza etməklə 26 fevral 2018-ci tarixli 489 nömrəli qərarı ilə (şöbənin əvvəlki imtina qərarının №-si ilə eyni) İddiaçı 18 iyun 2009-cu il tarixdən 1.835,35 manat məbləğində güzəştli şərtlərlə yaşa görə 402141 nömrəli əmək pensiyası təyinatı aparılmışdır. Pensiyanın məbləğləri barədə həm qərarda, eyni zamanda uçot vərəqində müvafiq qeydiyyatlar aparılmışdır. İddiaçı pensiya təyin edilməsi barədə şöbənin qərar layihəsi Pensiya təyinatı sektorunun məsləhətçisi T.Abdullayeva tərəfindən hazırlanmış və imza edilmişdir. Qeyd olunmalıdır ki, şöbənin əvvəlki imtina qərarı da sözügedən işçi tərəfindən hazırlanmışdır. Şöbə tərəfindən vətəndaşın 51 yaşının tamam olduğu 18 iyun 2009-cu il tarixdən 1.835,35 manat məbləğində hesablanmış pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə baza hissəsi məbləğinin artırılması, sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə və ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməsi ilə 1 yanvar 2010-cu il tarixdən 1.861,76 manat, 1 sentyabr 2010-cu il tarixdən 1.871,76 manat, 1 yanvar 2011-ci il tarixdən 1.973,60 manat, 1 yanvar 2012-ci il tarixdən 2.122,81 manat,1 yanvar 2013-cü il tarixdən 2.145,22 manat, 1 sentyabr 2013-cü il tarixdən 2.160,22 manat, 1 yanvar 2014-cü il tarixdən 2.209,67 manat, 1 noyabr 2018-ci il tarixdən 2.239,20 manat, 1 yanvar 2016-cı il tarixdən 2.324,77 manat, 11 may 2016-cı il tarixdən 2.334,77 manat, 1 yanvar 2017-ci il tarixdən 2.610,64 manat, işdən azad olunduğu 15 dekabr 2017-ci il tarixdən 2.638,12 manat, 1 yanvar 2018-ci il tarixdən 2.788,50 manat müəyyən edilmiş, şöbənin mühasibatlığı tərəfindən 27 fevral 2018-ci il tarixdə şəxsi hesab açılmış və 13 mart 2018ci il tarixdən ödənişə göndərilmişdir. Qeyd olunan məbləğlər barədə müvafiq riyazi hesablamalar aparılmış vərəq uçot vərəqinin arxasına tikilmiş, həmin vərəqdə ötən dövrlərə görə 227.388,34 manat fərq məbləği hesablanmışdır. Şöbə struktur islahatları ilə əlaqədar 2020-ci ildə ləğv olunmuşdur. Bundan başqa, vətəndaşın 15 may 2018-ci il tarixli ərizəsi eyni tarixdə şöbədə qeydiyyatdan keçirməklə Qanunun 37-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı nəzərə alınmaqla vətəndaşın pensiyası şöbənin 17 may 2018-ci il tarixli sərəncamı ilə 1 yanvar 2018-ci İl tarixdən 795,88 manat məbləğində artırılaraq 3.555,33 manata çatdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, həmin sərəncamın icrası icra olunmamış və sonuncu qeyd edilən məbləğlə deyil, 1 iyun 2018-ci il tarixdən 2.964,90 manatla, 1 yanvar 2019-cu il tarixdən 3.053,85 manatla ödəniş aparılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, məhkəmə qərarına istinad edilməklə, İddiaçı adına açılmış 402141 nömrəli şəxsi hesaba qeyd edilməklə və yuxarıda qeyd olunan hesablamalar nəzərə alınmaqla 18 iyun 2009-cu il tarixdən 1 mart 2018-ci il tarixədək olan dövr üzrə 227.388,34 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Lakin faktiki ödənilmiş məbləğlərin araşdırılması ilə müəyyən edilmişdir ki, 1 mart 2018-ci il tarixdən başlayaraq 1 fevral 2020-ci il tarixədək 22 ay ərzində müxtəlif yüksək məbləğlərlə cəmi 67.737 manat aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, 30 dekabr 2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış fərq məbləğindən 151.776,59 manat qalıq hissə vətəndaşın plastik kart hesabına birdəfəlik köçürülmüş və nağdlaşdırılmışdır. Ötən dövrlərə görə ödənilmiş məbləğ 227.388,34 manat deyil, 219.513,59 manat təşkil etmişdir. Ümumilikdə, ödənişin başlanıldığı 13 mart 2018-ci il tarixdən 1 fevral 2020-ci il tarixədək İddiaçı plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsaitin məbləği 288.304,36 manat olmuşdur ki, bunun da 68.790,77 manatını aylıq pensiya məbləği təşkil etmişdir. Göstərilənlərlə yanaşı ehtimal olunur ki, yüksək məbləğdə pensiya təyin edilməsindən və ötən dövrlərə görə hesablanmış fərq məbləğlərinin pensiya plastik kartına birdəfəlik köçürülməsindən vətəndaş məlumatlı olmamış, habelə, pensiya alınması üçün istifadə olunan plastik kart müəyyən müddət ərzində İddiaçı özündə olmamış, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Eyni zamanda bildiririk ki, araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(85)-800/2018 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır (hakim Könül Həbibova). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalının apellyasiya şikayəti yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 101. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbinə dair müvafiq məhkəmə qərarı 19 fevral 2018-ci il tarixdə qəbul edilmiş və həmin məhkəmə qərarı 13 iyun 2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin, iş materiallarından görünür ki, həmin məhkəmə qərarının icra olunması üçün cavabdehə 10 avqust 2018-ci il tarixli məktub ünvanlanmış, cavabdeh inzibati orqanın 17 avqust 2018-ci il tarixli məktubunun məzmununda isə müvafiq məhkəmə qərarının icra olunması halı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi 01 aprel 2024-cü il tarixdə iş üzrə qəbul edilmiş həmin məhkəmə qərarının ləğv edilməsini və icraatın təzlənməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verilməsinin mümkün olduğu hal kimi yalnız bir hal (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda) qeyd edilmişdir. İndiki halda isə hazırki iş üzrə həmin halın mövcud olması müəyyən edilməmişdir. Həmçinin, İPMin 103.3-cü maddəsinə əsasən qeyd edilən müddətin bərpasına yol verilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verərək, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(85)-800/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar