Məhkəmə qərarları › İş №2-1(105)-953/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-953/2025

29.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-953/2025 29.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X16 qızının katibliyi, İddiaçı X5, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 və üçüncü şəxs X6 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-126/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X5 adına xx.xx.2005-ci il tarixdə verilmiş 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılması, həmin qeydiyyat vəsiqəsi əsasında cavabdeh tərəfindən X5 adına verilmiş xx.xx.2013cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və plan-ölçü sənədinin ləğv ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 anası 1977-ci ilin yanvar ayında vəfat etmiş, sonra X11 və ya onun səlahiyyətli nümayəndəsi ərizə ilə müraciət etmədiyi halda, həmin evə dair X5 adına Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq xx.xx.1989-cu il tarixdə 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonra iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda kimsə qanunsuz olaraq həmin vərəsəlik şəhadətnaməsini və saxta ərizəni cavabdeh orqanın hüquqi varisi olduğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə təqdim edərək, həmin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X5 adına xx.xx.2005-ci il tarixdə 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi almışdır. X11 bu qanunsuz ərizənin və vərəsəlik şəhadətnaməsinin X12 tərəfindən cavabdehə verildiyini və onun tərəfindən həmin qeydiyyat vəsiqəsinin alındığını hesab etmişdir. Belə ki, X11 bildirmişdir ki, X12 həmin vərəsəlik şəhadətnaməsi əsasında qeydiyyat vəsiqəsi əldə edib, sonra da həmin qeydiyyat vəsiqəsi əsasında etibarından sui-istifadə edərək həmin evin ona bağışladığına dair Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda qeyri-qanuni olaraq 23 iyun 2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsi bağlamış və həmin evə dair dövlət reyestrindən 13 iyul 2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Bundan sonra da X12 xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, həmin bağışlama müqaviləsinin əsas göstərək həmin evin yerləşdiyi 0,05045 ha torpaq sahəsinə 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Hesab edilir ki, həmin çıxarışların alınmasına əsası cavabdeh tərəfindən həmin evə dair qeyri-qanuni olaraq verilmiş qeydiyyat vəsiqəsi olmuşdur. Belə ki, birincisi həmin qeydiyyat vəsiqəsinin alınması üçün 22 mart 1989-cu il tarixli, 1-2-592 nömrəli qanunsuz vərəsəlik şəhadətnaməsi və müvafiq ərizə cavabdehə X11 tərəfindən verilməmişdir. Çünki, həmin ərizə X11 tərəfindən imzalanmamışdır. Bundan başqa, həmin qeydiyyat vəsiqəsi cavabdeh tərəfindən alan şəxsə təqdim edilərkən, həmin şəxs cavabdehin tutduğu reyestr kitabını imzalayır. X11 həmin qeydiyyat vəsiqəsinin alınması ilə bağlı cavabdehin tutduğu və saxladığı reyestr kitabını imzalamamışdır. Bu reyestr kitabındakı imzanın X8 məxsus olmadığı da məhkəmə qaydasında ekspertiza yolu ilə məlum olacaqdır. Bütün bunlardan məlum olduğu kimi, həmin qeydiyyat vəsiqəsi ondan mənfəət əldə etmək istəyən şəxs tərəfindən saxta ərizə verilmiş, saxta vərəsəlik şəhadətnaməsi əlavə edilərək cavabdehdən əldə olunmuşdur. Bu durum həmin qeydiyyat vəsiqəsinin cavabdeh tərəfindən qanunun imperativ normaları pozularaq verildiyini təsdiq edir. Ona görə də hesab edilir ki, həmin qeydiyyat vəsiqəsi məhkəmə qaydasında etibarsız sayılmalıdır. Vərəsəlik şəhadətnaməsi əsasında tərtib olunmuş qeydiyyat vəsiqəsinin tarixi 1989-cu il olsaydı, onun məzmunu latın əlifbası ilə yox, kiril əlifbası ilə yazılardı. Bu durum həmin qeydiyyat vəsiqəsinin 1989-cu ildə deyil, bağışlama müqaviləsinin bağlandığı 2013-cü ilə yaxın bir tarixdə saxta yolla tərtib edildiyini təsdiq edir. Belə ki, mərhum X11 2013-cü ildə bütün bunların üçüncü şəxs tərəfindən qeyri-qanuni, saxta yollar ilə təşkil edildiyini hesab etmişdir. - qeydiyyat vəsiqəsində olan naxışların 1989-cu il tarixlərində verilmiş qeydiyyat vəsiqələri ilə müqayisə ediləndə onlarda olan naxışlardan kəskin şəkildə fərqli olduğu görülür. Bu da təsdiq edir ki, həmin qeydiyyat vəsiqəsi 1989-cu ildə deyil, daha sonrakı tarixlərdə saxta yolla verilib. Qeydiyyat vəsiqəsində imzası olan rəisin imzasını onun imzaladığı digər qeydiyyat vəsiqələrində olan imzalar ilə müqayisə etdikdə həmin imzanın fərqli və saxta olduğunu rahatlıqla görmək olur. Bunun müəyyən olunması üçün hesab edilir ki, xətşünaslıq ekspertizasının keçirilməsi zəruridir. X2 adına hüquqa uyğun yəni saxta olmayan qeydiyyat vəsiqəsi verilmiş olsaydı, bu mütləq onun anası Balaca Məmməd qızının adına verilmiş 042 nömrəli texniki pasportda göstərilərdi. Eyni zamanda, üçüncü şəxsin adına çıxarış verilmiş olsa idi, bu da həmin texniki pasportda göstərilərdi. Lakin belə bir göstərişlər həmin texniki pasportda yoxdur. Bu da təsdiq edir ki, qeydiyyat vəsiqəsi saxtadır. - əldə edilən məlumatlara görə, X5 mərhum anası Balaca Məmməd qızının adına verilmiş texniki pasport, X5 adına verilmiş qeydiyyat vəsiqəsi, vərəsəlik şəhadətnaməsinə aid elektron skan reyestr idarəsində silinmişdir. Belə ki, X5 nümayəndəsinin təkidinə əsasən həmin elektron skanın olub-olmamasının yoxlanılması zamanı bu fakt məlum olmuşdur. Hesab edilir ki, bu da təsadüfi olmamış və cavabdehin hansısa işçisi tərəfindən bilərəkdən edilmişdir ki, qeydiyyat vəsiqəsinin saxta olduğu anlaşılmasın. Bütün bunlar onun göstərir ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair X5 adına verdiyi 042 reyestr nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi saxtadır. İddiaçı tərəf 01 iyun 2022-ci il tarixdə cavabdehə müvafiq ərizə ilə müraciət edilərək, qeydiyyat vəsiqəsinin etibarsız sayılması tələb edilmiş, lakin bu günə qədər cavabdeh heç bir qanuni addım atmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-126/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, çıxarışın, plan və ölçü sənədinin ləğvi” tələbinə dair iş üzrə X12 məhkəmə icraatına üçüncü şəxs (zəruri cəlbetmə) qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-126/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, çıxarışın, plan və ölçü sənədinin ləğvi” tələbinə dair iş üzrə 19 mart 2023-cü il tarixdə ölmüş X11 hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Könül Həbibova) xx.xx.2025-ci il tarixli 2-1(118)- 126/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququnun qeydiyyatının ləğvi” tələbinə dair iddia rədd edilmişdir. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-126/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iştirak edən İddiaçı şikayəti müdafiə edib, şikayətin dəlilinə uyğun izahat verərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 şikayəti əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq məhkəmə sorğusuna münasibətdə bildirirdi ki, TEKUİS və DWG baza məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 şikayəti əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırkı iş üzrə iddia müddəti ötürüldüyünə və iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyekiv hüququ olmadığına görə iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilərdi. İddiaçı isə bu müddəti ötürməklə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsini mübahisələndirmiş, müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübut təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısı alınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, xx.xx.2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. xx.xx.2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin xx.xx.2011-ci ilədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. İş materiallarından əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan SSR Abşeron Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan qəsəbəsi, B.Sərdarov küçəsi, 1-ci dalan, ev 2 Abşeron rayonu İcraiyyə Komitəsi Xalq Deputatlar Sovetinin xx.xx.1988-ci il tarixli 08/08 nömrəli qərarı ilə Balaca Məmməd qızının mülkiyyətinə verilmişdir. Daha sonra mübahisələndirilən əmlak xx.xx.1989-cu il tarixli 1-2-592 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında miras əmlak qismində X8 verilmiş, həmin şəhadətnaməyə əsasən onun mülkiyyət hüquqları xx.xx.2005-ci il tarixdə qeydiyyata alınaraq, etibarsızlığı iddia edilən 29 inventar nömrəli, 042 reyestr nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Qeyd edilən əmlak 23 iyun 2013-cü il tarixli, 4Ə/2560 nömrəli bağışlama müqaviləsi ilə üçüncü şəxsə bağışlanmış, mülkiyyət hüquqları qeydiyyata alınaraq, hazırda mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən 13 iyul 2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və 19 may 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli (fərdi evi ilə birlikdə torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır) çıxarışlar tərtib edilmişdir. Hazırkı iş üzrə mübahisə predmeti ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X5 adına xx.xx.2005-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılması, həmin qeydiyyat vəsiqəsi əsasında cavabdeh tərəfindən X5 adına verilmiş xx.xx.2013cü il tarixli çıxarışın və xx.xx.2021-ci il tarixli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsindən ibarətdir. İddia tələbində X5 adına tərtib edilmiş xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin, onun verilməsi üçün müraciət edilməsi zamanı təqdim edilmiş müvafiq ərizənin X11 tərəfindən imzalanmadığı üçün etibarsızlığı iddia olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.5-ci maddəsinə əsasən 2006- cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Göründüyü kimi, X5 adına tərtib edilmiş qeydiyyat vəsiqəsi müstəqil bir inzibati akt deyil, daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir. İddiaçı tərəf həmin sənədi etibarsız hesab etsə də, ona əsas olan Abşeron rayonu Xırdalan qəsəbəsi B.Sərdarov küçəsi 1-ci dalan, ev 2 üzərində X5 vərəsəlik şəhadətnaməsi ilə ona verilmiş mülkiyyət hüquqların mövcudluğu hazırda qüvvədə olan məhkəmə aktı ilə öz təsdiqini tapmışdır. Belə ki, X11 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, X11 ilə üçüncü şəxs arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış 23 iyun 2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(012)-1529/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(105)-305/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, e-2(012)-1529/2023 saylı qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyul 2024-cü il tarixli, 2(102)-2226/2024 nömrəli qərarı ilə X5 hüquqi varisi İddiaçı (hazırkı iş üzrə iddiaçı) kassasiya şikayəti təmin edilməmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də, X5 adına tərtib edilmiş ünvan 5 ünvana dair qeydiyyat vəsiqəsinə əsas olan vərəsəlik şəhadətnaməsi qüvvədə olduğuna görə, məhkəmə tərəfindən həmin vəsiqənin etibarsızlığını müəyyən edən əsaslı səbəb aşkar edilmir. İddia tələbinin digər hissəsi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, üçüncü şəxsin adına verilmiş 19 may 2021-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə X11 iddia ərizəsi ilə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(118)- 243/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, X6 adına verilmiş 19 may 2021-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0,05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 2-1(105)-351/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2- 1(118)- 243/2022 nömrəli qərarı qismən – “X6 adına verilmiş 19 may 2021-ci il tarixli, **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0,05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində ləğv edilmiş, ləğv edilən hissədə yeni qərar qəbul edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-102/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(105)-351/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin həmin mübahisə ilə əlaqədar mövqeyinə əsasən “notarial qaydada təsdiq edilmiş 23 iyun 2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X1 rayon Xırdalan şəhəri M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanda yerləşən ümumi sahəsi 97.4 kv.m olan, 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evini üçüncü şəxs X9 bağışlamışdır. Daha sonra sözügedən fərdi yaşayış evi 13 iyul 2013-cü il tarixdə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda hazırkı iş üzrə müəyyən olunur ki, tərəflər arasında mülki qaydada bir sıra məhkəmə mübahisələri olmuş və X11 tərəfindən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 97.4 kv.m olan, 2 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin X9 bağışlanması barədə müqavilə məhkəmə qaydasında mübahisələndirilsə də, X5 və İddiaçı iddiaları rədd edilmişdir. İddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X13 rayonu Xırdalan şəhəri M.Adıgözəlov küçəsi dalan 1, ev 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Digər tərəfdən, həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmamışdır.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, üçüncü şəxsin mübahisələndirilən əmlak üzərində mülkiyyət hüququ məhkəmə icraat qaydasında müəyyən edilmiş, onun ləğv edilməsi qanuna uyğun hesab edilməmişdir. Hazırkı iddia tələbi ilə qeydiyyat vəsiqəsinin etibarsızlığına istinad edilərək mülkiyyət hüquqların ləğvi xahiş edilir, lakin məhkəmə tərəfindən qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilmədiyindən, üçüncü şəxsin ona məxsus əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatın ləğv edilməsi əsaslı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci ilədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Hazırda mübahisələndirilən qeydiyyat vəsiqəsi (xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmişdir) verildikdən sonra yuxarıda qeyd edilən prosessual normanın qüvvədə olduğu 6 ilə yaxın müddətdə (xx.xx.2005-xx.xx.2011-ci illər) mübahisələndirilməmişdir. Beləliklə, hər bir halda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirilmə imkanını xx.xx.2011-ci il tarixədək itirmişdir. Yuxarıda qeyd olanan hallar hazırkı iddia tələbinin məhkəmədə baxılmasını mümkünsüz edir. Çünki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İddiaçı iddia müddətini xx.xx.2011-ci il tarixədək buraxmışdır. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “X10 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçının iddia müddətinin əvvəli xx.xx.2005-ci il tarixdən, yəni evə dair qeydiyyat vəsiqəsini əldə etdiyi vaxtdan başlamışdır. Məhkəmə kollegiyası sadalanan halları nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-126/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı İbad oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair X5 adına xx.xx.2005-ci il tarixdə verilmiş 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsas təşkil etmiş inzibati aktın etibarsız sayılması, həmin qeydiyyat vəsiqəsi əsasında cavabdeh tərəfindən X5 adına verilmiş xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və planölçü sənədinin ləğv ediməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar