Məhkəmə qərarları › İş №2-1(105)-955/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-955/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-955/2024 18.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X26 qızının katibliyi, İddiaçı X11, Cavabdehin nümayəndələri X10 və X8 iştirakları ilə, İddiaçı (hazırda əsl iddiaçı X11) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)- 2634/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayonu Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli, 7/2 nömrəli qərarı ilə İddiaçı bələdiyyənin ehtiyat fondundan 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin torpaq sahəsində İddiaçı tərəfindən yaşayış evi inşa edilmiş, daha sonra Abşeron rayonu, Məmmədi kəndində yerləşən ümumi sahəsi 15,3 kv.m. olan yaşayış evi üzərində onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınaraq Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 24650 reyestr nömrəli, 356 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra sözügedən yaşayış evi 29 yanvar 2005-ci il tarixdə İddiaçı tərəfindən alqı-satqı qaydasında X6, yaşayış evi üzərində sonuncunun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınaraq Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən adına 24650 reyestr nömrəli, 356 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin, 2005-ci ilin mart ayında həmin yaşayış evinə dair Abşeron rayonu X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasport tərtib edilmiş, pasportda ev sahibi olaraq İddiaçı adı, ev onun tərəfindən alqı-satqı qaydasında satıldıqdan sonra isə yeni sahibin - X13 adı göstərilmiş və yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin ölçüsü 1305,4 kv.m. qeyd edilmişdir. X18 14 iyul 2012-ci il tarixdə ölmüşdür. 12 mart 2013-cü il tarixli, 2V-1-102 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında Abşeron rayonu, Məmmədi kəndində yerləşən ümumi sahəsi 15,3 kv.m. olan yaşayış evi üzərində X13 vərəsələri X25 və X17 paylı mülkiyyət hüquqları 27 mart 2013-cü il tarixdə dövlət reyestrində qeydə alınaraq adlarına **********57-10301 reyestr nömrəli çıxarış verilmişdir. Reyestrdən çıxarışda yaşayış sahəsinin yerləşdiyi 0,00187 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, L.Ə.İsayeva və İ.Y.Əsədovun istifadəsində olması qeyd edilmişdir. Bundan sonra X25 və X23 15 iyul 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən paylı mülkiyyətlərində olan sözügedən yaşayış evini X2, yaşayış evi üzərində sonuncunun xüsusi mülkiyyət hüququ 17 sentyabr 2022-ci il tarixdə dövlət reyestrində qeydə alınaraq adlarına **********57-10301 reyestr nömrəli çıxarış verilmişdir. Reyestrdən çıxarışda yuxarıda qeyd edildiyi kimi yaşayış sahəsinin yerləşdiyi 0,00187 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, Ç.Ə.Niftəliyevin istifadəsində olması qeyd edilmişdir. X15 21 oktyabr 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu, Məmmədi kəndində yerləşən 0,13 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xahiş etmişdir. Cavabdeh 29 noyabr 2022-ci il tarixli, **********66 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Məmmədli Bələdiyyəsi tərəfindən İddiaçı 0,10 ha torpaq sahəsinin 17 fevral 2003-cü il tarixində, 7121 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı və torpaq sahəsinə dair texniki sənədlərin qeydiyyat orqanına təqdim edilmədiyi, aparılmış müayinə baxışı nəticəsində müraciət üzrə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, **********57-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış fərdi yaşayış evinin tamamilə söküldüyü (aşkarlanmadığı) müəyyən olunmuşdur. Daha sonra İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 7/2 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona Abşeron rayonu Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli, 7/2 saylı qərarına əsasən ayrılmış 0,10 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini sonradan özgəninkiləşdirsə də, torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət qeydiyyatına alınmamışdır. Belə ki, həmin fərdi yaşayış evi 244041 nömrəli, 29 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3. Bundan sonra isə onun vərəsələri tərəfindən fərdi yaşayış evi X1. Ç.Ə.Niftəliyev tərəfindən verilmiş notarial ərizədən də görünür ki, onun torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə etirazı yoxdur. İddiaçı cavabdehə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina bildirişi verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, bələdiyyənin müvafiq sənədləşməni qanuna uyğun şəkildə aparmaması iddiaçının səhvi olmamaqla onun mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir. Bundan əlavə həmin bələdiyyə qərarını cavabdeh orqan qanuni sənəd kimi tanıyaraq torpaq sahəsinin üzərində olan fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarını qeydə almışdır. Belə ki, iddiaçının həmin torpaq sahəsində yerləşən evə dair qeydiyyat vəsiqəsi həmin bələdiyyə qərarına əsasən verilmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2634/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli, 7/2 nömrəli qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, əvvəla iddiaçıya torpaq sahəsi ayrılmasına əsas olmuş inzibati akt – Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli, 7/2 nömrəli qərarı hazırda qüvvədədir və hüquqi cəhətdən etibarlı sənəddir. Həmin qərar Abşeron rayon Dövlət Arxivi istinad olunan qərarda İddiaçı adının qeyd olunmamasını bildirsə də, məhkəmə həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin qeydə alınması üçün əsaslarda Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli 7/2 nömrəli qərarın mövcud olmasını və hazırda Məmədli bələdiyyəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi X11 torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına razılıq ifadə etmələrini nəzərə alaraq iddia tələbinin təmin olunmasını məqsədəuyğun hesab edir. Həmçinin, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tamamilə söküldüyünə dair cavabdehin dəlili torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən (hal-hazırda isə sökülmüş) fərdi yaşayış evi **********57-10301 reyestr nömrəli çıxarışa əsasən X11 mülkiyyətindədir. Fərdi yaşayış evi mövcud olmasa da, mülkiyyət hüququ qeydiyyata alındığından qeyd olunan hüquq ləğv edilmədən mübahisəli torpaq sahəsi üzərində X19 mülkiyyət hüququnun qeydiyyata alınması mümkün deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İddiaçının nümayəndəsi (vəkili), eləcə də, X15 məhkəməyə ayrı-ayrılıqda ərizə təqdim edərək İddiaçı əsl iddiaçı X15 ilə əvəz edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası tərəfindən ərizə təmin edilərək İddiaçı əsl iddiaçı X15 ilə əvəz edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X15 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; ... Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ...

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, İddiaçı əsl iddiaçı X15 ilə əvəz edilməklə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, İddiaçı tələbi Məmmədli bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 7/2 nömrəli qərarı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə olmuşdur. İşin yuxarıda sadalanan faktiki hallarından göründüyü kimi mübahisəli 0,10 ha torpaq sahəsi Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli, 7/2 nömrəli qərarı ilə Ə.İddiaçı ayrılmış, onun tərəfindən torpaq sahəsində yaşayış evi inşa edilmiş və ev üzərində mülkiyyət hüququ qeydə alınmış, daha sonra yaşayış evi onun tərəfindən X6, o öldükdən sonra isə həmin ev miras əmlak kimi vərəsələri - X25 və X7, sonuncuların ev üzərində paylı mülkiyyət hüquqları qeydə alınmış, nəhayət, ev onlar tərəfindən sonra X1. Yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətində, evin yerləşdiyi 0,00187 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olmaqla, Ç.Ə.Niftəliyevin istifadəsindədir. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan torpaq və mülki qanunvericilikdə şəxsin mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlak obyektlərinin eyni hüquqi rejimdə olması prinsipi müəyyən olunmuşdur. Həmin prinsipə görə şəxsin mülkiyyətində olan torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın ayrı ayrılıqda özgəninkiləşdirilməsinə yol verilmir. Belə ki, bu yanaşma “AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin AR Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 245-ci maddəsinin ikinci cümləsinin qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən müvafiq torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ da əldə edənə keçir. Göstərilən hüquq normasının təhlilindən göründüyü kimi, torpaq sahəsinin mülkiyyətçisinə məxsus olan binanı (qurğunu) əldə edənin eyni zamanda müvafiq torpaq sahəsi (binadan (qurğudan) istifadə üçün zəruri olan hissə) üzərində də qanuna uyğun olaraq mülkiyyət hüququnu əldə etməsi göstərilir. Eyni zamanda, məhkəmə kollegiyası hüququn qəbul edilmiş qaydalarına əsaslanmaqla qeyd etməyi zəruri hesab edir ki, MM-in 245-ci maddəsinin mənasına görə mülkiyyətdə olan torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak özgəninkiləşdirildikdə tərəflər həmin torpaq sahəsinin hüquqi müqəddəratı barədə xüsusi razılaşma əldə etmək hüququna malik deyillər. Belə ki, əgər daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidirsə, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın yeni mülkiyyətçisinə tərəflərin razılaşmasına əsasən deyil, Mülki Məcəllədə müəyyən olunmuş imperativ normaya əsasən keçir. Tərəflərin torpaq sahəsi olmadan onun üzərində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirililməsi barədə bağladığı əqdlər qanuna uyğun olmadığına görə əhəmiyyətsizdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının analoji mübahisə üzrə 2-1(102)-1615/2024 nömrəli qərarında da kassasiya instansiya məhkəməsinin eyni mövqeyi ifadə olunmuşdur. Sadalananları hazırkı işin hallarına tətbiq edən kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair qanunla gözlənilən mülkiyyət hüququ (bələdiyyə qərarı əsasında) əvvəlcə İddiaçı məxsus olmuş, bu hüquq ondan sonra X14, onun ölümündən sonra vərəsələri X25 və X20, daha sonra isə X4. Odur ki, hazırkı halda, X5 torpaq sahəsi üzərində qanunla gözlənilən mülkiyyət hüququna malikdir. Apellyasiya məhkəməsində icraat zamanı, iddiaçının nümayəndəsi (vəkili), eləcə də, X15 məhkəməyə ayrı-ayrılıqda ərizə təqdim edərək İddiaçı əsl iddiaçı X15 ilə əvəz edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası tərəfindən ərizə təmin edilərək İddiaçı əsl iddiaçı X15 ilə əvəz edilmişdir. Bu baxımdan, hazırkı mübahisənin predmetini Abşeron rayonu, Məmmədi kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçı Ç.Ə.Niftəliyevin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir və aşağıdakılardan ibarətdir: 1) Torpaq sahəsinin alqı-satqısına dair aktın tərtib edilmədiyi; 2) **********57-10301 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış fərdi yaşayış evinin tamamilə söküldüyü (aşkarlanmadığı). Şikayətin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin alqı-satqısına dair aktının tərtib edilməməsi və müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması özü-özlüyündə torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının bağlanmaması özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin aktın torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə bir əsaslandırma aparılmamışdır. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada nəzərə almaq lazımdır ki, hazırda iddiaçının mübahisələndirdiyi 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli, 7/2 nömrəli qərarına əsasən qanunla gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Bu hüquq isə mülkiyyət hüququna bərabər sayılır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tamamilə söküldüyünə (aşkarlanmadığı) dair şikayətin digər dəlilini də əsassız hesab edən kollegiya qeyd edir ki, mübahisəli 0,10 ha torpaq sahəsində yerləşən yaşayış evi yerində mövcud olmuş və ev üzərində iddiaçının mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən 17 sentyabr 2022-ci il tarixdə qeydə alınmışdır. Hətta bundan sonra cavabdeh tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 05 noyabr 2022-ci il tarixli müayinə aktı”ndan görünür ki, ərazinin müayinəsi nəticəsində **********57 reyestr nömrəli fərdi yaşayış evinin 1 mərtəbəli, 1 otaqlı olduğu və sahəsinin texniki pasportda göstərilən sahəyə uyğun olduğu, həmçinin, yaşayış evinin yerləşdiyi torpaq sahəsi texniki sənəd üzrə və faktiki 0,13 ha təşkil etdiyi, kommunikasiya xətlərinin mühafizə zolağına düşmədiyi müəyyən edilmişdir. Hazırda isə iddiaçının tələbi fərdi yaşayış evi deyil, 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun reyestrdə qeydə alınması barədədir. Bu baxımdan, həmin torpaq sahəsində hazırda yaşayış evinin aşkar edilməməsi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Kollegiya bir məqamı da qeyd edir ki, iddiaçının faktiki istifadəsində 0,13 ha torpaq sahəsi olsa da, hazırkı iddia tələbi hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha torpaq sahəsi üzərində hüququn qeydə alınması barədə olmuş və birinci instansiya məhkəməsi də haqlı olaraq İddiaçı bu həcmdə iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Həmçinin, məhkəmə kollegiyası tərəfindən İddiaçı əsl iddiaçı X15 ilə əvəz edildiyindən birinci instansiya məhkəməsinin qərarı bu hissədə dəyişdirilməli, Abşeron rayonu Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli, 7/2 nömrəli qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçı X11 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2634/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Abşeron rayonu Məmmədli bələdiyyəsinin 17 fevral 2003-cü il tarixli, 7/2 nömrəli qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçı X11 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar