Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-959/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin onun əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 3823/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmiş, xx.xx.2022-ci il tarixindən “Dianozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyiinin 3-17-4/3-875/2023 nömrəli əmək qabiliyyətini itirilmə faizi 25%, əlillik müddəti l il olmaqla müayinə aktının ləğv edilməsi, TSEK-in xx.xx.2022 cil il tarixli əmək qabiliyyətinin itirilməsi 50%, əlillik müddəti 5 il olmaqla müəyyən edilmiş müayinə aktının qüvvədə saxlanmasını və pensiyası dayandırılmış gündən məhkəmə qərarı verilən günədək ödənilməmiş pensiyanın ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun əlilliyinin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Baker Hughes Services İnternational LLC” şirkətində 07 aprel 2021-ci il tarixində saat 02-45 radələrində əmək funksiyalarını yerinə yetirərkən xəsarət almış, onun xəsarət almağı ilə bağlı təhqiqat aktı tərtib edilmiş və İZ formalı aktla rəsmiləşdirilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və X1 Sosial Ekspertiza Komissiyasının müayinə aktından çıxarışa əsasən müayinə tarixi xx.xx.2022-ci il təyinat tarixi xx.xx.2022 ci il olmaqla ona üçüncü dərəcə əllilik təyin edilməklə əmək qabiliyyətimin itirilməsi 50% olmaqla, əlillik səbəbi istehsalat zədəsi olmaqla, əlillik müddəti 5 il olmaqla müəyyən edilmişdir. İş vaxtı aldığı xəsarətlə bağlı yuxarıda qeyd edilənlərə əsasən ona əllilik səbəbinə görə əmək pensiyası təyin edilmişdir. 3-cü dərəcə əlillik təyin edilməsi səbəbinə görə xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək pensiyası almış, lakin xx.xx.2023-cü il tarixində pensiyası yüklənmədiyi üçün bunu araşdırmaq məqsədi ilə e-sosial.az saytına baxış keçirmiş və ona TSEK tərəfindən təyin olunmuş əlillik səbəbi ilə "diaqnoz öz təsdiqini tapmamışdır" qeyd edilmişdir. Onların qeyd etdiyi ünvana - Bakı şəhəri Binəqədi rayonu Mirmahmud Kazımovski 134 ünvanında xx.xx.2023-cü il tarixində əyani müayinədə olmuş ona qeyri-peşəkar baxdılar və ona bildirilmiş ki, əlilliyi ilə bağlı sənədləri təqdim etsə, o da eyni ilə əvvəlki sənədlər hansıki əlillik təyin olunanda təkrar təqdim etmişdir. Əlavə heç bir sənəd təqdim etməmiş və ondan əlavə heç bir sənəd istəməmişlər.Bundan sonra dəfələrlə Agentliklə əlaqə saxlasa da nəticəni öyrənə bilməmiş.xx.xx.2023 cü il tarixdə müayinədə olmağına baxmayaraq yalnız e-sosial.az saytına xx.xx.2024-cü il tarixində baxış keçirərkən məlum oldu ki, əmək qabiliyyətimin itirilməsi 50% deyil 25% müəyyən edilmiş və əlillik müddəti 1 il qeyd edilmişdir.X8 Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-875/2024 nömrəli xx.xx.2023 cü il tarixli müayinə aktına əsasən belə bir müayinə olunmayıb olunmamışam) müayinə tarixi xx.xx.2023- cü il olmaqla əlillik səbəbi istehsalat zədəsi, əmək qabiliyyətinin itirilməsi 25%, əlillik müddəti 1 il omaqla müəyyən edilmişdir. Sonuncu müayinə aktında olanlarla razı deyil, əsassız və qanunsuzdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3.3 bəndinə müvafiq olaraq istehsalat zədəsi səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlillik və əmək qabliyyətinin 50% itirilməsi təyin edilmişdir. (ESDAS: **********0)Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-M-25742/2023 nömrəli xx.xx.2023-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir.Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan xx.xx.2022-ci il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin.İnzibati Prosessual Məcəllə: Maddə 73. ....73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3823/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli qərarının İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən yalnız tibbi göndərişi vermiş müəssisəyə müraciət etmiş, alınan məlumat əsasında isə iddiaçının göndərişdə göstərilən tibb müəssisəsində müayinə və müalicə olunmadığı, verilmiş tibbi rəylərin və epikrizlərin müəssisələrinin rəsmi qeydiyyat kitablarında qeydiyyatdan keçmədiyi nəticəsinə gəlmişdir. Ancaq “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Cavabdeh orqan isə həmin normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız özünün formal mülahizəsinə istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan inzibati icraat zamanı işin hallarını obyektiv araşdırsaydı, iddiaçını təkrar müayinəyə göndərsəydi iddiaçıya təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi kimi əsassız nəticəyə gəlməz və iddiaçının hüquqlarını pozmuş olmazdı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur, inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin hallarından məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Əlilliyin etibarsızlığı inzibati icraatın prinsiplərinin pozulması ilə aparıldığından, o cümlədən iddiaçıya təyin edilmiş əlillik zamanı qoyulmuş diaqnozlar iş materialları ilə öz təsdiqini tapdığından cavabdehin əlilliyin etibarsızlığı ilə bağlı hərəkəti qanunsuz olmuşdur.Ona görə də İddiaçı təyin olunmuş İİİ dərəcə əlilliyin etibarsız hesab olunması haqqında qərar xx.xx.2023-cü il tarixli qərar iddiaçıya aid hissədə qanunsuz hesab edilməli və iddiaçıya İİİ dərəcə əlillik əlilliyin etibarsız hesab olunduğu tarixdən Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bərpa edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi inzibati işi lazımi qaydada araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxartmışdır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Obyektiv müayinə zamanı düzgün bədən quruluşuna malik olmuş, dəri və görünən selikli qişalar təmiz və çəhrayı izlənmiş, sümük skleti tərəfindən gözlə görünən patologiya aşkar edilməmişdir. Sağ yuxarı ətrafda sağ əl əzələlərində atrofiya, hipotrofiya qeyd edilməmiş, mil bələk oynağında ağrıya bağlı hərəkət məhdudluğu izlənilmiş, kəskin kontraktura müşahədə edilmiş, ovucun proksimal hissəsində əməliyyatdan sonrakı çapıq qeyd edilmiş, zəif bükücü kontraktura izlənilmişdir ki, bu da əlin tutma funksiyasına təsir etməmişdir. Anamnestik məlumatlar, obyektiv müayinə və təqdim edilmiş sənədlərə əsasən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən xx.xx.2023-cü il tarixindən “Tam reabilitasiya olunmasına, lakin ağrıya bağlı hərəkət məhdudluğu və hissiyyat pozğunluğu davam etdiyindən əmək qabliyyətinin 25% (iyirmi beş faiz) itirilməsinə dair qərar qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətini təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli Əliliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli Əliliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və ona xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya təyin edilmiş üçüncü dərəcə əlilliyin bərpa edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində üçüncü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində istehsalat zədəsi ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, növbəti müayinə tarixi kimi xx.xx.2027-ci il, əmək qabiliyyətinin itirilməi faizi kimi 50 faiz qeyd edilmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunaraq, tam reabiltasiya olunması əsası ilə əlillik təyinatı ləğv edilmiş, xx.xx.2024-cü il tarixli müayinə aktında müayinə tarixi kimi xx.xx.2023-cü il, əlilliyin səbəbi istehsalat zədəsi, əlilliyin müddəti 1 il, əmək qabiliyyətinin itirilmə faizi 25 faiz, növbəti müayinə tarixi kimi xx.xx.2024-cü il qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan əlilliyin təyin edilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı şübhələr müəyyən etdiyindən, iddiaçının əyani müayinəyə dəvət etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya məktub ünvanlayaraq, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda əliliyin ləğvi barədə inzibati akt qəbul ediləcəyi bildirilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş əlillik təyinatı ilə bağlı qərarının mötəbərliyini şübhə altına alınmasının əsası kimi, yüksək məbləğdə pensiya alması, müxtəlif risk qrupları üzrə araşdırılma aparılması məqsəilə bağlı hallara istinad etmişdir Daha sonra cavabdeh inzibati orqan iddiaçının əyani müayinəsini aparmaqla, onun tam reabilitasiya olunması əsası ilə əlilliyin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olub-olmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. İndiki halda məhz cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində belə bir qiymətləndirmə aparılmaqla, onun barəsində 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Belə olan halda, məhkəmə kollegiyası onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətli əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi və həmin qərarın düzgünlüyünü şübhə altına alan heç bir əsaslı sübut təqdim edilmədiyi halda, əlillik müddəti bitmədən onu əyani müayinə cəlb edilməklə, əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi qərarı qanunauyğun olmamışdır. Başqa sözlə desək, cavabdehin özünün qəbul etdiyi əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, inzibati icraatı təzələməklə, iddiaçının əlillik vəziyyətinin yenidən yoxlanılmaqla, əlilliyin ləğvi barədə qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa zidd olmuşdur. Cavabdeh inzibati orqan iddiaçı barəsində əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan özünün iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə qəbul etdiyi əvvəlki qərarının düzgünlüyünü şübhə altına alsa da, onun əsaslarına dair heç bir dəlilə istinad etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında cavabdeh tərəfindən “oktyabr 2023-cü il” kimi qeyd edilmiş qərar formasında sənəd mövcud olsa da, həmin sənəd imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Bu baxımından qeyd edilən hal məhkəmə araşdırması zamnaı aydınlaşdırılmış, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində oktyabr 2023-cü il tarixə aid qərarın qəbul edilməsi ilə bağlı elektron sistemdən çıxarış və ya imza və möhürlə təsdiq edilmiş formada olan qərar təqdim edilməmiş, elektron sistem məlumatlarında yalnız xx.xx.2023-cü il tarixli qərarının olduğu qeyd edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesba edir ki, iddiaçı barəsində əlilliyin ləğv edilməsinə dair qərar qismində məhz xx.xx.2023-cü il tarixli qərar çıxış etdiyindən, bununla bağlı iddiaçıya məhkəmə araşdırması zamanı iddia tələbinin dəqiqləşdirilməsinə dair hüquqi yardım göstərilmişdir. Nəticə etibarilə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, məhz xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsini xahiş etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3823/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qəbul etdiyi xx.xx.2023-cü il tarixi qərarı ləğv edilsin, İddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlilliyin ləğv edildiyi (dayandırıldığı) vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.