Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-966/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçının nümayəndələri X1 və Vəkil, Cavabdehlər Xacmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 və Xacmaz rayon Xacmaz bələdiyyəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon İcra Hakimiyətinə və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının və sahədə inşa edilmiş bir otağın özbaşına sökülməsi, sökülmüş avadanlıqlardan istifadə etməklə, habelə çoxillik şam ağaclarını qırmaqla inşaat işlərinin aparılmasından ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən onun xüsusi mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması və ona vurulmuş külli miqdarda zərərin nəticələrinin aradan qaldırmaq üçün cavabdehlərin üzərinə sökülmüş hasarın, bir otaqlı evin bərpa edilməsi və qanunsuz apardıqları tikinti-inşaat işlərinin nəticələrini aradan qaldıraraq sahənin əvvəlki vəziyyətə qaytarılması” öhdəliyinin qoyulmasına dair iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2-1(118)-16/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyaiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Xaçmaz rayon İcra Hakimiyətinə və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Xaçmaz şəhəri Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarının və sahədə inşa edilmiş bir otağın özbaşına sökülməsi, sökülmüş avadanlıqlardan istifadə etməklə, habelə çoxillik şam ağaclarını qırmaqla inşaat işlərinin aparılmasından ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlər tərəfindən onun xüsusi mülkiyyət hüquqlarına müdaxilə edilməsinə son qoyulması və ona vurulmuş külli miqdarda zərərin nəticələrinin aradan qaldırmaq üçün cavabdehlərin üzərinə sökülmüş hasarın, bir otaqlı evin bərpa edilməsi və qanunsuz apardıqları tikinti-inşaat işlərinin nəticələrini aradan qaldıraraq sahənin əvvəlki vəziyyətə qaytarılması” öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı haqqında” Qaydalara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına əsasən ona fərdi iaşə obyektlərinin tikintisi məqsədi ilə bələdiyyənin ehtiyat fondu torpaqlarından Xaçmaz şəhəri, Qələbə küçəsində 0,30 ha torpaq sahəsi satılmışdır. Müvafiq sənədləşmə aparıldıqdan sonra onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsində qeydiyyata alınaraq 2 iyun 2007-ci il tarixli Çıxarış verilmişdir. Torpaq sahəsi onun tərəfindən mişar daşı ilə hasara alınmış, orada bir otaqdan ibarət ev inşa edilmişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində o, Cavabdeh1nə çağırılaraq rəhbərlik tərəfindən ondan mülkiyyətində olan torpaq sahəsindən əl çəkməsi, torpaq sahəsinin İcra Hakimiyyətinə verilməsi tələb edilmiş, o, həmin qanunsuz təklifi qəbul edə bilməyəcəyini dedikdə, ona xoşluqla olmasa, bu işin zorla həll olunacağı bildirilmişdir. O, belə bir qanunsuzluğun baş verə biləcəyinə inanmasa da, 10 oktyabr 2020-ci ildə günorta vaxtı öz torpaq sahəsinə gəldikdə 100 metrə yaxın hasarın, ərazidə inşa olunmuş otağın orada işləyən fəhlələr tərəfindən tam uçurulduğunu görmüşdür. X3 Xaçmaz Rayon Məhkəməsində ona qarşı mülkiyyətində olan torpaq sahəsinə dair alqısatqı müqaviləsinin, Çıxarışın ləğv olunması barədə iddia qaldırdığını, bunun Cavabdeh1 tərəfindən təşkil edildiyini öyrənmişdir. Bundan sonra onun torpaq sahəsində olan 20-dən çox çoxillik şam ağacları qanunsuz kəsilmiş tikinti məqsədləri üçün torpaq qazıntı və digər inşaat işləri aparılmışdır. İlkin hesablamalara görə ona 20000 manatdan artıq ziyan vurulmuşdur. Həmin ziyan artmaqda davam edir. Cavabdeh1ndən vurduğu zərəri mülkiyyətində olan torpaq sahəsinin uçurulmuş hasarını, inşa etdiyi bir otaqdan ibarət evi bərpa etməsinin rəsmi qaydada tələb olunmasına baxmayaraq, bundan imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat: Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2-1(118)-16/2024 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdir (hakim Ceyhun Məmmədov). Qeyd edilən qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbi iddiaçı tərəfindən iki cavabdehə qarşı yönəldilmişdir. Hüquqi yardımın edilməsi çərçivəsində iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmənin vacibliyi vurğulanmış, dəfələrlə məhkmə iclasları təyin edilmiş və uzun müddətin keçməsinə baxmayaraq nümayəndə və vəkil iddia tələbini konkretləşdirilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bir iddia ərizəsində bir-biri ilə tabeçilik prinsipi olmayan bir neçə inzibati orqanlara qarşı iddia tələbinin qaldırılması yolverilməzdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyü şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, həqiqətən də birinci instansiya məhkəməsində iddia tələbinin dəqiqləşdirilməsi hakim tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə təklif edilmişdir. Lakin sonrakı iclaslarında vəkili üzürlü səbəblərdən iştirak edə bilməmiş və nəticə etibarı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edə bilməmişdir. Belə ki, 01 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasından əvvəl iddiaçının nümayəndəsi və vəkili Vəkil əmisinin dəfn mərasimində iştirak etməsi ilə əlaəqdar məhkəmə iclasına gələ bilməmişdir. Məhkəmə bu halı üzürlü hal kimi qiymətləndirməyərək işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. Nəticə etibarı ilə, iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim etmək imkanından məhrum edilmişdir. b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: apelyasiya şikayətinə qarşı tərəflər etiraz təqdim etməmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi H.Camalov və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər. Cavabdeh1 nümayəndəsi Ə.Alxaslı izahatında apelyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini və Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2024cü il tarixli 2-1(118)-16/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1 . Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarına görə “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq, iddia mümkün sayılmalıdır. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfin apelyasiya şikayəti əsaslı hesab edilərək təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci isntansiya məhkəməsinin qərardadından məzmunundan görünür ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamışdır: -iddia tələbi iki inzibati orqana qarşı yönəldilmişdir; -iddiaçının subyektiv hüququnun pozulması ös təsdiqini tapmamışdır. Əvvəla, məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, iş materiallarına, o cümlədən məhkəmə iclası protokollarına görə iddiaçının nümayəndəsinə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında bələdiyyə qərarının mübahisələndirilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı kompensasiya tələbi ilə bağlı müraciət etmək hüququ ilə bağlı hüquqi yardım gösətrildiyi görünür. Qərardadda cavabdehlərin sırasının dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə istinad edilsə də, həmin hal məhkəmə iclası protokollarında öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı inzibati işin hallarından görünür ki, iddiaçı hüquqlarının iki cavabdeh – Cavabdeh1n və xaçmaz bələdiyəsi tərəfindən pozulmasını iddia edir və əmlakının əvvəlki vəziyətdə bərpa olunmasını hər iki cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki tələbin iki cavabdehə qarşı yönəldilməsi iddianın mümkün sayılmaması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinin iddiaçı tərəfə təklif olunduğuna istinad etsə də, həmin hal məhkəmə iclasının protokollarında öz təsdiqini tapmamışdır. Beləliklə, iddiaçıya və nümayəndəsinə Azərbaycan Respublikası 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımın göstərilməsi tələbinə riayət edilməmişdir. Qərardadda göstərilən ikinsi əsasla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadda iddiaçının hazlrki iddianın qaldırılması üçün subyektv hüquqa malik olmamasını qeyd etmişdir. Lakin həmin dəlilini əsaslandırılmamışdır. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan 0.30 ha torpaq sahəsi ətrafına çəkilmiş daş hasarın və 1 otaqlı tikilinin sökülməsi ilə bağlı hüquqlarının pozulmasını və həmin pozuntunun Cavabdeh1 və Xaçmaz rayon Xaçmaz bələdiyyəsi tərəfindən törədildiyini bəyan edir. Hazlrki tələb üzrə iddiaçının subyektiv hüquqa malik olmaması barədə dəlil də əsassız hesab edilməlidir. Belə ki, qeyd edilən iddianın qaldırılması üçün iddianın əsas mümkünlük şərtlərindən biri inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləyə yol vermiş olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qqərarında da qeyd edlir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır(5.1-ci bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7, 80, 81 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2-1(118)-16/2024 saylı qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-966/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-966/2024
27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver