Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-968/2025 22.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3672/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Qəşəm Məmmədli) xx.xx.2025-ci il tarixli 2-1(118)- 3672/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü ildən xx.xx.2006-cı ilədək "xxxx" fabrikində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü ildən xx.xx.2010-cu ilədək "xxxx" fabrikində işlədiyi dövlərin ümumi iş stajına daxil edilərək, ona xx.xx.2022-ci il tarixdən yəni, 65 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “DOST” Xidmətinə müraciət edərək, ona 65 yaşından yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçının “DOST” Xidmətinə müraciətinə cavab olaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli məktubla müraciətindən imtina edərək, əmək kitabçasında qeyd edilən xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək işlədiyi “Naxış-1” müəssisəsində, xx.xx.1994cü ildən xx.xx.2006-cı ilədək işlədiyi "xxxx" fabrikində hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmaması göstərilmişdir. Cavabdeh öz imtinasında haqlı olmamış, qanunvericiliyin tələblərini nəzərə almadan müraciətindən imtina etmişdir. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuş və 65 yaşı xx.xx.2022-ci ildə tamam olub. İddiaçı xx.xx.1974-cü ildə Sumqayıt 26 Bakı Komissarı zavoduna elektrik çilingəri köməkçisi vəzifəsinə işə düzəlmiş, xx.xx.1975-ci ildə işdən azad olunmuş. xx.xx.1975-ci ildə 26 Bakı Komissarı adına nəşriyyatda çap sexində işləməyə başlamış, xx.xx.1977-ci ildə ordu sıralarına xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Oktyabr İnqilabının 50 illiyi adına Üzvi Sintez Sumqayıt İstehsalat Birliyində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək İmiri parçalama və çeşidləmə zavodunda işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək 81 nömrəli Texniki məktəbdə işləmiş, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Dövlət Qaz Komitəsinin Qaz Borularının korroziyadan müdafiəsi kontorunda işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1990-ci ilədək “AzərMəişətMebel” RİB-də işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək “AzərMəişətMebel” RİB-də işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Naxış-1 “müəssisəsində, xx.xx.1994-cü ildən xx.xx.2010-cu ilədək "xxxx" fabrikində işləmişdir. Yəni, iddiaçının iş stajı 01 yanvar 2006-cı ilə qədər 29 il 2 ay 20 gün və 24 dekabr 2010-cu ilə qədər isə 34 il, 2 ay, 26 gün təşkil etmişdir. İşin hallarından da görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin etməkdən imtina edərkən cavabdeh o hala istinad etmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə, eləcə də əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajına malik olmadığına görə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı belə hesab edir ki, 65 yaşının tamam olduğu vaxt iddiaçı qanunla tələb olunan 25 il sosial sığorta stajına malik olduğuna görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının 25 ildən çox sosial sığorta stajına malik olmağı isə iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərlə təsdiq olunur. Qanunvericiliyə görə iş stajını təsdiq edən əsas sənəd əmək kitabçası olduğundan, eləcə də iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi ilə bağlı hər hansı əks hal müəyyən olunmadığından əmək kitabçasında göstərilmiş iş illəri pensiya hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəməyə təqdim etdiyi sənədlərdən isə görünür ki, iddiaçı qanunla müəyyən edilmiş (65 il) yaş həddinə çatmış və minimum pensiya kapitalı toplamasa da, əmək kitabçası üzrə 25 ildən artıq iş stajına malik olmuşdur. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən 24 dekabr 2010-cu il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina edərkən 01 oktyabr 1992-ci tarixdən 24 yanvar 1994-cü il tarixədək işlədiyi "Naxış-1” müəssisəsində, 01 fevral 1994-cü il tarixdən 01 yanvar 2006-cı ilədək "Bakı qeyri parça materialları” fabrikində olan dövrün ümumi iş stajına daxil edilməsinin mümkün olmadığını bildirmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 1992-2010-cu illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxanda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş sənədlərin arxivə təhvil verilməməsi səbəbindən həmin illərin düzgünlüyünü araşdırmaq mümkün olmaması məsələsinə münasibətdə isə bildirmək istəyir ki, bu hal onun təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Bu baxımdan cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməkdə haqlı olmamışdır. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, , İddiaçı inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/2-M58308/2024 nömrəli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, onun sığorta stajı qanunvericiliklə tələb olunan minimum sığorta stajından, yəni 25 ildən azdır. Cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Naxıs-1” müəssisəsində, xx.xx.1994-xx.xx.2006-ci il tarixədək "xxxx" fabrikindəki əmək fəaliyyətidir. İnzibati orqanın araşdırması zamanı həmin dövrə aid qeydlərin mötəbər olmadığı nəticəsinə gəlinmiş, araşdırma zamanı “Naxıs-1” müəssisəsinin, “Bakı» qeyriparça materialları” fabrikinin hüquqi və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı müəyyən olduğundan vətəndaşın sözügedən müəssisələrdə əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında onun "xxxx" fabrikində xx.xx.1994-xx.xx.2010-cu il tarixlər arasındakı dövr ərzində ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Nəticə etibarilə, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletin surətinə əsasən (xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) xx.xx.2006-cı ilədək ümumilikdə 17 il 2 ay 8 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, ona 65 yaşından xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında olan xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Naxış-1” müəssisəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.2010-cu il tarixədək "xxxx" fabrikində işlədiyi həqiqiliyinə şübhə yaranması əsası ilə həmin dövr sosial sığorta stajı kimi nəzərə almamış, digər dövrlər nəzərə alınmaqla iddiaçının 17 il 2 ay 8 gün ümumi iş stajı olduğunu, iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən sonra pensiya kapitalı qeydə alınmadığını, bu səbəbdən xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək olan dövrün şəxsin sığorta stajına daxil edilməsinin mümkün olmadığını göstərməklə, iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçının əmək kitabçasında olan həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alındığı təqdirdə onun ümumi iş stajı 25 ildən artıq təşkil edir . Cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, “Azərbaycan Respublikasında 1995-1998ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Bakı X1 bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 18 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2013-cü il tarixdə tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar həmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) xx.xx.1997-ci il tarixə səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il məktubunda bildirilir ki, dövlət reyestrində “Naxış-1” müəssisəsi (“Səyahət" müstəqil çoxsahəli kiçik müəssisəsi) adlı kommersiya qurumu aşkar edilməmişdir. xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixdə ləğv olunaraq dövlət reyestrindən çıxarılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan fəaliyyət dövrü ərzində dövlət büdcəsinə vergi ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, Fondun Arxiv və Sosial Ödəniş işlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktuba əsasən sığortaedən, "xxxx" MMC-nin (SUN: **********6; VÖEN: **********) iş qovluğunda 2006-2010-cu illərin hesabat məlumatları aşkar edilmədiyindən sözügedən dövr üzrə sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi barədə məlumatların təqdim edilməsi mümkün olmamışdır Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, “Naxış-1” müəssisəsinin (“Səyahət” müstəqil çoxsahəli kiçik müəssisəsinin) və "xxxx" fabrikinin (ATSC-nin) arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İşdə olan rəsmi sənədlərlə (hərbi bilet, əmək kitabçası, arxiv arayışları və sair) təsdiq edilir ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.1974-cü ildə Sumqayıt 26 Bakı Komissarı zavoduna elektrik çilingəri köməkçisi vəzifəsinə işə düzəlmiş, xx.xx.1975-ci ildə işdən azad olunmuş. xx.xx.1975-ci ildə 26 Bakı Komissarı adına nəşriyyatda çap sexində işləməyə başlamış, xx.xx.1977-ci ildə ordu sıralarına xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək Oktyabr İnqilabının 50 illiyi adına Üzvi Sintez Sumqayıt İstehsalat Birliyində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək İmiri parçalama və çeşidləmə zavodunda işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək 81 nömrəli Texniki məktəbdə işləmiş, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Dövlət Qaz Komitəsinin Qaz Borularının korroziyadan müdafiəsi kontorunda işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1990-ci ilədək “AzərMəişətMebel” RİB-də işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək “AzərMəişətMebel” RİB-də işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Naxış-1 “müəssisəsində, xx.xx.1994-cü ildən xx.xx.2010-cu ilədək "xxxx" fabrikində işləmişdir. Yəni, iddiaçının iş stajı xx.xx.2006-cı ilə qədər 29 il 2 ay 20 gün və xx.xx.2010-cu ilə qədər isə 34 il 2 ay 26 gün təşkil etmişdir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan 65 yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq iş stajına malik olduğundan, cavabdeh inzibati orqanın iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3672/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-968/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-968/2025
22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver