Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-970/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********55 reyestr nömrəli, həmçinin 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-2828/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********55 reyestr nömrəli, həmçinin 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Yergüc kəndi ərazisində mülkiyyət hüququ ilə ona məxsus 0,3577 ha və 0,1827 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. 0,3577 ha torpaq sahəsinə dair cavabdeh tərəfindən adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********55 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmçinin 0,1827 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarış və plan və ölçü sənədi verilmişdir. İddiaçı 2023-cü ilin noyabr ayında cavabdeh orqana müraciət edərək həmin çıxarışlardakı 0,3577 ha və 0,1827 ha torpaq sahələrinin yeni uçot xəritələrindəki vəziyyəti barədə məlumat verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, həmin çıxarışlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Daha sonra iddiaçı təkrarən cavabdeh orqana müraciət edərək həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının yeni hazırlanmış elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) yerləşdirməklə dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahələrinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasını xahiş etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,3577 ha və 0,1827 ha torpaq sahələrinə dair ərizəyə əlavə olunmuş çıxarışlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Həmçinin, qeyd olunmuşdur ki, naturada faktiki vəziyyətdə tələb edilən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) digər şəxsin zəbt hissəsi kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) düzəliş edilməsi üçün MDB faylının hazırlanması və yerli özünüidarətmə orqanları və qonşu torpaq sahələrinin istifadəçilərinin iştirakı ilə tərtib olunan akt qeyd olunan şəxslər tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunan çatışmazlıqlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) aradan qaldırıldıqdan sonra ərizənin icrasına baxılacaqdır. İddiaçı hesab edir ki, bu imtina əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən 0,5404 ha torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş çıxarışlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) öz əksini tapmamışdır. Həmçinin, naturada faktiki vəziyyətdə tələb edilən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində digər şəxsin zəbt hissəsi kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində düzəliş edilməsi üçün MDB faylının hazırlanması və yerli özünüidarətmə orqanları və qonşu torpaq sahələrinin istifadəçilərinin iştirakı ilə tərtib olunan akt qeyd olunan şəxslər tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunan çatışmazlıqlar torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) aradan qaldırıldıqdan sonra ərizənin icrasına baxılacaqdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarında olan xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonun Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsi iddiaçının (tam) xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair AA N 511804 nömrəli plan və ölçü sənədi də tərtib edilmiş, torpaq sahəsinin kadastr göstəriciləri, kadastr xəritəsindən çıxarış və koordinatlar əks olunmuşdur. İşdə olan xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonun Yergüc kəndində yerləşən 0,1827 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. AA N 511803 olan torpaq sahəsinin planı və ölçüsü sənədi verilərək torpaq sahəsinin qonşu sərhədləri əks olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları ilə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-2828/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********55 reyestr nömrəli, həmçinin 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından göründüyü kimi iddiaçıya məxsus torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsinə əsas Xaçmaz rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi olmuşdur. Həmin çıxarışlar əsasında tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədlərində torpaqların rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və torpaq sahəsinin qonşu sərhədləri də göstərilmişdir. İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş kadastr göstəricisi ilə müəyyən olunur ki, ona məxsus ümumi sahəsi 0,5404 ha olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşmür. Beləliklə, iddiaçının məqsədi mülkiyyətində olan ümumi sahəsi 0,5404 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınmasından ibarət olmuşdur. Göründüyü kimi iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Belə ki, ona məxsus olan daşınmaz əmlakın plan və ölçü sənədində döngə nöqtələrinin koordinatları (döngə nöqtələri arasındakı məsafə) da qeyd edilmişdir. Lakin həmin koordinatların əsassız olaraq elektron kadastr uçotu informasiya sistemində əks olunmaması nəticəsində iddiaçının mülkiyyət hüquqlarının, yəni əmlak üzərində sərəncamvermə hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2- 1(118)-2828/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********55 reyestr nömrəli, həmçinin 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli, **********54 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtinasında mübahisəli torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) digər şəxsin zəbt hissəsi kimi göstərilməsi ilə bağlı hala istinad etmişdir. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlilini əsassız hesab edərək bildirir ki, göstərilən hal iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi, həmin torpaq sahələrinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınmasından imtinaya əsas ola bilməz. Belə ki, həmin 0,3577 ha və 0,1827 ha torpaq sahələri üzərində iddiaçının xüsusi mülkiyyəti cavabdeh inzibati orqanın özü tərəfindən 03 iyun 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına müvafiq olaraq **********55 reyestr nömrəli və **********54 reyestr nömrəli çıxarışlar verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-13.4-cü maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Kollegiya qeyd edir ki, Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin müvafiq bəndlərinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, daşınmaz əmlakın vahid dövlət kadastrında, dövlət torpaq kadastrında və onun tərkib hissəsi olan torpaq reyestrində elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq, daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq, dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd edir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) digər şəxsin zəbt hissəsi kimi göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istiad etdiyi dəlil iddiaçının mülkiyyət hüquqlarının pozulması əsası olmamalıdır. Belə ki, sözügedən torpaq sahələrinə dair iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair müvafiq çıxarışlar mövcuddur, qonşu olan həmin torpaq sahələrinin vahid əmlak kimi qeydiyyatının aparılması onun hüququdur. Zəbt olunmuş ərazilərlə bağlı mübahisə yaranacağı halda isə, bu mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Məhkəmə kollegiyasının iclasında qeyd olunan halla əlaqədar İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli və 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışların vahid formada, bir çıxarış 0,5404 ha olmaqla torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməklə, həmin torpaq sahəsinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli və 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışların vahid formada, bir çıxarış 0,5404 ha olmaqla torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməklə, həmin torpaq sahəsinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2-1(118)-2828/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,3577 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli və 0,1827 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəli çıxarışların vahid formada, bir çıxarış 0,5404 ha olmaqla torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməklə, həmin torpaq sahəsinə texniki göstəriciləri əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.