Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-972/2025 09.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və xx.xx.2021-ci il tarixdən sağlamlığın ikinci dərəcə məhdudlaşdırılması halı olan 65-80% ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(118)-249/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ona xx.xx.2021-ci il tarixdən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin ikinci dərəcə məhdudlaşdırılması halı olan 65-80% ilə müddətsiz əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasında imtina barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2021-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz 65-80% ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 xx.xx.1978-ci ildə doğulmuşdur. İddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 illik müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçının təkrar əlillik müddəti bitdikdən sonra o, müxtəlif müalicələr almış və müayinələrdən keçdikdən sonra yenidən ona əlillik təyinatı aparılması üçün cavabdeh orqana xx.xx.2021-ci il tarixdə Forma 88 göndərilmiş və imtina verilmişdir. Daha sonra şəxs tərəfindən yenidən müayinə və müalicə aldıqdan sonra xx.xx.2022-ci ildə yenidən Forma 88 göndərilmişdir. Adıçəkilən Forma 88-dən iddiaçının əsas xəstəliyi T90.5 ağırlaşma F48, G40, G93.4, yanaşı xəstəliklər D50, K27, İ10, J34.2, K31, H35 qeyd olunmuşdur. Lakin cavabdeh orqan tərəfindən T00080279MLD nömrəli Forma 88 qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixdə əlilliyin təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz öz təsdiqini tapır. Odur ki, cavabdeh tərəfindən ona əlilliyin təyin edilməməsində ifadə olunan hərəkətlər qanunsuz və əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "2-ci dərəcə əlilliyin təyin edilməsi" tələbinə dair iş üzrə iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “Xəstəliklərin Beynəlxalq Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, xora xəstəliyi. 12 barmaq bağırsaq xorası tez-tez kəskinləşmələrlə, daimi ağrı sindromu, dispeptik əlamətlər qanaxmalarla; Meyar 2.2. İkinci dərəcə əlillik => digər: 2.2." səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “Xəstəliklərin Beynəlxalq Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma ilə, xora xəstəliyi. 12 barmaq bağırsaq xorası tez-tez kəskinləşmələrlə, daimi ağrı sindromu, dispeptik əlamətlər qanaxmalarla; Meyar 2.2. İkinci dərəcə əlillik => 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəb: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, “Xəstəliklərin Beynəlxalq XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 - Baş beynin diffuz travması; Diaqnozun mətni: Baş beynin diffuz travması. Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Kəllə daxili təzyiq daimi baş ağrıları ilə. Qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar.İİ-li Anemiya. Onikibarmaq bağırsaq keçməməzliyi. Mədənin stenozu, soğanağın çapıq deformasiyası. Postkontuzion sindrom. Posfravnnatik ensefalopatiya. Dispepsiya. Həzm funksiyasının kəskin pozulması. Qabarıq astenonevrotik sindrom tez-tez baş verən vegetativ-damar krizləri ilə. Xoşxassəli kəllədaxili hipertenziya; Meyar 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçərpan veg..." səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt 1 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =:> T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Xoşxassəli kəllədaxili hipertenziya, Kəllədaxili hipertenziya. Dispepsiyə, Həzm funksiyasının kəskin pozulması qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, İİ cili anemiya. Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolma tutmaları ilə. Onikibarmaq bağırsağın xorası, xora xəstəliyi. 12 barmaq bağırsaq soğanağının tez-tez qanaxma ilə residivləşən xroniki xorası daimi ağrı sindromu və dispeptik əlamətlərlə; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - səbəb: Əlavə, müalicə-əlavə ixtisaslaşmış müalicə təyin edilir” səbəbi ilə imtina edilmişdir. Sumqayıt 4 nömrəli Xəstəxananın Poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1 XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Dəqiqləşdirilməmiş lokalizasiyalı peptik xora, xora xəstəliyi. 12 barmaq bağırsaq xora xəstəliyi; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina edilmişdir. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 16 may 2023-cü il tarixli, 3-17-4/3-3-2995/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********9). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAP8R nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********0). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 827 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Qapalı kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və "Sağtərəfli bronxoadenit Xroniki erozivafı qastrit kəskinləşmə mərhələsində. Xora xəstəliyi, onikibarmaa bağırsağın xorası. kəskinləşmə mərhələsində. Vegetativ damar distoniyası diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2021-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş "Kəllədaxili travmaların nəticələri. Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Nevroloji statusda əlillik təyinatına əsas verən patoloji əlamətlər müəyyən edilmir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı uzun müddətdir ki, tutmalarının olduğunu bildirsə də, ifadə etdiyi anamnestik məlumatlar və klinik əlamətlər məlumatlar epitutmalar üçün xarakterik olmamışdır. Əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya izlənilməmiş, astenik əlamətlər, nevroloji status və intellektual anamnestik funksiyaları yaşına uyğun, ətraflarda hərəkət sərbəst qeyd edilmişdir” kimi qeyd olunmuş, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yuxusuzluq, yaddaş pozğunluğu, əsəbilik, qicolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında hərbi xidməti zamanı dalaşdığını, bu səbəbdən ordu sıralarından təxris olunduğunu bildirmiş, hazırda medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaş anamnestik məlumatlarında epitutmanı izah edə bilməmiş, təqdim etdiyi EEQ müayinələrin nəticələrinin doğruluğuna ciddi şübhə yaranmışdır, (müəssisələr: General hospital, Hipokrat tibb mərkəzi, Şərq klinikası) Psixi statusunda vətəndaş tam adekvat, intellektual anamnestik sferası yaşam tərzinə və təhsilinə uyğun olmuş, emosional labil izlənilmiş, ruhi xəstəlik əlamətləri müşahidə edilməmiş, psixi sənədlərində qeyd olunan diaqnozlar bir-birilə uyğunsuz olmuş, həkim-ekspert tərəfindən təsdiqlənməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sabunçu Tibb Mərkəzinin xx.xx.2022xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Kəllə daxili travmanın nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Kəllə daxili hipertenziya posttravmatik ensefalopatiya, tez-tez baş verən vegetativ damar krizləri, qicolma tutmaları ilə. Kəskin asteno nevrotik sindrom. Hipertoniya xəstəliyi İİİ mərhələ. Mədənin stenozu, soğanağın çapıq deformasiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 22184 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz "Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Üzvi mənşəli (travma) nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi. Davranış pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 10653 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi affektiv pozuntu, tez- tez baş verən depressiv əlamətlərlə” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Qabarıq asteno-nevrotik sindrom" kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Hippokrat Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Rezidual-üzvi dəyişikliklər və diensefal strukturların disfunksiyası fonunda beyin neyronlarının epitipli labil paroksizmal vəziyyəti, funksional yüklənmə zamanı qıcolma hazırlığı əlamətləri-Posttravmatik ensefalopatiya, generalizə olunmuş epitutmalar ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Şərq-Qərb Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “EEQ-fon azısında alfa ritm tezliyi saniyədə 7-8 hrs azalıbdır, amplituda 25-30 mkV yüksəlibdir. Bütün konveks boyu alın-gicgah-təpə paylarının üstünlüyü ilə betta-paroksizmal oyanıqlıq fonunda tək-tək dalğalar spavk və pik dalğalarla əvəzlənir. Alın-təpə paylarında reo dalğalar qeyd edilir. Baş-beyin diensefal və qabıqaltı strukturların disfunksiyası əlamətləri, kəllədaxili hipertenziya, vertebro bazilyar çatışmamazlıq, posttravmatik ensefalopatiya əlamətləri, beyin qabığının hipoksiyası, vegeto-damar paroksizmal oyanıglığı, verilən afferent qıcıqlara qarsı yüksək həssaslığı izlənilir. Epi qapı qıcıqlıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Sabunçu Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi 'Periventrikulvar sahələrdə aterosklerotik ensefalopatiyaya uyğun işıqlanma sahələri izlənilir. Beyinin hər iki yarımkürəsində alın-təpə paylarında bir neçə ədəd mikroangiopatik ocaqlar təyin olunur. Sağ yan mədəciyin arxa buynuzu qonşuluğunda, ətrafında qlioz dəyişiklik olan 10*15 mm ölçüsündə malyasiya sahəsi izlənilir (keçirilmiş beyin qan dövranının pozğunluğunun qalıq əlaməti). Alın cibdə, etmoidal hücrələrdə, əsas cibdə və hər iki maksilvar sinusda kobud mukozal qalınlaşma qeyd edilir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. General hospitalın xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsinin doğruluğuna şübhə yaranmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "əlilliyin müəyyən olunması meyarları’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 827 nömrəli Qərarından görünür ki, "Qapalı kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi və "Sağtərəfli bronxoadenit Xroniki erozivafı qastrit kəskinləşmə mərhələsində. Xora xəstəliyi, onikibarmaq bağırsağın xorası. kəskinləşmə mərhələsində. Vegetativ damar distoniyası diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 may 2023-cü il tarixli, 3-17-4/3-3-2995/2023 nömrəli Qərarından görünür ki, Sumqayıt şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAP8R nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********0). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 xx.xx.2023-cü il tarixli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətini Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı şəhər poliklinikasında tərtib edilmiş 0529003AAGTQ nömrəli Forma 088 göndərişindən görünür ki, o, “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapal kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, xoşxassəli kəllədaxil hipertenziya, kəllədaxili hipertenziya, dispepsiya, həzm funksiyasının kəskiı pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarma; bağırsaq soğanağmm çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya, dəqiqləşdirilməmiş ensefalopatiya posttravmatik ensefalopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, qabara asteno-nevrotik sindrom” diaqnozunda olan xəstəliklərə düçar olmuşdur. Qeyd edilən xəstəliklər xroniki olduğundan reabilitasiyası yoxdur, kəskinləşərkən əlavə müalicəyə cəlb oluna bilər. Orqanizmin funksiyalarının neçə faizinin pozulması sualı əlilliyin təyininə aid olduğundan onlar məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyimi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 xx.xx.2024-cü il tarixli, ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı şəhər poliklinikasında tərtib edilmiş 0529003AAGTQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya, dispepsiya, həzm funksiyasının kəskin pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarmaq bağırsaq soğanağının çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya, dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, qabarıq asteno-nevrotik sindrom” diaqnozunda olan xəstəliklərə düçar olmuşdur. Həmin xəstəliklərdən həzm traktının xəstəlikləri “Həzm funksiyasının kəskin pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarmaq bağırsaq soğanağının çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya” istisna olmaqla digər xəstəliklərə Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik xəstəxanası Phş-nin verdiyi xx.xx.2023-cü il tarixli, 5115 nömrəli tibbi vərəqədə də tam şəkildə rast gəlinir. Həzm traktının xəstəlikləri isə bütün Forma 088də qeyd olunduğundan onları inkar etmək də olmaz. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 xx.xx.2024-cü il tarixli, ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “Respublika Klinik Xəstəxanasına göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı ona "Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, simptomatik epilepsiya qıcolma tutmaları ilə, asteno-nevrotik hal, sağ temporal payda 32x26x13 mm ölçüdə kista” diaqnozu qoyulsa da, hazırda onda ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxsiyyət pozulmaları nəzərə alınmır) ilə nəticələnən ayda 2-3 kobud disforiya halları aşkar edilməmişdir. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hal-hazırda İddiaçı xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, həm xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkim nevroloqun müayinəsindən keçirlər. Xəstəlik kəskinləşdiyi təqdirdə isə vəziyyətinin ağırlığından asılı olaraq ambulator-stasionar müalicəyə cəlb olunurlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 xx.xx.2025-ci il tarixli, ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Respublika Klinik Xəstəxanası”na göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı ona “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, simptomatik epiiepsiya qıcolma tutmaları ilə, asteno-nevrotik hal, sağ temporal payda 32x26x13 mm ölçüdə kista” diaqnozu qoyulmuşdur. O, 19.03-xx.xx.2025ci il tarixlərdə “Sabunçu Tibb Mərkəzi’ndə “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətİəri-G93, S06.8, kəllədaxili hipertenziya, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan, epileptik qıcolma tutmaları ilə (ayda 5 dəfə) G90, G93.2, sağ temporal payda 30x24x31mm kista, kəskin nəzərəçarpan asteno-nevrotik sindrom, hipertoniya xəstəliyi İİ- İİİ dərəcə, D33, F48.0, 110” diaqnozu ilə müalicədə olmuşdur. Belə ki, həmin xəstəlik, yəni epilepsiya, tez-tez təkrarlanan (ayda 5 dəfə) tutmalarla müşayiət olunmuş və EEQ müayinədə təsdiq olunmuşdur. Vətəndaş İddiaçı hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(118)-249/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyin təyin olunmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona 2011-ci ildə 2ci qrup əlillik təyin olunub. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 illik müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Lakin Cavabdeh əlilliyin 2011-ci ildən yox, 2014-cü ildən təyin olunduğu haqda TSEK müayinələri altsistemindən çıxarışları məhkəməyə təqdim etmişdir. Həmin dövrdə TSEK müayinələri altsistemi olmadığı üçün Forma 88 əl ilə yazılırdı. İddiaçı 2011-ci ilin yanvar ayında əlilliyin təyin edilməsi ilə bağlı, qeydiyyatda olduğu Sumqayıt şəhərindəki TSEK-ə rəsmi olaraq sənədləri təqdim etmişdi. Aprel ayında isə Cavabdehndə əyani müayinədə olmuşdur. İyun ayının 2-də ona 2-ci qrup əlillik təyin edilmişdir. Rəsmi olaraq sənədlər yanvar ayında təqdim olunduğuna görə İddiaçı əlilliyinin müddəti 10 ildən artıq olduğu hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 may 2022-ci il tarixli 191 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərarında 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və İddiaçı xx.xx.2021-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müddətsiz 65-80% ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı növbəti dəfə xx.xx.2015-ci il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixində iddiaçıya 5 il müddətinə “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti yenidən qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Eləcə də xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixdə diaqnozun əlillik təyin etməməsi səbəbi ilə yenidən əlillik təyin edilməsindən imtina olunmuşdur. Daha sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt Tibb Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, T00080279MLD nömrəli göndəriş verilmişdir. Həmin göndərişə əsasən, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri”, ağırlaşmaları: F06.8 “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, qabarıq asteno-nevrotik sindrom“, F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, qabarıq asteno-nevrotik sindrom”, G93 “Baş beynin digər zədələnmələri, posttravmatik ensefalopatiya”, G40 “Epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə”, yanaşı xəstəlikləri: F06.3 “Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, tez-tez baş verən depressiv vəziyyətlər ilə” qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş, “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 16 may 2023-cü il tarixli, 3-17-4/3-3-2995/2023 nömrəli Qərarından görünür ki, Sumqayıt şəhər sakini xx.xx.1978-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAP8R nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********0). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3567/2023 nömrəli, 01 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, T788/2023 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətini Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı şəhər poliklinikasında tərtib edilmiş 0529003AAGTQ nömrəli Forma 088 göndərişindən görünür ki, o, “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapal kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, xoşxassəli kəllədaxil hipertenziya, kəllədaxili hipertenziya, dispepsiya, həzm funksiyasının kəskiı pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarma; bağırsaq soğanağmm çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya, dəqiqləşdirilməmiş ensefalopatiya posttravmatik ensefalopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, qabara asteno-nevrotik sindrom” diaqnozunda olan xəstəliklərə düçar olmuşdur. Qeyd edilən xəstəliklər xroniki olduğundan reabilitasiyası yoxdur, kəskinləşərkən əlavə müalicəyə cəlb oluna bilər. Orqanizmin funksiyalarının neçə faizinin pozulması sualı əlilliyin təyininə aid olduğundan onlar məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyimi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3567/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, T74/2024 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 1 saylı şəhər poliklinikasında tərtib edilmiş 0529003AAGTQ nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya, dispepsiya, həzm funksiyasının kəskin pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarmaq bağırsaq soğanağının çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya, dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə, vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, qabarıq asteno-nevrotik sindrom” diaqnozunda olan xəstəliklərə düçar olmuşdur. Həmin xəstəliklərdən həzm traktının xəstəlikləri “Həzm funksiyasının kəskin pozulması, onikibarmaq bağırsaq keçməməzliyi, mədənin stenozu, onikibarmaq bağırsaq soğanağının çapıq deformasiyası, qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar, ikincili anemiya” istisna olmaqla digər xəstəliklərə Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik xəstəxanası Phş-nin verdiyi xx.xx.2023-cü il tarixli, 5115 nömrəli tibbi vərəqədə də tam şəkildə rast gəlinir. Həzm traktının xəstəlikləri isə bütün Forma 088-də qeyd olunduğundan onları inkar etmək də olmaz. Qeyd edilən diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən ona xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-707/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli, T736/2023 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “Respublika Klinik Xəstəxanasına göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı ona "Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, simptomatik epilepsiya qıcolma tutmaları ilə, asteno-nevrotik hal, sağ temporal payda 32x26x13 mm ölçüdə kista” diaqnozu qoyulsa da, hazırda onda ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxsiyyət pozulmaları nəzərə alınmır) ilə nəticələnən ayda 2-3 kobud disforiya halları aşkar edilməmişdir. Ümumiyyətlə həmin xəstəliklər tam reabilitasiya olunmurlar, hal-hazırda İddiaçı xəstəliklərlə əlaqədar əlavə müalicəyə ehtiyacı yoxdur, həmin xəstəliklərdən əziyyət çəkən şəxslər yaşadıqları yerdə poliklinikada qeydiyyata götürülür və vaxtaşırı həkim nevroloqun müayinəsindən keçirlər. Xəstəlik kəskinləşdiyi təqdirdə isə vəziyyətinin ağırlığından asılı olaraq ambulator-stasionar müalicəyə cəlb olunurlar. Daha sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-249/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərardadı ilə əvvəlki ekspertiza zamanı ekspert qarşısında qoyulmuş sualların tam cavablandırılmaması səbəbindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, T223/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “Respublika Klinik Xəstəxanası”na göndərilmiş və xx.xx.2024-cü il tarixdə mütəxəssis tərəfindən müayinəsi zamanı ona “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, posttravmatik ensefalopatiya, simptomatik epilepsiya qıcolma tutmaları ilə, asteno-nevrotik hal, sağ temporal payda 32x26x13 mm ölçüdə kista” diaqnozu qoyulmuşdur. O, 19.03-xx.xx.2025-ci il tarixlərdə “Sabunçu Tibb Mərkəzi’ndə “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətİəri-G93, S06.8, kəllədaxili hipertenziya, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan, epileptik qıcolma tutmaları ilə (ayda 5 dəfə) G90, G93.2, sağ temporal payda 30x24x31mm kista, kəskin nəzərəçarpan asteno-nevrotik sindrom, hipertoniya xəstəliyi İİ-İİİ dərəcə, D33, F48.0, 110” diaqnozu ilə müalicədə olmuşdur. Belə ki, həmin xəstəlik, yəni epilepsiya, tez-tez təkrarlanan (ayda 5 dəfə) tutmalarla müşayiət olunmuş və EEQ müayinədə təsdiq olunmuşdur. Vətəndaş İddiaçı hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi iddiaçı ilk dəfə xx.xx.2014-cü il tarixində TSEK-də müayinədən keçmiş və ona bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən sonuncu dəfə əlilliyin qiymətləndirilməsi məhz müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Forma 88 haqqında tibbi göndəriş əsasında aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının hüquqi marağı məhz həmin tibbi göndəriş əsasında aparılmış əlilliyin qiymətləndirilməsi nəticəsi ilə bağlı olduğundan, iddiaçıya münasibətdə iddianının əsaslılığı (hansı diaqnoz xəstəliyin qoyulması və həmin xəstəliklərin hansı səbəbdən yaranması) məhz həmin tibbi göndərişdə əks olunmuş məlumatlar əsasında yoxlanılmalıdır. Sözügedən göndəriş zamanı iddiaçının əsas diaqnozu – T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri”, ağırlaşmaları: F06.8 “Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozuntular, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, qabarıq asteno-nevrotik sindrom“, F06.6 “Üzvi mənşəli emosional labil [astenik] pozuntu, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, qabarıq asteno-nevrotik sindrom”, G93 “Baş beynin digər zədələnmələri, posttravmatik ensefalopatiya”, G40 “Epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə”, yanaşı xəstəlikləri: F06.3 “Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, tez-tez baş verən depressiv vəziyyətlər ilə” olaraq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 10 aprel 2025-ci il tarixli, T223/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı 19.03xx.xx.2025-ci il tarixlərdə “Sabunçu Tibb Mərkəzi’ndə “Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətİəri-G93, S06.8, kəllədaxili hipertenziya, posttravmatik ensefalopatiya tez-tez təkrarlanan, epileptik qıcolma tutmaları ilə (ayda 5 dəfə) G90, G93.2, sağ temporal payda 30x24x31mm kista, kəskin nəzərəçarpan asteno-nevrotik sindrom, hipertoniya xəstəliyi İİ-İİİ dərəcə, D33, F48.0, 110” diaqnozu ilə müalicədə olmuşdur. Belə ki, həmin xəstəlik, yəni epilepsiya, tez-tez təkrarlanan (ayda 5 dəfə) tutmalarla müşayiət olunmuş və EEQ müayinədə təsdiq olunmuşdur. Vətəndaş İddiaçı hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Göründüyü kimi iddiaçıya əlillik təyin olunmasına əsas verən xəstəliklərin hazırda mövcud olması ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya əlillik təyin edilməsindən imtina olunması qərarına gəlmişdir. Yuxarıda istinad olunan ekspert rəyinin nəticə hissəsindən göründüyü kimi iddiaçı epilepsiya, tez-tez təkrarlanan (ayda 5 dəfə) tutmalarla müşayiət olunan xəstəlikdən hazırda da əziyyət çəkir. Sözügedən xəstəlik iddiaçı barəsində tərtib olunmuş müvafiq göndərişdə də G40 “Epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə” kodu ilə qeyd olunmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş xəstəlik əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda (Meyarların 6.7 və 6.7.3-cü bəndlərinə uyğun olaraq) əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan həmin diaqnoz xəstəliyin əlamətlərinin əlilliyin təyin edilməsinə əsas olmadığını qeyd etsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim etməmiş, habelə həmin hal hər hansı tibbi sənədə (aparılmış müayinə nəticələrinə dair tibbi sənədlər və s.) istinad edilməklə əsaslandırmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş sənədlər və ekspert rəyi ilə iddiaçıda sözügedən xəstəliklərin mövcudluğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyin edilməsinə əsas olması nəzərə alınanda iddiaçının tələbində qismən haqlı olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, onun əlilliyinin müddəti 10 ildən artıq olduğu üçün ona müddətsiz əlillik təyin olunmalıdır. Əlavə olaraq iddiaçı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-249/2025 nömrəli qərarının ləğv edilməsini və ona xx.xx.2021-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya iddiaçının müddətsiz əlillik təyin olunması ilə bağlı dəlilini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci maddəsinin tələbinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi iddiaçıya tələb etdiyi kimi müddətsiz əlilliyin təyin olunması üçün azı 10 il müddətində əlillik dərəcəsi olmalıdır. İş materiallarına əlavə olunmuş TSEK müayinələrinin nəticələrinə dair çıxarışdan isə görünür ki, iddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixində əlillik təyin olunmuşdur. İddiaçı bununla razılaşmasa da, daha əvvəlki tarixlərdə ona əlillik təyin olunmasına dair hər hansı sübut təqdim etməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X12 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 02 iyun 2022-ci il tarixli məktubuna istinad etmişdir. Sözügedən məktubdan görünür ki, İddiaçı həqiqətən də Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 21 iyun 2011-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilməklə ödənilmişdir. Onun “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” İİ dərəcə əlilliyinin etibarlılıq müddətinin 11 fevral 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 01 mart 2021-ci il tarixindən dayandırılmışdır. Göründüyü kimi iddiaçı 21 iyun 2011-ci il tarixindən əlillik dərəcəsinin olmasına istinad etməklə ona müddətsiz əlillik təyin olunmasını tələb edir. Kollegiya qeyd edir ki, hətta 21 iyun 2011-ci il tarixində iddiaçıya əlillik təyin olunmağı qəbul edilsə, qanunvericiliyin digər şərtləri ödənilsə belə, TSEK müayinələrinin nəticələrinə dair çıxarışdan da göründüyü kimi əlillik müddəti xx.xx.2021-ci il tarixində bitmişdir. Beləliklə də, iddiaçının istinad etdiyi 10 illik müddət ona münasibətdə ödənilməmişdir. Kollegiya əlilliyin xx.xx.2021-ci il tarixdən təyin olunması ilə bağlı iddiaçının növbəti dəlilinə münasibətdə isə aşağıdakıları qeyd edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2023-cü il tarixdən təyin edilməlidir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(118)-249/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.