Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-978/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahələrinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(118)-1873/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi İŞİN HALLARİ: “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 21 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Aşağı Atuç kəndində yerləşən **********68 reyestr nömrəli 3,6645 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payının sahibidir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 21 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Aşağı Atuç kəndində yerləşən **********35 reyestr nömrəli 1,98 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payının sahibidir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 21 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Aşağı Atuç kəndində yerləşən **********72 reyestr nömrəli 2,0101 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payının sahibidir. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 21 dekabr 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Aşağı Atuç kəndində yerləşən **********69 reyestr nömrəli 6,0223 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payının sahibidir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin 17 iyul 2024-cü il tarixli, 2739 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - 8 dekabr 2023-cü il tarixli, 4Ə-2222 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verən X2 rayonu, Aşağı Atuç kəndində yerləşən 2,0101 ha torpaq sahəsini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin bağlanılması üçün əsas omuş hüquqmüəyyənedici sənədlər; - 8 dekabr 2023-cü il tarixli, 4Ə-2221 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verən X2 rayonu, Aşağı Atuç kəndində yerləşən 6,0223 ha torpaq sahəsini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin bağlanılması üçün əsas omuş hüquqmüəyyənedici sənədlər; - 8 dekabr 2023-cü il tarixli, 4Ə-2220 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verən X2 rayonu, Aşağı Atuç kəndində yerləşən 3,6645 ha torpaq sahəsini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin bağlanılması üçün əsas omuş hüquqmüəyyənedici sənədlər; - 8 dekabr 2023-cü il tarixli, 4Ə-2219 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, hədiyyə verən X2 rayonu, Aşağı Atuç kəndində yerləşən 1,98 ha torpaq sahəsini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. Müqavilənin bağlanılması üçün əsas omuş hüquqmüəyyənedici sənədlər. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək torpaq sahələrinə dair plan və ölçü sənədinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 28 iyun 2024-cü il tarixli, 3-21-3-34/2-6935/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, 13,6769 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 10,86 ha ölçüdə öz əksini tapmışdır və tərəfindən torpaq sahəsinin azalması ilə bağlı razılaşmadığı bildirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonunun Aşağı Atuç kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində 21 dekabr 2023-cü il tarixdə **********35 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, **********68 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, **********69 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, **********72 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və müvafiq çıxarışların verildiyi torpaq sahələrinin plan və ölçülərinin hazırlanaraq iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat: İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası tamamilə əsassız olmuşdur. Hazırki məsələyə inzibati məhkəmə tərəfindən baxılmaqla iddiası təmin ediməlidir. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, 13,6769 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 10,86 ha ölçüdə öz əksini tapmışdır və iddiaçı tərəf torpaq sahəsinin azalması ilə bağlı razılaşmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(118)-1873/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Könül Həbibova) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hər nə qədər də iddiaçı dörd ayrı hüquqmüəyyənedici sənədə söykənən torpaq sahəsi ilə bağlı işə bir icraatda baxılmasını istəsə də, yenə də bu torpaq sahələrinə münasibətdə ayrı-ayrı mütəxəssis rəyləri alınmalı, ayrı-ayrılıqda müvafiq hüquqmüəyyənedici sənədlərlə bağlı sorğular göndərilməli, etirazın hər bir torpaq sahəsinə münasibətdə, yoxsa bir və ya bir neçəsini əhatə etməsi müəyyən edilməlidir və s. Yəni yalnız eyni iş nömrəsi altında dörd ayrı icraat kimi araşdırılmalıdır. Əks halda İPM-in 12, 37-ci maddələrinin tələblərinin, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində “tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü” halının yoxlanılmasının heç bir əhəmiyyəti qalmır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahələrinin hər biri üçün S.İ.Ələkbərovanın adına çıxarışlardan başqa torpaq sahələrinin plan və ölçüləri də tərtib edilərək ona verilmişdir. 8 dekabr 2023-cü il tarixdə X2 rayonunun Aşağı Ataç kəndində 4 ədəd çıxarışla mülkiyyətində olan və ümumi sahəsi 13,6769 hektar torpaq sahələrini nəvəsi İddiaçı bağışlamışdır. Bağışlama müqavilələri bağlanarkən notariusa 4 ədəd çıxarış, 4 ədəd plan və ölçü sənədi və hər bir sahə üçün yüklülüyün və məhdudiyyətin olmadığı barədə arayışlar təqdim edilmiş və notariat işinə əlavə edilmişdir. (Notariat işlərinin təsdiqlənmiş surətləri iddia ərizəsinə əlavə edilmişdir) Torpaq sahələrinin X4 tərəfindən ƏləkbərliAydan Müqəddəs qızına bağışlanması barədə müqavilələr Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmkakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilmiş və 21 dekabr 2023-cü il tarixdə torpaq sahələri tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmış və ona müvafiq çıxarışlar verilmişdir. Çıxarışlarda torpaq sahələrinin ölçüləri yenə də əvvəlki kimi göstərilmişdir və ümumisahə 13,6769 hektar təşkiledir. Cavabdeh Daşınmaz Əmkakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsiçıxarışlarda torpaq sahələrinin ölçülərini əvvəlki kimi göstərsə də, iddiaçıya həmin sahələrin sərhədlərini, ölçülərini, döngə koordinatlarını əks etdirən plan və ölçülərini vermir. Həmin sənədlərin verilməsi üçün iddiaçının qarşısında şərt qoyur ki, gərək torpaq sahəsinin azaldılaraq,çıxarışlar üzrə sahənin 10,86 hektar ölçüdə göstərilməsinə razılıq versin. Bu tələb əsassız və qeyri-qanunidir. Əvvəla 13,6769 hektar torpoq sahəsinin, torpaqların kadastr uçotu informasiya sistemində azalaraq 10,86 hektar ölçüdə öz əksini tapması ifadəsi gülməli və absurd bir ifadədir. Torpaq sahələrinin azalması və ya artmasımümkün olan bir hal deyil. Torpaq sahəsi nə sıxılıb azala bilməz, nə də buxarlanıb azala bilməz. Əgər torpaq sahələrinin ölçülərində əvvəlcədən yanlışlıqlar və səhvlər olubsa, onda gərək həmin sahələr əvvəlki mülkiyyətçilər tərəfindən 2017-ci və 2019- cu ildə iddiaçının nənəsi X1 zaman bu səhvlər aradan qaldırılmalı idi. Həmin vaxt da sənədlər və arayışlar 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən verilmişdi. Vəziyyətdən belə görünür ki, ya torpaq sahəsinin “azalması” barədə fikir əsassızdır, yalandır, ya da 2017-ci və 2019cu illərdə həmin torpaq sahələri iddiaçının nənəsi tərəfindən satın alınarkən cavabdeh təşkilat olan 5 saylı Xaçmaz Ərazi İdarəsi satıcılar tərəfindən alıcının aldatılmasına kömək etmişlər və şərait yaratmışlar. Cavabdehin xx.xx.2024-ci il tarixli məktubu ilə iddiaçıya torpaq sahələrinin plan və ölçülərinin verilməsindən imtina edilmişdir. Cavabdehin yuxarı təşkilatı olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmkakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə iddiaçının müraciəti də eyni motivlə, cavabdehin məktubuna istinad edilməklə təmin edilməmişdir və bu barədə iddiaçının nümayəndəsinə 03 iyul 2024-cü il tarixliməktubla məlumat verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixliməktubundakı və cavabdehin yuxarı təşkilatına xx.xx.2024-cü il tarixliməktubundakı dəliləsassız və qeyri-qanuni olduğu üçün məsələyə inzibati məhkəmə tərəfindən baxılmalıdır və mülkiyyətçi olan İddiaçı torpaq sahələrinin sərhədləri, ölçüləri, döngə noqtələri və sair zəruri məlumatlar göstərilməklə torpaq sahələrinin plan və ölçülərinin hazırlanaraq iddiaçıya verilməsi vəzifəsi məcburetmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır. Ona görə də, 23 iyul 2024-cü il tarixli iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayonunun Aşağı Atuç kəndində yerləşən, hüquqların Dövlət Qeydiyyatı haqqında Dövlət Reyestrində 21 dekabr 2023-cü il tarixdə **********68 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi; **********31 reystr nömrəsi, ********** qeydiyyat nömrəsi; **********69 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi; **********72 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və müvafiq çıxarışların verildiyi torpaq sahələrinin plan və ölçülərinin hazırlanaraq iddiaçıya verilməsi vəzifəsinin cavabdeh- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X7 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə Qərar qəbul etməsini xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1873/2025 nömrəli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Hesab edir ki, qərardad kifayət qədər əsaslı və qanuni deyil, apellyasiya məhkəməsi tərəfindən ləğv edilərək, idianın mümkün hesab edilməsi və isə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Qərardadın “iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlər” bölməsində 2017-ci ildə bağlanmış 10 ədəd alqı-satqı müqavilələrinə, 2009-cu ildə bağlanmış 1 ədəd alqısatqımüqaviləsinə və 08 dekabr 2023-cü il tarixdə bağlanmış 4 ədəd bağışlama müqavilələrinə əlavə edilmiş və məhkəməyə təqdim edilmiş torpaq sahələrinin plan və ölçü sənədlərini göstərməmişdir. Halbukiməhkəmə mübahisəsiməhz həmin sənədlərlə bağlıdır. Sumqayıt İnzibati Məhkəməsi Azərbaycan Respublikası İPM-nin 13-cü madəsinə əsasən məhkəmə iclasında hüquqi yardım göstərmək qaydasında iddia tələbimə birlikdə baxılmasının mümkün olmadığını və icraatın ayrılmalı olduğunu izah etmişdir. Amma, bizaşağıdakımülahizələrə görə bu təkliflə razılaşmamışıq və iddiaya bir icraatda baxılmasına qanun və məqsədəuyğun olduğunu bildirmişik. Belə ki, iddia tələbi eyni şəxs tərəfindən, eyni cavabdehə qarşı verilmişdir, eyni məhkəməyə aiddir, texniki sənədlər olan plan və ölçülərinin hazırlanması tələb olunan 4 çıxarış üzrə torpaq sahələri tam bitişik ərazidədir. Cavabdeh tərəfin imtina məktubunda da 13,6769 ha torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUS-da) azalaraq 10,86 ha ölçüdə öz əksini tapması ümumi şəkildə göstərilmişdir. Məhkəmə icraatın gedişində cavabdehdən torpaq sahəsinin azalmasına açıqlamasını tələb edib, 4 çıxarışın hər biri üzrə azalmanın nə qədər olduğunu müəyyənləşdirə bilər. Yaxud həmin məsələ mütəxəsis rəyi və ekspert rəyi ilə asanlıqla aydınlaşdırıla bilər. Bundan ötəri işi 4 yerə bilməyə heç bir ehtiyac yoxdur. Məsələ ondadır ki, işə baxan hakim iddianın iddiaçının adına olan 4 çıxarışın hər biri üzrə ayrı-ayrılıqda baxılmasının mümkünlüyünü qəbuledir, lakin birlikdə baxılmasını mümkünsüz hesab edir və guman edir ki, hazırki iddia tələbinin mübahisə predmetinin birlikdə araşdırılması qanunvericiliyin tələblərinə zidd olaraq işin baxılmasının çətinləşdirilməsinə və məhkəmə icraatının lüzumsuz uzanmasına gətirib cıxara bilər. Hesab edirik ki, bu fikir əsassızdır. Əvvəla, Azərbaycan Respublikası İPM-nin 37-ci maddəsində göstərilir ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu məcəllədə nəzərdə tutulmuş eyniməhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Bizim iddiada göstərilən bütün əlamətlər vardır və deməli qanuna zidd deyil. Qərardadda İPM-nin 37-ci maddəsinə və Azərbaycan RespublikasıAli Məhkəməsi Plemununa 10 aprel 2025-ci il tarixli, 5 saylı Qərarına İstinad edilsə də, mümkünlüklə əlaqədar məsələnin məzmunu və mahiyyəti yanlış şərh edilmişdir. Məqsədəuyğunluq və prosesual qənaət prinsipi prizmasından yanaşdıqda isə eynişəxsə məxsus olan 4 çıxarış əsasında eynicavabdehdən torpaq sahələrinin plan və ölçü sənədlərinin bir icraatda tələb edilməsi daha məqsədəuyğun və qənaətlidi, nəinki 4 ayrıayrı iddia icraatının aparılması. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, Quba rayonunun Aşağı Atuç kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrində 21 dekabr 2023-cü il tarixdə **********35 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, **********68 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, **********69 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi, **********72 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və idda tələbi müvafiq çıxarışların verildiyi torpaq sahələrinin plan və ölçülərinin hazırlanaraq iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. İşə baxan məhkəmə iddiaçı dörd ayrı hüquqmüəyyənedici sənədə söykənən torpaq sahəsi ilə bağlı işə bir icraatda baxılmasın qanunvericiliyin tələblərinə zidd olaraq işin baxılmasının çətinləşdirməsinə və məhkəmə icraatının lüzumsuz uzadılmasına gətirib çıxara bilməsi əsası ilə iddianı mümkün saymamışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) iddialara baxılır. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 8.6-cı bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Birinci instansiya məhkəməsinin qərarında iddianın mümkünlüyü məsələsinə dair verilən əsaslandırma diqqətlə təhlil edildikdə, məhkəmənin əsasən işin mürəkkəbliyini və tələblərin bir icraatda baxılması məsələsini əsas gətirərək iddianı mümkün saymaması müəyyən edilir. Lakin məhkəmənin bu yanaşmasında nəzərə alınmalıdır ki, qeyd edilən torpaq sahələri eyni ərazi vahidi daxilində, qonşu sahələr kimi yerləşir və hər biri hüquqi baxımdan bir-biri ilə sıx bağlıdır. Hər bir torpaq sahəsinin ayrı-ayrılıqda sorğular verilməsi ehtiyacı doğrudursa da, bu sorğuların hər birinə münasibətdə veriləcək cavablar və hüquqi əsaslar eyni olduğundan işin bir icraatda davam etdirilməsi (hazırki mərhələdə) iddianın mümkünlüyünü şübhə altına almaq üçün kifayət qədər əsas hesab edilə bilməz. Belə ki, İPM-nin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Əlavə olaraq vurğulamaq lazımdır ki, hər dörd torpaq sahəsi mülkiyyət hüququ eyni şəxsə aiddir və torpaqların əldə edilməsi prosesi oxşar hüquqmüəyyənedici sənədlərə (bağışlama müqavilələrinə) əsaslanır. Bu, iddiaçının hüquqlarının qorunması baxımından məhkəmə tərəfindən vahid icraat çərçivəsində işin aparılması üçün kifayət qədər əsas yaradır və məhkəmənin iddianın mümkü sayılmaması barədə qərarı düzgün deyil. Ümumiyyətlə, işin mürəkkəbliyi məsələsi yalnız işin ilkin mərhələsində və ilkin sənədlərin təhlili əsasında müəyyən edilməməlidir. Əksinə, işin mürəkkəbliyi daha sonra, məsələnin məhkəmə icraatında inkişafı ilə müəyyənləşdirilə bilər və bu halda işin icraatının ayrılması kimi prosedur variantları qanunvericilikdə nəzərdə tutulur. Yəni, ilkin mərhələdə bu əsasla iddianın mümkün sayılmaması barədə qərarın qəbul edilməsi tamamilə əsaslı deyil, çünki işin mürəkkəbliyi və çoxsaylı iddiaların vahid icraatda baxılması ilə bağlı yaranan çətinliklər yalnız icraatın gedişində aydınlaşa bilər və məhkəmə həmin mərhələdə bir icraatın müstəqil işlər üzrə icraata ayrılmasını qərara ala bilər. Belə ki, Mülki Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Həmin məcəllənin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmçinin, indiki işdə həm iddiaçı, həm də cavabdeh eyni subyektlər olmaqla, iddiaların eyni ərazi vahidi üzrə qonşu torpaq sahələrinə aid olması, işin məntiqi və hüquqi vahidlik prinsiplərinə uyğun olaraq, vahid icraatın davam etdirilməsini tələb edir. Bu baxımdan, iddianın mümkün sayılmaması ilə bağlı qərar, həm prosedur qaydaların tətbiqində ziddiyyətlərə yol açır, həm də iddiaçının hüquqlarının təmin olunmasına mane olur. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərarı işin mürəkkəbliyi və bir icraatın müstəqil işlər üzrə icraata ayrılması ilə bağlı qanuni prosedur qaydaların gedişində təmin edilə biləcək məsələləri əsas gətirməklə verilmiş olsa da, indiki mərhələdə iddianın mümkün sayılmaması qənaəti tamamilə yanlış olmuşdur. İddianın mümkünlüyü məsələsi məhkəmənin öz xidməti vəzifəsi olaraq, həm iddiaçının hüquqlarının qorunması, həm də inzibati məhkəmə icraatının səmərəliliyi baxımından hərtərəfli və obyektiv şəkildə qiymətləndirilməlidir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(118)-1873/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahələrinə dair plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-978/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-978/2025
02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver