Məhkəmə qərarları › İş №2-1(105)-984/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-984/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-984/2025 09.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X29 qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3963/2025 nömrəli qərarından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Mehriban Mahmudlu-Abbaszadə) xx.xx.2025-ci il tarixli 2-1(118)-3963/2025 nömrəli qərarı ilə iddiaçı X6 Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı X6 qanuni nümayəndəsi İddiaçı2 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları X6 təvəllüdünün “xx.xx.2010-cu il” tarixdən “xx.xx.2007-ci il” tarixə dəyişiklik edilməsi barədə qərar çıxarılmasını və bu öhdəliyin Cavabdeh üzərinə qoyulmasını məhkəmədən xahiş etmişlər. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların əsl iddiaçı X12 ilə əvəz edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 əsl iddiaçı (xx.xx.2010-cu il təvəllüdlü) X12 ilə əvəz etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahdan doğulmuş övladı xx.xx.2007-ci il təvəllüdlü X6 doğum tarixi AZ-İİ № 463716 saylı 01 iyun 2010-cu il tarixli doğum haqqında şəhadətnamədə xx.xx.2007-ci il əvəzinə səhvən xx.xx.2010-cu il kimi yazılmışdır. X12 hərbi xidmətə getmək üçün şəkilli şəxsiyyət vəsiqəsi almaq istəmişdir. Bu zaman onun doğum tarixinin səhvən xx.xx.2007-ci il əvəzinə xx.xx.2010-cu il kimi qeyd edildiyini öyrənmişdir. E.İddiaçı1 bacısı X3 məxsus AZ-İİİ № 985500 nömrəli xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, o, 10 dekabr 2010-cu il təvəllüdlüdür. Bu sənədlərə əsasən, guya xx.xx.2010-cu ildə bir övlad, həmin ilin 10 dekabrında isə digər övlad dünyaya gəlmişdir. Lakin həqiqətdə belə olmamışdır. Aydındır ki, eyni nikahdan 2010-cu ilin mart və dekabr aylarında uşaqların doğulması rast gəlinməyən hadisədir. Odur ki, X6 doğum tarixindəki yanlışlığın, yəni onun doğum günü, ayı və ilinin xx.xx.2010-cu il deyil, xx.xx.2007-ci il olmasını düzəltmək üçün Cavabdehnə ərizə ilə müraciət etmişlər. Cavabdeh doğum tarixinin bütün sənədlərdə xx.xx.2010cu il kimi yazılmasının texniki yanlışlıqla olmasını şifahi qaydada bildirsə də, rəsmi qaydada heç bir düzəliş etmədir. Bu səbəbdən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə qərarında X31 Təhsil İdarəsi Şamaxı rayon Dağ-Bağırlı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12 nömrəli məktuba istinad olunmuşdur. Həmin məktubda qeyd olunur ki, Şamaxı Rayon Dağ-Bağırlı kənd sakini X1 rayon Dağ-Bağırlı kənd tam orta məktəbində 2020-2021-ci il tədris ilində 5-ci sinfi bitirmiş və ailəsinin başqa yerə köçməsi ilə əlaqədar məktəbin şagird kontigentliyindən çıxarılmışdır. Buna cavab olaraq bildirilir ki, xx.xx.2007-ci il təvəllüdlü X12 ümumiyyətlə məktəbə getməmişdir. Odur ki, X31 Təhsil İdarəsi Şamaxı rayon Dağ-Bağırlı kənd tam orta məktəbi tərəfindən verilmiş məktub həqiqəti əks etdirmir. X12 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Sübut üçün həm iddiaçıların digər övladı xx.xx.2010-cu il təvəllüdlü X2 AZ-İİİ № 985500 nömrəli doğum haqqında şəhadətnaməsinin notarial təsdiqli surəti iddia ərizəsinə əlavə edilmişdir, həm də şahid kimi bu halı təsdiq edən şəxslərin məhkəmə iclasında iştirakını təmin edə bilərlər. Bu məsələdə heç bir maraqları yoxdur, sadəcə oğlunun sənədinin doğru yazılması istəyirlər. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli protokol-qərardadı ilə əsl olmayan iddiaçı xx.xx.2010-cu il təvəllüdlü X12, əsl iddiaçılar olan valideynləri İddiaçı1 və İddiaçı2 ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayətini müdafiə etdi və izahatında bildirdi ki, o, İddiaçı1 ilə xx.xx.2006-cı ildə faktiki nikaha girərək ailə qurmuşdur, faktiki nikahdan onların oğlu X12 xx.xx.2007-ci ildə ev şəraitində doğulmuşdur. Doğum haqqında şəhadətnaməni gec almışlar. Şəhadətnamə verilərkən doğum tarixi səhv yazılmışdır. Onlar xx.xx.2008-ci ildə rəsmi nikah bağlamışlar. Hamilə vaxtı heç bir övladı üçün xəstəxanada qeydiyyata durmamışdır. Nikaha daxil olanda qeydiyyat şöbəsinə övladları Emilin doğulduğu barədə olduğuna rəsmi məlumat verməmişlər. Hazırda övladı Emil yaşıdları ilə eyni vaxtda həqiqi hərbi xidmət keçmək istədiyindən doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmişlər. Lakin cavabdeh düzəlişi etməkdən imtina etmişdir. Belə olduğu halda birinci instansiya məhkəməsinə müraciət etmişlər, məhkəmə iddia tələbini əsassız olaraq rədd etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı2 izahatı ilə razı olduğunu bildirdi. Birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, X6 doğum tarixi xx.xx.2010-cu il qeyd edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş Cavabdehndə xx.xx.2010-cu il tarixdə aparılmış 11 nömrəli doğum akt qeydində və xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ 463716 nömrəli doğum haqqında şəhadətnamədə göstərilir ki, X12 xx.xx.2010-cu il tarixdə Şamaxı rayonu Dağ-Bağırlı kəndində doğulmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır. Doğum akt qeydinin Şamaxı rayonu Dağ-Bağırlı kənd həkiminin verdiyi xx.xx.2010-cu il tarixli ******* nömrəli tibbi şəhadətnamə əsasında aparıldığı qeyd edilmişdir. xx.xx.2010-cu il tarixli ******* nömrəli tibbi şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ 460580 nöməli nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü ildə Şamaxı rayonu Dağ-Bağırlı kəndində doğulmuş İddiaçı1 və xx.xx.1985-ci ildə Şamaxı rayonu Carhan kəndində doğulmuş X5 rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 20 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada “Abdurahmanova” soyadı verilmişdir. Şamaxı rayon Dağ-Bağırlı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 12 nömrəli məktubdan görünür ki, Şamaxı rayon Dağ-Bağırlı kənd sakini X1 rayon Dağ-Bağırlı kənd tam orta məktəbində 2020-2021-ci tədris ilində 5-ci sinifi bitirib, ailəsinin başqa yerə köçməsi ilə əlaqədar məktəb şagird kontingentiliyindən çıxarılıb, təhsilini davam etdirməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətənaşlıq Vəziyyəti Aktlarının arxivi tərəfindən verilmiş xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qüvvədə olan “Ədliyyə Nazirliyinin rayon (şəhər) və “ASAN xidmət” mərkəzlərində qeydiyyat şöbələrində, nikah evlərində və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində işlərin nomenklaturasına əsasən, doğumun qeydə alınmasına əsas olan tibbi şəhadətnamələrin, ərizə və ona əlavə edilən digər sənədlərin qeydiyyat şöbəsində saxlanma müddəti 1 (bir) ildir. Bununla yanaşı bildirilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına əsas olan ərizələr və sənədlər Vətəndaşlıq vəziyyəti aktlarının arxivində ümumiyyətlə mühafizə olunmur. Göründüyü kimi, işin məhkəmə tərəfindən müəyyən edilən hallarına əsasən iddiaçıların övladı X6 adına xx.xx.2010-cu il tarixli 11 nömrəli doğum akt qeydi tərtib olunmuş, akt qeydində doğum tarixi xx.xx.2007-ci il əvəzinə səhvən xx.xx.2010-cu il kimi göstərilmişdir. X7 məxsus doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində də doğum tarixi “xx.xx.2010-cu il” kimi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı xx.xx.1985-ci il təvəllüdlü İddiaçı2 2007-ci ildə hamilə qadın kimi qeydə alınıb-alınmaması, alınmışdırsa hansı tarixdə qeydə alınması, xx.xx.2007-ci ildə uşaq dünyaya gətirib-gətirməməsi, habelə övladı X6 xx.xx.2010-cu ildə doğulması ilə bağlı xx.xx.2010-cu il tarixli 11 №-li doğum haqqında akt qeydində doğumu təsdiq edən sənəd kimi qeyd olunmuş xx.xx.2010-cu il tarixli ******* nömrəli şəhadətnamənin (Dağ Bağırlı kənd həkim) mövcud olubolmaması barədə məlumatın, mövcud olduğu halda həmin şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas olan sənədlərin əldə edilməsi məqsədilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına və Şamaxı rayonu Dağ-Bağırlı kənd həkim məntəqəsinə sorğular göndərilmişdir. Şamaxı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 18-1-72/2-1731/2025 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, X4 Şamaxı rayon Mərkəzi xəstəxanasının doğum şöbəsində 2007-2010-cu illərdə uşaq dünyaya gətirməsi barədə heç bir qeydiyyat yoxdur. Əlavə olaraq məlumat üçün bildirilir ki, Şamaxı rayonu Dağ Bağırlı kənd həkim məntəqəsinin qeydiyyat kitabında X8 doğum tarixi (ay və günü qeyd edilməyib) 2010-cu ildə qeyd olunub. Qeydiyyat kitabından çıxarış məktuba əlavə edilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dağ-Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi D.Əsədov tərəfindən təsdiq edilmiş və kənd sakinləri X10, X24 və X17 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktda göstərilir ki, X13 xx.xx.2007-ci ildə anadan olmasına baxmayaraq, doğum tarixi doğum akt kitabında səhvən xx.xx.2010-cu il kimi qeyd olunmuşdur. Akt Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dağ-Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi D.Əsədovun iştirakı ilə yazılmış və imzalanmışdır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Dağ-Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-75-22/2-136/2025 nömrəli arayışda göstərilir ki, Dağ-Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasında 3 nəfərin iştirakı ilə yazılan akta əsasən X8 doğum tarixi xx.xx.2010-cu il yazılmasına baxmayaraq, o, xx.xx.2007-ci il təvəllüdlüdür və ailə tərkibi aşağıdakı kimidir: İddiaçı1 (atası), İddiaçı2 (anası), X11 (bacısı), X9 (bacısı) və X14 (qardaşı). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsin əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Ailə Məcəlləsinin 160.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 160.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Ailə Məcəlləsinin 166.3-cü maddəsinə əsasən doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Ailə Məcəlləsinin 166.4-cü maddəsinə əsasən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Məcəllənin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”

1. Ümumi müddəalar. 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin X16 Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

2. Doğumun qeydə alınması. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxudonlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; ...

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; ... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Məhkəmə araşdırması zamanı iddiaçıların övladı X6 xx.xx.2007-ci il tarixdə doğulması, xx.xx.2010-cu il tarixdə 11 nömrəli doğum akt qeydi tərtib olunarkən, doğum tarixi xx.xx.2007-ci il əvəzinə səhvən xx.xx.2010-cu il kimi göstərilməsi öz təsdiqini tapmışdır. Qeyd olunan normalara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanının imtinasını əsaslı hesab edərək, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini rədd edərkən düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı2 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-3963/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə nikahında doğulmuş X6 xx.xx.2010-cu il tarixdə Şamaxı rayonu Dağ-Bağırlı kəndində doğulmasına dair Cavabdehndə xx.xx.2010-cu il tarixdə aparılmış 11 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsi, X6 doğulduğu tarixin “xx.xx.2010-cu il” tarixdən “xx.xx.2007-ci il” tarixə düzəliş olunması, qalan məlumatlarda dəyişiklik edilmədən xx.xx.2007-ci ildə Şamaxı rayonu Dağ-Bağırlı kəndində doğulmuş X7 yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar