Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-988/2024 24.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4, üçüncü şəxs “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2007-ci il ildən 52 yaş tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin (son 3 ilin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-1046/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib “ona xx.xx.2007-ci il ildən 52 yaş tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin (son 3 ilin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9138/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərardadı ilə sözügedən inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci il oktyabr ayının 15-dən 2020-ci il yanvar ayının 30-na qədər X3 işləmiş, 1979-cu ildən 2014-cü ilə qədər ağır və zərərli sahə olan 3 metrdən çox dərinlikdə işləyən şəbəkə və kanalizasiya çilingəri vəzifəsində çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə 25 ildən artıq işlədiyini və 2006-cı ilədək 25 ildən artıq əmək stajının olduğunu nəzərə alaraq cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə ona pensiyanın təyin olunmasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində 1979-2014-cü il əmək şəraiti zərərli və ağır işlərdə işləməsini iddia etməsinə baxmayaraq ARDNŞ “Azərikimya” İstehsalat birliyi “Etilen- Polietilen” zavodunun xx.xx.2020-ci il tarixli 3104/QH-04-1755 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1975-xx.xx.2014-cü il tarixlərdə işlədiyi müddət ərzində sadəcə xx.xx.2002-xx.xx.2010-cu il tarixlərdə işlədiyi dövr əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aiddir. Həmçinin müvafiq arayışda bildirilmişdir, digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahılarda nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 06 aydan az (08 il 27 gün) təşkil edir. Bu səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01 oktyabr 2002-ci ildən “Buxar, su təchizatı, su hazırlığı və kanalizasiyası sexinə zavod kanalizasiyaları şəbəkələri üzrə 6-cı dərəcəli təmirçi-çilingər (xətlərin təmiri, təmizlənməsi, deqazasiyası dərinliyi 3 metrdən çox olan)” vəzifəsinə keçirilmişdir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3104/QH-04-1755 nömrəli arayışından görünür ki, xx.xx.1975-xx.xx.2014-cü il tarixlərdə işlədiyi müddət ərzində sadəcə xx.xx.2002-xx.xx.2010-cu il tarixlərdə işlədiyi dövr əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aiddir. Həmçinin müvafiq arayışda bildirilmişdir ki, digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahılarda nəzərdə tutulmamışdır. “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 3104/QH-04-1755 nömrəli arayışından görünür ki, iddiaçı 01 oktyabr 2002-ci ildən 28 oktyabr 2010-cu ilə kimi "Azərikimya” İstehsalat birliyi "Etilen-Polietilen" zavodunun “Buxar, su təchizatı, hava və kanalizasiyası sexində zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçiçilingər (xəttin təmiri, təmizlənməsi, deqazasiyası dərinliyi 3 metrdən çox olan)” vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan “deqazlaşdırma, istehsalat kanalizasiyasının təmiri istehsalatında” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4481/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə “Azərkimya” İstehsalat Birliyi “Etilen-polietilen” zavodu adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-1046/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyi vəzifələr xx.xx.2006-cı ilədək və eyni zamanda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən 12 il 6 aydan az (08 il 27 gün) xüsusi iş stajı vardır. İş materiallarından göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixədək həm qüvvədə olan qanunvericilik normalarının tələblərini ödəmir. Belə olan halda iddiaçıya nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, 1975-ci ilin oktyabr ayının 15-dən 30 yanvar 2020-ci ilədək hal-hazırda ARDNŞ X5 Etilen-Polietilen" adlandırılan zavodda işləmişdir. 1979-cu ildən 2014-cü ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmiş, işlədiyi bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin (Vİİİ bölmə Kimya istehsalatı) 1 nömrəli siyahıya aiddir. 01 yanvar 2006-cı il tarixinədək 25 ildən çox əmək stajının olmasını nəzərə alaraq o, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona 52 yaşda pensiyanın təyin olunması barədə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17- 1/2-B-5850/2023 nömrəli məktubla pensiyanın təyin olunmasından imtina etmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan o, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə işə baxarkən bir çox maddi və prossesual hüquq normalarının tələblərini pozmaqla işi tam araşdırmadan xx.xx.2024-cü il tarixli, 2-1(118)-1046/2024 nömrəli qərar çıxarmışdır. Məhkəmə qərarı belə əsaslandırmışdır ki, onun 12 il 6 aydan az (8 il, 27 gün) zərərli iş stajı var. Əslində o, 1979-cu ildən 2014-cü ilədək zərərli və ağır işdə işləmişdir. Zavodun adının, sex və sahələrin adının dəyişdirilməsinə baxmayaraq o, 1979-cu ildən 2014cü ilədək qeyd olunan peşə üzrə fasiləsiz eyni əmək funksiyalarını yerinə yetirmişdir. "Azərkimya" X7-Polietilen zavodu adını dəyişdirdikdən sonra işlədiyi müddətə görə yəni 2002-2010-cu illər üçün arayış vermişdir. Halbuki ona 1979-cu ildən arayış verilməli idi. Onun kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər, xəttin təmiri, təmizlənməsi və deqozasiyası işlərində işləməyi 1986-cı ildə dərc olunan bir çox qəzetlərdə öz əksini tapmışdır. ( Həmin məqalələri şikayətə əlavə edir) Məhkəmə 1979-cu ildən 2002-ci ilədək ağır işlərdə işlədiyi dövrü nəzərə almadan gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar çıxarmışdır. b) Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti tam əsassızdır və aşağıda qeyd olunan əsaslara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2-1(118)-1046/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmiş, lakin İddiaçı güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 06 aydan az olduğu üçün İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2007-ci il tarixdən 52 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin (son 3 il olmaqla) ödənilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Belə ki "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı bu Qanunun 9-cu olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilen normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (52 yaş), 2) xx.xx.2006-ci il tarixədək azı 20 il sığorta stajı olduqda, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Yuxarıda qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunvericiliklə tələb olunan müddət ərzində şəxsin əmək şəraiti zərərli və ağır işlərdə işləməsi vacibdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli Əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun olaraq "Əmək pensiyaları haqqında" Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1- ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Yuxarıda qeyd edilən bütün normaların məzmunundan göründüyü kimi şəxsin əmək şəraiti zərərli və ağır işlərdə işləməsinə dair güzəştli iş arayışı mövcud olmalıdır. İddiaçı iddia ərizəsində 1979-2014-cü il əmək şəraiti zərərli və ağır işlərdə işləməsini iddia etməsinə baxmayaraq ARDNŞ "Azərikimya" İstehsalat birliyi "Etilen- Polietilen" zavodunun xx.xx.2020ci il tarixli 3104/OH-04-1755 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1975-xx.xx.2014-cü il tarixlərdə işlədiyi müddət ərzində sadəcə xx.xx.2002-xx.xx.2010-cu il tarixlərdə işlədiyi dövr əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aiddir. Həmçinin müvafiq arayışda bildirilmişdir, digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahılarda nəzərdə tutulmamışdır. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs "Azərikimya” İstehsalat birliyi "Etilen- Polietilen" zavodunun nümayəndəsi iddiaçının işlədiyi peşənin zərərli işlərə aid olmadığını bildirmişdir. Müəssisə tərəfindən təqdim edilmiş arayışa əsasən İddiaçı iddia etdiyi dövrlər üzrə işlədiyi vəzifənin əmək şəraiti ağır və zərərli işlər kateqoriyasına aid olmadığı müəyyən olunur. Beləliklə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğu, birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğu müəyyən olunur. Belə olan halda iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunan 12 il 06 aydan az (03 il 03 ay (xx.xx.2002xx.xx.2006)) təşkil edir. Bu səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının apellyasiya şikayəti əsassız və qanunsuzdur. Beləliklə, iddiaçının apellyasiya şikayəti tam əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2-1(118)- 1046/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, 2010-cu ilin aprel ayında müəssisələr birləşib “Etilen-polietilen” zavodu adlandırılıb. Həmin dövrə aid arayışlar əmək kitabçasına uyğundur. Zavodda işləyən çilingərlərin hər biri zərərli şəraitdə işləmir. Məhz zərərli şəraitdə işləyən işçilərə arayışlar verilir, sənədlər arxivdə saxlanılır. Zavodun içində su və kanalizasiya xətlərinin əksəriyyəti 3 metr və daha dərində yerləşir. Tullantılar təmizləyici qurğuya, oradan isə dənizə axıdılır. Yerüstü kanalizasiyalarda işləyənlər zərərli işlərdə işləmiş sayılmır. İddiaçı ilə şəxsi problemləri yoxdur, müəsissənin nümunəvi işçilərindən biri olmuşdur. Lakin onlar mövcud olmayan sənədlər əsasında arayış verə bilməzlər. İddiaçının 3 metr dərinlikdə işlədikləri dövrlər əmək kitabçasındada qeyd edilib. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadrhazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspira nturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ….. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq eidlmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 1 nömrəli siyahı üzrə 52 yaşdan güzəştli şərtlər pensiya təyin olunması üçün iki şərt ödənmiş olmalıdır: 1) iddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması, 2) iddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının işlədiyi vəzifələrdə xx.xx.2006-cı ilədək 10 ildən az (08 il 27 gün) xüsusi iş stajı olduğu üçün xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericilik normalarının tələblərini ödəmir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyini üçün nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərini, nə xx.xx.2006-cı il tarixədək qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarını tətbiq etmək olmur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində 1979-2014-cü il əmək şəraiti zərərli və ağır işlərdə işləməsini iddia etməsinə baxmayaraq ARDNŞ "Azərikimya" İstehsalat birliyi "Etilen-Polietilen" zavodunun xx.xx.2020-ci il tarixli 3104/OH-04- 1755 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1975-xx.xx.2014-cü il tarixlərdə işlədiyi müddət ərzində sadəcə xx.xx.2002-xx.xx.2010-cu il tarixlərdə işlədiyi dövr əmək şəraiti zərərli və ağır işlər kateqoriyasına aiddir. Həmçinin müvafiq arayışda bildirilmişdir ki, digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 №-li siyahılarda nəzərdə tutulmamışdır. Həmçinin apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs "Azərikimya” İstehsalat birliyi "Etilen-Polietilen" zavodunun nümayəndəsi izahatında bildirmişdir ki, 2010-cu ilin aprel ayında müəssisələr birləşib “Etilen-polietilen” zavodu adlandırılıb. Həmin dövrə aid arayışlar əmək kitabçasına uyğundur. Zavodda işləyən çilingərlərin hər biri zərərli şəraitdə işləmir. Məhz zərərli şəraitdə işləyən işçilərə arayışlar verilir, sənədlər arxivdə saxlanılır. Zavodun içində su və kanalizasiya xətlərinin əksəriyyəti 3 metr və daha dərində yerləşir. Tullantılar təmizləyici qurğuya, oradan isə dənizə axıdılır. Yerüstü kanalizasiyalarda işləyənlər zərərli işlərdə işləmiş sayılmır. İddiaçı ilə şəxsi problemləri yoxdur, müəsissənin nümunəvi işçilərindən biri olmuşdur. Lakin onlar mövcud olmayan sənədlər əsasında arayış verə bilməzlər. İddiaçının 3 metr dərinlikdə işlədikləri dövrlər əmək kitabçasındada qeyd edilib. Eyni zamanda müəssisə tərəfindən təqdim edilmiş arayışa və əmək kitabçasına əsasən iddiaçının iddia etdiyi dövrlər üzrə işlədiyi vəzifənin əmək şəraiti ağır və zərərli işlər kateqoriyasına aid olmadığı müəyyən olunur. Belə olan halda iddiaçının güzəştli iş stajı qanunvericiliklə tələb olunan 10 ildən az təşkil edir. İddaçı apellyasiya şikayətində qeyd etmişdir ki, 1979-cu ildən 2014-cü ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmiş, işlədiyi bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin (Vİİİ bölmə Kimya istehsalatı) 1 nömrəli siyahıya aiddir. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01 oktyabr 2002-ci ildən “Buxar, su təchizatı, su hazırlığı və kanalizasiyası sexinə zavod kanalizasiyaları şəbəkələri üzrə 6-cı dərəcəli təmirçi-çilingər (xətlərin təmiri, təmizlənməsi, deqazasiyası dərinliyi 3 metrdən çox olan)” vəzifəsinə keçirilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş "Azərikimya” İstehsalat birliyi "Etilen-Polietilen" zavodu tərəfindən verilmiş 216 nömrəli, 2020-ci il tarixli arayışdan görünür ki, iddiaçı 01 oktyabr 2002-ci ildən 28 oktyabr 2010-cu ilə kimi "Azərikimya” İstehsalat birliyi "Etilen- Polietilen" zavodunun “Buxar, su təchizatı, hava və kanalizasiyası sexində zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi-çilingər (xəttin təmiri, təmizlənməsi, deqazasiyası dərinliyi 3 metrdən çox olan)” vəzifəsində işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan “deqazlaşdırma, istehsalat kanalizasiyasının təmiri istehsalatında” güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı digər dövrlərdə də 3 metr dərinlikdə işlədiyini bildirsə də, bu nə onun əmək kitabçasında qeyd edilmişdir, nə də işlədiyi müəssisənin arxivində saxlanılan sənədlərlə təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə olunan digər dövrlərdə də faktiki olaraq 3 metrdən artıq dərinlikdə işləsə idi belə, bu hal əmək kitabçası və arxiv məlumatları ilə təsdiq edilmədiyi halda güzəştli şərtlərlə pensiya təyini üçün əsas ola bilməz. Çünki bu şərtlərlə pensiya təyini üçün hüquqi əsaslar mövcud olmalıdır, hansı ki, yuxarıda qeyd edilmişdir. Göründüyü kimi iddiaçının güzəştli iş stajı yalnız 01 oktyabr 2002-ci ildən 28 oktyabr 2010cu il tarixlərini əhatə etməklə 10 ildən azdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 2-1(118)-1046/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-988/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-988/2024
24.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver