Məhkəmə qərarları › İş №2-1(105)-989/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-989/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-989/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsi) Sədrlik edən və məruzəçi hakim X9, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ona məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-275/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Bakı- Rostov şossesi ünvanında yerləşən ümumi sahəsi 991.5 kv.m əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) tam mülkiyyət hüququ üzrə X3 adına xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. ********** saylı, 18 mart 2008-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, QSC “Bank Standart” Kommersiya Bankı tərəfindən X6 illik 18% dərəcəsi ilə 12 ay müddətinə ******* manat məbləğində kredit vermişdir. ********** saylı, 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, “Bank Standart” Kommersiya Bankı ilə X10 arasında bağlanmış ********** saylı, 18 mart 2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmini üsulu kimi ona məxsus Sumqayıt şəhəri, Bakı- Rostov şossesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X6 məxsus Sumqayıt şəhəri, Bakı-Quba yolu, 1.0073 ha torpaq sahəsində yerləşən Şamot tozu əmlak kompleksi kimi müəssisənin ipoteka ilə yüklü edilməsi xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunun surətindən görünür ki, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 005333 qeydiyyat nömrəli, 06 iyun 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə X5 adına 12 aprel 2006-cı il tarxində ********* qeydiyyat nömrəsi ilə daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-201 reyestr nömrəli 03 may 2006-ci i| tarix|i ipoteka müqaviləsi əsasında mənzil üzərində 04 may 2006-cı il tarixdə “Turanbank" ASC-nin xeyrinə ipotekanın qeydiyyatı apanlmışdır. Bankın əmlak üzərində yüklülüyün ləğv edilməsinə dair 09 nömrəli 18 yanvar 2008-ci il tarixli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində ipotekanın ləğvinə dair müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair 000945 qeydiyyat nömrəli, 14 yanvar 2008-ci il tarixli şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə X3 adına 23 yanvar 2008-ci il tarxində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun 3M-2-429 reyestr nömrəli 19 mart 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 12 mart 2010-cu il tarixdə QSC "Bank Standart” KB-nın xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-882 reyestr nömrəli 25 noyabr 2010-cu il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 01 dekabr 2010-cu il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-118 reyestr nömrəli 17 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə Şamot tozu istehsalat sahəsi) üzərində 24 fevral 2011-ci il tarixdə QSC “Bank Standart” KB- ın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-234 reyestr nömrəli 05 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə 03 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 09 aprel 2011-ci il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Bankın 11/7888 saylı 12 dekabr 2012-ci il tarixli məktubu əsasında əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M/38 reyestr nömrəli 18 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsinə 04 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 24 yanvar 2013-cü il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-445 reyestr nömrəli 02 may 2013-cü il tarixli ipoteka müqaviləsinə 06 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 07 may 2013-cü il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 2010-cu ilin martında, həmin ilin noyabrında və 2013-cü ilin mayında ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “ona məxsus olan Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsinin və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsinin bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs olan QSC “Bank Standart” KB ilə onun arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq elə həmin tarixli ipoteka müqaviləsi ilə ona məxsus Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) ipotekaya qoyulmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 12 ay olmuş və həmin kredit müqaviləsinin müddəti 18 mart 2009-cu il tarixində bitmişdir ki, həmin dövrdə də onun bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi qalmamışdır. Öhdəliyin təminatı qismində aralarında bağlanmış ipoteka müqaviləsinin də müddəti 12 ay olmuş və həmin müddətdə 18 mart 2009-cu il tarixində başa çatmışdır. Müstəqil xarakter daşımayan və əsas öhdəliklərin icrasını təmin etmək məqsədi daşıyan ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. Yalnız bundan sonra ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan o qüvvəyə minir və yalnız bundan sonra əsas öhdəliyin icrasının təminatı kimi çıxış edir. Onun ilə QSC “Bank Standart” KB arasında bağlanmış 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsinin müddəti 18 mart 2009-cu ildə bitmiş və həmin müqavilə onun qüvvədə olduğu müddət ərzində dövlət qeydiyyatına alınmamışdır. Lakin QSC “Bank Standart” KB sonradan 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində müddəti bitmiş ipoteka müqaviləsinə əlavə qeydiyyatlar aparmaqla ona məxsus əmlakı əsassız olaraq yüklü etmişdir ki, bunun da nəticəsində onun öz əmlakından sərbəst istifadə etmək və ona dair sərəncam vermək hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Qeyd olunan qeydlərin ləğv edilməsi ilə bağlı cavabdeh orqana müvafiq müracitələr etsə də, müraciəti təmin edilməmişdir, odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisənin (Şamot tozu istehsalat sahəsi) hüquqi vəziyyəti barədə sorğu ilə X11 11 mart 2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinin icrası 17 mart 2016-cı il tarixli, **********34 saylı məktubla təmin olunmuşdur. Bundan sonra o, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi ilə əlaqədar 12 mart 2016-cı il tarixdə 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və onun müraciətinin icrası 28 mart 2016-cı il tarixli, **********54 saylı məktubla təmin olunmamışdır. Belə ki, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin 005333 qeydiyyat nömrəli, 06 iyun 2005-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə X5 adına 12 aprel 2006-cı il tarxində ********* qeydiyyat nömrəsi ilə daşmmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-201 reyestr nömrəli 03 may 2006-ci i| tarix|i ipoteka müqaviləsi əsasında mənzil üzərində 04 may 2006-cı il tarixdə “Turanbank" ASC-nin xeyrinə ipotekanın qeydiyyatı apanlmışdır. Bankın əmlak üzərində yüklülüyün ləğv edilməsinə dair 09 nömrəli 18 yanvar 2008-ci il tarixli məktubu əsasında daşınmaz əmlakın dövlət reyestrində ipotekanın ləğvinə dair müvafiq qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair 000945 qeydiyyat nömrəli, 14 yanvar 2008-ci il tarixli şəhadətnamə əsasında mülkiyyət hüququ üzrə X3 adına 23 yanvar 2008-ci il tarxində ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri 12 saylı dövlət notariat kontorunun 3M-2-429 reyestr nömrəli 19 mart 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 12 mart 2010-cu il tarixdə QSC "Bank Standart” KB-nın xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-882 reyestr nömrəli 25 noyabr 2010-cu il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 01 dekabr 2010-cu il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-118 reyestr nömrəli 17 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə Şamot tozu istehsalat sahəsi) üzərində 24 fevral 2011-ci il tarixdə QSC “Bank Standart” KB- ın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-234 reyestr nömrəli 05 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə 03 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 09 aprel 2011-ci il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Bankın 11/7888 saylı 12 dekabr 2012-ci il tarixli məktubu əsasında əmlak üzərində ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M/38 reyestr nömrəli 18 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsinə 04 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 24 yanvar 2013-cü il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunun 3M-445 reyestr nömrəli 02 may 2013-cü il tarixli ipoteka müqaviləsinə 06 saylı əlavə saziş əsasında əmlak kompleks kimi müəssisə (Şamot tozu istehsalat sahəsi) üzərində 07 may 2013-cü il tarixdə QSC “Bank Standart” KB-nın xeyrinə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-275/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Bakı-Rostov şossesi ünvanında yerləşən əmlak kompleksi (Şamot tozu istehsal sahəsi) üzərində əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına (yüklü edilməsinə) dair 12 mart 2010-cu il, 01 dekabr 2010-cu il, 24 fevral 2011-ci il, 09 aprel 2011-ci il və 24 yanvar 2013-cü il tarixlərində cavabdeh tərəfindən aparılmış dövlət qeydiyyatlarının ləğv edilməsi və əmlakın yüklülükdən azad edilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Nəticə etibarı ilə iddiaçı və bank arasında bağlanmış xx.xx.2008-ci il kredit müqaviləsinin müddəti bitdikdən sonra ilk dəfə xx.xx.2010-cu il tarixində əmlak üzrə yüklülük qeydə alınmış, daha sonra xx.xx.2010-cu il tarixli 01 saylı əlavə saziş üzrə xx.xx.2010-cu il tarixində; xx.xx.2011-ci il tarixli 02 saylı əlavə saziş üzrə xx.xx.2011-ci il tarixində; xx.xx.2011-ci il tarixli 03 saylı əlavə saziş üzrə xx.xx.2011-ci il tarixində; xx.xx.2012-ci il tarixli 04 saylı əlavə saziş üzrə xx.xx.2013-cü il tarixində əmlak üzrə yüklülük qeydə alınmışdır. Kredit müqaviləsi üzrə 05 saylı əlavə olmadan 06 saylı xx.xx.2014-cü il tarixli Əlavə saziş bağlanmış, lakin həmin saziş üzrə əmlakın yüklülüyü qeydə alınmamışdır. Göründüyü kimi iddiaçıya məxsus əmlakın yüklü edilməsinə dair hər hansı əsas mövcud olmadığından, hazırda onun yüklü vəziyyətdə qalması tamamilə əsassız olmaqla, iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına əsas olmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada əmlak kompleksinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən bir sıra maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmiş, gəldiyi nəticələrin təsdiq edilməsi üçün isə məhkəmə qeyri- mötəbər, ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə işdə iddiaçı qismində iştirak edən "xxxx" MMC-nin nizamnamə əsasında fəaliyyət göstərən direktoru X10 arasında 18 mart 2008-ci il tarixli ********** saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya 12 ay müddətində illik 18% olmaq şərti ilə 1.000.000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır. Sonradan xx.xx.2010-cu il tarixdə 300 ton sement istehsal edən zavodun tikintisi üçün 24 ay müddətinə 19% olmaq şərtilə 421.000 manat məbləğində vəsait verilməsi üçün xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə 1 saylı Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən yenidən X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2010-cu il tarixli 1 saylı Əlavə Saziş əsasında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Sonradan xx.xx.2011-ci il tarixdə 300 ton sement istehsal edən zavodun tikintisi üçün 22 ay müddətinə 19% olmaq şətri ilə 721.000 manat məbləğində vəsait verilməsi üçün xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə 2 saylı Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən yenidən X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi, ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2011-cu il tarixli 2 saylı Əlavə Saziş əsasında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Sonradan xx.xx.2011-ci il tarixdə 300 ton sement istehsal edən zavodun tikintisi üçün 20 ay müddətinə 19% olmaq şətri ilə 1.021.000 manat məbləğində vəsait verilməsi üçün xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə 3 saylı Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən yenidən X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi, ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2011-ci il tarixli 3 saylı Əlavə Saziş əsasında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Sonradan xx.xx.2012-ci il tarixdə 12 aymüddətinə 19%olmaq şətri ilə 1.021.000 manat məbləğində vəsait verilməsi üçün xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə 4 saylı Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən yenidən X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi, ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 04 saylı Əlavə Saziş əsasında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2013-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Sonradan xx.xx.2013-cü il tarixdə 36 aymüddətinə 16%olmaq şətri ilə 1.021.000 manat məbləğində vəsait verilməsi üçün xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə 5 saylı Əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi, ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 05 saylı Əlavə Saziş əsasında yenidən ipoteka ilə yüklü edilmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrində deydiyyata alınmamışdır. Sonradan xx.xx.2014-ci il tarixdə 27 aymüddətinə 16% olmaq şətri ilə 1.021.000 manat məbləğində vəsait verilməsi üçün xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsinə 6 saylı Əlavə saziş bağlanmışdır. Kredit təminatsız olmuşdur. Sonradan xx.xx.2013-cü il tarixdə QSC "xxxx" KB ilə X10 arasında 1xx/xx/2742/13 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya istehsal məqsədləri üçün 36 ay müddətinə 12 % ödəmək şərti ilə 445600 manat məbləğində pul vəsaiti verilmişdir. Kreditin təminatı olaraq X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi, ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 06 saylı Əlavə Saziş əsasında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Kredit müqavilələri üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəlməsi tələbinə dair ləğv prosesində olan QSC "xxxx" KB cavabdehlər K ənd K MMC-yə vəX7a qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. X2 Sumqayıt İnzibati Məhkəməsində DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşıqaldırdığı iddia tələbi əsasında Yasamal Rayon Məhkməsinin xx.xx.2018-ci il 2(103)-2004/2024 saylı qərardadı ilə icraat dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, ilk dəfə tərəflər arasında 12 ay müddətinə bağlanan 18 mart 2008-ci il tarixli ********** saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında ipoteka ilə yüklü edilmiş lakin xx.xx.2010-cu il tarixdədaşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşıtələbi məhz bundan ibarətdir ki, kredit müqaviləsi xx.xx.2008-ci il tarixdə 12 ay müddətinə bağlanmış lakin müqavilə qüvvədə olan tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu səbəbdən də iddiaçının tələbi xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış Çıxarışın və həmçininxx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında bağlanmış 1 saylı, 2 saylı, 3 saylı və 4 saylı Əlavə sazişlər üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan əmlakın yüklülüyünə dair Çıxarışların ləğv edilməsindən ibarət olmuşdur. İddiaçının bu tələb birbaşa Bankın maraqlarına toxunmuşdur. HəmçininQSC "xxxx" KB ilə X6 arasında xx.xx.2013-cü il tarixdə 1xx/xx/2742/13 saylı kredit müqaviləsi bağlanmışdır ki, həmin müqavilənin təminatı xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında 6 saylı saziş ilə bank qarşısında Sumqayıt şəhəri, Bakı-Rastov şossesi ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi yüklü edilmişdir. Bununla bağlı xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmənin qəbul etdiyi qərar xx.xx.2013-cü il tarixli ********** saylı yüklülük çıxarışının da ləğv edilməsinə gətirib çıxarır. Məhkəmənin qəbul etdiyi qərarın əsassız olması ilə yanaşı həmçinin qərardaxx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsinin təminatı olan xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında bağlanmış 6 saylı saziş üzrə xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə qeydiyyata alınmış yüklülük Çıxarışına münasibət bildirməmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin 7.1ci maddəsinə (Müqavilənin qüvvədə olma müddəti) əsasən “Bu müqavilə notarial qaydada təsdiq olunduqdan və ipoteka daşınmaz əmlakın dövlət reyestrində müvafiq dövlət orqanı tərəfindən qeydiyyata alındığı andan qüvvəyə minir”. Tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010- cu il tarixdə qeydiyyata alınmışdır və ipoteka müqaviləsinin 7.1-ci maddəsinə əsasən həmin gündən qüvvəyə minmişdir. Beləliklə xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi xx.xx.2010-cu il tarixdə qüvvəyə mindikdən sonra həmin ipoteka müqaviləsinə xx.xx.2010-cu il tarixli 1 saylı Əlavə Saziş bağlanaraq ipoteka predmeti yenidən ipoteka ilə yüklü edilmişdir. Yəni xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi qüvvədə olduğu zaman əlavə saziş bağlanmışdır. Eyni ilə digər 2, 3 və 4 saylı sazişlərdə xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin qüvvədə olduğu tarixdə bağlanmışdır. Həmçinin xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin 7.2-ci maddəsinə əsasən “Bu müqavilə “Borc alanın” əsas öhdəlik üzrə üzərinə düşən bütün vəzifələri tam icra etməsi anınadək qüvvədədir”. xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin 7.1 və 7.2-ci maddələrini nəzərə alaraq qeyd etmək istərdik ki, ipoteka müqaviləsi əsasında ipoteka predmeti daşınmaz əmlakın dövlət reyestrində qnuna müvafiq olaraq qeydiyyata alınmışdır. Həmçinin onuda qeyd etmək istərdi ki, qanunvericilikdə ipoteka qeydiyyatının aparılması ilə bağlı müddət tənzimlənməmişdir. Beləliklə Sumqayıt İnzibati Məhkəməsi işi obyektiv araşdırmamış, üçüncü şəxsin maraqlarına zidd olan hallara nəzər yetirməmiş və əsassız qərar qəbul etmişdir. İpoteka haqqında qanunun 11.2-ci maddəsinə əsasən “İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir”. Həmçinin xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin 7.1-ci maddəsinə əsasən “Bu müqavilə notarial qaydada təsdiq olunduqdan və ipoteka daşınmaz əmlakın dövlət reyestrində müvafiq dövlət orqanı tərəfindən qeydiyyata alındığı andan qüvvəyə minir”. Həmçinin xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinin 7.2- ci maddəsinə əsasən “Bu müqavilə “Borc alan”ın əsas öhdəlik üzrə üzərinə düşən bütün vəzifələri tam icra etməsi anınadək qüvvədədir. İpoteka haqqında qanunun 11.2-ci maddəsinə və xx.xx.2008- ci il tarixli ********** saylı ipoteka müqaviləsinin 7.1-ci və 7.2-ci maddələrinə əsasən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2010-cu il tarixli 1 saylıƏlavə Saziş bağlanarkən ipoteka müqaviləsi qüvvədə olmuşdur. xx.xx.2010-cu il tarixdə yenidən daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Beləliklə ardıcıl olaraq xx.xx.2011-cu il tarixdə 2, xx.xx.2011-ci il tarixdə 3 və xx.xx.2013-cü il tarixdə 4 saylıƏlavə Sazişlər bağlanmışdır. Həmçinin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə bağlı hər hansı bir müddət qanunvericilikdə göstərilməmişdir. Lakin məhkəmə qərarda öz mövqeyini bildirərkən qeyd etmişdir ki, (səh.,6, abzas 6) “Nəticə etibarı ilə iddiaçı və bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin müddəti bitdikdən sonra ilk dəfə xx.xx.2010-cu il tarixdə əmlak üzrə yüklülük qeydə alınmışdır”. Məhkəmənin bu kimi mövqeyinə münasibət bildirərək qeyd etmək istərdik ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi xx.xx.2010-cu il tarixdə əmlak üzrə yüklülük qeydə alınan zaman qüvvədə olmuşdur. Belə ki, müqavilənin müddətinin başlanmasımüqavilənin 3.5-ci bəndində və müqaviləyə xitam verilməsi isə müqavilənin 5.3.4-cü bəndində qeyd edilmişdir. Belə ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin başlanğıc müddəti müqavilənin 3.5-ci bəndinə əsasən, ayrılmış kredit məbləğinin “Borc alan”nın hesabına köçürüldüyü gündən hesablanır. Müqavilənin bitmə və müqaviləyə xitam verilməsi müddəti isə müqavilənin 8.4.1-ci bəndinə əsasən, “Borc alan” müqavilə üzrə öhdəlikləri tam həcmdə icra etdiyi gündür. xx.xx.2010-cu il tarixdə əmlak üzrə yüklülük qeydə alınmışdır. Mülki Məcəllənin 280.3cü maddəsində qeyd edilmişdir ki, “Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır”. Qanunun bu maddəsinə istinad edərək bildirmək istərdik ki, QSC "xxxx" KB ilə hazırki iş üzrə iddiaçı X10 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Bu məcəllədə girov müqaviləsi notariat qaydasında təsdiqləndikdən sonra girov hüququnun dövlət qeydiyyatına alınmasına dair hər hası bir müddət qeyd edilməmişdir. Lakin məhkəmə qanunun bu maddəsinə istinad etmək əvəzinə müqavilənin müddətinə istinad etmişdir. Bildirmək istərdik ki, müqavilənin 8.4.2-ci maddəsinə əsasən öhdəlik tam ica edilənədək müqavilə üzrə öhdəliyə xitam verilmir və öhdəlik qüvvədə qalmış hesab edilir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi isə əsas öhdəliyin təminatı kimi çıxış etdiyinə götə müqavilə müddətinin bitməsi öhdəliyin xitam olunması demək deyildir. Mülki Məcəllənin 280.3-cü maddəsində qeyd edilmişdir ki, “Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır”. Bank bu məcəllə üzrə nəzərdə tutulan müddəalara riayərt edərək ipoteka müqaviləsi bağlamış və girov hüququnun dövlət qeydiyyatını aparmışdır. Məhkəmə xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinni o zaman etibarsız hesab edə bilərdi ki, xx.xx.2010-cu il tarixdə xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə 1 saylıƏlavə Saziş bağlanan zaman xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamış olsun. Lakim məhkəmə heç bir əsas olmadan girov müqaviləsini etibarsız hesab etmişdir. Mülki Məcəllənin 280.3-cü maddəsində qeyd edilmişdir ki, “Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir”. Qanunun bu maddəsinə istinad edərək bildirmək istərdik ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsi xx.xx.2008-ci il tarixdə notariat qaydasında təsdiqlənmiş, xx.xx.2010-cu il tarixdə isə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Beləliklə MM-nin 280.3-cü maddəsinə əsasən girov hüququ xx.xx.2010-cu il tarixdən yaranmışdır. Bundan sonra tərəflər arasında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2010-cu il tarixli 1 saylıƏlavə Saziş bağlanmışdır. Sözügedən əmlak yenidən ipoteka ilə yüklü edilmişdir və xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Beləliklə sonrakı 2,3 və 4 saylı ipoteka müqavilələri də qanuna müvafiq olaraq notariat qaydasında təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Lakin məhkəmə qərar qəbul edərkən qanunun bu kimi hallarına əsaslanmamışdır. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə prosesində lazm olan sübutların, faktların kifayət qədər proses iştirakçıları tərəfindən təqdim olunmasına baxmayaraq məhkəmə əsassız olaraq iddiaçının tələbini təmin etmişdir. Belə ki, iş üzrə üçüncü şəxs qismində prosesdə iştirak edən ləğv prosesində olanQSC "xxxx" KB tərəfindən məhkəmə prosesində sübutlar əsasında edilən mülahizələri, iddiaçının tələbinin əsassız olduğunu faktlar və sübutlarla əsaslandırmasına və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini bildirsə də məhkəmə bunları nəzərə almamış qərarında isə qeyd etmişdir ki, “ləğv prosesində olan QSC "xxxx" KB qəbul ediləcək qərarıməhkəmənin mülahizəsinə buraxmışdır”. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən “Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir”. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Qeyd etmək istərdik ki, xx.xx.2013-cü il tarixdə QSC "xxxx" KB ilə X10 arasında 1xx/xx/2742/13 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya istehsal məqsədləri üçün 36 ay müddətinə 12 % ödəmək şərti ilə 445600 manat məbləğində pul vəsaiti verilmişdir. Kreditin təminatı olaraq X6 məxsus Sumqayıt şəhəri, Bakı-Rastov şossesi, ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 06 saylıƏlavə Saziş əsasında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Məhkəmə qərar qəbul edərkən tərəflər arasında xx.xx.2013-cü il tarixli 1xx/xx/2742/13 saylı kredit müqaviləsinin təminatı olaraq xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 06 saylı Əlavə Sazişə münasibət bildirməmişdir. Beləliklə məhkəmə qərar qəbul edərkən işin hallarını hərtərəfli araşdırmamış və sübutlara düzgün qiymət verməmişdir. xx.xx.2013-cü il tarixdə QSC "xxxx" KB ilə X10 arasında 1xx/xx/2742/13 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borcluya istehsal məqsədləri üçün 36 ay müddətinə 12 % ödəmək şərti ilə 445600 manat məbləğində pul vəsaiti verilmişdir. Kreditin təminatı olaraq X6 məxsus Sumqayıt şəhəri, BakıRastov şossesi, ünvanında yerləşən Şamot tozu istehsal sahəsi əmlak kompleksi QSC "xxxx" KB qarşısında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2013-cü il tarixli 06 saylı Əlavə Saziş əsasında ipoteka ilə yüklü edilmişdir və xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** saylı nömrə ilə deydiyyata alınmışdır. Məhkəmə qərar qəbul edərkən iş üçün əhəmiyyətli olan və üçüncü şəxsin maraqlarına toxunan tərəflər arasında xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə bağlanmış xx.xx.2013-cü il tarixli 06 saylı Əlavə Saziş barədə faktiki olan bu kimi halları aydınlaşdırmamış və bu müqavilə üzrə əmlaka dair yüklülük çıxarışına münasibət bildirməmişdir. Bu kimi faktiki halları məhkəmə prosesi zamanı aydınlaşdırılsada qərarın nəticə hissəsində məhkəmə buna münasibət bildirməmişdir. Tərəflərin qarşılıqlı razılığı arasında bağlanmış xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqavilənin 7.2-ci bəndində qeyd edilmişdir ki, “Bu müqavilə “Borc alan” ın əsas öhdəlik üzrə üzərinə düşən bütün vəzifələri tam icra etməsi anınadək qüvvədədir. Həmçinin qanunvericilikdə girov müqaviləsi notariat qaydasında təsdiqləndikdən sonra dövlət qeydiyyatına alınması ilə bağlı hər hansı bir müddət müəyyən olunmamışdır. İpoteka hüququ yalnız ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan onun hüquqları əmələ gəlir. Lakin məhkəmə bu kimi dəlillərin işdə iştirak edən üçüncü şəxs tərəfindən məhkəmədə sübut edilməsinə baxmayaraq, həmçinin xx.xx.2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsinə xx.xx.2010-cu il tarixli 1 saylı Əlavə Saziş bağlanarkən ipoteka müqaviləsinin qüvvədə olması barədə kifayət qədər sübutların olmasıa baxmayaraq məhkəmə ədalətsiz olaraq qərar qəbul etmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin rədd edilməsini və qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X12 cavabdehin apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X10 apellyasiya şikayətlərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. .... Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 310. Eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Maddə 314. İpoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir. Maddə 316. Əgər ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina edirsə, ipotekaya xitam verilir. İmtina bu şərtlə hüquqi qüvvəyə malik olur ki, ipotekaya xitam vermə daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. [12] Maddə 10.3 İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin şərtləri üstünlük təşkil edir. Maddə 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Maddə 11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 25.1. İpoteka qoyanın aşağıdakı hüquqları vardır: ...25.1.4. ipoteka saxlayan ipoteka predmetinin saxlanmasını və ondan istifadə olunmasını lazımi qaydada təmin etmədikdə, ipotekaya xitam verilməsini və əsas öhdəliyin vaxtından əvvəl icrasının qəbul edilməsini məhkəmə qaydasında ipoteka saxlayandan tələb etmək. Maddə 25.2. Bu Qanunun 25.1.3-cü maddəsində göstərilən hüquqa tutmanın yönəldilməsi haqqında bildiriş verildikdən sonra xitam verilir. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq əmlak üzərində ipoteka dövlət qeydiyyatının ləğv edilməsi və ipoteka yüklülüyündən azad edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, ipoteka qeydiyyatı ipoteka saxlayananın ərizəsi və ya məhkəmə qərarı ilə ləğv edilir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq MMC-nin direktoru qismində çıxış edən iddiaçı ilə iş üzrə üçüncü şəxs bank arasında 18 mart 2008-ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən bank kredit xətti açmağı öhdəsinə götürmüş, kreditin 12 ay müddətində verilməsi, müddətin əlavə razılığa əsasən uzadılması qeyd edilmişdir. Həmin kredit müqaviləsi üzrə borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə hazırki mübahisə predmeti olan əmlaka dair eyni tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Şamot tozu istehsal sahəsi əmlak kompleksi üçüncü şəxs bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir, ipoteka predmeti olan əmlak xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Daha sonra tərəflər arasında 25 noyabr 2010-cu il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə saziş bağlanılmış, həmin sazişə əsasən tərəflər arasında bağlanılmış 25 noyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 421000 manat məbləğində verilmiş kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir. Daha sonra tərəflər arasında 17 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 saylı əlavə saziş bağlanılmış, həmin sazişə əsasən tərəflər arasında bağlanılmış 17 fevral 2011-i il tarixli kredit müqaviləsi üzrə 721000 manat məbləğində verilmiş kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir. Daha sonra tərəflər arasında 05 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə 03 saylı əlavə saziş bağlanılmış, həmin sazişə əsasən tərəflər arasında bağlanılmış 05 aprel 2011-ci il tarixli kredit müqaviləsi üzrə ******* manat məbləğində verilmiş kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir. Daha sonra tərəflər arasında 02 may 2013-cü il tarixli ipoteka müqaviləsinə 06 saylı əlavə saziş bağlanılmış, həmin sazişə əsasən tərəflər arasında bağlanılmış 30 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 445600 manat məbləğində verilmiş kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə sözügedən əmlak ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxs bankın xeyrinə sözügedən əmlak barəsində ipoteka qeydiyyatı 19 mart 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında 12 mart 2010-cu il tarixdə aparılmış, 25 noyabr 2010-cu il tarixli ipoteka müqaviləsinə 01 saylı əlavə saziş əsasında 01 dekabr 2010-cu il tarixli ipotekanın əlavə qeydiyyatı, 17 fevral 2011-ci il tarixli ipoteka müqaviləsinə 02 saylı əlavə saziş əsasında 24 fevral 2011-ci il tarixdə əlavə qeydiyyaı, 05 aprel 2011-ci il tarixli ipoteka müqaviləsinə 03 syalı əlavə saizş əsasında 09 aprel 2011-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı, 12 dekabr 2012-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmış, 18 yanvar 2013-cü il tarixli ipoteka müqaviləsinə 04 saylı əlavə sazişinə əsasən 24 yanvar 2013-cü il tarixdə əlavə qeydiyyatı, 03 may 2013-cü il tarixli ipoteka müqaviləsinə 06 saylı əlavə saziş əsasında 07 may 2013-cü il tarixdə əlavə qeydiyyat aparılmış, həmin hallara dair Çıxarış verilmişdir. İş materiallarında olan müvafiq kredit reyestr xidməti məlumatından çıxarışın, maliyyə arayışının məzmunundan və digər sənədlərdən görünür ki, iddiaçının qeyd edilən kredit müqavilələri üzrə borc öhdəlikləri mövcud olmuşdur. İşin müəyyən edilmiş hallarından göünür ki, üçüncü şəxs bank ilə müvafiq MMC arasında bağlanılmış 30 aprel 2013-cü il tarixli kredit müqaviləsinin və onun təminatı olaraq sözügedən əmlakın ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2013-cü tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və 6 saylı Əlavə saziş üzrə həmin əmlakın yüklülükdən azad edilməsinə dair mülki məhkəmə icraatı qaydasında məhkəmə mübahisələri olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müvafiq MMC tərəfindən verilmiş həmin iddia tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, müvafiq bank tərəfindən müvafiq MMC və X6 qarşı kredit müqaviləsi üzrə borcun, hesablanmış faizin ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələb üzrə hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında mülki iş vardır. İndiki halda iddiaçının hüquqi marağı məhz sözügedən əmlakla bağll ipoteka yüklülüyünə dar cavadeh inzibati orqan tərəfindən aparılmış müvafiq ipoteka qeydiyyatlarının ləğv edilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsindən ibarət olmuş, habelə iddiaçı tələbinin əsası kimi 2008-ci il tarixli ipoteka müqaviləsinin qüvvədə olduğu müddətdə dövlət qeydiyyatına alınmaması, mövcud olmayan ipoteka müqaviləsinə əsasən əmlakının yüklü edilməsi, borcunun olmaması kimi hallarla əsaslandırmışdır. Məhkəmə kollegiyası yuxarıda istinad edilən qanunvericilik normalarını müqayisəli şəkildə təhlil edərək, onu qeyd edir ki, qanunvericilik normasının dispozitiv şərtinə əsasən ipotekanın dövlət qeydiyyatı cavabdeh inzibati orqan tərəfindən iki halda ləğv edilir:ipoteka saxlayanan ərizəsi və məhkəmə qərarı. İndiki halda ipoteka saxlayan qismində müvafiq Bank çıxış etməklə, bu barədə belə məzmunlu ərizəsi mövcud olmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, ipotekanın dövlət qeydiyyatının aparılmasının əsasını məhz ipotek qoyanla ipoteka saxlayan arasında bağlanılmış ipoteka müqaviləsi çıxış edir və həmin müqavilə tərəflərin iradə ifadəsinin nəticəsini ehtiva etməklə,məhz əsas öhdəliyin icrasının təminatı qismində ortaya çıxır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsi əsasında əmlakın ipoteka ilə yüklülüyü barədə dövlət qeydiyyatı aparıldığı halda, həmin əmlakın yüklülükdən azad olunması və dövlət qeydiyyatının ləğv edilməsi üçün qeyd edilən müqavilənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi halının olub-olmaması, habelə qanunla müəyyən edilmiş ipotekaya xitam verilməsi əsaslarının mövcud olub-olmaması halı müəyyən edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, indiki halda sözügeədn əmlakın ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi və ona əlavə sazişlərin etibarsız hesab edilməsi və ya ləğv edilməsi halı mövcud olmamışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, qanunvericilik normasının tələbində ipotekaya hansı hallarda xitam verilməsinin əsasları dəqiq və imperativ şəkildə müəyyən edilmişdir (İpoteka haqqında Qanunun 48-ci maddəsi). İndiki halda iddiaçıya münasibətdə sözügedən ipoteka predmeti ilə bağlı qanunla müəyyən edilmiş ipotekaya xitam verilməsi əsaslarından hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı ipoteka qoyanla ipotea saxlayan arasında həmin hala dair hər hansı razılığı olması, ipoteka saxlayanın ipotekadan və ya əsas tələbdən imtina etməsi halı ipoteka predmetinin məhv olması, tutmanın yönəldilməsi nəticəsində satılması, əsas öhdəliyə xitam verilməsi və qanunla müəyyən edilmiş dgər halların mövcudluğu müəyyən edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən əmakın ipoteka yüklü edilməsinə əsas olan kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi, habelə ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi ilə bağlı məhkəmədə bank ilə borcalan arasında məhkəmə mübahisəsi mövcuddur. İndiki halda iddiaçı kredit müqaviləsi üzrə borc öhdəliyinin tam icra edilməsi halına istinad etsə də, həmin halın iş materialları əsasında müəyyən edilməsi mümkün olmamış, habelə hazırda kreditor tərəfindən qalıq borcun mövcudluğuna dair maliyyə arayışı təqdim edilmiş, həmin borc öhdəliyinin icrası məhkəmə qaydasında tələb edilmişdir. Nəticə etibarilə həmin əmlakın ipoteka təminatı qimsində çıxış etdiyi əsas kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi halı da müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kreditor bank qarşısında icra etməli olan kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası və tutmanın ipoteka predmeti olan əmlaka yöndəlilməsi ilə bağlı məhkəmə mübahisəsi olduğundan, iddiaçı tərəfindən həmin hala indiki halda istinad edilməsi əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, həmin əmlakın ipoteka ilə yüklü edilməsi halı məhz ipoteka qoyanın iradə ifadəsinin nəticəsi kimi ortaya çıxmış, habelə əmlak 18 mart 2008-ci il tarixli ipoteka müqaviləsi ilə yanaşı, sonrakı tarixlərdə bağlanılmış ipoteka müqaviləsinə əlavə sazişlərə əsasən də ipoteka ilə yüklü edilmiş və həmin yüklülüyə dair əlavə qeydiyyat aparılmış, qeyd edilən müqavilə və sazişlərin etibarsız sayılması və ləğv edilməsi halı müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, ipoteka yüklülüyünə dair dövlət qeydiyyatının sonrakı tarixdə aparılması, əmlak üzərində hüquqlarının əsassız olaraq məhdudlaşdırılması ilə bağlı iddiaçının istinad etdiyi arqumnetləri əsassız olmuşdur. Eyni zamanda, qeyd edilməlidir ki, ipoteka müqaviləsi məhz əsas kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədilə bağlanılmaqla, ipoteka predmeti məhz öhdəliyin icrasının təminatı qismində çıxış etmişdir. Başqa sözlə desək, əmlakın ipotek yüklülüyü məhz ipoteka saxlayanın mənafeyinin təmin edilməsinə xidmət etməklə, öhdəliyin icrasının təminat üsulu kimi ortaya çıxır. İndiki halda isə müvafiq bank ipoteka saxlayan qimsində çıxış etməklə, onun tərəfindən əsas kredit müqaviləsi üzrə borc öhdəliyinin icrasının təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaqla, onunla borcalan arasında bununla bağlı məhkəmə mübahisəsi mövcud olmuşdur. Belə olan halda, ipoteka predmetinin təminatı kimi çıxış edən əsas kredit müqaviləsi üzrə öhdəliyinin tam və lazimi qaydada icra edilməsi halı müəyyən edilmədən, habelə ipotekaya xitam verilməsinin qanunla müəyyən edilmiş digər əsaslarının olduğu müəyyən edilmədən, ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsi və buna dair dövlət qeydiyyatının ləğv edilməsi ilk növbədə ipoteka saxlayanın həm mülki qanunvericilikdə, həm də ipoteka haqqında qanunvericilikdə müəyyən edilmiş hüquqlarının və əmlak mənafeyinin pozulmasına gətirib çıxardır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanuni və əsaslı olmuş, indiki halda iddiaçı belə bir tələb irəli süməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, işin hallarına qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır.Odur ki. məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-275/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar