Məhkəmə qərarları › İş №2-1(105)-99/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-99/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-99/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 X17 Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli, **********049600 saylı vergilərin hesablanması barədə Qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından X5 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ X5 cavabdeh 2 X17 Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********635300 saylı vergilərin hesablanması barədə Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə fəaliyyətini tamamilə dayandırmış və ərizə ilə müvafiq Vergi orqanına müraciət etmişdir. xx.xx.2018-ci il tarixində nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması barədə, xx.xx.2018-ci il tarixdə isə obyektimin (təsərrüfat subyektinin) ləğv edilməsi barədə müvafiq Vergi orqanına müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə **********611300 nömrəli Qərarla sentyabr 2018-ci il üzrə 10587.85 ƏDV bəyannaməsinin təqdim edilməməsi adı ilə analoji vergi hesablanmışdır. xx.xx.2019-cu il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş hesabata əsasən şəxsi hesab vərəqəsində olan borc silinsə də, vergi orqanı xx.xx.2019-cu il tarixdə yenidən **********635300 saylı vergilərin hesablanması barədə Qərarla 10587.85 manat borc hesablayaraq şəxsi hesab vərəqəsində ƏDV 2018/09 adı ilə tətbiq etmişdir. Bu barədə dəfələrlə müraciət edərək faktiki olaraq həmin ünvanda fəaliyyətini dayandırdıqdan sonra başqa şəxslərin-fiziki şəxslərin fəaliyyət göstərməsini bildirsə də, müvafiq dövrlərdə onun fəaliyyəti olmadığı, fəaliyyətini dayandırdıqdan sonra başqa fiziki şəxs X9 fəaliyyət göstərdiyini bildirməsinə baxmayaraq, müraciətlərinə baxılmamış və hesablanmış vergi məbləği silinməmişdir. Daha sonra iddiaçı məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli, **********049600 saylı qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı xx.xx.2019-cü il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş hesabata əsasən şəxsi hesab vərəqəsində olan borc silinsə də, vergi orqanının ona xx.xx.2019-cu il tarixdə yenidən **********635300 saylı vergilərin hesablanması barədə Qərarla 10587,85 manat borc hesablayaraq şəxsi hesab vərəqəsinə ƏDV 2018/09 adı ilə tətbiq edildiyini bildirmişdir. Bildirilir ki, iddiaçı vergi orqanına 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etməmişdir. xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabellik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından, 2018-ci il sentyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********010700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktublarda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-ci il tarixli **********049600 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayı üzrə 10587.85 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləriməhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: birinci instansiya məhkəməsi nəzərə almayıb ki, iddiaçı xx xxxx 2018-ci il tarixdə fəaliyyətini tamamilə dayandırmış və ərizə ilə müvafiq vergi orqanına müraciət etmişdir. xx xxxxx 2018-ci il tarixində nəzarət kassa aparatının qeydiyyatından çıxarılması barədə, xx xxx 2018-ci il tarixdə isə obyektin (təsərrüfat subyektinin) ləğv edilməsi barədə müvafiq vergi orqanına müraciət etmişdir. Cavabdeh isə xx xxxxxx 2018-ci il tarixdə **********611300 nömrəli qərarla sentyabr 2018-ci il üzrə 10587.85 ƏDV bəyannaməsinin təqdim edilməməsi adı ilə iddiaçıya analoji vergi hesablamışdır. xx xxxxx 2019-cu il tarixdə təqdim etdiyi dəqiqiləşdirilmiş hesabata əsasən şəxsi hesab vərəqəsində olan borc silinsə də, cavabdeh xx xxx 2019-cu il tarixdə yenidən **********635300 saylı vergilərin hesablanması barədə qərarla iddiaçıya əsassız və qanunsuz olaraq 10587.85 manat borc hesablayaraq şəxsi hesab vərəqəsində ƏDV 2018/09 adı ilə tətbiq etmişdir. İddiaçı bu barədə dəfələrlə müraciət edərək faktiki olaraq həmin ünvanda fəaliyyətini dayandırdıqdan sonra başqa şəxslərin-fiziki şəxslərin fəaliyyət göstərməsini bildirsə də, müvafiq dövrlərdə onun fəaliyyəti olmadığı, fəaliyyətini dayandırdıqdan sonra başqa fiziki şəxs X9 fəaliyyət göstərdiyini bildirsə də, onun müraciətlərinə baxılmayıb və hesablanmış vergi məbləği silinməyib. Buna görə də iddiaçı iddia ərizəsi ilə xx xxxx 2019-cu il tarixində məhkəməyə müraciət edərək cavabdeh Vergilər Nazirliyinin 2 say!ı X6 iddiaçı barəsində xx xxx 2019-cu il tarixli **********635300 saylı vergilərin hesablanması barədə qərarın ləğv olunmasını xahiş edib. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh qeyd edilən qərarı ləğv edib, yeni kameral hesablamalar aparıb. Bu səbəbdən də iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin iddiaçı barəsində xx xxxx 2019-cu il tarixli **********049600 saylı vergilərin hesablanması barədə qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş edib. Lakin iddiaçı dəqiqləşdirilmiş bəyannaməni təqdim etməsinə baxmayaraq 30 günlük müddət keçdikdən sonra cavabdeh əsassız və qərəzli olaraq kameral vergi yoxlaması keçirib və iddiaçını vergi məsuliyyətinə cəlb edib. Halbuki Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirə bilməz. Məhkəmə işə baxarkən qeyd olunan faktları və qanunun tələblərini nəzərə almayıb. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X7 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X11 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli, **********049600 saylı qərar qəbul edilmiş və vergi ödəyicisinə ümumilikdə 10587.85 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, vergi ödəyicisi tərəfindən təkrar bəyannamə verilməsinə baxmayaraq, həmin bəyannamə bildiriş üzrə verilməyib. Ona görə də hazırki mübahisə üzrə 30 gün keçdikdən sonra alternativ yoxlamanın aparılması qanun pozuntusu hesab edilə bilməz. Vergi ödəyicisinin saxlama ambarı olmadığı təqdirdə, sahibkarlıq fəaliyyətinin 2018-ci ilin mart ayında dondurduğuna görə qalıq malların harada olması ilə bağlı vergi orqanında heç bir məlumat olmamışdır. Belə olduğu tədqirdə vergi orqanı tərəfindən kameral vergi yoxlamasını keçirməklə malların bazar qiyməti üzrə ədv-nin hesablanması qanuna uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən onun fəaliyyəti xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmışdır. İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır. İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən ona məxsus olan **********- 31001 kodlu təsərrüfat subyekti (obyekti) qeydiyyatdan çıxarılmışdır. İddiaçı iddia edir ki, fəaliyyəti dayandığı üçün dövriyyə ola bilməzdi və onun əvvəlki obyektində başqa fiziki şəxs fəaliyyət göstərir. Cavabdeh isə ona əsaslanır ki, iddiaçı vergi orqanına 2018-ci ilin sentyabr ayı üzrə ƏDV bəyannaməsi təqdim etməmişdir. xx.xx.2018-ci il tarixə mal qalığı, 2018-ci ilin 9 ayı ərzində E-VHF, E-QF və idxal məlumatlarına əsasən mal alışı və 2018-ci ilin 9 ayı ərzində ümumi dövriyyə və dövriyyə üzrə rentabelik əsasında silinən mal nəzərə alınmaqla mal qalığının yarandığı və təsərrüfat subyektinin olmaması qeyd edilən mal qalığının faktiki olaraq mövcud olmaması riskini yaratdığından 2018-ci il sentyabr ayı ƏDV üzrə təqdim edilmiş bəyannamədə müvafiq dövr üzrə kənarlaşma yaranmışdır. İddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktublarda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-ci il tarixli **********049600 nömrəli Qərara əsasən 2018-ci ilin sentyabr ayı üzrə 10587.85 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. İş materiallarından görünür ki, xx.xx.2018-ci il tarixli **********010700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçının apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən bildiriş üzrə verilmiş bəyannamənin verildyi gündən 30 gün keçdikdən sonra yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Bununla bağlı kollegiya qeyd edir ki, vergi ödəyicisi tərəfindən həmin bəyannamə bildiriş üzrə verilməmişdir. Bu səbəbdən 30 gün keçdikdən sonra alternativ yoxlamanın aparılması qanun pozuntusu hesab edilə bilməz. Vergi orqanının məhkəməyə təqdim etdiyi “Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatdan” görünür ki, vergi ödəyicisi olan X10 mal qalığı 56.613,57 manat təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili heç bir mal satışı olmadığını bildirsə də, həmin Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatı təkzib edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Göründüyü kimi, vergi ödəyicisinin qalıq mallarının harada olması ilə bağlı vergi orqanında heç bir məlumat olmamış, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Belə olduğu tədqirdə vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirilməklə malların bazar qiyməti üzrə ədv-nin hesablanmasının qanuna uyğun olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə əsassız olduğu üçün qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-81/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar