Məhkəmə qərarları › İş №2-1(105)-99/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-99/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-99/2023 12.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə X5 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “1988-2006cı illərdə istifadə etmədiyi əsas məzuniyyətə görə (1988-2005-ci illərin hər ili üçün 30 gün, 2006-cı il üçün isə 2,5 gün) kompensasiyanın 2006-cı ildə xaric olunarkən tutduğu vəzifələrin və malik olduğu rütbənin 2020-ci ilə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2953/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı N.İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia qaldıraraq 1988-2006-cı illərdə istifadə etmədiyi əsas məzuniyyətə görə (1988-2005ci illərin hər ili üçün 30 gün, 2006-cı il üçün isə 2,5 gün) kompensasiyanın 2006-cı ildə xaric olunarkən tutduğu vəzifənin və malik olduğu rütbənin 2020-ci ilə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1981-2006-cı illərdə Azərbaycan Respublikası DİO-da polis nəfəri kimi xidmət etmiş və xx.xx.2006-cı il tarixdə X3n baş serjant rütbəsində yaşa görə xaric olunmuşdur. Şikayət ərizəsinə əsasən 2020-ci ildə istifadə etmədiyi əsas məzuniyyətə görə ona 720 manat məbləğində pul kompensasiyası AR DİN-nin Maliyyə Plan İdarəsi tərəfindən hesablanaraq ödənilmişdir. Hesab edir ki, ödənilmiş kompensasiya düzgün hesablanmamışdır. Belə ki, ona kompensasiya hesablanarkən 2006-cı ildə xidmətdən buraxılarkən tutduğu vəzifənin və malik olduğu rütbənin 2006-cı ilə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülmüşdür. Lakin hesab edir ki, 2020-ci ildə kompensasiya hesablanarkən 2006-cı ildə xidmətdən buraxılarkən tutduğu vəzifənin və malik olduğu rütbənin vəzifə və rütbə maaşları yox, həmin vəzifənin və rütbənin 2020-ci ildə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməli idi. O, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək 1988-2006cı illərdə istifadə etmədiyi əsas məzuniyyətə görə (1988-2005-ci illərin hər ili üçün 30 gün, 2006-cı il üçün isə 2,5 gün) kompensasiyanın hesablanaraq ona ödənilməsinə () 2006-cı ildə xaric olunarkən tutduğu vəzifənin və malik olduğu rütbənin 2020-ci ilə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla), 1988-2006-cı illərdə istifadə etmədiyi əsas məzuniyyət günlərinin sayı barədə (hər il üzrə ayrılıqda göstərilməklə) ona məlumat verilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin ərizəsinə AR DİN Maliyyə Plan İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmiş, məktubda göstərilmişdir ki, ona X3 xidmətdən xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşında 720 manat pul kompensasiyası ona ödənilmişdir. Ancaq xahişinin 2-ci hissəsinə-1988-2006-cı illərdə istifadə etmədiyi əsas məzuniyyət günlərinin sayı barədə (hər il üzrə ayrılıqda göstərilməklə) ona məlumat verilməsinə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2953/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı bundan əvvəl eyni cavabdehə qarşı eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(118)-727/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. İddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə onun eyni cavabdehə qarşı eyni tələb üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-727/2020 saylı qərarının mövcud olduğunu əsas gətirərək iddia tələbini mümkün saymamışdır. Hesab edir ki, məhkəmənin qərarı əsassız və qanunsuzdur. Belə ki, onun məhkəmə tərəfindən istinad edilən ilkin iddia tələbi (Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)- 727/2020 saylı qərarında göstərildiyi kimi) “1988-2006-cı illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97% hesabı ilə ödənilməsi” kimi olmuşdur. Hakimin icraatında olmuş iddia ərizəsində isə iddia tələbi “1988-2006-cı illərdə istifadə etmədiyi əsas məzuniyyətə görə (1988-2005-ci illərin hər ili üçün 30 gün, 2006-cı il üçün isə 2,5 gün) kompensasiyanın 2006-cı ildə xaric olunarkən tutduğu vəzifənin və malik olduğu rütbənin 2020-ci ilə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsi” kimi olmuşdur. Göründüyü kimi hər iki iş üzrə iddia tələbləri həm həcminə görə, həm də məzmununa görə müxtəlif olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddəyə əsasən iddiaçının iddia qaldırmağa subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1988- 2006-cı illərdə istifadə etmədiyi əsas məzuniyyətə görə (1988-2005-ci illərin hər ili üçün 30 gün, 2006-cı il üçün isə 2,5 gün) kompensasiyanın 2006-cı ildə xaric olunarkən tutduğu vəzifələrin və malik olduğu rütbənin 2020-ci ilə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı N.X1 Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq yardım olunmuş və ona eyni cavabdehə qarşı, eyni iddia tələbi ilə məhkəməyə müraciət edilməsi iddianın mümkün sayılmamasına səbəb olması izah olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iş materiallarına əlavə edilmiş hazırkı iddianın predmeti ilə eyni olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2-1(102)-1648/2021 nömrəli qərarının məzmunundan da görünür ki, hazırkı idda ilə məhkəməyə müraciət olunmamışdan əvvəl də iddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1988-2006-cı illərdə istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiyanın yenidən hesablanaraq ödənilməsi və təyin edilmiş pensiyanın 38 il 4 ay xidmət illərinə hesablanaraq 97% hesabı ilə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-727/2020 saylı, 25 noyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iş üzrə xx.xx.2021-ci il tarixli 2- 1(105)-229/2021 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2-1(102)- 1648/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-229/2021 saylı iş üzrə 26 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və qərar qanuni qüvvəsini almışdır. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, iddiaçıya 1988-2004-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə xidmətdən xaric olunduğu 2006-cı ildə olan vəzifə və rütbə maaşları əsasında pul kompensasiyası hesablanıb ödənilmişdir. Məktubda həmçinin əvvəlki məhkəmə qərarları ilə eyni tələb üzrə idda təmin edilməmişdir. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. İPM-nin “Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri” adlanan 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Apellyasiya şikayətinin iddiaçının hazırkı iddia tələbinin yuxarıda qeyd edilən iş üzrə iddia tələbrinin həm həcminə görə, həm də məzmununa görə müxtəlif olması barədə dəlillərinə gəldikdə isə, kollegiya Ali Məhkəmənin İnzibati Kollegiyasının həmin iş üzrə xx.xx.2021-ci il tarixli qərarının 25-27-ci bəndlərinə istinad edərək bildirir ki, həmin işdə də iddiaçı ona verilmiş kompensasiyanın 2004-cü ilin məbləğləri ilə deyil, 2019-cu ilin vəzifə və rütbə maaşına uyğun olaraq hesablanmalı olduğunu bildirmiş, məhkəmələr isə “Azərbaycan Respublikasının X3 xidmət keçmə haqqında Əsasnamə”yə istinad etməklə bu nəticəyə gəlmişlər ki, “... İddiaçı tutduğu vəzifəyə (37 manat) və rütbəsinə görə maaşı (8 manat) əsasında 1988-2004-cü illərdə istifadə etmədiyi məzuniyyətlərə görə 720 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. İddiaçı kassasiya şikayətində ona veriləcək kompensasiyanın 2019-cu ilin dekabr ayından əvvəlki 12 təqvim ayına uyğun olan orta əmək haqqına əsasən ödənilməli olduğunu bildirsə də, yuxarıda göstərilən normadan görünür ki, istifadə edilməyən məzuniyyətə görə kompensasiya polis işçisinin həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilməlidir”. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi üzrə dəlilləri əvvəlki iş üzrə məhkəmə araşdırmasının predmeti olmaqla onlara hüquqi qiymət verilməklə yekun məhkəmə aktı qəbul edilmiş, hazırkı iddiasında isə iddiaçı kompensasiyanın 2006-cı ildə xaric olunarkən tutduğu vəzifənin və malik olduğu rütbənin 2020-ci ilə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ona ödənilməsini tələb etmişdir. Bu halda hazırkı iddia tələbində əvvəlkindən fərqli olan yeganə hal kompensasiyanın 2020-ci ilə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla hesablanaraq ödənilməsindən ibarətdir ki, bu hal da əvvəlkindən “həcminə və məzmununa görə müxtəlif” olan iddia olması nəticəsinə gəlmək üçün kifayət deyildir. “A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, kollegiya hesab edir ki, iddiaçının hazırda qaldırdığı iddia ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcud olduğu baxımından iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2953/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar