Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-99/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X9, Üçüncü şəxs X5 nümayəndəsi (vəkili) Vəkil2, Üçüncü şəxs X7 nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-2069/2024 nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. Abşeron rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 296 nömrəli qərarına əsasən Saray qəsəbəsinə gedən yolun kənarında şimal-qərbdən Bakı-Sumqayıt magistralı, cənub-şərqdən Saray kəndi ilə əhatə olunan 0,04 ha torpaq sahəsinin fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün maşınlara texniki xidmət göstərilməsi məqsədi ilə İddiaçı ayrılması qərara alınmışdır.
2. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 may 1991-ci il tarixli, 100 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün köhnə Saray kəndinin yurd yerindən hər ailəyə 0,10 hektar hesabı ilə 10,0 hektar həyətyanı, 2,0 hektar yollar, küçələr üçün, cəmi 12,0 hektar Saray üzümçülük sovxozunun dəmyə örüş yeri kimi uçota alınmış torpaq sahəsindən alınıb Saray qəsəbə Saray qəsəbə XDS İcraiyyə Komitəsinə verilməsi, torpaq sahələrinin Saray qəsəbəsində yaşayan vətəndaşlara paylanması qərara alınmışdır.
3. Həmin sərəncam əsasında qəbul edilmiş Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 mart 1997-ci il tarixli, 03 nömrəli sərəncamına əsasən vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə qəsəbə daxilində boş istifadəyə yararsız olan sahələrdən X10 0,10 ha torpaq sahəsinin ayrılması və ona həmin sahədə yaşayış evi inşa etməyə icazə verilmişdir.
4. Həmin torpaq sahəsinin 0,07 ha hissəsi üzərində üçüncü şəxs S.M.Tağıyevanın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, **********16 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Torpaq sahəsinə dair onun adına həmin tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
5. Bundan sonra üçüncü şəxs mülkiyyətində olan həmin 0,07 ha torpaq sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 03 noyabr 2017-ci il tarixdə digər üçüncü şəxs X3, həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixdə T.M.Əsədovanın adına dövlət reyestrində qeydiyyata alınmışdır.
6. İddiaçı ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, ona məxsus 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsinin daşınmaz əmlakın dövlət reyestrində kimin adına qeydiyyata alınması ilə bağlı ona məlumat verilməsini xahiş etmişdir.
7. İnzibati orqan xx.xx.2021-ci il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçıya Abşeron rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 296 nömrəli qərarı ilə ayrılmış 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsinin Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 mart 1997-ci il tarixli, 03 nömrəli sərəncamına əsasən X10 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyünü, 0,07 ha torpaq sahəsi üzərində S.M.Tağıyevanın mülkiyyət hüququnun qeydə alındığını, daha sonra onun tərəfindən həmin torpaq sahəsinin X1, sahənin hazırda sonuncunun mülkiyyətində olduğu barədə məlumat verilmişdir.
8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin X10 0,07 ha torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli, 03 saylı sərəncamının Abşeron rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarına əsasən iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki birinci icraat
9. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə Saray qəsəbəsinə gedən yolun kənarından 0,04 ha torpaq sahəsi fərdi əmək fəaliyyəti ilə məşğul olmaq üçün maşınlara texniki xidmət göstərilməsi məqsədi ilə iddiaçıya ayrılmışdır. Həmin tarixdən göstərilən torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. O, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün inzibati orqana müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsinin 0,02 ha hissəsinin koordinatları Cavabdeh Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarixli 03 saylı sərəncamı ilə X10 ayrılmış 0,07 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Daha sonra, həmin 0,07 ha torpaq sahəsi S.M.Tağıyeva tərəfindən alqı-satqı qaydasında X2 və sonuncunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hesab edir ki, Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı qüvvədə olduğu halda, S.M.Tağıyevaya 0,07 ha torpaq sahəsinin ayrılması ilə bağlı Cavabdeh Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarixli 03 saylı sərəncamı qəbul edilərkən iddiaçının hüquqları pozulmuşdur.
10. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-682/2022 nömrəli qərardadı ilə X12 və X8 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər.
11. Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli, 2-1(118)-115/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən ona ayrılmış torpaq sahəsinin koordinatları qeyd edilən hər hansı bir sənəd təqdim etmədiyi, bununla da, onun torpaq sahəsi üzərində subyektiv hüququnun mövcudluğunun olmadığı əsası ilə iddia mümkün sayılmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində birinci icraat:
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2023-cü il tarixli, 2-1(118)-659/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-682/2022 nömrəli qərardadı ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
c) Birinci instansiya məhkəməsindəki ikinci icraat:
13. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-2069/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin X10 0,07 ha torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli, 03 saylı sərəncamının qismən, Abşeron rayon X11 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarına əsasən iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi qərara alınmışdır.
14. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mütəxəssis rəyi ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə mübahisələndirilən sərəncamla üçüncü şəxs S.Tağıyevaya ayrılmış torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsi müəyyən olunmasa da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı ünvan 1 ünvanladığı məktubunda bildirmişdir ki, iddiaçıya Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarına əsasən ayrılmış 0.04 ha torpaq sahəsinin 0.02 hissəsi Cavabdeh Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1997-ci il tarxili 03 saylı sərəncamına əsasən X10 ayrılmış torpaq sahəsinin üzərinə düşür. Bundan başqa iş üzrə alınmış mütəxəssis rəyində də iddiaçının istifadəsində olan 0,0434 ha torpaq sahəsinin cənub-şərq istiqamətində 0,0204 hissəsinin üçüncü şəxsin mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin koordinatlarının hüdudları daxilində yerləşdiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh hüquqi cəhətdən boş olmayan və üzərində vətəndaş tərəfindən inşa edilən qeyri-yaşayış sahəsi olan torpaq sahəsini başqa şəxsin daimi istifadəsinə verməklə iddiaçının gözlənilən mülkiyyət hüququnu pozmuşdur.
15. Üçüncü şəxslər həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, üçüncü şəxs Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsini xx.xx.2017-ci il tarixdə alqı-satqı yolu ilə almış və torpaq sahəsini dövlət reyestr xidmətində qeydə aldırmaqla mülkiyyətinə keçirmişdir. Məhkəmə əsassız olaraq iddiaçının təqdim etdiyi mütəxəsis rəyinə istinad edərək iddianı əsaslı saymışdır. Belə ki, iddiaçıya Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə torpaq sahəsi ayrılsa da, torpaq sahəsinin ayrıc aktının, torpaq sahəsinin təhvil verilməsi aktının və torpaq sahəsinin sxemi olmamışdır. Belə olan halda, hazırda istifadəsində olan torpaq sahəsinin həqiqətən də həmin yer olubolmaması sübuta yetirilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş imtinada iddiaçının təqdim etdiyi sahənin 0,02 ha hissəsinin üçüncü şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir (əl işarəsi ilə təqdim edilməsi). İş üzrə keçirilmiş ekspertizanın rəyində həmin hal öz təsdiqini tapmışdır. Mütəxəsis tərəfindən verilmiş rəyin mötəbərliyi isə şübhə altında olması ondan ibarətdir ki, həmin rəy iddiaçı tərəfindən təqdim edilmişdir. İddiaçının göstərdiyi torpaq sahəsinin həqiqətən də ona Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin olubolmaması aydınlaşdırılmamışdır. Məhkəmə iddia tələbinin əsaslı hesab edərək istinad etdiyi əsas sübutlardan biri kimi mütəxəsis rəyi olmuşdur. Hesab edir ki, həmin mütəxəsis rəyinin mötəbərliyi şübhə altındadır.
17. Üçüncü şəxs X12 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarından da göründüyü kimi, iddiaçıya Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 296 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinin bir hissəsi ilə, xx.xx.1997-ci il tarixli, 03 saylı sərəncama əsasən X10 ayrılmış 0,07 ha torpaq sahəsinin bir hissəsinin üst-üstə düşməsi sübuta yetirilmir. İddiaçının adına verilmiş torpaq sahəsinin ayrılmasına dair qərara əsasən üzərində istifadə hüququ yaranmış torpaq sahəsinin koordinatları məlum deyil. Həmin torpaq sahəsi iddiaçıya naturada təhvil verilmədiyindən, iddiaçı və üçüncü şəxsə ayrılmış torpaq sahələri arasında eyniləşdirmə aparılması mümkün deyil. Göstərilən səbəblərdən iddianın əsaslılığı yalnız iddiaçının mülahizələrinə əsaslanır. Hesab edir ki, birinci instansiya məhkəməsi sübuta yetirilməmiş iddianı təmin etməklə yanlış nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X5 vəkili apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin ətrafına hasar çəkilib, hasarın kənar hissəsində emalatxana yerləşir. İddiaçı üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsindən istifadə etmir. Üçüncü şəxsin vəkili şikayətin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X7 vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili hər iki apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, torpaq sahəsi iddiaçı tərəfin faktiki istifadəsindədir. Həmin sahədə 2 obyekt - nəqliyyat vasitələrinə xidmət üzrə emalatxanlar mövcuddur. İddiaçı tərəf əvvəlcə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi üçün inzibati orqana müraciət etmişdir. Bununla bağlı, torpaq sahəsinə baxış keçirilmiş və reyestr xidməti tərəfindən torpaq sahəsinin bir hissəsinin başqasının mülkiyyətində olmasına dair cavab verilmişdir. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin 2 sot hissəsi üçüncü şəxsin mülkiyyətindədir. İddiaçının vəkili şikayətlərin təmin edilməməsini xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, həm iddiaçıya, həm də üçüncü şəxsə torpaq sahələrinin ayrılması barədə müvafiq orqanların sərəncamları qüvvədədir, sadəcə, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə bağlı problem var. Tərəflər reyestrdə olan yanlışlığın aradan qaldırılması, yəni koordinatlarda düzəliş edilməsi üçün müraciət etməlidirlər.
TƏTBİQ EDİLƏN HÜQUQ:
22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı
23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
26. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmənin qərarı ləğv edilməklə iddia mümkün sayılmamalıdır.
28. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
29. İddiaçının hazırkı tələbi Cavabdehnə qarşı qaldırılmaqla, üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 mart 1997-ci il tarixli, 03 nömrəli sərəncamının ləğv edilməsi barədə olmaqla, növünə görə mübahisələndirmə haqqında iddiadır.
30. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri inzibati aktın qəbul edilməsi ilə iddiaçının subyektiv hüquqlarının faktiki olaraq pozulmuş olması, başqa sözlə, ünvanlandığı şəxs üçün əlverişsiz və qanunsuz inzibati akt olmasıdır.
31. Odur ki, bu növ iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt təşkil edə bilər.
32. Əlverişsiz (yükləyici) inzibati aktın tərifi “İnzibati icraat haqqında” Qanunun 2.0.11ci maddəsində verilmişdir. Həmin tərifə əsasən, maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifələr qoyan akt əlverişsiz (yükləyici) inzibati aktdır.
33. Lakin, işin aşağıda təhlil edilən hallarına əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 mart 1997-ci il tarixli, 03 nömrəli sərəncamının ona münasibətdə əlverişsiz (yükləyici) inzibati akt olması müəyyən edilmir.
34. Belə ki, işdən görünür ki, Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 296 nömrəli qərarı ilə iddiaçıya 0,04 ha torpaq sahəsi maşınlara texniki xidmət göstərilməsi məqsədi ilə ayrılmışdır.
35. İddiaçı tələbinin əsası kimi həmin qərarla ona ayrılmış 0,04 ha torpaq sahəsinə dair 7 il sonra Saray qəsəbəsi üzrə nümayəndəlik tərəfindən 10 mart 1997-ci il tarixli sərəncam qəbul edilməsi halına istinad edir.
36. İş materiallarında həmin torpaq sahəsinin yerini göstərən (döngə nöqtələrinin koordinatlarının qeyd edildiyi) texniki kadastr sənədləri – ayrıc aktı, plan cizgisi və s. olmasa da, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi ayrıldığı 1990cı ildən hal-hazıradək iddiaçının faktiki istifadəsindədir və onun tərəfindən sahədən təyinatı üzrə (maşınlara texniki xidmət göstərilməsi məqsədilə) istifadə edilir.
37. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilən ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, iddiaçının faktiki istifadəsində olan 0,0434 ha torpaq sahəsində 2 ədəd qeyri-yaşayış obyekti mövcuddur, faktiki istifadədə olan həmin sahənin 0,0204 hissəsi üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür.
38. Həmçinin, məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş, baxış zamanı mütəxəssis rəyində qeyd edilən 0,04 ha torpaq sahəsinin həqiqətən də iddiaçının faktiki istifadəsində olduğu və həmin sahədə ona məxsus 2 ədəd qeyri-yaşayış obyekti – emalatxana yerləşdiyi müəyyən edilmişdir.
39. Yerində müayinənin nəticələrinə dair cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən və “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” ndan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,041 ha təşkil etməklə, torpaq sahəsi daş hasar daxilində yerləşir, sahə üzərində qeyri-yaşayış binası var və həmin torpaq sahəsi üçüncü şəxs X4 üzrə (**********16 reyestr nömrəli çıxarış) mülkiyyətində olan torpaq sahəsi ilə 0,0195 ha hissədə üst-üstə düşür.
40. Hazırda iddiaçı məhz Abşeron rayon XDS İK tərəfindən ona ayrılmış 0,04 ha torpaq sahəsinin nümayəndəlik tərəfindən 1997-ci ildə üçüncü şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyünü, bu baxımdan, həmin inzibati aktın ona münasibətdə əlverişsiz (yükləyici) təsirə malik olduğunu bildirir.
41. Lakin, iddiaçının tələbinin əsası kimi istinad etdiyi bu hal hazırkı iş üzrə təsdiq edilmir.
42. Belə ki, birinci instansiya məhkəməsinin üçüncü şəxsə torpaq sahəsi ayrılması barədə Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 mart 1997-ci il tarixli, 03 nömrəli sərəncamı və onun qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə yalnız sərəncamın özü təqdim edilmiş, ayrılmış torpaq sahəsinin yerini göstərən ilkin kadastr sənədləri (ayrıc aktı və s.) təqdim edilməmişdir.
43. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdə isə bu torpaq sahəsinə dair Saray bələdiyyəsinin yerquruluşu planından çıxarış aşkar edilsə də, bu sənəd torpağın ayrıldığı 1997-ci ildə deyil, sonradan - 2014-cü ildə tərtib edildiyindən məhz nümayəndəliyin sərənamında göstərilən torpaq sahəsi olduğunu qəbul etməyə əsas vermir.
44. Həmçinin, Abşeron rayon XDS İK-nin 18 may 1991-ci il tarixli, 100 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin də yerini göstərən texniki sənədlər aşkar edilməmişdir.
45. Məhkəmə təcrübəsindən məlumdur ki, məhz Cavabdeh başçısının müvafiq qəsəbələr üzrə nümayəndələri tərəfindən şəxslərə torpaq sahələrinin ayrılması barədə qərarlar qəbul edilsə də, ayrılmış torpaq sahələrinin yerini göstərən texniki sənədlər (ayrıc aktı və s.) aşkar edilmir, habelə, həmin sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən, həm birinci, həm də apellyasiya məhkəməsində araşdırma zamanı icraat zamanı müvafiq orqanlardan əldə edilməsi mümkün olmur.
46. Hazırkı halda da, üçüncü şəxsə Saray qəsəbəsi üzrə nümayəndəliyin 10 mart 1997-ci il tarixli, 03 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yerini göstərən sənəd aşkar edilməmişdir.
47. Belə olan halda, kollegiya hesab edir ki, nə iddiaçıya ayrılmış torpaq sahəsinin, nə də üçüncü şəxsə ayrılmış torpaq sahəsinin yerini göstərən texniki kadastr sənədləri olmadığından Abşeron rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli qərarı ilə iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsinin Cavabdeh başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 10 mart 1997-ci il tarixli sərəncamı ilə üçüncü şəxsə ayrıldığını müəyyən etmək mümkün deyildir.
48. Yəni, iddiaçı ona 1990-cı ildə ayrılmış torpaq sahəsi barəsində nümayəndəlik tərəfindən 1997-ci ildə sərəncam verildiyini bildirsə də, torpaq sahələrinin yerini göstərən sənədlər olmadığından bu hal sübuta yetirilmir.
49. Məhz bu səbəbdən, yuxarıda qeyd edilən mütəxəssis rəyində də iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsinin müəyyən edilməsinin mümkünsüz olduğu göstərilmişdir.
50. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, işin hazırkı mərhələsində mübahisələndirilən sərəncamın iddiaçıya münasibətdə əlverişsiz (yükləyici) inzibati akt olması qənaətinə gəlmək mümkün deyildir.
51. Bu baxımdan, mübahisələndirmə haqqında hazırkı iddia üzrə iddianın xüsusi mümkünlük şərti ödənilməmişdir.
52. Bundan əlavə, nəzərə almaq lazımdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli qərarının: - 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
53. Kollegiya hesab edir ki, hazırda qaldırılmış iddia eyni zamanda iddiaçının hüquqi marağına uyğun deyildir.
54. Belə ki, hazırkı iddianın iddiaçının hüquqi marağına uyğun olması üçün onun bildirdiyi kimi məhz ona ayrılmış 0,04 ha torpaq sahəsinə dair digər inzibati orqan – nümayəndəlik tərəfindən sərəncam qəbul edilməsi öz təsdiqini tapmalı, həmin sərəncam iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmalıdır.
55. İşin yuxarıda qeyd edilən hallarından isə bunun öz təsdiqini tapmadığı müəyyən edilir.
56. İşdən görünür ki, üçüncü şəxs X10 torpaq sahəsinin ayrılması barədə nümayəndəliyin 1997-ci il tarixli sərəncamının qəbul edilməsindən 20 il sonra - xx.xx.2017ci il tarixdə həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, qeydiyyatın aparılması zamanı yuxarıda qeyd edildiyi kimi torpaq sahəsinin ilkin ayrıc aktı olmadığından sonradan (2014-cü ildə) tərtib edilmiş Saray bələdiyyəsinin yerquruluşu planından çıxarış əsasında reyestr xidməti tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir.
57. Məhz həmin plan-ölçü sənədində göstərilən torpaq sahəsinin bir hissəsi hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.
58. belə olduğu təqdirdə kollegiya hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq öz məqsədinə çatmaq üçün XDS İK-nin 1990-cı il tarixli sərəncamı ilə ona ayrılmış və faktiki istifadə etdiyi torpaq sahəsinə dair üçüncü şəxsin adına reyestr xidməti tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatların ləğv edilməsi və ya ona düzəliş edilməsi ilə bağlı inzibati orqana müraciət etməli, müraciətinə imtina cavabı verildiyi halda bununla bağlı məhkəmədə iddia qaldırmalıdır. Qeyd olunan iddianın uğurlu olub-olmaması məsələsinə həmin məhkəmə araşdırması zamanı qiymət veriləcəkdir.
59. Həmçinin, cavabdehin nümayəndəsi də yaranmış mübahisə ilə bağlı məhkəmə iclasında izahatında iddiaçı və üçüncü şəxsə torpaq sahələrinin ayrılması barədə hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğunu, üçüncü şəxsin torpaq sahəsinin koordinatlarında yanlışlıq olduğunu, bu baxımdan, tərəflərin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatlarına düzəliş edilməsi üçün cavabdehə müraciət etməli olduqlarını bildirmişdir.
60. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayətləri isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(118)-2069/2024 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5