Məhkəmə qərarları › İş №2-1(106)-10/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-10/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-10/2024 29.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı «Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamının Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilin X3 adına order verilməsi hissəsinin, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 565 saylı orderin ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1660/2022 saylı qərarından üçüncü şəxslər tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı Sərancamının Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektindəki 77/11 nömrəli mənzilin X3 adına order verilməsi hissəsinin, həmçinin Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 565 saylı, xx.xx.2021-ci il tarixli orderin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X11 və X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon X15 İcraiyyə Komitəsinin 30 may 1986-cı il tarixli, 69 nömrəli orderi ilə (keçmiş Lenin prospekti) Ağcabədi şəhəri, Ü.Hacıbəyli pospekti, bina 77, mənzil 11 ona verilmişdir. Ağcabədi rayon Arxiv şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan da görünür ki, Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 saylı protokolundan çıxanşa əsasən vətəndaşların mənzil sahəsi almaq üçün növbəyə yazılmalarma dair siyahların təsdiq edilməsi və Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsi barədə Ağcabədi rayon, XDS İcraiyyə Komitəsi qərara almışdır. Avtomobil təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil təmiri zavodunun direktorluğu və həmkarlar təşkilatının 21 aprel 1986-cı il tarixli, 2 №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasnın rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilmiş, əlavə edilmiş siyahının 13-cü sətirində ona yaşayış sahəsi 18.38 kv.m olan mənzil verilmişdir. Bundan başqa Ağcabədi RİHB-nin Aparatı tərəfindən verilmiş məktubdan görünür ki, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin verdiyi arayışa əsasən İddiaçı Tofıq oğlu sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırda da yaşamır. Həmin dövrdə o, özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi rayon Avtomobil təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilmişdir. Həmin vaxt Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzili X12 adına olmaqla balansa verilmişdir və həmin ictimai Dövlət mənzilində X2 və mərhumənin qızı mərhumə X29 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən Hüseynov X19 şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və hal-hazırdada yaşamır, ona görə də İddiaçı yaşamaq hüququnu itirmişdir. İdarədə saxlanılan sənədlər araşdırılaraq İddiaçı Tofıq oğlunun əlində olan 30 may 1986-cı il tarixli, 69 nömrəli Order qeydiyyatda olmadığına görə İddiaçı adına İctimai Dövlət mənzili olmamışdır. Həmçinin, Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospektində, 77/11 №-li mənzildə yaşayır. Siz hal-hazırda sözügedən Ağcabədi şəhəri, Üzeyir Hacibəyii prospekti, 77/11 nömrəli Dövtət mənzilidə yaşamırsınız və həmin Dövlət mənzilində qeydiyyatda deyilsiniz, ona görə də həmin Dövlət mənzilində yaşamaq hüququnuz yoxdur. Məlumat üçün bildirirlər ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 174 N-lı sərəncamı əsasında X8 xx.xx.2021-ci il tarixli, 565 №-li Orderlə verilmişdir. Bundan başqa bildirir ki, Ağcabədi RİHB-nın xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamını o, 27 aprel 2022-ci il tarixdə almışdır. Hesab edir ki, Ağcabədi RİHB tərəfındən qeyd edilən sərəncam qəbul edilərkən onun hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, qeyd edilən sərəncam qəbul edilərkən həmin mənzilə dair onun adına order mövcud olmuş, həmin order məhkəmə tərəfındən ləğv edilməmiş, eyni zamanda hal-hazırda o, həmin mənzildə pasport qeydiyyatındadır və qeyd edilən order hal-hazırda da qanuni qüvvədədir. Bundan əlavə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfındən qeyd edilən sərəncam qəbul edilərkən konkret hansı hüquq normasına istinad edilməsi göstərilməmişdir. Belə ki, hal-hazırda mövcud olan Mənzil Məcəlləsində order anlayışı nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən də Ağcabədi RİHB-nm xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamının Üzeyir Hacıbəyli prospektindəki 77/11 №-li mənzilə X3 adına order yazılması hissəsini və eləcə də Ağcabədi RİH tərəfindən verilmiş 565 saylı, xx.xx.2021-ci il tarixli orderi qanunsuz və əsassız hesab edir və bildirir ki, qeyd edilən inzibati aktlar ləğv edilməlidir. Ona görə də o, artıq məhkəməyə müraciət edərək pozulmuş hüquqlarını məhkəmədə müdafiə etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1660/2022 saylı qərаrı ilə (hakim Fehruz Abbasov) iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxslər X11 və X17 apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əlində olan hansı saxta yollarla əldə etdiyi məlum olmayan sənədləri ilə birgə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddia ərizəsində bildirdiyi onun əlimndə olan köhnə sənədlərin hansı yolla, haradan necə aldə olunması çox maraqlıdır. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ağcabədi rayon Vəkil Bürosunun müdiri Əbülhəsən Əmirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10/103 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin verdiyi arayışa əsasən bildiririk ki, İddiaçı sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırdada yaşamır. Həmin dövrdə İddiaçı Tofıq oğlu özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi rayon Avtomobil təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilmişdir. Həmin vaxt Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzili X12 adına olmaqla balansa verilmişdir və həmin İctimai Dövlət mənzilində X2 və mərhumənin qızı mərhumə X29 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən İddiaçı Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və halhazırda da yaşamır, ona görə də İddiaçı yaşamaq hüququnu itirmişdir. İdarədə saxlanılan sənədlər araşdırılaraq İddiaçı əlində olan 30 may 1986-cı il tarixli, 69 nömrəli Order qeydiyyatda olmadığına görə İddiaçı adına İctimai Dövlət mənzili olmamışdır. X2 və övladı mərhumə X22 vəfatlarından sonra sözügedən mənzil boş olduğunu nəzərə alaraq giriş qapısı Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli akt əsasında möhürlənmişdir. Ağcabədi şəhəri, ÜşHacıbəyli prosp.77/11 yaşayış sahəsi 18.38 m2 olan bir otaqlı ictimai Dövlət mənzili, Ağcabədi Rayon İcra Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncamı ilə İcra Hakimiyyətinin 565 nömrəli orderi əsasında himayəsində əlil qardaşı olan X13 və onun yaşaması üçün yaşayış hüququ verilmişdir. Bundan başqa Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 21042020-ci il tarixli, ********** saylı məktubunda X9 adına özünəməxsus fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İddiaçı adına olan xx.xx.1985-ci il tarixli, 69 saylı orderin heç bir yerdə qeydiyyatda və hüquqi əsası olmadığı da aşkar edilmişdir. Bütün yuxarıda göstərilən dəlilləri məhkəmə tam əsassız hesab etmişdir. Əgər İddiaçı əlində olan order tam əsaslıdırsa bəs nə üçün onun surəti Ağcabədi Rayon Dövlət Arxivində yoxdur. Verilən sorğular nəticəsində saxta yollarla düzələn orderin heç bir yerdə surətinin olmaması bunu düşünməyə gətirib çıxarır ki, həmin order tam saxtadır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1660/2022 saylı qərаrının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-165/2023 saylı, 03 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1660/2022 saylı qərаrının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022ci il tarixli, 2-1(120)-1660/2022 saylı qərаrı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı 11 nömrəli mənzil Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli qərarına əsasən İddiaçı ayrılmış və həmin mənzilə dair Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən 30 may 1986-cı il tarixli, 69 nömrəli Order verilmişdir. Lakin buna baxmayaraq həmin order qüvvədə ola-ola Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı ilə xx.xx.2021-ci il tarixli, 565 №-li Order əsasında X4 ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. Məhkəmə hesab etmişdir ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77/11 saylı mənzilə X3 adına order yazılmasına dair cavabdeh Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamını və həmin sərancam əsasında verilmiş xx.xx.2021-ci il tarixli, 565 №-li Order əsassızdır və iddiaçı həmin Sərancamı və orderin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və ya tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 82 nömrəli Arxiv Çıxarışından görünür ki, Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 saylı protokolundan Çıxarışa əsasən vətəndaşların mənzil sahəsi almaq üçün növbəyə yazılmalarına dair siyahılarının təsdiq edilməsi və Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsi barədə Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsi Qərara almışdır: Bənd 2. Avtomobil Təmir zavodunda yeni istifadəyə verilmiş 16 ailəlik yaşayış evində mənzillərin bölünməsinə dair Avtomobil Təmiri zavodunun direktorluğun və həmkarlar təşilatının 21 aprel 1986-cı il tarixli, 2 №-li protokolu və RİK-in mənzil məsələləri üzrə ictimai komissiyasının rəyinə əsasən təqdim edilmiş siyahılar təsdiq edilsin (16 nəfər əlavə edilir). Əlavə edilmiş siyahının 13-cü sətrində İddiaçı ATZ-da fəhlə, ailə üzvlərinin sayı 1 nəfər hansı güzəştə düşür. Verilən mənzilin sahəsi m2, otaqların saylı 1, 18,38 kv.m, yeni mənzilin ünvanı B- Z.K.İİ. Bənd 5. Həmin siyahıda nəzərdə tutulmuş vətəndaşlara order yazılsın. İş materiallarında olan Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 30 may 1986-cı il tarixli, 69 nömrəli Orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1 nəfərdən ibarət ailəsi ilə birlikdə Lenin prospekti 25b evdə 11 nömrəli mənzildə, İİİ blokda, İ mərtəbədə, 1 otaqdan ibarət 18,38 kv.metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. Order verilməsi üçün əsas: Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli qərarı. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2021ci il tarixli, 179 nömrəli sərancamın surətindən görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 25 oktyabr 2021-ci il tarixli, 179 nömrəli sərancamı ilə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların qeydə alınması və Dövlət Mənzil Fondu evlərində yaşayış sahələrinin bölüşdürülməsi barədə İctimai Komissiyanın 08 oktyabr 2021-ci il tarixli, 01 saylı protokol qərarı təsdiq edilmiş, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77/11 saylı mənzilə X3 adına ordr yazılması qərara alınmışdır. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 565 nömrəli Orderin surətindən görünür ki, vətəndaş X4 Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektindəki 77 saylı binanın İİİ blok, 1-ci mərtəbəsindəki, 18,38 kv.metr yaşayış sahəsi olan, 1 otaqlı, 11 saylı mənzilə 02 nəfər ailə üzvləri ilə brilikdə yaşamaq hüququ verilmişdir. Order sahibinin ailə tərkibi: X11, X17 (qardaşı). Order rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərancamına əsasən verilmişdir. İş materiallarında olan Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 485 saylı arayışından görünür ki, Hüseynov X19 şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 saylı edvə yaşayır. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 44 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi şəhər keçmiş Lenin prospekti 25b/11 №-li olan mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, 77//11 №-li mənzil İctimai Dövlət mənzil fonduna aiddir. Odur ki, həmin bina tikilib istifadəyə verilən vaxtdan keçmiş Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti 77 nömrəli, 16 mənzilli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilən zaman həmin 11 №-li İctimai Dövlət mənzili X12 adına olmaqla balansa verilmişdir və həmin İctimai Dövlət mənzilində X2 və mərhumənin qızı mərhumə X29 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar və həmin İctimai Dövlət mənzilində mərhumlardan başqa heç kim qeydiyyatda yoxdur. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən Siz Hüseynov X19 şəhər keçmiş Lenin prospekti 25b/11 №-li mənzil hazırda Üzeyir Hacıbəyli prospekti, 77//11 №-li mənzildə qeydiyyatda olmadığınıza görə, uzun illərdir həmin İctimai Dövlət mənzilində yaşamadığınıza görə Siz yaşamaq hüququnuzu itirmisiniz. Bununla əlaqədar olaraq bildiririk ki, İdarədə saxlanılan arxiv sənədləri axtarılaraq Sizin əlinizdə olan 69 №-li orderin kötüyü və surəti olmadığına görə Sizin heç bir hüququnuz yoxdur. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 saylı İctimai Dövlət mənzili Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı əsasında X4 xx.xx.2021-ci il tarixli, 565 №-li order əsasında ailə üzvləri ilə birlikdə yaşamaq hüququ verilmişdir. Odur ki, qanuna müvafiq olaraq Sizin adınıza Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində mənzil qeydə alınmamışdır və özəlləşmə sənədlərinin verilməsi qeyriqanunidir. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 59 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Siz ərizənizdə göstərmisiniz ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 №-li mənzildə yaşayıram. Siz hal-hazırda sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77/11 №-li Dövlət mənzilində yaşamırsınız və həmin Dövlət mənzilində qeydiyyatda deyilsiniz. Ona görə də həmin Dövlət mənzilində yaşamaq hüququnuz yoxdur. Məlumat üçün bildiririk ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 174 №-li sərancamı əsasında X4 xx.xx.2021-ci il tarixli, 565 №-li orderin surətini Mənzil Məcəlləsinin qanunlarına əsasən başqa vətəndaşa və digər tərəflərə verilməsi qeyriqanunidir. Vətəndaşın adına olan Orderin surəti o halda verilir ki, Məhkəmə prosesində və Vəkillər Kollegiyasının rəsmi sənədləri əsasında verilə bilər. Ona görə də qanuna müvafiq olaraq Sizə və fərdi vətəndaşlara vətəndaşların mənzilləri haqqında məlumat və sənədlərin surətlərinin verilməsi qanunsuzdur. İş materiallarında olan Ağcabədi rayon X20 Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 65 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Arxivdə mühafizə olunan sənədlərə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, XDS və Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş mənzil orderləri arxivdə mühafizə olunmur. Odur ki, müraciətinizdə göstərdiyiniz ünvanda İddiaçı Tofıq oğlununn adına order olması barədə arxivdə hər hansı bir məlumat yoxdur. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ağcabədi rayon Vəkil Bürosunun müdiri Əbülhəsən Əmirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 10/103 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin verdiyi arayışa əsasən bildiririk ki, İddiaçı sözügedən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzilində uzun illər yaşamamış və hal-hazırdada yaşamır. Həmin dövrdə İddiaçı Tofıq oğlu özünə məxsus fərdi yaşayış evində yaşamışdır və hal-hazırda yaşayır. Belə ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzil fonduna aiddir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası tikilib istifadəyə verildiyi vaxtdan keçmiş Ağcabədi rayon Avtomobil təmiri zavodunun balansında olmuşdur. Avtomobil təmiri zavodu özəlləşdirilməsi zamanı Ağcabədi Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında həmin Ü.Hacıbəyli prospekti 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binası Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin balansına verilmişdir. Həmin vaxt Ü.Hacıbəyli prospekti 77/11 nömrəli, 1 otaqlı İctimai Dövlət mənzili X12 adına olmaqla balansa verilmişdir və həmin İctimai Dövlət mənzilində X2 və mərhumənin qızı mərhumə X29 həmin mənzildə qeydiyyatda olmaqla yaşamışlar. Bununla əlaqədar olaraq Mənzil Məcəlləsinin maddələrinə əsasən İddiaçı Ü.Hacıbəyli prospekti, 77 nömrəli, 16 mənzilli, 2 mərtəbəli yaşayış binasında qeydiyyatda olmadığına görə uzun illər yaşamamış və hal-hazırda da yaşamır, ona görə də İddiaçı yaşamaq hüququnu itirmişdir. İdarədə saxlanılan sənədlər araşdırılaraq İddiaçı əlində olan 30 may 1986-cı il tarixli, 69 nömrəli Order qeydiyyatda olmadığına görə İddiaçı adına İctimai Dövlət mənzili olmamışdır. İş materiallarında olan Ağcabədi rayon X23 rayon Hüquq Məsləhətxanasının vəkili Aygün Kərimovaya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 9/129-9287 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin xx.xx.2022-ci il tarixli, 38 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, xx.xx.1985-ci ildə Ağcabədi şəhərində anadan olmuş, X11 xx.xx.2019-cu il tarixdə Ağcabədi RPŞ-si tərəfindən AA ******* nömrəli şəxsiyyət vəsiqəsi almış və Ağcabədi şəhəri, Təbriz küçəsi, ev 48-də qeydiyyatdadır; xx.xx.1999-cu ildə Ağcabədi şəhərində anadan olmuş, X17 xx.xx.2017-ci il tarixdə Ağcabədi RPŞ-si tərəfindən AZE 16979847 nömrəli şəxsiyyət vəsiqəsi almış və Ağcabədi şəhəri, Təbriz küçəsi, ev 48-də qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin Ağcabədi rayon Vəkil Bürosunun müdiri Əbülhəsən Əmirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 75 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin 22 aprel 2022-ci il tarixli, VBS-11/22 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində saxlanılan Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı ilə xx.xx.2021-ci il tarixli, 565 №li Order əsasında X4 ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. Odur ki, həmin Orderin surəti Sizə göndərilir. Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamın surəti və kopiyası Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsində saxlanılmadığına görə Sərancamı sizə təqdim edə bilmirik. İş materiallarında olan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 3/97 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rayon İcra Hakimiyyətinə ünvanlandığı xx.xx.2022-ci il tarixli, 177 saylı məktubunda İddiaçı Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, həmçinin onun adına olan xx.xx.1986-cı il tarixli, 69 nömrəli orderin arxiv sənədlərinin rayon Dövlət arxivində tapılmadığı müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, ünvan 2, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzilində X2 və övladı mərhumə X29 uzun müddət qeydiyyatda olmaqla yaşamışlar. X2 və övladı mərhumə X22 vəfatlarından sonra həmin mənzilin boş olduğu nəzərə alınaraq giriş qapısı Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli akt əsasında möhürlənmişdir. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti (Lenin prospekti 25B/11) bina 77, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı İctimai Dövlət mənzlinə rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 179 saylı sərəncami ilə təsdiq edilmiş rayon İcra Hakimiyyətinin 565 nömrəli orderi əsasında himayəsində əlil qardaşı olan X4 və qardaşı X14 yaşamaq hüququ verilmişdir. Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2021-ci il tarixli tərtib etdiyi akt əsasında həmin mənzil X5 və qardaşı X14 təhvil verilmişdir. Odur ki, araşdırma zamanı Ağcabədi rayon Dövlət Arxivinin 16 avqust 2021-ci il tarixli, 65 saylı və Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 177 saylı məktubları əsasında İddiaçı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri əsasında ünvan 2, mənzil 11, yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı İctimai Dövlət mənzilində qeydiyyatda olmadığı və yaşamadığı, eyni zamanda araşdırma zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin xx.xx.2020-ci il tarixli, ********** saylı məktubunda İddiaçı özünə məxsus fərdi yaşayış evinin olduğu müəyyən edilmişdir. İddiaçı adına olan xx.xx.1985-ci il tarixli, 69 saylı orderin heç bir yerdə qeydiyyatda və hüquqi əsası olmadığı aşkar edilmişdiir. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, mübahisəli ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 18.38 m2 olan 1 otaqlı 11 nömrəli mənzil Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli qərarına əsasən İddiaçı ayrılmış və həmin mənzilə dair Ağcabədi rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən 30 may 1986-cı il tarixli, 69 nömrəli Order verilmişdir. Lakin buna baxmayaraq həmin order qüvvədə ola-ola Ağcabədi Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 179 №-li sərancamı ilə xx.xx.2021-ci il tarixli, 565 №-li Order əsasında X4 ailəsi ilə birlikdə yaşamaq hüququ verilmişdir. Həmçinin birinci instansiya məhkəməsi qərarında 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad edərək göstərmişdir ki, “mövcud qanunvericiliyə əsasən cavabdeh inzibati orqan üçüncü şəxslə yalnız sosial kirayə müqaviləsi bağlamaqla, mübahisəli mənzili üçüncü şəxslərin sahibliyinə və istifadəsinə verə bilər. Lakin mübahisələndirilən sərancamdan göründüyü kimi, həmin sərancamla X3 adına order yazılması qərara alınmış, həmin sərancama əsasən X4 mübahisəli mənzilə dair order verilmişdir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, aparılmış araşdırma zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “Dövlət mənzil fonduna aid çoxmənzilli binadan İddiaçı adına verilmiş xx.xx.1986-cı il tarixli, 69 nömrəli orderin ləğv edilməsi haqqında” Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2020-ci il tarixli, 159 saylı Sərəncamından görünür ki, Ağcabədi rayon X15 İcraiyyə Komitəsinin 29 aprel 1986-cı il tarixli, 112 nömrəli qərarı əsasında İddiaçı Dövlət mənzil fonduna aid Ağcabədi şəhəri, Ü.Hacıbəyov prospekti (keçmiş Lenin prospekti 95b) bina 77, yaşayış sahəsi 18.38 m2 olan, 1 otaqlı, 11 saylı mənzilə verilmiş xx.xx.1986-cı il tarixli, 69 nömrəli order ləğv edilmişdir. Həmçinin, Apellyasiya Məhkəməsi tərəfindən verilən sorğuya cavab olaraq Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən 26 may 2023-cü il tarixli 5-30/2-8/82/2023 saylı məktub ilə məhkəməyə təqdim edilmiş Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi Dövlət Kooperativ və X6 Evlərinin Kirayəsi haqqında 10 avqust 2021-ci il tarixli “nümunəvi müqavilə” dən və “Tutulmuş Dövlət yaşayış sahəsi” üzrə pasportdan görünür ki, Ağcabədi şəhəri Ü.Hacıbəyli küçəsi ev 77, mənzil 11-də yerləşən 1 (bir) otaqlı, ölçüsü 18.38 kv.m olan yaşayış sahəsi X3 və onun qardaşı X10 istifadəsinə verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi xx.xx.1986-cı il tarixli, 69 nömrəli orderin ləğv edilməsi barədə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2020ci il tarixli, 159 saylı sərəncamından və sözügedən yaşayış sahəsinin X3 və onun qardaşı X10 istifadəsinə verilməsinə dair Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi Dövlət Kooperativ və X6 Evlərinin Kirayəsi haqqında 10 avqust 2021-ci il tarixli “nümunəvi müqavilə”dən məlumatlı olmadan və bu istiqamətdə araşdırma aparmadan yekun məhkəmə aktı qəbul etmişdir. Beləliklə də birinci instansiya məhkəməsinin qərarında əks olunan dəlillərdən fərqli olaraq Apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbinin hüquqi əsası olan xx.xx.1986-cı il tarixli, 69 nömrəli order Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2020-ci il tarixli, 159 saylı sərəncamı ilə ləğv edilmiş və sözügedən mənzil kirayə müqaviləsi əsasında üçüncü şəxsə verilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Mübahisələndirmə haqqında iddia onunla səciyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyşidirci təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə hüquqi vəziyyəti dəyişdirir. Belə olan halda birinci instansiya məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirərək, iddiaçıya arzuladığı məqsədə çatmaq üçün iddia tələbinin dəyişdirlməsi (həcminin artırılması) ilə bağlı yardım etməli və iddiaçı üçün açıq-aşkar əlverişsiz inzibati akt hesab olunan cavabdeh tərəfindən qəbul edilən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2020-ci il tarixli, 159 saylı sərəncamının ləğv edilməsi tələbinin irəli sürə biləcəyi və ya iddia tələbini dəyişə biləcəyi barədə hüquqi təklif etməli və yeni iddia tələbi üzrə mümkünlük şərtlərinin araşdırmalı, iddia mümkün sayılacağı halda, işə mahiyyəti üzrə baxmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya icraatı zamanı iddia tələbinin dəyişdirilməsi (həcminin artırılması) proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən “məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur”. Hazırki mərhələdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2020-ci il tarixli, 159 saylı sərəncamının və sözügedən yaşayış sahəsinin X3 və onun qardaşı X10 istifadəsinə verilməsinə dair Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsi Dövlət Kooperativ və X6 Evlərinin Kirayəsi haqqında 10 avqust 2021-ci il tarixli “nümunəvi müqavilə”nin və “Tutulmuş Dövlət yaşayış sahəsi” üzrə pasportun qüvvədə olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. İddiaçının tələbinin hüquqi əsasının xx.xx.1986-cı il tarixli, 69 nömrəli orderin təşkil etdiyini və həmin orderin Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2020-ci il tarixli, 159 saylı sərəncamı ilə ləğv edildiyini və sözügedən mənzilin kirayə müqaviləsi əsasında üçüncü şəxsə verildiyini nəzərə alsaq, hazırki mərhələdə Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 2020-ci il tarixli, 159 saylı sərəncamının ləğv edilib-edilməməsi, qüvvədən düşübdüşməməsi, o cümlədən kirayə müqaviləsinin qüvvədə olub-olmaması aydınlaşdırılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi qeyd olunan sənədlərin hüquqi vəziyyəti barədə məlumatların əldə edilməsindən ötrü zəruri araşdırma aparmalıdır. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1660/2022 saylı qərаrı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxslər X11 və X17 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-1660/2022 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar