Məhkəmə qərarları › İş №2-1(106)-10/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-10/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-10/2025 13.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X21 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-367/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Lənkəran bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmişdır ki, 10 yanvar 2004-cü il tarixdə vəfat etmiş atası X7 Lənkəran şəhəri, X13 yerləşən qeyri-yaşayış binası olan “Köşk” miras olaraq ona qalmışdır. Belə ki, 02 may 2001 ci il tarixli, “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin HHB № 3A-983 nömrəli Texniki Pasportu və Lənkəran Şəhər XDS xx.xx.1991-ci il, 1/1312 № li məktubu əsasında ümumi sahəsi 27,1 kv.m-dən ibarət qeyri-yaşayış binası olan “Köşk” rəhmətlik atası X8 mülkiyyətinə verilmişdir. Bu səbəblərdən rəhmətlik atası X8 miras əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Lənkəran Rayon Notariat Kontoruna müraciət etmişdir. Notariat kontoru X8 xx.xx.2004-cü il tarixdə vəfat etməsi və qanunvericiliyin tələbinə əsasən onu, miras qoyanın vərəsəsi olması faktını müəyyən etmişdir. Odur ki, 18 oktyabr 2019-cu il tarixli, 2022 nömrəli müraciətlə, Lənkəran rayon 1 saylı Notariat Ofisi, onun yeganə vərəsə olmağı barədə 10 saylı Lənkəran Ərazi İdarəsinə məlumat vermişdir. Həmin müraciətdə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, X3ndan miras qalmış daşınmaz əmlak barəsində müvafiq Çıxarışı tərtib edib bu sorğunu təqdim etmiş şəxs vasitəsilə Lənkəran rayon 1 saylı Notariat Ofisinə göndərməyi xahiş edir. Rəhmətlik atası X11 qeyriyaşayış obyekti olan “Köşk” “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A- 983 nömrəli Texniki Pasportunda 6,95 x 3.9 = 27,10 kv.m ölçülərində qeyd olunmuş hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir. Odur ki, mülikyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü, 25 oktyabr 2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Müraciəti 26 noyabr 2021-ci il tarixli, **********78 saylı “Ərizənin cavablandırılması haqqında” yaşadığı ünvana daxil olmuş məktubla DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi xidmət orqanı olaraq imtina cavabında səbəb kimi; ölüm kağızı, vərəsəlik məktubu, ilkin torpaqayırma qərarı, texniki pasport və Lənkəran səhər XDS-nin qərarının əsli təqdim edildiyi təqdirdə, həmin sənədlərin əsasında hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmaqla, həmçinin faktiki yerində keçirilən müayinənin nəticələrinə uyğun olaraq vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması proseduruna baxılacaqdır. Yəni bəzi qeyd edilən müvafiq sənədlər təqdim edilmədiyindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının mümkün olmadığını yazılı şəkildə bildirmişdir. Bir sözlə DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsinin ümumi formal cavabından belə başa düşmək olur ki, guya aşağıdakı sənədlər təqdim olunmamışdır: 1). Rəhmətlik atası X8 ölüm kağızı; 2) Notariat kontoru tərəfindən xx.xx.2019-cu il tarixli, № 2022 saylı, vərəsəlik məktubu; 3) “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A-983 nömrəli Texniki Pasportu. Halbuki, 25 oktyabr 2021-ci il tarixli müraciətində, 10 saylı Lənkəran Ərazi İdarəsinə atasının ölüm kağızı, vərəsəlik məktubu, Texniki Pasportun notarial təsdiq edilmiş surətləri qoşma kimi əlavə edilmişdir. Bir sözlə DƏDRX 10 saylı Ərazi İdarəsi faktiki istifadəsində olan və yuxarıda adları qeyd edilən hüquqmüəyyənedici sənədlərinin 25 oktyabr 2021-ci il tarixli ərizə vasitəsilə onlara təqdim edilməsinə baxmayaraq, 26 noyabr 2021-ci il tarixli, **********78 qeydiyyat nömrəli cavabında, xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X11 məxsus qeyriyaşayış obyektini onun adına, dövlət qeydiyyatına almaqdan bilərəkdən qərəzli olaraq heç bir tutarlı əsas səbəb gətirmədən yayınır, boyun qaçırır, imtina edir. Bu səbəblərdən “Aztexinventarlaşdırma’ İstehsalat Birliyinin 02 may 2001-ci il tarixli, HHB № 3A-983 nömrəli Texniki Pasportu və Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 № li məktubu əsasında ümumi sahəsi 27,1 kv.m ölçülərində qeyri-yaşayış obyektinə (Köşk) xx.xx.2004-cü il tarixdə vəfat etmiş atası X8 adına xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, miras əmlak olaraq Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ünvanında yerləşən qeyri-yaşayış binasına (anbarmağaza) dair müvafiq qeydiyyatın aparılması məqsədilə iddiaçının etibarlı nümayəndəsi X4 tərəfindən mərhum şəxsin adına verilmiş ilkin hüquqmüəyyənedici sənədlərin surəti təqdim olunmaqla 19 noyabr 2018-ci il tarixli, ********** və eyni məzmunlu 05 dekabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizələrlə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət olunmuşdur. Qeyd olunan ərizələrlə yanaşı təqdim olunmuş sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, miras əmlak olaraq sözügedən qeyri-yaşayış binasına dair həmin sənədlər üzrə faktiki yerində olan vəziyyət müayinə aparılmadığından müəyyən edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7- ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən miras əmlak olaraq sözügedən qeyri-yaşayış binasına baxış keçirilməli və həmin daşınmaz əmlakın faktiki tarixə uyğun mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Odur ki, qanunvericiliyə tam uyğun olaraq, həmin dövrdə qeyd edilən qeyri-yaşayış binasının faktiki yerində müayinə edilməsinə hazırki iş üzrə iddiaçı, yaxud etibarlı nümayəndəsi tərəfindən şərait yaradılmamışdır. Həmçinin, həmin ərəfədə iş üzrə iddiaçının etibarlı nümayəndəsi tərəfindən sənədlərin əsli deyil, surəti təqdim olunduğundan, eyni zamanda tələb olunan mühüm sənədlərdən sayılan ilkin torpaqayırma qərarı, vərəsəlik məktubu, Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmış lisenziyalı layihə sənədləri və müvafiq qaydada təsdiqlənmiş tikilinin istismarına icazə sənədi təqdim olunmadığından, yuxarıda göstərilən ərizələrin icrası tərəflərindən təmin olunmamışdır. Belə ki, miras əmlak olaraq yuxarıda göstərilən ünvanda yerləşən həmin qeyri-yaşayış binası üzərində vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarına dair müvafiq qeydiyyatın aparılması məqsədilə faktiki yerində müayinə aparılmaqla, tikilinin yerləşdiyi torpaq sahəsinin koordinat nöqtələri və təyinatı dəqiqləşdirilməli, mövcud vəziyyətə uyğun həmin torpaq sahəsinin, həmçinin üzərində inşa edilmiş tikilinin ümumi ölçüləri göstərilməklə texniki pasport tərtib edilməlidir. Xidmət orqanı olaraq bildirirlər ki, həmin ərəfədə miras əmlak olaraq sözügedən qeyri-yaşayış binası üzərində yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılmadığı və aidiyyəti sənədlər tam təqdim olunmadığı səbəbindən ərizələrin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-367/2023 saylı qərarı (hakim F.Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-367/2023 saylı qərarı məlumat üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 10 saylı Lənkəran Ərazi idarəsinə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə 17 aprel 2023-cü il tarixində daxil olmuşdur. Odur ki, həmin xx.xx.2023-cü il tarixindən apellyasiya şikayəti verilməsi müddəti hesablandığından hazırki iddia tələbi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edirik. İddiaçı- İddiaçı atasından miras qalmış Lənkəran şəhəri, X19 ünvanında yerləşən ümumi sahəsi 27.1 kv.m-dən ibarət qeyri-yaşayış binası (köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınmasına münasibətdə, həmin qeyri-yaşayış binasının iddiaçı şəxsin mərhum atası X11 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın) verilməsi öhdəliyinin Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi Şirvan İnzibati Məhkəməsinin hazırki 07 mart 2023-cü il tarixli, 2-1(120)- 367/2023 saylı qərarı ilə (sədrlik edən-hakim: Fehruz Abbasov) təmin olunmuşdur: Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2- 1(120)-367/2023 saylı inzibati iş üzrə İddiaçı cavabdeh olaraq Ərazi idarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın” iddia tələbinin təmin olunması barədə hazırki qərar qəbul edilmişdir. Bununla bağlı hazırki iş üzrə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhəri, X19 ünvanında yerləşən, qeyri-yaşayış binası (köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar iki halda olmaqla təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2021-ci il 25 oktyabr tarixli, ********** və 2022-ci il 11 yanvar tarixli, ********** qeydiyyat nömrəli ərizələri əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə iddiaçı tərəfindən təqdim olunmuş sənədlər üzrə həmin miras əmlaka dair vərəsəlik üzrə yaranmış hüquqlar üzərində müvafiq qeydiyyatın aparılması tələb olunmasına baxmayaraq, aidiyyəti üzrə qanunvericiliklə tələb olunan ilkin hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından həmin şəxsin icratda olan ərizələrinin icrası qanunamüvafiq qaydada təmin olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunan Qanunun tələblərnə zidd olaraq hazırki qərarla İddiaçı atasından miras qalmış Lənkəran şəhəri, X19 ünvanında yerləşən ümumi sahəsi 27.1 kv.m-dən ibarət qeyri-yaşayış binası (köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınmasına münasibətdə, həmin qeyri-yaşayış binasının iddiaçı şəxsin mərhum atası X11 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın) verilməsi öhdəliyinin Ərazi idarəsinin üzərinə qoyulması barədə iddia tələbi Şirvan İnzibati Məhkəməsinin hazırki 07 mart 2023-cü il tarixli, 2-1(120)- 367/2023 saylı qərarı ilə (sədrlik edən-hakim: Fehruz Abbasov) təmin olunmuşdur: Xidmət orqanı olaraq hesab edirik ki, Şirvan İnzibati Məhkəməsi 07 mart 2023-cü il tarixli, 2-1(120)-367/2023 saylı qərarı qəbul etməklə inzibati və prossesual hüquq normalarını pozaraq qeyri-obyektiv qərar qəbul etmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdirmamışdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023cü il tarixli, N° 2-1(120)- 3677/2023 saylı qərarı Ərazi İdarəsinin mənafeyinə toxunduğundan, həmin qərardan apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edirik. Şirvan İnzibati Məhkəməsi qəbul etdiyi 07 mart 2023-cü il tarixli, N° 2- 1(120)-367/2023 saylı qərarında maddi hüquq normalarını düzgün tətbiq etməmişdir: Həmin ərəfədə hazırki iş üzrə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhəri, X19 ünvanında yerləşən, hazırki iş üzrə iddiaçının mərhum atasından miras qalmış həmin əmlaka dair hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır, yəni mərhum şəxsin adına qeydiyyatdan keçməmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 139.1- ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə iddiaçı tərəfindən vərəsəlik məktubu, ilkin torpaqayırma qərarı, texniki pasport və Lənkəran şəhər XDS-nin qərarı təqdim olunmamışdır. Həmin əmlak dövlət reyestrində mərhum şəxsin adına qeydiyyatdan keçmədiyi halda, hazırki qərarla miras əmlakın ölmüş şəxsə məxsus olması barədə müvafiq arayışın verilməsi barədə qərar qəbul edilmiş və icrası öhdəliyi Ərazi idarəsinin üzərinə qoyulmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Bununla əlaqədar olaraq iddiaçının Ərazi idarəsinə ünvanlanmış ərizələrinin icrası mümkün olmamış və iddiaçıya müvafiq cavab məktubları ünvanlanmışdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarına əsasən tikilinin inşası üçün tikintiyə icazə alınmalı lahiyəsi tərtib edilməklə təsdiqlənməlidir. Bundan sonra ekspertiza mərkəzinin müsbət rəyi alınmalı, tikilinin inşası başa çatdırıldıqdan sonra icra hakimiyyətinin müvafiq komisiyyası tərəfindən istimara yararlı olub olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” qaydaların 3.6.4-cü bəndinin tələblərinə əsasən qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçınm, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X18 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X5 Görülməsi və Dağ- X20 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İPM-in 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-367/2023 saylı inzibati iş üzrə İddiaçı cavabdeh olaraq Ərazi idarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın” iddia tələbinin təmin olunması barədə hazırki qərar qəbul edilmişdir. İddiaçı atasından miras qalmış Lənkəran şəhəri, X19 ünvanında yerləşən ümumi sahəsi 27.1 kv.m-dən ibarət qeyri- yaşayış binası (köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınmasına münasibətdə, həmin aevri-vasavıs binasının iddiaçı səxsin mərhum atası X11 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın) verilməsi öhdəliyinin Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi Şirvan İnzibati Məhkəməsinin hazırki 07 mart 2023-cü il tarixli, 2- 1(120)-367/2023 saylı qərarı ilə (sədrlik edən-hakim: Fehruz Abbasov) təmin olunmuşdur: Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-367/2023 saylı inzibati iş üzrə İddiaçı cavabdeh olaraq Ərazi idarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın” iddia tələbinin təmin olunması barədə hazırki qərar qəbul edilmişdir. Bununla bağlı hazırki iş üzrə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhəri, X19 ünvanında yerləşən, qeyri- yaşayış binası (köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar iki halda olmaqla təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2021-ci il 25 oktyabr tarixli, ********** və 2022ci il 11 yanvar tarixli, ********** qeydiyyat nömrəli ərizələri əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə iddiaçı tərəfindən təqdim olunmuş sənədlər üzrə həmin miras əmlaka dair vərəsəlik üzrə yaranmış hüquqlar üzərində müvafiq qeydiyyatın aparılması tələb olunmasına baxmayaraq, aidiyyəti üzrə qanunvericiliklə tələb olunan ilkin hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından həmin şəxsin icratda olan ərizələrinin icrası qanunamüvafiq qaydada təmin olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunan Qanunun tələblərnə zidd olaraq hazırki qərarla İddiaçı atasından miras qalmış Lənkəran şəhəri, X19 ünvanında yerləşən ümumi sahəsi 27.1 kv.m-dən ibarət qeyri-yaşayış binası (köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınmasına münasibətdə, həmin qeyri-yaşayış binasının iddiaçı şəxsin mərhum atası X11 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın) verilməsi öhdəliyinin Ərazi İdarəsinin üzərinə qoyulması 2-1(120)-367/2023 saylı qərarı ilə (sədrlik edən-hakim: Fehruz Abbasov) təmin olunmuşdur: Xidmət orqanı olaraq hesab edirik ki, Şirvan İnzibati Məhkəməsi 07 mart 2023- cü il tarixli, 2-1(120)-367/2023 saylı qərarı qəbul etməklə inzibati və prossesual hüquq normalarını pozaraq qeyri-obyektiv qərar qəbul etmiş, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdirmamışdır. Ona görə də həmin qərar ləğv edilməlidir. Şirvan İnzibati Məhkəməsi qəbul etdiyi 07 mart 2023-cü il tarixli, Nq 2-1(120)-367/2023 saylı qərarında maddi hüquq normalarını düzgün tətbiq etməmişdir: Həmin ərəfədə hazırki iş üzrə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhəri, X19 ünvanında yerləşən, hazırki iş üzrə iddiaçının mərhum atasından miras qalmış həmin əmlaka dair hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır, yəni mərhum şəxsin adına qeydiyyatdan keçməmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə iddiaçı tərəfindən vərəsəlik məktubu, ilkin torpaqayırma qərarı, texniki pasport və Lənkəran şəhər XDS-nin qərarı təqdim olunmamışdır. Həmin əmlak dövlət reyestrində mərhum şəxsin adına qeydiyyatdan keçmədiyi halda, hazırki qərarla miras əmlakın ölmüş şəxsə məxsus olması barədə müvafiq arayışın verilməsi barədə qərar qəbul edilmiş və icrası öhdəliyi Ərazi idarəsinin üzərinə qoyulmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs aidiyyəti əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda həmin müraciətdən imtina edilir. Həmin ərəfədə hazırki iş üzrə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhəri, X19 ünvanında yerləşən, hazırki iş üzrə iddiaçının mərhum atasından miras qalmış həmin əmlaka dair hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır, yəni mərhum şəxsin adına qeydiyyatdan keçməmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin ərəfədə iddiaçı tərəfindən vərəsəlik məktubu, ilkin torpaqayırma qərarı, texniki pasport və Lənkəran şəhər XDS-nin qərarı təqdim olunmamışdır. Məlumat üçün bildirrik ki, həmin ərəfədə hazırki iş üzrə tərəfimizdən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, Lənkəran şəhəri, X19 ünvanında yerləşən, hazırki iş üzrə iddiaçının mərhum atasından miras qalmış sözü gedən əmlaka dair hüquqmüəyyənedici sənəd aşkarlanmamışdır, yəni mərhum şəxsin adına qeydiyyatdan keçməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin

357. 362. 384.04-cü maddələrini rəhbər tutaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2- 1(120)-367/2023 saylı inzibati iş üzr Lənkəran şəhəri, X19 ünvanında yerləşən ümumi sahəsi 27.1 kv.m-dən ibarət qeyri-yaşayış binası (köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınmasına münasibətdə, həmin qeyri-yaşayış binasının iddiaçı şəxsin mərhum atası X11 məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın) verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilməsinə dair çıxarılan qərarın ləğv edilməsi xahiş edilmişdir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirmiş və Şirvan İnzibati Məhkəməsinin 04 dekabr 07 mart 2023-cü il tarixli, 2-1(120)-367/2023 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə digər üçüncü şəxsə və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də nümayəndələri məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 3.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 10.2-ci maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; ... 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 5.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın:

3. Dövlət reyestrini tərtib edən və aparan dövlət orqanı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərtib edilir və aparılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçının tələbi “Lənkəran şəhəri, X19 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m olan qeyri-yaşayış obyektinin (köşkün) mərhum atası X11 məxsus olmasını təsdiqləyən arayışın verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, X19 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) X3na (xx.xx.2004-cü il tarixdə vəfat etmişdir) məxsus olması həmin qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 02 may 2001-ci il tarixdə tərtib edilmiş Texniki Pasportla və işdə olan digər sənədlərlə müəyyən edilir və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Eyni zamanda işin məhkəmə araşdırılmasında o da məlum olur ki, X3ndan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Rzayev X9 rayon 1 saylı notariat ofisinə müraciət etmiş və bu müraciət əsasında vərəsəlik işi açılmışdır. X8 vərəsəsinin oğlu İddiaçı olması müəyyən edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı inzibati orqan DƏDRX-ə müraciətində hansısa daşınmaz əmlaka mülkiyyət hüquqlarının qeydiyyatını (o cümlədən ilkin qeydiyyat) deyil, daşınmaz əmlaka hüquqların mərhuma məxsus olmasına dair arayışın alınmasını tələb edir ki, hətta həmin arayışda da müvafiq qeydin göstərilməsini qanunvericilik istisna etmir. Məhkəmənin mövqeyinə görə müvafiq arayış mərhumun vərəsəsi kimi tanınan şəxsə verilməlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış 2022- ci il 11 yanvar tarixli, ********** qeydiyyat nömrəli təkrar ərizənizə cavab olaraq bildiririk ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Lənkəran şəhəri, X19 ünvanında yerləşən, mərhum atanızdan miras qalmış ümumi sahəsi 27.1 kv.m-dən ibarət qeyriyaşayış binası (Köşk) üzərində vərəsəlik üzrə yaranmış hüquqlara dair müvafiq qeydiyyatın aparılmasına münasibətdə bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, Qanunun 9-cu maddəsində hüquqların dövlət qeydiyyatının acarılması qaydaları və 10-cu maddədə isə hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi təsbit edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydaları qanunvericiliklə müəyyən edilir. Həmçinin, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı mülkiyyətçi və ya onun etibarlı nümayəndəsi tərəfindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 2021-ci il 04 yanvar tarixli, 2 nömrəli Qərarında nəzərdə tutulmuş xidmət haqqının ödənilməsi təmin edilməsidir. Ərizənizdə qeyd olunanlara münasibətdə bildiririk ki, miras əmlak olaraq Lənkəran şəhəri, X19 ünvanında yerləşən, barəsində qeyd olunan ümumi sahəsi 27.1 kv.m-dən ibarət həmir qeyri-yaşayış binasına (Köşk) dair ilkin hüquqmüəyyənedici ənədlərin (ölüm kağızı, vərəsəlik məktubu, ilkin torpaqayırma qərarı, texniki pasport və Lənkəran şəhər XDS-nin qərarı) əsli 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə, həmin sənədlərin hüquqların dövlət qeydiyyatı üçün yuxarıda qeyd edilən qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmaqla, həmçinin faktiki yerində keçirilən müayinənin nəticələrinə uyğun olaraq vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyata alınması proseduruna baxılacaqdır. Belə ki, əvvəlki müraciətinizə tərəfimizdən verilmiş cavab məktubunda yuxarıda barəsində qeyd olunan mühüm əhəmiyyətli sənədlərdən sayılan Lənkəran şəhər XDS-nin noyabr 1991 -ci il tarixli, 1/1312 saylı qərarı, habelə ilkin torpaqayırma qərarının təqdim olunması qeyd olunsa belə, hazırki təkrar müraciətinizlə yenə də həmin hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Əlavə olaraq bildirirlər ki, hazırki ərizənizlə yanaşı təqdim olunmuş 2001-ci il 02 may tarixli, 3A983 inventar nömrəli “texniki pasport” mərhum atanıza (X16) məxsus olmuş “Köşk”ə dair tərtib olunmuş texniki sənəddir. Lakin hal-hazırda faktiki olaraq tərəfinizdən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı ünvanında yerləşən, ümumi sahəsi 253,3 kv.m-dən ibarət qeyriyaşayış binasına (anbar-mağazaya) dair vərəsəlik üzrə yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsinə münasibətdə isə bildirirlər ki, bu halda ilkin torpaqayırma qərarı, tikintiyə icazə verilməsi, habelə tikilinin istismarına icazə sənədi vərəsə olaraq tərəfinizdən təqdim olunduğu təqdirdə baxıla bilər. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, AZ-İ № 04837 saylı “Ölüm haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X16 xx.xx.2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü ilin yanvar ayının 10 günündə 18 № ilə qeyd edilmişdir. İş materiallarında olan Lənkəran rayon 1 saylı notariat ofisinin xx.xx.2019-cü il tarixli, 2022 saylı məktubundan görünür ki, X7 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Ləmkəran rayon 1 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X8 xx.xx.2004-cü il tarixdə vəfat etməsi və vərəsəsinin oğlu İddiaçı olması müəyyən edilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamədə qeyd olunur ki, xx.xx.2004-cü il tarixdə ölmüş X8 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx/xx/2020 tarixdə X11 verilmiş **********99- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Lənkəran şəhəri, X19 küçəsi, ev 1/6 ünvanında yerləşən ümumi sahəsi 101,2 kv/m olan fərdi yaşayış evindən və 0,0448 torpaq sahələrindən ibarətdir. İş materiallarında olan Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubundan görünür ki, X8 şəhər XDS İcraiyyə Komitəsinə yazdığı ərizəyə cavab olaraq bildirilir ki, təqaüddə olmağını nəzərə alıb, əhaliyə xidmət məqsədi ilə evinin qarşısında köşk qoyulmasına etiraz etmir. İş materiallarında olan “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, ИНВ № 3A-983 nömrəli Texniki Pasportun surətindən görünür ki, Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında Lənkəran şəhəri, X19 ünvanında yerləşən ümumi sahəsi 27,1 kv.m-dən ibarət (6,95 x 3,9 = 27,10 kv.m ölçülərində) qeyri-yaşayış binasına (Köşk) dair X8 adına “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən Texniki Pasport tərtib edilmişdir. Şirvan İnzibati Məhkəməsinin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli, 10/4762 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və üçüncü sualları üzrə: - Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında X3 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) yerləşdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və ölçüləri həmin qeyriyaşayış obyektinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfındən 02 may 2001-ci il tarixdə tərtib edilmiş Texniki Pasporta uyğun olduğu müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: - ekspert tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli vəsatətdə qeyd olunan əlavə materiallar (torpaq sahəsinin baza məlumatları) Mərkəzə təqdim olunmadığından X3 tərəfindən inşa edilmiş, ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: - Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında X3 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) faktiki vəziyyətdə mövcud olan texniki parametrlərinin (sahəsi, ölçüləri, konfiqurasiyası, bünövrəsi, divarları və.s.) həmin qeyri-yaşayış obyektinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 02 may 2001-ci il tarixdə tərtib edilmiş Texniki Pasporta uyğun olduğu müəyyən edilir. Qərardadın dördüncü sualı üzrə: - Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında X3 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) başqa şəxslərin hüquqlarını pozub-pozmamasının müəyyən olunmasının müəyyən edilməsi hüquqi xarakterli məsələ olmaqla məhkəmə tikinti-texniki ekspertizasının predmetinə aid deyil. Lakin faktiki vəziyyətdə iddiaçının istifadəsində olan qeyri-yaşayış obyektinin planlı yerləşməsini, giriş-çıxışının ayrıca olmasını, texniki pasporta uyğun olmasını nəzərə alaraq, həmin tikilinin digər şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə hər-hansı məhdudiyyət yaratmadığı müəyyən edilir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1251/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd olunur ki, Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 nömrəli məktubu əsasında X3 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10) ölçüdə olan qeyriyaşayış obyektinin (köşk) yerləşdiyi torpaq sahəsinin naturada yeri və koordinatları müəyyən edilmişdir. Həmçinin, Lənkəran şəhər XDS xx.xx.1991-ci İl tarixli, 1/1312 nömrəli məktubu əsasında X3 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10) ölçüdə olan qeyri-yaşayış obyektinin (köşk) yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 10/5111 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: - “kadastrportali.az” elektrok kadastr portalında mövcud olan məlumatlara əsasən, Lənkəran Şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №li məktubu əsasında X3 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (köşk) yerləşdiyi torpaq sahəsinin faktiki koordinatlarının üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: - X3 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin yerləşdiyi yerin yüksək gərginlikli elektrik xətlərinin, o cümlədən digər komunikasiya xəttlərinin mühafizə sanitariya zolağında yerləşmədiyi müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: - X3 tərəfindən inşa edilmiş ümumi sahəsi 27,1 kv.m (6,95x3,9=27,10 kv.m ölçüdə) olan qeyri-yaşayış obyektinin (Köşk) faktiki vəziyyətdə mövcud olan texniki parametrlərini, konstruktiv elementlərini (tikilinin bünövrəsi beton, divarları metal, çardaq örtükləri ferma, dam örtüyü şifer və.s.), həmin ərazidə inşa edilməsini, o cümlədən torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) və təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyekt olmasını nəzərə alaraq, həmin qeyri-yaşayış obyektinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.4 bəndinə və Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanununun 1.0.1 bəndinə uyğun olaraq “Daşınmaz Əşya” olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 1995-ci il tarixli, ИНВ № 1A-358 nömrəli Texniki Pasportun surətindən görünür ki, Lənkəran şəhər XDS-nin xx.xx.1991-ci il tarixli, 15 №-li qərarı əsasında Lənkəran şəhəri, X19 ünvanında yerləşən qeyri-yaşayış binasına (mağaza) dair X12 adına Texniki Pasport tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin 1/54 nömrəli, 1A/358 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Lənkəran şəhəri, Həzi Aslanov küçəsində yerləşən mağaza üzərində X12 mülkiyyət hüququ xx.xx.1997-ci il tarixdə, 1 nömrəli reyestr kitanında, 14-cü səhifədə, 1/54 reyestr nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən və tərəflərin verdiyi izahatlardan məlum olur ki, Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu əsasında X1 şəhəri, X19 ünvanında ümumi sahəsi 27,1 kv.m-dən ibarət (6,95 x 3,9 = 27,10 kv.m ölçülərində) qeyri-yaşayış binası (Köşk) tikmişdir. Həmin qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportu tərtib edilmişdir. İddiaçı sözügedən Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubunu (icazə sənədini) və həmin məktub əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportunu rəhbər tutaraq həmin qeyri-yaşayış binası üzərində mərhum atası X8 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı həmin sənədlər əsasında Lənkəran şəhəri, X19 ünvanında inşa edilmiş ümumi sahəsi 27,1 kv.m-dən ibarət (6,95 x 3,9 = 27,10 kv.m ölçülərində) qeyriyaşayış binası üzərində mərhum atası X8 mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhəri, X19 ünvanında inşa edilmiş ümumi sahəsi 27,1 kv.m-dən ibarət (6,95 x 3,9 = 27,10 kv.m ölçülərində) qeyri-yaşayış binasının texniki parametrləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportunda əks olunan vəziyyətinə uyğundur. Eyni zamanda həmin tikilinin digər şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə hər-hansı məhdudiyyət yaratmadığını, üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmədiyi, yüksək gərginlikli elektrik xətlərinin, o cümlədən digər komunikasiya xətlərinin mühafizə sanitariya zolağında yerləşmədiyi müəyyən edilir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu (icazə sənədi) və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportuna əsasən, X3 tərəfindən inşa edilmiş qeyri-yaşayış obyekti üzərində mərhumun mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırki mübahisə Mülki Məcəllənin 139-1 və həmin Qanunun 8, 10 və 12-ci maddələrinin tələblərinə uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarına əsasən qeyri - yaşayış fonduna aid olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılmasında əsas məqsəd özəl əmlakın təsnifat bölgüsünün aparılmasından, bu əmlaka mülkiyyət hüququnun (cari idarəetmə) müəyyən edilməsindən, onun kəmiyyət və keyfiyyət göstəricilərinin, həmçinin müasir dəyərinin müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən hüquqi qeydiyyat obyekti olaraq inzibati - ərazi bölgüsü daxilində küçə, döngə, meydan və ya digər məkanda yerləşən və müəyyən nömrə ilə təsbit olunmuş ayrıca tikilmiş bina, tikili, qurğu və ya onların hissələri başa düşülür. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər sırasına vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri - yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlar daxildir. Həmin Qaydaların 2.2-ci maddəsinə əsasən qeyri - yaşayış bina, tikili və qurğularına (onların hissələrinə) bu Qaydaların 2.1 bəndində göstərilən mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər və ya onların müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri olmadıqda mülkiyyət hüququnu digər yolla təsdiq edən sənədlər aşağıdakılardır: texniki inventarlaşdırma sənədləri (texniki pasport). Bir şərtlə ki, bu texniki sənədlər hüququ müəyyən edən sənədlərə istinadən verilmiş olsunlar. Yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi hüququ müəyyən edən sənədlərə istinadən verilmiş texniki inventarlaşdırma sənədləri (texniki pasport) qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən qeyri-yaşayış binası üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, iddiaçının mərhum atası X1 şəhəri, X19 ünvanında yerləşən sözügedən qeyriyaşayış binasını Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu (icazə sənədi) əsasında inşa etmiş və həmin binaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportu tərtib edilmişdir. X2 verilməsinə əsas olan sənədlərə yəni, Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubuna (icazə sənədinə) istinad edilmişdir. İddiaçı həmin sənədlər əsasında sözügedən qeyri-yaşayış binasına mərhum atası X8 adına çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına (Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarınının 2.2-ci maddəsinə) görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, 3A- 983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportu sözügedən qeyri-yaşayış binasına hüququn qeydə alınması üçün əsasdır. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini ilkin torpaqayırma qərarı, tikintiyə icazə verilməsi və tikintinin istismara icazə sənədinin təqdim edilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hüquq münasibətlərinin yarandığı zaman yəni, qeyri-yaşayış binasının tikildiyi və tikintisinin başa çatdığı zaman həmin binaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportu hüququn qeydiyyatı üçün əsas olmuşdur ki, iddiaçı da həmin sənədi cavabdehə təqdim etmişdir. Başqa sözlə qeyri-yaşayış binasıını tikintisindən öncə ilkin torpaqayırma qərarı və tikinti başa çatdıqdan sonra tikintinin istismara icazə sənədinin təqdim edilməsi tələb olunmurdu. Bununla belə, iş materiallarından görünür ki, sözügedən qeyri-yaşayış binasının tikilməsi üçün Lənkəran şəhər XDS-nin xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu (icazə sənədi) ilə tikintinin aparılmasına icazə verilmiş, həmin qeyri-yaşayış binası inşa edilmiş və həmin binaya dair 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının “Texniki Pasportu” tərtib edilmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının mərhum atası X8 adına tərtib edilmiş Lənkəran şəhər XDS xx.xx.1991-ci il tarixli, 1/1312 №-li məktubu (icazə sənədi) və həmin binaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş 02 may 2001-ci il tarixli, 3A-983 inventar nömrəli qeyri-yaşayış binasının Texniki Pasportu mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Qeyd olunan sənədin qeyri-dəqiqliyi, sənəddə nöqsan olması, onun saxtalığı və digər bu kimi halların mövcud olması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Həmin sənədlər yuxarıda qeyd edilən hüquq normalarına əsasən sözügedən qeyri-yaşayış binasına hüququn qeydə alınması üçün əsasdır. Onu da qeyd etmək lazımdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin, həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının qeyri-yaşayış binasına mərhum atası X8 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından (arayışın verilməsindən) imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının mərhum atası tərəfindən inşa edilmiş qeyri-yaşayış obyektinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazid və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Lakin, inzibati orqan qanunun bu tələblərinə əməl etməmişdir. Bundan başqa, iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, onunla eyni ərazidə yerləşən və eyni sənədə əsaslanan digər şəxsə məxsus qeyri-yaşayış obyektinə inzibati orqan tərəfindən həmin şəxsin mülkiyyət hüquqları qeydə alınmış və buna dair “Qeydiyyat vəsiqəsi”, daha sonra Reyestrdən çıxarış verilmişdir. Apellyasiya instansiya məhkəməsində aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının Texniki Pasportu əsasında X12 adına Lənkəran şəhəri, Həzi Aslanov küçəsində yerləşən qeyri-yaşayış obyektinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil- Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 1/54 nömrəli, 1A/358 inventar nömrəli Qeydiyyat vəsiqəsi verilmiş və həmin Qeydiyyat vəsiqəsi əsasında sonradan alqı-satqı həyata keçirilmiş və həmin əmlak üzərində digər şəxslərin hüquqları qeydə alınaraq daşınmaz əmlakın Dövlət reyestrdən çıxarış verilmişdir (bax 2-ci cild, vərəq 34,33,31,30 və 1-ci cild, vərəq 226-231). Məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsaslanaraq qeyd edir ki, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Belə olan halda hazırki iş üzrə iddiaçının mərhum atası X11 münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının Texniki Pasportu əsasında mülkiyyət hüququnun qeydə alınmaması bərabərlik prinsipinin pozulmasına gətirib çıxarır. Beləliklə də işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlil mülahizə xarakteri daşıyır, iş materialı və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə:

Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-1(120)-367/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar