Məhkəmə qərarları › İş №2-1(106)-100/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-100/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-100/2024 09.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X11 ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı1, İddiaçı3, İddiaçı4, üçüncü şəxs X5, üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Həmdulla qızının, İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı arayışın ləğvi barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-1323/2023 nömrəli qərardadından İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Həmdulla qızı, İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “xx.xx.2013-cü il tarixli, 279 saylı arayışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: Şirvan İnzibati Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 2-1(120)-1323/2023 nömrəli qərardadı ilə X5 və X4 iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cəlilabad rayon Qarazəncir kəndində yaşayırlar. Cəlilabad rayonunda Aqrar İslahatlar aparılarkən, Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə ona, əri Həmdulla Həsənova, uşaqları Şahin, Ülkər və Afətə 0,12 hektar həyətyanı torpaq sahəsi verildi. Həmçinin İddiaçı1 0,19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hər iki torpaq sahələri qonşuluqda yerləşir. Bundan başqa istifadələrində BEF-da vardır. Torpaq sahələrinin şəhadətnamələri də vardır. Hər iki torpaq sahəsi qonşuluqda yerləşməklə ümumi faktiki sahəsi 0,69 hektardır. Hər iki torpaq sahəsinin arasında heç bir sərhəd mərzi yoxdur. Bu yaxınlarda onlara məlum olmuşdur ki, onların qanuni ümumi mülkiyyətində olan həyətyanı torpaq sahələrinə qanunsuz olaraq 06 mart 2013-cü il tarixdə X9 adına çıxarış verilmişdir. Sonradan həmin çıxarışın əsasında İbrahim Həsənov, daha sonra isə xx.xx.2013-cü il tarixdə Nahidə Həsənovanın adına ******* saylı Çıxarış almışlar. Hazırda onlar demək olar ki, küçələrdə qalmışdır. Hazırkı tələblə bağlı onlar ilkin olaraq Cəlilabad rayon məhkəməsinə müraciət etmişdirlər. Cəlilabad rayon məhkəməsində tələbləri təmin edilmişdir. Lakin Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə aidiyyat məsələsinə görə qətnamə ləğv edilmişdir. Odur ki, aidiyyatı üzrə İnzibati məhkəməyə müraciət edirəm. Bu yaxınlarda bizə məlum olmuşdur ki, Mülkiyyət hüquqlarının pozulması məhz nümayəndəlik tərəfindən tərtib olunmuş 19 fevral 2013-cü il tarixli 279 saylı arayışa əsasən mümkün olmuşdur. Belə ki, həmin arayış saxta tərtib edilərək göstərilmişdir ki, guya mərhum ataları Həmdulla Həsənovun vəfatından sonra ona məxsus miras əmlak İbrahim Həsənov tərəfindən faktiki qəbul edilərək sahiblik edilir. Halbuki onlar həmin təsərrüfatın üzvü olmaqla həmin təsərrüfatda yaşamış və oradan heç yerə getməməklə bu gün də orada yaşayırlar. Bu saxta arayış əsasında İbrahim Həsənova notarius vərəsəlik şəhadətnaməsi vermişdir. Adı çəkilən arayışla əlaqədar onlar mülkiyyətindən məhrum olmuşlar. Həmin arayışın ləğvi ilə əlaqədar nümayəndəliyə müraciət etsələr də bundan imtina edildi. Həmçinin Torpağın mülkiyyətə verilməsinə dair 393A və 394A saylı şəhadətnamələrin surətləri, X9 adına verilmiş RX ******* saylı Çıxarışın surətləri bizdədir. Həmin sənədlərin əsli tərəfimizdən əldə edilə bilinmədiyindən məhkəmə vasitəsi ilə alınmasını xahiş edirik. Odur ki, Cəlilabad rayon Qarazəncir kənd icra nümayəndəliyinin 19 fevral 2013-cü il tarixli 279 saylı arayışının ləğv edilməsini həmin təşkilata həvalə edilməsinə dair qərar qəbul edəsiniz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadı (hakim Şahəli Musayev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı X16 apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmiş və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə Şirvan İnzibati məhkəməsində Cəlilabad rayon Qarazəncir kənd icra nümayəndəliyinin 19 fevral 2013-cü il tarixli 279 saylı arayışının ləğv edilməsini həmin təşkilata həvalə edilməsinə dair qərar qəbul edilməsinə dair iddia qaldırmışdır. 7 aylıq məhkəmə araşdırmasından sonra, yəni xx.xx.2023-cü il tarixdə Masallı şəhərində məhkəmə kompleksində hakim bildirdi ki, qərarı Şirvanda tərtib etdikdən sonra Sizə göndərəcəyik. Bundan sonra hakim çıxıb getdi. Dəfələrlə müraciət etsək də qərar bizə göndərilməmişdir. Sonda yəni 09 avqust 2023-cü il tarixdə vəkilləri Şirvan İnzibati məhkəməsinə gedib qərarın surətini aldı. Qərarı aldıqdan sonra onlara məlum oldu ki, hakim qərar deyil qərardad çıxarıb və qərardadın sonunda göstərib ki, qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə şikayət verilə bilər. Onlar isə qərardadı vəkilləri vasitəsi ilə 09 avqust 2023- cü il tarixdə almışlar. Şirvan İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Həmdulla qızının, İddiaçı2 cavabdeh Cəlilabad rayon İNB-nın Qarazəncir kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı "xx.xx.2013-cü il tarixli, 279 saylı arayışın ləğv edilməsi" tələbinə dair iddialarının mümkün sayılmamasına dair qərardad qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən məhkəmə tərəfindən tələb ədalətli araşdırılmamış, maddi hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qərardadda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməklə qərardad qəbul edilmişdir. Belə ki, birincisi məhkəmənin qənaətinə görə iddianı qaldırarkən subyektiv hüquqları olmamış, Cəlilabad rayon İNB-nın Qarazəncir kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin "xx.xx.2013-cü il tarixli, 279 saylı arayışı" onların heç bir hüquqlarını pozmamış, "xx.xx.2013-cü il tarixli, 279 saylı arayışı" inzibati akt deyil, olsa da belə müddət ötürülmüşdür. Hazırkı tələblə bağlı onlar Cəlilabad rayon məhkəməsinə müraciət etmişdir. Cəlilabad rayon məhkəməsində tələbləri təmin edilmişdir. Lakin Ali Məhkəmənin 25 ,10.2021-ci il tarixli qərarı ilə aidiyyat məsələsinə görə qətnamə ləğv edilmişdir. Odur ki, aidiyyəti üzrə İnzibatı məhkəməyə müraciət etmişdirlər. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun ifadə verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin dəlillərinə uyğun ifadə verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 apellyasiya şikayətinin dəlillərinə uyğun ifadə verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə digər şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 8.1. Notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1. bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyənhüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkarstatusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktıilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:

Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianı mümkün saymayan məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə, həmçinin hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə iddiaçının subyektiv hüququ o zaman pozulacaqdır ki, cavabdeh inzibati orqanın hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində, o cümlədən qəbul edəcəyi inzibati aktı ilə iddiaçının üzərinə müəyyən vəzifələr (öhdəliklər) qoyulsun və onun qanunla qorunan maraqlarını pozmuş olsun. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Həmdulla qızı, İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “xx.xx.2013-cü il tarixli, 279 saylı arayışın ləğv edilməsi”ni xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların mübahisələndirdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt hesab olunmur, habelə həmin arayış inzibati akt hesab olunsa belə həmin inzibati akt üzrə qanunvericiliklə müəyyən olunmuş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan ümumi mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kolegiyası qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir Hazırki iddia ərizəsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5 Həmdulla qızı, İddiaçı2 cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “xx.xx.2013-cü il tarixli, 279 saylı arayışın ləğv edilməsi”ni xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********14-10301 reyestr nömrəli, RX ******* saylı çıxarışdan görünür ki, X9 Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən 0.69 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 94.1 kv.m, yaşayış sahəsi 56,6 kv.m, yardımçı sahəsi 37.5 kv.m, olan yaşayış evinə mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən X6 verilmiş xx.xx.2013-cü il tarixli, 279 nömrəli arayışdan görünür ki, mərhum atası X17 anadan olduğu vaxtdan vəfat etdiyi günə kimi Cəlilabad rayon Qarazəncir kəndində pasport qeydiyyatında olmuş və yaşamış, mərhum atası X9 ölümündən sonra onun Cəlilabad rayon Qarazəncir kəndində yerləşən yaşayış evinə və digər əmlakına oğlu X1 etmiş, mərhuma məxsus evdə faktiki yaşamış, mirasın açıldığı gündən hal-hazırki vaxtadək vergiləri və digər ödənişləri ödəmişdir. Arayış notariat kontoruna təqdim edilməsi üçün verilmişdir. İş materiallarında olan Cəlilabad rayon 1 saylı dövlət notariat kontorunun dövlət notariusu Fərəcov L.F. tərəfindən təsdiq edilmiş 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”dən görünür ki, vəfat etmiş şəxs X9 vərəsəsi olaraq X4 miras əmlakdan tam hissədə pay alması qeyd edilmişdir. Həmin şəhadətnamə ilə verilən miras əmlakı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********14-10301 reyestr nömrəli, RX ******* saylı çıxarışa əsasən X13 məxsus Cəlilabad rayon Qarazəncir kəndində mülkiyyətində olan 0.69 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 94.1 kv.m, yaşayış sahəsi 56,6 kv.m, yardımçı sahəsi 37.5 kv.m, olan yaşayış evindən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********14-10301 reyestr nömrəli, RX ******* saylı çıxarışdan görünür ki, X4 Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən 0.69 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 94.1 kv.m, yaşayış sahəsi 56,6 kv.m, yardımçı sahəsi 37.5 kv.m, olan yaşayış evinə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdirlər ki, X9 ölümündən sonra yalnız X10 deyil, qanun üzrə vərəsə kimi onlar da mirası faktiki olaraq qəbul etmişlər. Həmin arayışın məzmunu ilə razı deyillər. Həmin arayışa görə guya X9 ölümündən sonra ona məxsus əmlakı faktiki olaraq yalnız X10 qəbul etmişdir. Həmin arayışa əsaslanaraq Cəlilabad rayon 1 saylı dövlət notariat kontoru X9 əmlakını faktiki olaraq X10 tərəfindən qəbul etməsi qənaətinə gəlmiş və onun adına 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Notariat orqanının tərtib etdiyi 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən narazı olduqlarına görə hazırki iddianı qaldırmaq məcburiyyətində qalmışlar. Yəni, hazırki iddianı qaldırmaqda məqsədləri 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi və sözügedən əmlak üzərində hüquqlarının tanıdılmasıdır. Beləliklə iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan və tərəflərin izahatlardan müəyyən olunur ki, X9 ölümü ilə əlaqədar Cəlilabad rayon 1 saylı dövlət notariat kontorunda vərəsəlik işi açılmış və üçüncü şəxs X4 adına 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamə əsasında X10 mərhum X9 qanun üzrə vərəsəsi kimi tanınmış və X13 məxsus Cəlilabad rayon Qarazəncir kəndində mülkiyyətində olan 0.69 ha torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 94.1 kv.m, yaşayış sahəsi 56,6 kv.m, yardımçı sahəsi 37.5 kv.m, olan yaşayış evindən tam hissədə irs almışdır. İddiaçıar iddia edirlər ki, X4 mərhum X9 qanun üzrə vərəsəsi kimi tanınmasına və ondan qalan əmlakdan tam irs almasına səbəb Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış olduğundan və həmin arayış saxta olduğundan ləğv edilməlidir. Bu məqsədlə də hazırki iddia qaldırılmışdır. Məhkəmə kollegiyası mübahisə predmet olan “Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayışının inzibati akt olub-olmamasını və həmin arayışın inzibati icraat qaydasında inzibati məhkəmələrdə mübahisələndirlməsinin mümkün olubolmamasını müəyyən etməkdən ötrü aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyənhüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci və 2.2.1-ci maddələrinə əsasən İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci maddəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Həmin Qərarın 13-cü bəndinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Həmin Qərarın 14.1-ci bəndinə əsasən inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Göründüyü kimi inzibati orqan tərəfindən tərtib edilmiş sənədin inzibati akt hesab olunması və həmin sənədin inzibati icraat qaydasında inzibati məhkəmələrdə mübahisələndirilməsi üçün həmin sənəd ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməli və müəyyənhüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək hesab edir ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 279 saylı arayış ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmadığından və həll etmədiyindən, o cümlədən hüquqi status yaratmaq xüsusiyyətinə malik olmadığından inzibati akt hesab oluna bilməz. Belə ki, hazırda mübahisələndirilən arayışın məzmunundan açıq görünür ki, həmin arayışda X9 ölümündən sonra onun Cəlilabad rayon Qarazəncir kəndində yerləşən yaşayış evinə və digər əmlakına faktiki olaraq X10 tərəfindən sahiblik etməsi, qəbul etməsi, mərhuma məxsus evdə faktiki yaşaması, mirasın açıldığı gündən hal-hazırki vaxtadək vergiləri və digər ödənişlərin ödəməsi və idarə olunması ilə bağlı məlumatlar yazılmışdır. Yəni, həmin arayışda yazılan qeydlər məlumat xarakterli olmaqla, vərəsəlik işində mirası faktiki qəbul edən vərəsənin dairəsi ilə bağlı informasiya mənbəyi kimi çıxış etmişdir. Həmin məlumatlar bir başa X10 və digər şəxslər üçün hər hansı müsbət və ya mənfi hüquqi nəticələr doğurmamışdır. Başqa sözlə, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış hüquqi status yaratmaq xüsusiyyətinə malik olmamışdır. Burada hüquqi nəticə doğuran yeganə sənəd Cəlilabad rayon 1 saylı dövlət notariat kontoru tərəfindən X4 adına verilmiş 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədir. Yəni, 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” miras əmlakı üzərində hüququn qeydə alması üçün əsas olmuşdur. Bu baxımdan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Tesnifatı»nın 3-cü hissəsinin 2-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, həmin qurumun tərtib etdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmadığından və həll etmədiyindən, sadəcə məlumat xarakterli sənəd olduğundan həmin arayış inzibati akt hesab olunmamalıdır. Onu da qeyd etmək lazımdır ki, daşınmaz əmlak (torpaq və ya fərdi yaşayış evi) üzərində hüququn qeydə alınmasına əsas olan hüquqmüəyyənedici sənədlərin dairəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nda göstərilmişdir. Həmin qanunvericilik aktlarında hazırda mübahisələndirilən məzmunda tərtib edilmiş arayış hüququn qeydə alınması əsası (hüquqmüəyyənedici sənəd) kimi çıxış etmir. Başqa sözlə, hazırda mübahisə predmeti olan arayış inzibati akt kimi əmlak üzərində hüquqi status yaratmaq (əmlak hüququ əldə etmək) xüsusiyyətinə malik deyildir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış inzibati akt hesab edilmədiyindən hazırki tələbə inzibati icraat qaydasında inzibati məhkəmədə baxılması mümkün deyildir. Bununla belə, müəyyən olunmuşdur ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış inzibati akt hesab olunmasa da, həmin arayış 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin tərtib edilməsində sübut kimi çıxış etmişdir. İddiaçılar həmin arayışın məzmunu ilə razılaşmayarq qeyd edirlər ki, X9 ölümündən sonra yalnız X10 deyil, qanun üzrə vərəsə kimi onlar da mirası faktiki olaraq qəbul etmişlər və miras əmlakından onların da payı müəyyən edilməli idi. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. “Notariat haqqında” Azərbaycan Respiblikasının Qanunun 17-ci maddəsinin 3-cü bəndinə əsasən Dövlət notariusu vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi ilə bağlı notariat hərəkətlərini aparır. Həmin Qanunun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Həmin Təlimatın 103-cü maddəsinin 4-cü abzasına əsasən Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Göründüyü kimi notarius vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi ilə bağlı notariat hərəkətlərini apararkən sübutlar toplamalı, onları yoxlamalı və onların düzgünlüyünə əmin olduqdan sonra qanunla nəzərdə tutulmuş müddətlərdə və qaydada vərəsəlik hüququ haqqında şəhadətnamələr verməlidir. Yəni, qanunvericiliyin tələbinə görə notarius şəhadətnamənin verilməsi üçün zəruri olan məlumatları sübutlar tələb etməklə yoxlamaq vəzifəsi vardır. Hətta, vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Hazırki işin müəyyən edilmiş faktiki hallarına görə X4 ərizəsi əsasında X9 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və mirasın faktiki qəbul edilməsi ilə bağlı ondan sübutlar tələb edilmiş və X2 qismində hazırda mübahisələndirilən arayışı təqdim etmiş və həmin arayış və digər sənədlər əsasında onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılar hüquqi marağına uyğun hazırda mübahisələndirilən arayışı deyil, həmin arayışda göstərilən məlumatların düzgünlüyünü yoxlamaq vəzifəsi daşıyan notariusun hərəkətlərindən və həmin sübutlar əsasında tərtib edilmiş şəhadətnamənin düzgünlüyünü mübahisələndirə bilərdilər. “Notariat haqqında” Azərbaycan Respiblikasının Qanunun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 8-ci bəndinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar hüquqi marağına uyğun razılaşmadığı Cəlilabad rayon 1 saylı dövlət notariat kontoru tərəfindən X4 adına verilmiş 11 aprel 2013-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirə bilərdilər ki, həmin mübahisə mülki xarakterlidir, inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsində) həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasənbu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi xx.xx.2013-cü il tarixli, 279 saylı arayış inzibati akt hesab olunmadığından, həmin sənədin ləğv edilməsi ilə bağlı mübahisə predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Bu baxımdan, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmamalı və həll edilməməlidir. Bundan başqa məhkəmə iclasında iştirak iddiaçılar izahatlarında bildirmişlər ki, onlar ümumiyyətlə X9 və daha sonra X4 adına Cəlilabad rayon Qarazəncir kəndində yerləşən 0.69 ha torpaq sahəsinin mülkiyyətinə daxil edilməsi ilə razılaşmırlar. Hesab edirlər ki, qanuni əsas olmadan 0.69 ha torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. Onlar hesab edirlər ki, X4 adına qeydə alınmış Cəlilabad rayon Qarazəncir kəndində yerləşən 0.69 ha torpaq sahəsinin daxilinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə onların mülkiyyətinə verilmiş torpaq sahələri də daxil edilmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 394A nömrəli kod 80605018 saylı şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə X9, İddiaçı3, İddiaçı4, X7 və İddiaçı5 Həmdulla qızının mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir (iş vərəqi 28) İş materialarında olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997ci il tarixli, 08 saylı qərarından görünür ki, vahid torpaq fondunun bölüşdürülməsi və özəlləşən torpaqların mülkiyyətə verilməsinə dair püşkatmanın nəticəsi barədə “Edişə”, “Şatırlı”, “Musalı”, kolxozlarının, R.Qasımov adına, Bəxtiyar adına, “28 May”, “Varlı həyat”, T.İsmayılov adına “Azərbaycan” sovxozları, B.Kərimov adına “1 May”, “Muğan” üzüm istehsalı və emalı müəssisələri aqrar islahat komissiyalarının qərarları təsdiq edilmiş, Azərbaycan Respublikası Dövlət Komitəsindən həmin təsərrüfatlar üzrə kompleks yerquruluşu layihələrinin və torpaqdan istifadəyə dair dövlət aktlarının hazırlanmasına köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl”dən görünür ki, X14 mülkiyyətinə 0,19 ha, X9 və onun ailə üzvlərinin mülkiyyətinə 0,12 ha, X4 mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********14-10301 reyestr nömrəli, RX ******* saylı çıxarışdan görünür ki, X9 0.69 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydiyyata alınmışdır. Qeyd edilən sənədlərdən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında X9 mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmiş, lakin daşınmaz əmlakın dövlət reyestri xidməti X9 adına 0.69 ha torpaq sahəsinin mülkiyyət hüquqlarının qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********14- 10301 reyestr nömrəli, RX ******* saylı çıxarış vermiş və sonra bu əmlaklar X8 qalmış miras əmlakının kütləsinə daxil edilmişdir. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, iddiaçılar 0.69 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində X9 adına mülkiyyət hüquqlarının qeydə alınmasına dair ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli, **********14-10301 reyestr nömrəli, RX ******* saylı çıxarışın qanuni əsas olmadan verildiyini güman etməyə əsasları varsa bu zaman, həmin çıxarışın verilməsini (hüququn qeydiyyatının aparılmasını) həyata keçirən inzibati orqana qarşı inzibati məhkəmələrdə iddia qaldırmaqla mübahisələndirə bilərlər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianının inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1323/2023 saylı, 19 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar