Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-100/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr N4-cü il tarixli, 2-1(120)-753/N4 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı kompensasiya tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xidməti vəzifələrin icrası zamanı aldığı travma ilə əlaqədar sağlamlığına dəymiş ziyanın əvəzi kimi üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 10 sentyabr N4-cü il tarixli, 2- 1(120)-753/N4 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmətdə olduğu dövrdə (xx.xx.N2-ci il tarixli, 140 nömrəli Travma haqqında arayışa əsasən) yaralansa da, bu yaralanma onun xidmətini istisna etməmişdir. Belə ki, yaralandıqdan sonra o, xidmətini davam etdirmiş və xx.xx.N2-ci il tarixli № 021 əç nömrəli əmrıə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Onun ehtiyata buraxılması xəstəliklə bağlı deyil, xidməti uyğunsuzluğa əsasən baş vermişdir. Və yaralanması halının onun xidmətini istisna etməsi faktı ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçıya kompensasiyanın ödənilməsi Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə uyğun olmadığından mümkün olmamış və cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 15 noyabr 2016-cı il tarixindən N mart N2-ci il tarixinədək Azərbaycan Ordusunda hərbi xidmət keçmişdir. Vətən Müharibəsinin iştrakçısıdır. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Kəşfiyyat bölüyünün hərbi qulluqçusu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşlər zamanı döyüş tapşırıqlarını icra edərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində travma alımışdır. Aldığı travmadan sonra aparılmış müayinə və müalicələrə baxmayaraq xidmətini davam etdirə bilməmiş və N mart N2-ci il tarixində ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Prezidenti, X4 Baş Komandanı cənab İlham Əliyevin sərəncamlarına əsasən, “Füzulinin azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Cəsur döyüşçü”, “Xidmətdə fərqlənməyə görə” medalları ilə və Baş Nazirin qərarına əsasən “Vətən Müharibəsinin iştirakçısı” medalı ilə təltif olunmuşdur. Qanunvericiliyə görə xidməti vəzifələrin icrası zamanı travma aldığına görə kəşfiyyat subyekti olaraq sağlamlığına dəymiş ziyanın əvəzi kimi üç illik pul təminatı məbləğində kompensasiya almaq hüququ vardır. Bu hüququ gerçəkləşdirmək məqsədilə cavabdeh orqan olan Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin qurumdan daxil olmuş 3 noyabr N2-ci il tarixli 15/2649 nömrəli məktubda qeyd olunur ki, xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət nəticəsində xidməti davam etdirmək itisna olunduğu üçün sizə üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi mümkün deyil. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparlmış döyüşlər zamanı döyüş tapşırıqlarını icra edərkən düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində travma alımışdır. Deməli, kəşfiyyat subyekti kimi xidməti vəzifələrin icrası zamanı (döyüş əməliyyatları zamanı) travma aldığına görə sağlamlığına dəymiş ziyanın əvəzi olaraq üç illik pul təminatı məbləğində kompensasiya almaq hüququ vardır. Onun travma almağını Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.N2-ci il tarixli X3 və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 10 oktyabr N2-ci il tarixli 12003 nömrəli X1 də təsdiq edir. Göründüyü kimi, o xidməti vəzifələrini icra edərək döyüş əməliyyatları zamanı travma alımışdır və bu fakt mötəbər sübutlarla təsdiq olunur. Nazirlər Kabinetinin adı çəkilən qərarında hərbi qulluqçunun (əməkdaşın) mütləq şəkildə xəstəliyə görə maddəsi ilə ehtiyata buraxıldığı halda kompensasiya ödənişinin həyata keçirilməsi qeyd olunmamış, həmin bənddə yalnız əməkdaşın xidməti vəzifələrin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində xidmətininn davam etdirilməsi istisna edilməsi qeyd olunmuşdur. Vətən Müharibəsi zamanı aldığı xəsarət və travmalar onu incitdiyindən müharibə bitəndən sonra xidmətini davam etdirə bilməmiş və bununla bağlı dəfələrlə komandanlığa məruzə etmişdir. Həmçinin, həmin zaman aldığı travmadan əziyyət çəkməyini xx.xx.N0-ci il tarixində N nömrəli hərbi hissədə (hərbi hospitalda) müalicədə olmağı da təsdiqləyir və bu fakt Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiaysının qərarında da qeyd olunmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı ərizəsinə Müdafiə Nazirliyinin “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi üzrə Komissiya”sında baxılmışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 83 nömrəli əmrindən çıxarışa əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən “Xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.” Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, onun xidmət zamanı yaralanması təkzibolunmaz sübutlarla təsdiq edilir. Müvafiq şəhadətnamənin gec verilməsi isə onun vəziyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməli deyil. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdein iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: --181 nömrəli Hərbi Hissənin xx.xx.N2-ci il tarixli, 140 nömrəli Travma haqqında arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Partlayış zədələnməsi. Barotravma. Sol qalça tini nahivvəsinin toxunub keçən qüllə yaralanması’’ xəsarətini almışdır. -xx.xx.N2-ci il tarixli, 12003 nömrəli Xəstəlik haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv pozuntu depressiv epizod, sui-qəsd cəhdləri ilə. Partlayış travması keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar distoniyası. Sol qalça nahiyəsinin güllə yaralanmasından sonrakı dəri çapığı. Vegetativ damar distoniyası”. “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” Diaqnoz: ”ikincili hissəvi adentiya 35,36,37,45,46-cı dişlərin olmaması". “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır” -Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair arayışın surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.N2-ci il tarixdən xx.xx.N4-cü il tarixədək 3-cü dərəcəli əlil hesab olunmuşdur. -2-ci Ordu Korpusu komandirinin xx.xx.N2-ci il tarixli № 021 əç nömrəli Əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmışdır. Həmin əmrin verilməsinə əsas olmuş sənədlər toplusuna baxış keçirilərkən müəyyən edildi ki, iddiaçı xx.xx.N2-ci il tarixdə tabor komandirinə raportla müraciət edərək, öz arzusu ilə ehtiyyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasının xahiş etmişdir. “Söhbət vərəqsi”ndən görünür ki, iddiaçı tezliklə ehtiyata buraxılmasının xahiş etmişdir. Həmçinin “Xidməti xasiyyətnamə”dən, Şərəf məhkəməsinin protokolunun və qərarının məzmunundan görünür ki, komandanlıq tərəfindən iddiaçının xidməti müsbət qiymətləndirilməmiş və bu əsasla da ehtiyata buraxılması məqsədəmüvafiq hesab edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 152-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının müdafiəsi və ya hərbi xidmətin digər vəzifələrinin icrası zamanı aldığı xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçular əlilliyə görə əmək pensiyası hüququna malikdirlər. Bu maddədə göstərilən şəxslərin öldüyü və həlak olduğu hallarda onların ailələri ailə başçısının itirilməsinə görə əmək pensiyası almaq hüququna malikdirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı hərbi qulluqçuların səhhətinə zərər dəydikdə onların Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada və şərtlərlə zərərin ödənilməsi hüququ vardır. Bu baxımdan xidmət zamanı yaranmış xəstəliklərə görə kompensasiyanın ödənilməsi məsələsinə münasibətdə də qeyd olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr 2004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”ının 1.1-ci bəndinə əsaəsn, bu qaydalar xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına( bundan sonra-əməkdaş) və ya onların ailəsinə birdəfəlik kompensasiyanın verilməsi şərtlərini, həcmini və ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçı xidmət zamanı xəsarət alması əsası ilə deyil, öz arzusu ilə ehtiyata buraxılmasını xahiş etmiş, bu hal iddiaçının cavabdehlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olması və bununla da müvafiq müqavilə münasibətlərinin olması baxımından onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən xidmətdən ehtiyata buraxılmasına əsas vermişdir. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının xidmət zamanı xəsarət alması işin mübahisəsiz halıdır. Lakin o, ehtiyata buraxılmasının yeganə səbəbi kimi xəsarət almasını əsas gətirsə də, yuxarıda şərh olunan sənədlərlə bu hal təkzib olunur. Buna baxmayaraq, iddiaçı ehtiyata buraxılması ilə bağlı əmrin hüquqi əsaslarından narazılığını ifadə etməmiş, bu məsələnin məhkəmə müstəvisində həllinə cəhd etməmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr N4-cü il tarixli, 2-1(120)-753/N4 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-100/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-100/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver