Məhkəmə qərarları › İş №2-1(106)-1003/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-1003/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-1003/2025 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs Üçüncü şəxs ASC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinə qarşı “ünvan 5 ünvanında yerləşən mərhum atası X1 qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən ona qalmış 0,17 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinə qarşı “ünvan 4 ünvanında yerləşən mərhum atası X1 qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnaməyə əsasən ona qalmış 0,17 ha həyətyanı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə X8, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2, Sabirabad şəhər bələdiyyəsi və Üçüncü şəxs ASC üçüncü şəxs qismində (adi cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdirlər. Şirvan Inzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) ##.##.2025-ci il tarixli, *-*(***)-***/*** nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Belə olan halda iddiaçının qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədləri mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə IPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında mərhum valideynlərindən ona 0,23 ha (yəni 23 sot) həyətyanı torpaq sahəsi qalmışdır. Bununla bağlı Dövlət Notariat Kontorunun xüsusi notariusu tərəfindən imzalanmış onun adına verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və digər hüquqmüəyyənedici sənədləri cavabdeh orqana tərəfindən təqdim edilmişdir. Sözügedən torpaq sahəsi Sabirabad rayon X14 (ZDS) Icraiyyə Komitəsinin 1960-ci ilə aid Protokollar kitabında ##.##.1960-cı il tarixli ** saylı protokoluna əsasən mərhum atası X1 qərarla verilmişdir. Bununla bağlı cavabdehə ##.##.2023-cü il tarixli, *-**-DA-**F/*-***/** saylı arxiv arayışı təqdim etmişdir. DƏDRX tərəfindən ona 0,06 ha (6 sot) həyətyanı torpaq sahəsi üzrə ##.##.2012-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı seriya MA 0397121 olan reyestrdən çıxarış verilmiş, digər 17 sot torpaq sahəsinə dair çıxarış verilməmişdir. Bu barədə Sabirabad Regional “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən DƏDRX-nə dəfələrlə müraciət etmiş, Sabirabad Regional “ASAN Xidmət” Mərkəzi tərəfindən təqdim olunan ##.##.2023-cü il tarixli, *-**-**/Z-A-***-*-***/**** saylı məktubda dəfələrlə etdiyi müraciətlər öz təsdiqini tapmışdır. Bundan əlavə ##.##.2023-cü il tarixdə cavabdeh orqana rəsmi müraciət edərək mərhum valideynlərindən vərəsəsi kimi qalmış 17 sot torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsini xahiş etsə də, cavabdeh orqan özünün ##.##.2023-cü il tarixli *-**-*-**/*-****/**** saylı bildirişi ilə onun adına çıxarışın verilməsindən imtina vermişdir. Imtinanın səbəbi kimi guya notariat ofisinin vəfat etmiş şəxsin vərəsəsi olmasını təsdiq edən arayışı təqdim etməməyi göstərilmişdir. Halbuki notariat tərəfindən təsdiq edilmiş vərəsəlik barədə arayışın əsli bütün hüquqmüəyyənedici sənədlərlə tərəfindən cavabdehə təqdim edilmişdir. Nəticə etibarı ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müraciət edilmiş torpaq sahəsi digər şəxslərin mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsidir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh ** saylı Şirvan ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinə etiraz edirlər. Üçüncü şəxs Üçüncü şəxs ASC-nin etiraz ərizəsində qeyd edilmişdir ki, Üçüncü şəxs ASC ilə İddiaçı (iddiaçı) arasında bağlanmış ##.##.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən islam Aslanova illik 27% ödəmək şərti ilə 24 ay müddətinə 12700 ABŞ dolları kredit verilmişdir. İddiaçı ilə bağlanılmış ##.##.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən o, mülkiyyətində olan Sabirabad şəhəri M.Hümbətov küçəsindəki 0.06 ha torpaq sahəsində yerləşən 100.2 kv.metr ümumi, 65.5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında mərhum valdeyindən ona 0.23 ha torpaq sahəsi qalmış, DƏDRX tərəfindən 0.06 ha torpaq sahənə dair ##.##.2012-ci il tarixli MA seriyalı ******* saylı reyestrdən çıxarış verilmiş, qalan 17 sot torpaq sahəsinə dair çıxarış verilməmişdir. İddiaçı kredit öhdəliklərini lazımı qaydada icra etmədiyindən müqavilənin ləğv edilməsi, pulun tutulması və kredit öhdəliyinin ipoteka predmetinə yönəldilməsi ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, kredit müqaviləsi ləğv edilmiş, İddiaçı 12700 ABŞ dolları əsas, 1088.03 ABŞ dolları faiz, 181.54 ABŞ dolları cərimə olmaqla cəmi 13969.57 ABŞ dolları və cəmi 50 manat məhkəmə xərcləri Üçüncü şəxs ASC-nin tutulmuş, tutma İddiaçı mülkiyyətində olan Sabirabad şəhəri M.Hümbətov küçəsindəki 0.06 ha torpaq sahəsində yerləşən 100.2 kv.metr ümumi, 65.5 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı fərdi yaşayış evinə yönəldilmiş, ipoteka predmtinin açıq hərracdan satılması, satışdan götürülmüş vəsait hesabına borcun ödənilməsi, qətnamənin icrasından artıq qalan vəsaitin İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, əmlak hərraca çıxarılmış, sonda banka əldə edilməsi üçün təklif edilmiş və bank tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı, 909013002930-***** reyestr nömrəli ********** qeydiyyat nömrəli, ##.##.2016-cı il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 100.2 kv.metr olan fərdi yaşayış evi “xxxx ” ASCnin xüsusi mülkiyyətindədir. Bu məlumat Daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqəsində qeydiyyat alınmışdır. Sabirabad Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilmiş, Sabirabad şəhəri, Mirzağa Hümbətov küçəsi, ** saylı evin keçmiş mülkiyyətçisi İddiaçı, X5 tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasına yönəldilmiş hərəkətlərə son qoyularaq, istifadə hüquqlarına xitam verilərək həmin ünvanda 0.06 ha torpaq sahəsində yerləşən 100.2 kv.m ümumi, 65.5 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı fərdi yaşayış evindən qeydiyyatda olan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasını qət etmişdir. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-ə qarşı (Üçüncü şəxs ASC üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 100.2 kv.metr olan fərdi yaşayış evi “xxxx ASC-nin xüsusi mülkiyyətindədir. ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində olan fər diyaşayış evinə dair iddiaçıya aid olan ##.##.2012-ci il tarixli MA seriyalı ******* saylı reyestrdən çıxarış hazırda hüquqi qüvvəyə malik deyildir iddiaçının həmin əmlakdan istifadə hüququna xitam verilmiş, əmlakdan qeydiyyatda olan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasını qət etmişdir. Ekspert rəyinə münasibətdə qeyd edirik ki, rəy iş materiallarında olan sənədlər əsasında tərtib edilmişdir. Rəydə iddiaçının mülkiyyəti kimi göstərilmiş 600 kv.metr sahə, habelə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun deyil, bankın mülkiyyətidir. Rəydən belə başa düşülür ki, bankın mülkiyyəti olan həmin ünvanda olan 600 kv.metr sahə, hazırda faktiki ölçülən 1900 kv.metr daxilindədir, həmin 600 kv.metr sahəsinin daxil olduğu ümumilikdə 884.6 kv.metr sahə İddiaçı fakitiki istifadəsində, qalan 1015.40 kv.metr sahə isə X8 faktiki istifadəsindədir. X7 faktiki istifadə olan sahənin daxildəki 600 kv.metr sahə Fərhad Mirzəyevin özünün mülkiyyətindədir. Deməli, faktiki ölçülən 1900 kv.metr sahənin 600 kv.metri Üçüncü şəxs ASC-nin, 600 kv.metri X8, 700 kv.metri isə bələdiyyə mülkiyyətindədir. Hesab edirik ki, icraatınızda olan iş üzrə iddiaçı tərəfindən bankın mülkiyyətində olan əmlak barədə məhkəməyə həqiqətə uyğun olmayan məlumat verilməmiş, iddiaçı həmin əmlakı öz əmlakı öz əmlakı kimi iddiasında göstərmişdir. Bu səbəbdən iş üzrə araşdırmanın yanlış istiqamətə yönəldilməsinə müvəffəq olunmuşdur. Nəticədə mütəxəssis rəyi və ekspert rəyində araşdırılmış hallarda da ciddi səhvlərə yol verilmişdir, iddiaçının verdiyi iddianın hüquqi əsası yoxdur. Həm bankın, həm X8, həm də bələdiyyənin mülkiyyət hüquqları məhkəmə və digər orqan, qrum, şəxslər tərəfindən qorunmalı və müdafiə olunmalıdır. Üçüncü şəxs qismində Üçüncü şəxs ASC-ni işə cəlb edilməsi, elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Üçüncü şəxs ASC-ni inzibati işə əlavə edilməsini, iddianın rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Cavabdeh ** saylı Lənkəran Ərazi Idarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, mübahisələndirilən əmlaka dair texniki sənəd olaraq müvafiq “Plan və ölçü”nün verilməsi proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçı X4 tərəfindən bir halda olmaqla ** saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış ## ###### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətin və həmin müraciətdən (imtinaya tam əsas olduğundan inzibati icraat aparılmamışdır) imtina edilməsi barədə cavab məktubunun təsdiqlənmiş surəti digər sorğuya cavab olaraq baxılmasından ötrü təqdim olunmuşdur. Hazırki sərəncamın icrası olaraq bildiririk ki, Lənkəran rayonu, Şiləvar kəndi ərazisində yerləşən Lənkəran rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı müvafiq qərarı ilə JN-***F nömrəli “Şəhadətnamə” əsasında iddiaçının tam mülkiyyətinə verilmiş 0.04 ha torpaq sahəsinə dair əvvəllər yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar həmin şəxsin təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Həmin ərəfədə sənədlərin qanunamüvafiqliyi tərəfindən araşdırılarkən məlum olmuşdur ki, sözü gedən torpaq sahəsinə (Dövlət Notariat ofisində bağlanmış ##.##.2020-ci il tarixli, alqı-satqı müqaviləsnə əsasən digər şəxsə satılmış 0.03 ha torpaq sahəsinə münasibətdə) dair vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması proseduru ilə əlaqədar onun təqdim etdiyi hüquqmüəyyənedici sənədlərlə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Icraatda sənədlərin ekspertizasının və faktiki yerində aparılan müayinənin, habelə aidiyyəti üzrə arxiv və baza məlumatlarının araşdırılması nəticəsində məlum olmuşdur ki, hüquqmüəyyənedici sənəd olaraq həmin JN-***F nömrəli “Şəhadətnamə” üzrə göstərilən konfiqurasiyada yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları tanınmış (************ reyestr nömrəli çıxarışla hüquqları tanınmış digər şəxsin torpaq sahəsi ilə üst-üstə düşür) digər şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Bu baxımdan bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, həmin ərəfədə təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla mövcud elektron baza məlumatları arasında hüquqi anlaşılmazlıqların olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən həmin torpaq sahəsinə dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunmasından qanunamüvafiq olaraq tərəflərindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Prosessual məsələlər: Inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs Üçüncü şəxs ASC-nin nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz etdiklərini bildirdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şirvan Ərazi Idarəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi iclas zalında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli № * nömrəli Qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*- **/****/**** nömrəli ekspert rəyinə əsasən: Qərardadın birinci sualı üzrə: 1963-cü il tarixdə tərtib edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və 2273 kv.m torpaq sahəsinə dair 193 inventar nömrəli texniki pasporta əsasən mərhum X1 ayrılmış 2273 kv.m, faktiki ölçülən 1900 kv.m (onun 1015.4 kv.m mübahisəli) torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir. Qərardadın ikinci sualı üzrə: Qeyd edilən (faktiki ölçülən 1900 kv.m) torpaq sahəsinin halhazırda hüquqi statusu (mülkiyyəti) - 1200 kv.m xüsusi mülkiyyət (600 kv.m İddiaçı adına, 600 kv.m isə X8 adına rəsmiləşdirilmişdir), 700 kv.m isə bələdiyyə mülkiyyəti, hüquqi rejimi (kateqoriyası)-yaşayış məntəqələri torpaqları, uqodiyası isə fərdi yaşayış evinin tikinitisi ücün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsidir. Qərardadın üçüncü sualı üzrə: Qeyd edilən torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında (konifiqurasiya fərqi) uyğunsuzluq yoxdur. Lakin sözügedən torpaq sahəsi 2273 kv.m göstərildiyi halda,faktiki sahə 1900 kv.metrdir. 884.6 kv.m İddiaçı istifadəsində 1015.4 kv.m isə X8 faktiki istifadəsindədir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 909013002930-***** reyestr nömrəli, ##.##.2012-ci il tarixli çıxarışla əsasən İddiaçı xüsusi mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsi 1963-cü il tarixdə tərtib edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və 2273 kv.m torpaq sahəsinə dair 193 inventar nömrəli texniki pasporta əsasən mərhum X1 ayrılmış 2273 kv.m (faktiki 1900 kv.m) torpaq sahəsinin daxilində yerləşir. Qərardadın dördüncü sualı üzrə: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 909013002930- ***** reyestr nömrəli, ##.##.2012-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilən 0.06 ha torpaq sahəsi 1963-cü il tarixdə tərtib edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və 2273 kv.m torpaq sahəsinə dair 193 inventar nömrəli texniki pasporta əsasən mərhum X1 ayrılmış 2273 kv.m (faktiki 1900 kv.m) torpaq sahəsinin daxilində yerləşir. Qərardadın beşinci sualı üzrə: Sabirabad rayon IHB-nın ##.##.2010-cu il tarixli, ** nömrəli sərəncamına əsasən X2 verilən və alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 909013002560-***** reyestr nömrəli, ##.##.2022-ci il tarixli çıxarışa əsasən X8 xüsusi mülkiyyətinə satılan 0.06 ha torpaq sahəsi 1963-cü il tarixdə tərtib edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 2273 kv.m torpaq sahəsinə dair 193 inventar nömrəli texniki pasporta əsasən mərhum X1 ayrılmış 2273 kv.m (faktiki 1900 kv.m) torpaq sahəsinin daxilində yerləşir. Qərardadın altıncı sualı üzrə: Sabirabad rayon XDS IK-nin ##.##.1981-ci il tarixli, ** nömrəli qərarına əsasən verilən 1514 inventar nömrəli qeydiyyat vəsiqəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 909013000356-***** reyestr nömrəli, ##.##.2007-ci il tarixli çıxarışa əsasən X3 xüsusi mülkiyyətinə verilən 0.05 ha torpaq sahəsi 1963-cü il tarixdə tərtib edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və 2273 kv.m torpaq sahəsinə dair 193 inventar nömrəli texniki pasporta əsasən mərhum X1 ayrılmış 2273 kv.m (faktiki 1900 kv.m) torpaq sahəsinin daxilində yerləşmir. Qərardadın yeddinci sualı üzrə: 1963-cü il tarixdə tərtib edilmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və 2273 kv.m torpaq sahəsinə dair 193 inventar nömrəli texniki pasporta əsasən X1 ayrılmış 2273 kv.m (faktiki istifadə olunan 1900 kv.m) torpaq sahəsinin koordinatlarında texniki səhv yoxdur. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı İddiaçı iddia etdiyi ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi Üçüncü şəxs ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində və Sabirabad şəhəri, Mirzağa Hümbətov küçəsi, ev 23 Yeni qaydalarla: Az 5400, ünvan 2 97 ünvanında yerləşən fərdi yaşayış evi X8 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdırlar. Iddiaçı İddiaçı məhkəmə kollegiyasına ərizə təqdim edərək göstərmişdir ki, mərhum atası Aslan Aslanova ayrılmış 2273 kv.m torpaq sahəsin faktiki 1900 kv.m torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin 1900 kv.m torpaq sahəsinin 0,06 ha hisəsi Üçüncü şəxs ASC-nin ipoteka predmetidir. Torpaq sahəsinin 0,06 ha hissəsinə dair X8 DƏDRX-i tərəfindən adına verilmiş Reyestrdən çıxarışa əsasən mülkiyyətindədir. Gələcəkdə bununla bağlı məhkəmə mübahisələndirilməsi olacaqdır. Ümumi torpaq sahəsinin 0,07 ha hissəsinə dair Reyestrdən çıxarışın verilməsi mümkündür. Hesab edir ki, məhkəmə işə baxarkən apellyasiya şikayətini qismən təmin etməklə torpaq sahəsinin 0,07 ha hissəsinə dair Reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. Iddia olunan ümumi torpaq sahəsinin 0,07 ha hissəsinə dair Reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin Şirvan ** saylı Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı İddiaçı da izahatında göstərdi ki, 19 ha torpaq sahəsinin 06 ha hissəsi Üçüncü şəxsASC-nin, 06 ha hissəsi X8 adına rəsmiləşdirilmişdir ki, həmin torpaq sahələri ilə bağlı hər hansı iddiası yoxdur. Onun iddiası 0.07 ha bələdiyyə mülkiyyətində olmaqla bir hissəsi faktiki olaraq özünün istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Işin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçının hüquqi marağı sözügedən 07 ha torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına yönəlmişdir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin əsaslarını və işin faktiki hallarını tam aydınlaşdırmamış, tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, iddiaçıya tam, dolğun hüquqi yardım göstərmədən iddianı mümkünsüz hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/*** nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/*** nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan Inzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar