Məhkəmə qərarları › İş №2-1(106)-1009/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-1009/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-1009/2025 04.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 50.000 (əlli min) manat məbləğində zərər və 50.000 (əlli min) manat məbləğində mənəvi zərər görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2486/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 50.000 (əlli min) manat məbləğində zərər və 50.000 (əlli min) manat məbləğində mənəvi zərər görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) xx.xx.2025-ci il tarixli, 2-1(120)- 2486/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Yəni qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-412/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İ Qarabağ Müharibəsi iştirakçısıdır. Müharibədə iştirakla bağlı aldığı xəsarət nəticəsində orqanizmin funksiyaları 31-60 faiz pozulmuşdur. Odur ki, pezidentin müharibə iştirakçıları üçün yaratdığı imkanları da nəzərə alaraq Cavabdeh başçısına ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı üçün ona Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 hektarlıq torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İcra hakimiyyəti tərəfindən verilən xx.xx.2022 tarixli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmiş və imtinanın əsası qismində həmin ərazinin Şirvan şəhərinin 2033-cü ilə qədər ki dövrdə inkişafına dair “Şirvan şəhərinin Baş planı'na uyğun olaraq yaşıllıq sahə olması qeyd edilmişdir. Cavab məktubunda həmçinin qeyd olunan əraziyə baxış keçirilməsi və Şirvan şəhərinin Baş Planına əsasən həmin ərazinin yaşıllaşdırma sahəsinə düşdüyü qeyd olunmuşdur. Lakin məktubda qeyd olunan halların mövcudluğu əsaslandırılmamış və həmin ərazinin yaşıllıq zonası olmasını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Halbuki inzibati icraat haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq bu məsələ ətraflı və obyektiv araşdırılmalı idi. Odur ki, bu məsələ ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin göndərdiyi sorğuya verilən cavab nəticəsində məlum olmuşdur ki, həmin ərazi bələdiyyə mülkiyyətindədir və yaşıllıq zona deyil, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yararlı ərazidir. Cavabdeh tərəfindən qəsdən vətəndaşa yanlış məlumat verilmişdir. Bundan sonra Şirvan Bələdiyyəsi qeyd edilən ərazidə tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Komitə tərəfindən müraciətə verilən cavabda həmin ərazidə köşklərin quraşdırılmasının mümkünlüyü qeyd edilmişdir. Nəticədə, Şirvan Bələdiyyəsi qeyd edilən ərazinin quraşdırma işləri aparılaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bütün tələblərə uyğun olduğunu əldə rəhbər tutaraq, həmin ərazinin hərraca çıxarılmasına münasibət bildirilməsi məqsədi ilə Cavabdeh “Memarlıq və Tikinti” şöbəsinə müraciət etmişdir. Lakin Cavabdeh bu dəfə də 2016-2020-ci illər üçün nəzərdə tutulan Dövlət Proqramı çərçivəsində torpaqların Şirvan Bələdiyyəsinə təhvil verilməsi prosesinin tamamlanmamasını əsas gətirməklə, həmin torpaqlar üzərində Şirvan Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmamasını bəhanə gətirərək torpağın ayrılması üçün müsbət rəy verilməsindən imtina etmişdir. Bildirir ki, Cavabdeh qərəzli olaraq həmin torpaq sahəsinin ona verilməsinə süni maneələr yaratdığı qənaətindədir. Belə ki, xx.xx.2021-ci il tarixində Şirvan səhər İcra Hakimiyyətinin başçısı İ.Abbasov tərəfindən X2 bələdiyyə mülkiyyətində olan ünvan 1 ünvanında sahəsi 163.3 kv.m. ver üstü mərtəbələrinin sahələrinin cəmi 222.2 kv m. həcmi 1524.6 kv m olan 2 mərtəbədən və zirzəmidən ibarət olan qeyri-vasayıs obyektinin tikintisinə icazə verilməsi, xx.xx.2022-ci il tarixində Şirvan səhər İcra Hakimiyyətinin “Memarlıq və Tikinti" şöbəsinin müdiri S.Şıxəliyev tərəfindən X1 Şirvan səhəri. M.Ə.Rəsulzadə küçəsində yerləşən bələdiyyə mülkiyyətinəndə olan 0, 0192 ha. torpaq sahəsinin qeyri-yaşayış sahəsi kimi ayrılmasına müsbət rəy verilməsi, habelə xx.xx.2021-ci il tarixində Şirvan səhər İcra Hakimiyyətinin “Memarlıq və Tikinti” şöbəsinin müdiri S.Şıxlivev tərəfindən X4 Şirvan səhəri, H.Əliyev prospektində yerləşən və bələdiyyə mülkiyyətində olan 0.0080 ha torpaq sahəsində qeyri-yaşayış sahəsinin ayrılmasına müsbət rəy verilməsi, X3 1 May küçəsində yerləşən, bələdiyyə mülkiyyətində olan 0.0230 ha torpaq sahəsinə dair Şirvan səhər İcra Hakimiyyəti “Memarlıq və Tikinti’' şöbəsinin müdiri S.Sıxəliyev tərəfindən xx.xx.2021-ci il tarixindəhərrac və müsabiqəyə çıxarılmasına dair müsbət rəy yerilməsi faktları mövcuddur. Odur ki, Cavabdeh mövcud inzibati praktikasına olan etimadım qanunla qorunmalıdır. Bu faktlar bir daha təsdiq edir ki, torpaqlar üzərində Şirvan Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaması sadəcə bəhanədir və Cavabdeh qərəzli olaraq Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 hektarlıq torpaq sahəsinin ayrılmasına qeyriqanuni olaraq maneələr törədir. Odur ki, hazırda Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh qanunsuz hərəkətlərinə görə adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən də məhrum olmuşdur. Belə ki, İcra Hakimiyyəti yuxarıda adıçəkilən şəxslərdə olduğu kimi mövcud inzibati praktikaya olan etimad hüququnu pozmasa, yəni Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 hektarlıq torpaq sahəsinin ayrılmasına əsassız olaraq maneə törətməsə idi, 2021-ci il tarixindən etibarən qeyd edilən torpaq sahəsində 3 ədəd 60 kv.m. sahəsi olan ticarət köşkü quraşdırmaqla icarəyə verərək gəlir əldə edə bilərdi. Lakin hazırkı situasiyada həmin gəlir əldən çıxmış fayda olmaqla ona dəyən maddi zərərdən başqa bir şey deyildir. Habelə, mediada cənab Prezident tərəfindən müharibə iştirakçılarına mənzil, avtomobil bağışlanması ilə bağlı xəbərlərin yayıldığı bir dövrdə Cavabdeh müharibədə iştirakla bağlı aldığı xəsarətə görə əlilliyi müəyyən edilmiş bir vətəndaşa (yəni ona) qarşı bu qədər haqsızlıqlar etməsi, süründürməçiliyə yol verməsi onda mənfi emosiyalar (ümidsizlik, çarəsizlik və s.) yaratmış, nəticədə dərin sarsıntılar keçirməyinə səbəb olmuşdur. Nəticədə, ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı əvvəllərdə Cavabdehnə qarşı iddia ərizəsi ilə ünvan 2 ünvanında yerləşən binanın arxasındakı ərazidən sahəsi 300 kv.metr olan torpaq sahəsinin onun daimi istifadəsinə ayrılması barədə qərar qəbul etmək öhdəliyinin Cavabdeh üzərinə qoyulması, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın Cavabdehndən tutularaq ona ödənilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-892/2023 nömrəli qərarı ilə İddiaçı iddiası təmin edilməmişdir. Həmin Qərardan iddiaçı tərəfindən apollyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-120/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-892/2023 nömrəli Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(10G)-120/2024 nömrəli Qərarından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024- cii il tarixli 2-1(102)-2871/2024 saylı Qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(106)-120/2024 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarları qanuni qüvvəsini almışdır. İddiaçı hazırki iddia tələbinə sübut kimi əlavə etdiyi və istinad etdiyi məktublar və sənədlər etirazda qeyd olunan məhkəmə instansiyalarında məhkəmə icraatında tədqiq olunmuş, araşdırılmış və qiymətləndirilmişdir. Ona görə hesab edirik ki, qeyd edilən sübutların iddiaçı tərəfindən yenidən araşdırılması üçün təqdim edilməsi əsassızdır. Qanunun tələblərindən göründüyü kimi torpaq sahəsinə dair müvafiq rəyin alınması hüququ Bələdiyyəyə aiddir. Bu səbəbdən də İddiaçının iddiasında göstərdiyi “Şirvan Şəhər İcıa Hakimiyyətinin üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması" ilə bağlı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. O səbbəbdən ki, qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşlar (indiki halda) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin onların icarəsinə və ya mülkiyyətinə ayrılması məqsədilə "X5” X11 Şirvan Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının təşkil etdiyi müsabiqə və hərraclarda iştirak edərək əldə edirlər. İddiaçının hazırki iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. Başqa sözlə hazırkı iddianın qeyd edilən hissəsini qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, hüquq normalarına əsasən qeyd edilən formada torpaq sahəsinin üzərində mülkiyyət və icarə hüquqlarını açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə etmiş olsun və inzibati orqan tərəfindən hüquqi əsasla ona məxsus torpaq sahəsi barədə qərar vermiş olsun. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etdiklərini bildirmişlər. Cavabdeh nümayəndəsi Nümayəndə2 şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir. Əsaslandırma: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 hektarlıq torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı torpaq sahəsi olmaqla hərrac və ya müsabiqə yolu ilə icarəyə ayrılması nəzərdə tutulan ümumi istifadədə olan Bələdiyyə torpaqlarına aiddir. İş materiallarında olan Cavabdeh 2907 nömrəli, 24 dekabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, N.Nərimanov küçəsində sahibkarlıq fəaliyyəti məqsədilə torpaq sahəsi ilə bağlı tərəflərindən araşdırılma aparılmışdır. Məlum olmuşdur ki, həmin torpaq sahəsinin ayrılması Şirvan şəhərinin Baş planında yaşıllıq zonasına düşdüyü üçün sahibkarlıq fəaliyyəti üçün ayrılması məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/2-6870/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən kiçik memarlıq formaları (köşklər, örtüklər və buna bənzər digər obyektlər) tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinə aid edilmişdir. Eyni zamanda, bildirilmişdir ki, köşklərin quraşdırılması üçün ayrılması nəzərdə tutulan torpaq sahəsi şəhərsalma, memarlıq norma və qaydalaına uyğun olan, ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməyən sahədən müəyyən olunmaldır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasınının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2871/2024 nömrəli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh inzibati orqanın qanunsuz hərkətləri nəticəsində dəymiş 50000 (əlli min) manat məbləğində maddi və 50000 (əlli min) manat məbləğində mənəvi ziyanın Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi üzrə Şirvan Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 5 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının hazırkı iddia tələbinin əsası Cavabdeh üzərinə Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi ilə bağlı öhdəlik qoyulması, habelə Cavabdeh qanunsuz əməlləri ilə bağlı cavabdeh tərəfindən ona vurulan 129 600 (yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində maddi zərər və 129 600(yüz iyirmi doqquz min altı yüz) AZN məbləğində mənəvi zərərə görə kompensasiya ödənilməsindən ibarətdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Göründüyü kimi, mübahisə predmeti olan Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 0.03 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla iddiaçıya hər hansı formada aidiyyəti yoxdur və belə olan halda həmin torpaq sahəsinin icarəyə ayrılmasına müsbət rəy verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı yalnız Şirvan şəhər bələdiyyəsi iddia tələbi ilə müraciət edə bilər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 2-1(120)-2486/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2486/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar