Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-1011/2025 13.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Füzuli Rayon Icra Hakimiyyətinə qarşı evinin təmir edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Füzuli Rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikası silahlı qüvvələrinin təcavüzü nəticəsində yararsız vəziyyətə düşmüş evinin təmir edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi qismən yararsız vəziyyətdədir. Lakin ərazidə Vətən müharibəsi zamanı dağıdılmış evlərin qeydiyyatını aparan komissiya tərəfindən baxış keçirilsə də, həmin ev Vətən müharibəsində zərər dəymiş ev kimi qeydiyyata alınmamışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneələr yaradılmamışdır. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, X3 zamanı Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində yaşadığı ev qəzalı vəziyyətə düşmüş, evdə olan əşyalar yararsız hala düşmüşdür. Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin çoxsaylı normativ hüquqi aktları qəbul edilmişdir. Təmir-bərpa işləri ilə bağlı tədbirlərin görülməsi məqsədilə siyahılaşdırma və qiymətləndirmə aidiyyəti yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Maddi ziyanın kompensasiya edilməsi məqsədilə Füzuli Rayon Icra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, onun evinin GIZ təşkilatı tərfındən təmir edildiyinə istinad edilməklə imtina verilmişdir. Sonuncu müraciətini Füzuli Rayon Icra Hakimiyyətinə ##.##.2025-ci il tarixdə göndərmişdir. 30 gündən artıq müddət keçməsinə baxmayaraq müraciətinə cavab verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara tam qiymət verilməmiş, həmçinin məhkəmə işə uzun müddət ərzində baxmışdır. Prosessual məsələlər Iddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, evi Horadiz qəsəbəsində təmas xəttində yerləşmişdir, 1994-cü ildə erməmilər tərəfindən yandırıldığına görə təmir edilmiş, lakin təmir natamam aparılmış və sonradan yenə yararsız hala düşmüşdür. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, iddiaçıya məxsus ev Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən təmir edildiyinə görə II Qarabağ müharibəsi zamanı ziyan dəymiş əmlakların qeydə alınması və digər məsələlərlə bağlı yaradılmış komissiya tərəfindən evə baxış keçirilmiş, divarlarda çatlar müşahidə edilmiş, lakin zərərin II Qarabağ müharibəsi nəticəsində dəyməsi müəyyən edilmədiyindən müvafiq siyahıya salınmamışdır. Iş materiallarında olan siyahı isə 2019-cu ildə tərtib edilmişdir və həmin siyahı İ Qarabağ müharibəsində zərər dəymiş, lakin Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən təmir edilməmiş evlərin siyahısıdır. Iddiaçıya məxsus evin təmiri təmsil etdiyi qurumun səlahiyyətində deyil və belə bir vəzifəsi müəyyən edilməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün düşmüşdür. -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdirma Mərkəzinin iddiaçıya ünvanladığı ##.##.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan Respublikası Prezidentinin # ###### 2020-ci il tarixli **** nömrəli Sərəncamına əsasən 2020-ci il ########ın ##-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə yaradılmış Dövlət Komissiyası tərəfindən texniki baxış aktı tərtib edilən müvafiq obyektlərin təmir və tikintisini həyata keçirir. Iddiaçıya məxsus yaşayış evinə ziyan dəyməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən tərtib olunan hər hansı texniki baxış aktı Komitəyə daxil olmamışdır. -##.##.2023-cü il tarixli Texniki Baxış aktında qeyd edilmişdir ki, texniki baxış zamanı 1982-ci ildə yaşayış evinin ön fasad hissəsinə sonradan əlavə 1 yaşayış otağı və 1 eyvan inşa edilmişdir. Əlavə sahələr mövcud evə hörgü əlavəsi olmadan inşa edilmişdir. Evin əsas gücdaşıyıcı divarında (sonradan əlavə olunan hissədə) müxtəlif ölçüdə keçici çatlar və sağ yan fasad divarın şaquli vəziyyətinə əyilməsi müşahidə edildi. Bundan əlavə olaraq evin digər otaqlarında (təmirli otaq istisna olmaqla) mərtəbəarası örtüklər yoxdur, 4 otaq tam olaraq təmirsizdir. Horadiz Şəhər Icra Nümayəndəliyinin verdiyi arayışa əsasən yaşayış evi 1983-cü ildə tərəfindən yandırılmışdır. Yaşayış evi texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Evin təhlükəsiz istismarını təmin etmək məqsədilə layihə əsasında bərpa-gücləndirmə və təmir işlərinin aparılması məqsədəuyğun hesab edilir. -Azərbaycan Respublikası Füzuli Rayon Icra Hakimiyyəti başçısı X4 ##.##.2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixdə Füzuli Rayon Icra Hakimiyyətinə müraciət edərək 1998-ci ildə evinin təmir olunduğunu ancaq təmirdən narazı qalması səbəbindən onun evinin təkrar təmir olunmasını xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə “Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il ## ######## tarixli, *** nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayon, Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial-iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli, *** saylı Qərarının tələbinə uyğun olaraq, X3 zamanı Horadiz şəhərində zərər çəkmiş yaşayış sahələrinin bərpası Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən həyata keçrilmiş və yekun olaraq mülkiyyət sahibləri ilə Agentlik arasında təhvil aktı bağlanaraq yaşayış sahələri onlara verilmişdir. Həmin qanunun 11-ci maddəsində isə Füzuli Rayon Icra Hakimiyyətinə şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtmasının təmin edilməsi vəzifəsi tapşırılmışdır. Məhz bu səbəbdən sözügedən evin təmir bərpa işlərinin aparılması ilə bağlı hər hansı sənəd Rayon Icra Hakimiyyətində mövcud deyil. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Horadiz şəhəri, X1 küçəsi, 5 (yeni qaydalarla Az1900, Horadiz şəhəri, X1 küçəsi, giriş 19) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Füzuli Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Horadiz şəhəri işğaldan azad olunduqdan sonra İddiaçı evi 1998-ci ildə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən iki otaq olmaqla qismən bərpa edilmişdir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il ## ######## tarixli, *** nömrəli Sərəncamının icrasını təmin etmək, Füzuli rayon, Horadiz şəhərinə qayıtmış yerli əhalinin və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq, onların sosial-iqtisadi problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli, *** saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılsın ki, Horadiz şəhərində hazırda aparılan bərpa işlərinin sürətinin və həcminin artırılması üçün tədbirlər görsün, birinci növbədə qəsəbədə məskunlaşmış ailələrin yaşayış sahələrinin abadlaşdırılmasını təmin etsin”. Həmin Qərarın tələbinə uyğun olaraq, X3 zamanı Horadiz şəhərində zərər çəkmiş yaşayış sahələrinin bərpası, Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən həyata keçrilmişdir. Əlavə məlumat üçün bildirilir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşadığı üçün sözügedən ev yararsız hala düşmüşdür. -Füzuli Rayon Icra Hakimiyyəti başçısının Horadiz Şəhər Inzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Horadiz şəhər sakini İddiaçı məxsus Horadiz şəhər, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Horadiz şəhəri işğaldan azad olunduqdan sonra 1998-ci ildə bərpa agentliyi tərəfindən iki otaq qismən bərpa edilmişdir. Hər iki otaqda döşəmə döşənilmiş, tavan vurulmuş, qapılar quraşdırılmış, divarlara suvaq və boya çəkilmişdir. Həmin vaxtdan İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Evdə yaşayış olmadığından ev yaşayış üçün qismən yararsız hala düşmüşdür. Vətən müharibəsi dövründə onun evinin üzərinə raket mərmisi düşməmişdir. Ərazidə Vətən müharibəsi zamanı dağıdılmış evlərin qeydiyyatını aparan kommisiya tərəfindən baxış keçirilmiş, lakin Vətən müharibəsində zərər dəymiş ev kimi qeydiyyata alınmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin: -3.9.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının vəzifələrindən biri də müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasını təşkil edir, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarəti həyata keçirir, mənzil-kommunal infrastrukturunun inkişafını təmin etməkdir. -Həmçinin Əsasnamənin 4.2.7 və 4.2.9-cu bəndələrə əsasən müvafiq ərazinin kompleks sosial-iqtisadi inkişafında istehsal və sosial infrastrukturun, təbiəti mühafizə tədbirlərinin (obyektlərinin) maliyyələşdirilməsi, tikintisi, təmiri və saxlanılmasında iştirak edən fiziki və hüquqi şəxslərin qarşılıqlı fəaliyyətini əlaqələndirmək; müvafiq ərazidə sosial və istehsal infrastruktur obyektlərinin tikintisini və təmirini təşkil etmək səlahiyyətləri var. Qeyd olunan Əsasnamədə yerli icra hakimiyyəti orqanının vəzifələ və səlahiyyətləri dairəsində vətəndaşların mülkiyyətində olan fərdi yaşayış evlərinin təmiri ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. “Füzuli rayonunun Horadiz şəhərində yaşayan əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 1999-cu il tarixli, *** saylı Qərarı:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Füzuli rayon Icra Hakimiyyətinə tapşırılsın ki, Horadiz şəhərində yeni iş yerləri açılması üçün və əhalinin şəhərdə daimi yaşamasına təminat verəcək tədbirlər görsünlər.
2. X6 üzrə Respublika Komissiyası beynəlxalq humanitar təşkilatların şəhərdə yaşayan əhaliyə yardım göstərilməsinə cəlb edilməsi üçün müvafiq tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Rabitə Nazirliyi şəhərdə poçt, teleqraf və digər rabitə xidmətlərinin göstərilməsi üçün əlavə tədbirlər görsün. Horadiz şəhərində və Əhmədbəyli kəndində quraşdırılmış teleötürücü qurğuların normal işini təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti şəhər əhalisi üçün yeni iş yerlərinin açılması məqsədilə qəsəbədə işğala qədər fəaliyyət göstərmiş neft və sürtkü yağları bazasının açılmasını təmin etsin.
5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi şəhərdə bərpa olunmuş poliklinikanı və 100 çarpayılıq xəstəxananı komplektləşdirsin və avadanlıqla təmin etsin, malyariya mənbələri olan yerlərdə profilaktik tədbirlər həyata keçirsin, səhiyyə obyektlərini tibbi ləvazimat və dərman preparatları ilə təchiz etsin.
6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi şəhərdə 640 yerlik məktəbin və 140 yerlik uşaq bağçasının avadanlıqla komplektləşdirilməsi, dəyişiklər və dərs ləvazimatı ilə təmin olunması, mədəniyyət obyektlərinin normal fəaliyyətinin bərpa edilməsi üçün tədbirlər görsünlər.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi şəhərdə suvarma suyu problemlərinin həlli, Azərbaycan Respublikasının "xxxx" Dövlət Şirkəti Bakı-Horadiz magistral şose yolunun, habelə dağıldılmış kəndarası yolların bərpası üçün tədbirlər görsünlər.
8. Milli Təhlükəsizlik Nazirliyi, Xarici Işlər Nazirliyi, Ticarət Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Gömrük Komitəsi Iran Islam Respublikası ilə iqtisadi-ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə Azərbaycan-Iran dövlət sərhədində əvvəllər fəaliyyət göstərmiş Horadiz-Aslandüz sərhəd nəzarət buraxılış məntəqəsinin açılmasını təmin etsinlər.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi şəhərdə kommunikasiya vasitələrinin, qızdırıcı qurğuların, içməli su şəbəkələrinin, təmizlik, yaşıllaşdırma, asfaltlaşdırma işlərinin, əhalinin gündəlik tələbatı ilə bağlı xidmət sahələrinin normal fəaliyyəti üçün kompleks tədbirlər hazırlayıb həyata keçirsin, rayon ərazisindəki müəssisələrin fəaliyyətini canlandırmaq istiqamətində əsaslı tədbirlər görsün.
10. Azərbaycan Respublikasının Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə tapşırılsın ki, şəhərdə hazırda aparılan bərpa işlərinin sürətinin və həmçinin artırılması üçün tədbirlər görsün, birinci növbədə qəsəbədə məskunlaşmış ailələrin yaşayış sahələrinin abadlaşdırılmasını təmin etsin. Bərpa işləri zamanı donorların meyarlarına uyğun olaraq yerli əhalinin qüvvəsindən istifadə olunmasına üstünlük versin.
11. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə və Füzuli Rayon Icra Hakimiyyətinə tapşırılsın ki, şəhərdə təmiri və bərpası başa çatmış yaşayış evlərinin sakinlərinin öz əvvəlki daimi yaşayış yerlərinə qayıtması üçün tədbirlər görsünlər. Işin araşdırılmış hallarından görünür ki, iddiaçıya məxsus evə zərər İ Qarabağ müharibəsi zamanı dəymiş və 1998-ci ildə Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyi tərəfindən təmir edilmiş, lakin iddiaçı həmin təmirin nəticəsindən narazı olduğu halda həmin quruma qarşı tələb irəli sürməmişdir. II Qarabağ müharibəsi zamanı ziyan dəymiş əmlakların qeydə alınması və digər məsələlərlə bağlı yaradılmış komissiya tərəfindən evə baxış keçirilmiş, zərərin II Qarabağ müharibəsi nəticəsində dəyməsi müəyyən edilmədiyindən müvafiq siyahıya salınmamışdır. Buna baxmayaraq, iddiaçı evinin təmirini RIH-dən tələb edir. Şərh olunan normaların tələblərinə və işdə olan sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yerli icra hakimiyyəti orqanları müharibə zamanı zərər dəymiş evlərin təmiri ilə bağlı hər-hansı öhdəlik və ya vəzifə daşımır. Qeyd olunanlara əsasən, hazırki iddia üzrə cavabdeh orqan iddiaçının hüquqlarının pozulmasına və ya məhdudlaşdırılmasına yönəlik hər-hansı qərar qəbul etməmiş, hərəkət və ya hərəkətsizlik nümayiş etdirməmişdir ki, bu hal iddianın mümkünlük şərtlərinin mövcud olmamasına dəlalət edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, Inzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Inzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamamlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.