Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-1013/2025 29.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı “qərarların və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması, ekspertiza rəyinin ləğv edilməsi, yoxlamada iştirak edən vergi işçilərinin cəzalandırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “##.##.2023-cü il tarixli, **************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, **************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı ##.##.2024-cü il tarixli, ************** saylı və ##.##.2024-cü il tarixli, ************** saylı qərarların ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2023- cü il tarixli, **************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, **************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı, ##.##.2024-cü il tarixli, ************** saylı ##.##.2024-cü il tarixli, ************** saylı və ##.##.2024-cü il tarixli, ************** saylı qərarların ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan Inzibati Məhkəməsinin (hakim Şahəli Musayev) ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının barəsində cavabdeh inzibati orqan tərəfindən ************** nömrəli, ##.##.2024-cü il tarixli və ************** nömrəli, ##.##.2024-cü il tarixli qərarlar qəbul edimişdir. Belə olduğu halda yenidən cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə vergi məhsuliyyəti cəlb edilməsində haqlı olmamışdır. Qeyd olunur ki, mövcud qanunvericilik operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarını yuxarıda qeyd olunan dəqiq və konkret faktlardan asılı etmişdir. Hazırki iş üzrə sahibkarlıq subyektində yoxlamanın keçirilməsinin səbəbi müvafiq qərarda qeyd edilməmiş, ümumiyyətlə ##.##.2024-cü il tarixli, ************** saylı qərarın qəbul edilməsini zəruri edən halların təsdiqi əsaslarını şərh etməmiş, müvafiq sübutları və etirazını məhkəməyə təqdim etməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh qərarlarından və aktlarından şikayətçidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2023-cü il tarixli qərarlarına əsasən obyektlərində keçirilən operativ vergi nəzarəti tamamilə qərəzli və düzgün olmayan yoxlama keçirilmişdir. Belə ki, rəsmi qayda da idxal etdiyi malları Dövlət Gömrük Komitəsi geyimləri ümumi adla “kişi geyimləri”, “qadın geyimləri”, “kişi şalvarları, köynəkləri və ayaqqabıları”, “qadın şalvarları, koftaları və ayaqqabıları” və “uşaq üçün şalvarlar, köynəklər və ayaqqabılar” və s. kimi çeşidləmişdirlər. Vergi işçiləri təcrübəsiz şəkildə malları özlərinin bildiyi və anladığı formada marka ilə çeşidləyərək malların adları marka ilə idxal etmədiyini nöqsan hesab edərək rəsmi idxal etdiyi malları sənədsiz kimi qeyd etmişdilər. Gömrük Komitəsi də öz təcrübə və qaydalarına uyğun olaraq malları Gömrük prosedurundan kecirib və rüsumlarını alırlar. Bu paltar idxalı bütü Azərbaycanda necə idxal olunursa, eyni zamanda, iddiaçıda da gömrük rəsmiləşdirilməsi olmuşdur. Yoxlama zamanı onun xəbəri olmadan kimlərinsə adlarını özlərindən yazıb güya onun işçiləridir və iddiaçı onları rəsmi qaydada qeydiyyata qoymadan işlətmişdir. Halbuki onda olan işçilər hamısı rəsmi qaydada qeydiyyatdadır. Eyni zamanda, alış etməmiş kassadan çek çıxardaraq özlərindən cərimə etmişdilər. Bütün bu sənədsiz malları qeyd edib ona cərimə yazdıqlarından, əmək və kassa cərimələrindən qəti şəkildə narazıdır, qərəzli formada və ədalətsiz şəkildə vergi orqanı yoxlama aparmış və külli miqdarda ona süni şəkildə borc yaradıb sahibkarlıq fəaliyyətini məhv etmişlər. Bununla ürəkləri soyumayıb əlavə ekspertiza təyin edib suni şəkildə malların qiymətlərini qaldırıb (şişirdib) əlavə kameral vergi yoxlaması apararaq satış göstərib vergi borcu yüksəltmişdilər. Bütün bunların səbəbini və niyə belə etdiklərini soruşduqda vergi işçiləri yoxlamaya gəlmişiksə nəticə olmalıdır deyib öz bildiklərini edirmişlər. Vergi məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanı onun idxal etdiyi mallara, malların üzərinə tətbiq etdiyi ticarət əlavəsinə, işçilərlə bağladığı əmək müqavilələrinə və onlayn kassa satışına riayyət etməyini qəbul etməyib və bu maddənin tələbinə zidd olaraq, vergi qanunvericiliyin konkret hansı maddəsi və tələblərinin pozulmasına görə borcun yaradılması izah olunmadan vergi borcu yaratmışdır. Sonra da vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada Qərar göndərmişdir. Göründüyü kimi verginin hesablanması zamanı sahibkarın iş şəraiti, mühasibat uçotunun spesifikliyi, əlaqəli məlumatlar əsasında sahibkarın iqtisadi cəhətdən rentabelliyinə qiymət verilməmişdir. Belə hal isə bir başa olaraq sahibkarın sərbəs iqtisadi fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki, sahibkarın fəaliyyətindən heç bir kənarlaşma mövcud deyil, dövlət büdcəsinə heç bir zərər toxunmamışdır. Vergi məcəlləsinin 37-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Konstitusiyanın 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər (təmsil olunmamışlar). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, ************** saylı nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Maddə 50.2 operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 – 43-cü və 46 – 49-cu maddələrinin müddəaları tətbiq edilir. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, ****** nömrəli, ## ##### 2024-cü il tarixli Aktın surətindən görünür ki, NKA-dan ##.##.2024-cü il tarixdə saat 17:00-da Masallı rayonu, Heydər Əliyev küçəsində İddiaçı məxsus Masallı Mall obyektindən dəyəri 2 manat olan corab alındı NKA çeki vurulub verilmədi. ##.##.2024-cü il tarixdə 17:51də **** nömrəli NKA çeki ilə bərpa edildi. İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Vergi ödəyicisinə satdığı malları NKA-ya vurub müştəriyə NKA çeki təqdim etməsi tövsiyyə edildi. Nəzarət kitabçası təqdim edilmədi. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ************** nömrəli, ##.##.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı (Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi ##.##.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FIN:*******, VÖEN:6401996022) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, ##.##.2024cü il tarixədək 1000 manat məbləğində büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Işin mübahisəsiz halıdır ki, operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanın işçilərindən biri alıcı qismində iştirak etmişdir. Kollegiya qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri). “Inzibati Icraat haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Işin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır Vergi Məcəlləsinin 23.1.11-ci maddəsinə əsasən nəzarət qaydasında mal alqısını həyata keçirtmək vergi orqanının hüququdur. Lakin bu hüquq «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında həyata keçirilə bilər. Lakin “Əməliyyat-axtarış fəaliyyəti” haqqında qanunun 5-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyətinin subyektləri - əməliyyat-axtarış fəaliyyətini Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş təhqiqat orqanları, korrupsiya ilə bağlı cinayətlər üzrə isə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı həyata keçirir. 27. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsi subyektləri və onların fəaliyyət həddini tənzimlədiyindən eyni zamanda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Departamentindən başqa digər vergi orqanları təhqiqat aparmadığından yerli vergi orqanlarının nəzarət qaydasında mal alışını həyata keçirmək səlahiyyəti yoxdur. Nəzərə alınmalıdır ki, operativ vergi nəzarəti həyata keçirilərkən vergi orqanının əməkdaşının alıcı kimi çıxış etməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən qanunun 5-ci maddəsinə əsasən, hazırkı halda vergi orqanının təhqiqat aparmaq səlahiyyəti olmadığından, o, təhqiqat orqanı qismində çıxış edə bilməz. Beləliklə, işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-1013/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-1013/2025
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver