Məhkəmə qərarları › İş №2-1(106)-1016/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-1016/2025

04.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-1016/2025 04.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X1rşı “qərarın ləğv edilməsi və ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Əlillik təyinatına dair “Alt sistem”dən çıxarışlardan görünür ki, İddiaçı ##.##.2012-ci il tarixdə X11: VI Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial)..., Diaqnoz: Ensefalopatiya tez-tez qıcolma tutumaları ilə MSSnın oyanıqlığı simptomatik anemiya, Meyar: 2. iki il müddətinə=> Digər: Ensefalopatiya tez-tez qıcolma tutumaları ilə MSS-nın oyanıqlığı simptomatik anemiya diaqnozu ilə 2 il müddətinə ilkin əlillik (sağlamlıq imkanları məhdud uşaqlar), ##.##.2014-cü il tarixdə eyni diaqnoz və meyar ilə 2 il müddətinə təkrar əlillik (sağlamlıq imkanları məhdud uşaqlar), ##.##.2016-cı il tarixdə X11: VI Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial)..., Diaqnoz: Ensefalopatiya tez-tez qıcolma tutumaları ilə MSS-nın oyanıqlığı simptomatik anemiya; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu=>3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həft...) diaqnozu ilə 3 il müddətinə təkrar əlillik (sağlamlıq imkanları məhdud uşaqlar), ##.##.2019-cu il tarixdə eyni diaqnoz və meyar ilə 3 il müddətinə təkrar əlillik (sağlamlıq imkanları məhdud uşaqlar) təyin edilmişdir. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu X3 tərəfindən verilmiş ##.##.2022ci il tarixli **** nömrəli epikrizdən görünür ki, İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək qeyd edilən xəstəxanada müalicə almış və ona həkim-məsləhət komissiyası tərəfindən “Fokal idiopatik epilepsiya” diaqnozu qoyulmuşdur. “xxxx” X1 tərəfindən iddiaçı barəsində əsas diaqnoz: G40.0 - Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, fokal idiopatik epilepsiya tez-tez qıcolma tutmaları ilə (ayda 10-12 dəfə); Ağırlaşmalar: F02.8-Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, epilepsiya nəticəsində intilektin geriliyi, davranış pozuntusu ilə, F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə bağlı ##.##.2023-cü il tarixli Z********YIE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli *******0007 nömrəli qərar ilə “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilər dəqiqləşdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, qərar sistemə ##.##.2023cü il tarixdə daxil edilmişdir. Tibbi-sosial ekspert komissiyasının ## #### 2024-cü il tarixli *-**-*/*-*-*****/**** saylı qərarından görünür ki, iddiaçı məhkəmə qərardadına müavafiq olaraq əyani müayinə olunmuş və “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...2007-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:

1. Vətəndaş İddiaçı Sabirabad RMX-nın ##.##.2026-cı il tarixli göndərişi əsasında ##.##.2026-cı il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında Həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş, ona “F70.8-Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. İQ=58%. Anamnezə görə suisidal hallar. Yanaşı xəstəliklər: G40.0-Fokal idiopatik epilepsiya. G44.2- Gərginlik tip başağrısı” diaqnoz qoyulmuş və ambulator müalicə, kənar şəxsin nəzarəti tövsiyə edilmişdir.

2. İddiaçı adına xxxx tərəfindən ##.##.2023-cü il tarixdə imzalanmış Z********YIE saylı Forma-088 göndərişində və digər tibbi sənədlərdə XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: G40.0-Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, fokal idiopatik epilepsiya tez-tez qıcolma tutmaları ilə (ayda 10-12 dəfə); Ağırlaşmalar: F02.8-Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, epilepsiya nəticəsində intilektin geriliyi, davranış pozuntusu ilə, F70.1-Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ##.##.2026-cı il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında Həkim psixiatr komissiyası tərəfindən müəyyən edilmiş diaqnoz ilə ümumən eynilik təşkil edir.”

Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:

İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “## ###### 2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkir. Dəfələrlə Respublikanın ixtisaslı tibb müəssisələrində müayinə və müalicə olunmuşdur. Tibbi-sosial ekspert komissiyasının 2012-ci il tarixli qərarı ilə ona sağlamlıq imkanları məhdud xəstə uşaq kimi əlillik təyin edilmişdir. 2012-ci ilin dekabr ayından ##.##.2023-cü il tarixə kimi sağlamlıq imkanları məhdud uşaq kimi sosial müavinat almışdır. ##.##.2023-cü ildə xəstəliyi ilə bağlı göndəriş rəsmiləşdirilməsinə baxmayaraq, cavabdeh əsassız olaraq əlillik təyin edilməsindən imtina etmişdir. Halbuki, anadangəlmə mövcud olan xəstəliyi hazırda da var.

Cavabdehin etirazları:

Etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xxxxnın ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ## ###### 2023-cü il tarixli Z********YIE saylı qərarı ləğv edilmiş, müəyyən faiz dərəcəsində ## ###### 2023-cü il tarixdən etibarən ümumi xəstəlik səbəbindən iddiaçıya müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Göndərişdə qeyd olunan diaqnoz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

Apellyasiya şikayətinə etiraz:

Apellyasiya şikayətinə etirazın dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi (atası) Nümayəndə iddiaya uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X11na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”

7.2. Əqli gerilik F70-F73 Qeydlər. Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); - İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya). Qiymətləndirmə yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə 7.2.1. astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform 35-60 müddətsiz paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçıda olan xəstəlik ona əlillik təyin edilməsinə əsas veririr. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2012-ci il tarixdə X11: VI Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial)..., Diaqnoz: Ensefalopatiya tez-tez qıcolma tutumaları ilə MSSnın oyanıqlığı simptomatik anemiya, Meyar: 2. iki il müddətinə=> Digər: Ensefalopatiya tez-tez qıcolma tutumaları ilə MSS-nın oyanıqlığı simptomatik anemiya diaqnozu ilə 2 il müddətinə ilkin əlillik (sağlamlıq imkanları məhdud uşaqlar), ##.##.2014-cü il tarixdə eyni diaqnoz və meyar ilə 2 il müddətinə təkrar əlillik (sağlamlıq imkanları məhdud uşaqlar), ##.##.2016-cı il tarixdə X11: VI Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanğıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial)..., Diaqnoz: Ensefalopatiya tez-tez qıcolma tutumaları ilə MSS-nın oyanıqlığı simptomatik anemiya; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu=>3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həft...) diaqnozu ilə 3 il müddətinə təkrar əlillik (sağlamlıq imkanları məhdud uşaqlar), ##.##.2019-cu il tarixdə eyni diaqnoz və meyar ilə 3 il müddətinə təkrar əlillik (sağlamlıq imkanları məhdud uşaqlar) təyin edilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək K.Y.Fərəcova adına Elmi- Tədqiqat Pediatriya İnstitutu X3 müalicə almış və ona həkim-məsləhət komissiyası tərəfindən “Fokal idiopatik epilepsiya” diaqnozu qoyulmuşdur. “xxxx” X1 tərəfindən iddiaçı barəsində əsas diaqnoz: G40.0 - Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, fokal idiopatik epilepsiya tez-tez qıcolma tutmaları ilə (ayda 10-12 dəfə); Ağırlaşmalar: F02.8-Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, epilepsiya nəticəsində intilektin geriliyi, davranış pozuntusu ilə, F70.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə bağlı ##.##.2023-cü il tarixli Z********YIE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli *******0007 nömrəli qərar ilə “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilər dəqiqləşdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, qərar sistemə ##.##.2023cü il tarixdə daxil edilmişdir. Tibbi-sosial ekspert komissiyasının ## #### 2024-cü il tarixli *-**-*/*-*-*****/**** saylı qərarından görünür ki, iddiaçı məhkəmə qərardadına müavafiq olaraq əyani müayinə olunmuş və “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...2007-ci il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:

1. Vətəndaş İddiaçı Sabirabad RMX-nın ##.##.2026-cı il tarixli göndərişi əsasında ##.##.2026-cı il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında Həkim psixiatr komissiyası tərəfindən müayinə olunmuş, ona “F70.8-Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə. İQ=58%. Anamnezə görə suisidal hallar. Yanaşı xəstəliklər: G40.0-Fokal idiopatik epilepsiya. G44.2- Gərginlik tip başağrısı” diaqnoz qoyulmuş və ambulator müalicə, kənar şəxsin nəzarəti tövsiyə edilmişdir.

2. İddiaçı adına xxxx tərəfindən ##.##.2023-cü il tarixdə imzalanmış Z********YIE saylı Forma-088 göndərişində və digər tibbi sənədlərdə XBT 10 kodu üzrə qeyd edilmiş “Əsas diaqnoz: G40.0-Fokal başlanğıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, fokal idiopatik epilepsiya tez-tez qıcolma tutmaları ilə (ayda 10-12 dəfə); Ağırlaşmalar: F02.8-Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, epilepsiya nəticəsində intilektin geriliyi, davranış pozuntusu ilə, F70.1-Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ##.##.2026-cı il tarixdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında Həkim psixiatr komissiyası tərəfindən müəyyən edilmiş diaqnoz ilə ümumən eynilik təşkil edir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə iddianın mümkünlüyü ilə bağlı iddia müddətinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə predmeti olan ##.##.2023-cü il tarixli qərar sistemə ##.##.2023-cü il tarixdə daxil edilmişdir. İddiaçı ##.##.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkün iddiadır. Mübahisə ilə bağlı isə bildirirlir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən ekspertiza təyin edilmiş və “xxxx” X1 tərəfindən ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyi verilmişdir. Həmin rəy sübut kimi qəbul olunmamışdır. Buna səbəb rəyin tam olmaması, demək olar ki, rəydə göndərişdə göstərilənlər və cavabdehin mövqeyi eyni ilə təkrarlanmışdır. Bu səbəbdən apellyasiya icraatı zamanı ekspertiza təyin edilmişdir. İş materiallarında olan sübutlarla (tibbi sənədlər, göndəriş, mütəxəssis rəyi və s.), o cümlədən “xxxx” X1 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli T***/**** nömrəli ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7.2. Əqli gerilik F70-73” bəndinə uyğun 7.2.1-ci bəndlə qiymətləndirilməklə 35-60 faiz dərəcəsi ilə müddətsiz əlillik təyin edilməsinə əsas verir. Əlilliyin səbəb əlaqəsi isə ümumi səbəbdən - ümumi xəstəlikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı barəsində “xxxx” X1 tərəfindən ##.##.2023-cü il tarixli Z********YIE nömrəli göndəriş verilərkən iddiaçının xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2. və 7.2.1-ci bəndlərinə uyğun əlillik təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, iş üzrə ekspert rəyi verilərkən iddiaçının xəstəliyi ilə bağlı mütəxəssis rəyi də alınmışdır. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı barəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli Z********YIE nömrəli göndərişdə qeyd edilmiş xəstəliyin mövcudluğu onun ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu X3 aldığı müalicə nəticəsində qoyulmuş diaqnoz, o cümlədən inzibati orqan tərəfindən əvvəlki illər üzrə əlillik təyin edilməsinə səbəb olmuş xəstəlik ilə eynilk təşkil edir. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli qərar ilə “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli patofunksional göstəricilər dəqiqləşdirilsin” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilməsi inzibati orqan tərəfindən iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməməsi kimi qəbul edilməməlidir, bu mövqe əsaslı sübutlara söykənmir. Bundan başqa, işin araşdırılması zamanı məhkəmə qərardadının icrası nəticəsində iddiaçı əyani müayinə olunmuş və Tibbi-sosial ekspert komissiyasının ## #### 2024-cü il tarixli *-**-*/*-*- *****/**** saylı qərarı ilə barəsində “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi - ##.##.2023-cü il tarixdən müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçıya əlillik təyin edilərkən qərarında orqanizmin funksiyalarının pozulması faizini göstərməmişdir. Bu hal qərarın tam olmaması kimi qiymətləndirilməlidir. Eyni zamanda, qərar qüvvədə qalacağı təqdirdə gələcəkdə onun icrasında da müəyyən problemlər yarana bilər. Oxşar mövqe Ali Məhkəmənin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli 2-1(102)- 1750/2025-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Belə ki, həmin qərarın 25-ci bəndində qeyd edilmişdir ki, “...Eyni zamanda, yenidən araşdırma zamanı apellyasiya məhkəməsi tərəfindən əlillik təyin edilməsi üçün qiymətləndirmənin aparıldığı göndərişdə qeyd edilən xəstəliklərin, həmin göndərişin rəsmiləşdirildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda göstərilən hansı bəndə və altbəndə uyğun gəlməsi, bunun hansı sübutlarla təsdiq olunması, eləcə də orqanizmin funksiyalarının pozulması faizi və əlilliyin müddəti dəqiq müəyyən edilməlidir.” Bundan başqa, məhkəmə ləğv etdiyi ##.##.2023-cü il tarixli qərarın nömrəsini də düzgün qeyd etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *******0007 nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən ümumi səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2. və 7.2.1-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 faiz dərəcəsinə uyğun müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar