Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-1018/2025 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar İddiaçı, X4, X3, X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi ## ###### 2011-ci ilə qədər olan dövr üzrə inzibati orqanın qərarının mübahisələndirilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı (eyni zamanda iddiaçıların nümayəndəsi) X4, üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs iştirakları ilə, İddiaçılar İddiaçı, X4, X3, X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə qarşı “çıxarışa düzəliş edilməsi və Azərbaycan SSR Lənkəran XDS İcraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli *** saylı torpaq qeydinə əsasən verilmiş 0.06 ha torpaq sahəsinə dair müvafiq qeydin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ## #### 1983-cü il tarixli *** nömrəli “Torpaq qeydi”ndən görünür ki, ünvan 1 ünvanında yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi X6 müddətsiz istifadəyə verilmişdir. “Torpağın mülkiyyətinə verilməsinə dair” JN-2005A KOD ******** nömrəli şəhadətnamədən görünür ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı ilə X7, X8, X4 və X9 mülkiyyətinə 0.05 hektar həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin “Torpaq sahəsinin qaiməsi/sertifikatı/ adlanan hissəsində tikintialtı sahə 193.8 kv.m, suvarılan sahə 344.5 kv.m göstərilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Lənkəran şəhəri, X10 küçəsi, ev 10 ünvanında 0.0538310 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı; 0.0538310 ha torpaq sahəsi üzərində isə İddiaçı, X4, X3 və X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. AЗ ****** nömrəli şəhadətnamədən və ölüm haqqında akt qeydindən görünür ki, X11 ilə X6 1973-cü ildə evlənmişdirlər və sonuncu ## #### 1992-ci ildə ölmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Hüquqmüəyyənedici sənəd olaraq JN-****A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin faktiki koordinatlarına, habelə yerləşmə mexanizminə dəyişiklik edilməsi Ərazi idarəsinin səlahiyyəti çərçivəsində deyildir. Belə ki, ünvan 2 ünvanında Sizə məxsus ** saylı fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olaraq islahatın müvafiq qərarı əsasında tərtib olunmuş həmin JN-****A nömrəli şəhadətnamədə göstərilən konfiqurasiyaya uyğun faktiki koordinatlar və sərhədlər eyni zamanda Ərazi idarəsində mövcud DWG (xəritə) elektron baza məlumatlarında yerləşdirildiyi səbəbdən həmin hissədə hər hansı bir dəyişikliyin edilməsi mümkünsüzdür.” Cavabdeh tərəfindən Məhkəməyə ünvanlanmış ## ##### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, “...Lənkəran şəhəri, X10 küçəsi, ev 10 ünvanında 0.05383 ha torpaq sahəsi JN- ****A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən mülkiyyətə verilmişdir. JN-****A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə göstərilən torpaq sahəsi ##.##.1983-cü il tarixli *** nömrəli “Torpaq qeydi” sənədində qeyd olunan torpaq sahəsi ilə eyni torpaq sahəsinə aid sənəddir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək “çıxarışa düzəliş edilməsi və Azərbaycan SSR Lənkəran XDS İcraiyyə Komitəsinin ##.##.1983-cü il tarixli *** saylı torpaq qeydinə əsasən verilmiş 0.06 ha torpaq sahəsinə dair müvafiq qeydin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 1983-cü il tarixli *** saylı “Torpaq qeydi”nə əsasən mərhum əri X6 adına 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin sənədə əsasən mülk altında 78.11 kv.m, həyətyanı torpaq sahəsi isə 600 kv.m. olmuşdur. Bu DƏDRXnin ** saylı Lənkəran ərazi idarəsinin arxiv sənədləri ilə təsdiq olunur. Əri vəfat etdikdən sonra Lənkəran Rayon Aqrar İslahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı ilə səhv olaraq JN-2005 A, KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə həmin torpaq sahəsi 0.05 ha qeyd edilmişdir. Nə Lənkəran Şəhər İcra Hakimiyyətində, nədə arxiv sənədlərdə ## ### 1998-ci il tarixli ** saylı qərar mövcüd deyildir. JN-2005 A KOD ********* saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə isə adı və soyadı, torpaq sahəsinin planı, ölçüsü və qonşu torpaq sərhədləri səhv göstərilmişdir. Mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin ölçüsünün ilkin torpaqayırma sənədlərinə uyğunlaşdırılaraq, torpaq sahəsinə dəyişiklik edilməklə 0.06 ha qeyd edilməklə müvafiq qeydin aparılması xahişi ilə cavabdehə müraciət etmiş, lakin əsassız olaraq bundan imtina edilmişdir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, sənədlərin qanuna müvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, sözügedən 0.05 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd barədə Ərazi idarəsində mövcud olan DBF (siyahı) və DWG (xəritə) məlumatlarında aidiyyəti qeydiyyat aparılmışdır. Belə ki, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı əsasında JN-****A saylı şəhadətnamə üzrə ayrılmış 0.05 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd üzrə 0.05 ha torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı (Amilya Hüseynova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Lənkəran Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində iddia ərizəsində göstərilənlər təkrarlanaraq, məhkəmə tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulduğu qeyd edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə digər iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı (eyni zamanda iddiaçıların nümayəndəsi) X4 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs apellyasiya şikayətini qəbul etməyərək, qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Torpaq islahatı haqqında” Qanun: Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Mülki Prosessual Məcəllənin həmin dövrdə qüvvədə olan redaksiyası (## #### 2011ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti ## #### 2011-ci il №***, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № **, maddə 476) ilə 296-298-ci maddələr çıxarılmışdır) Maddə 296. Ərizənin verilməsi 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. 296.2. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. 296.3. Ərizə bu Məcəllənin 4-cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Maddə 297. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə baxılmalı olan qərarları və hərəkətləri (hərəkətsizliyi) 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində: 297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 297.2.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar; 297.2.2. qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə 298. Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 24. Prosessual müddətlərin bərpa olunması 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən inzibati akt üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakitiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarına görə İddiaçı əri X6 ## #### 1983-cü il tarixli *** nömrəli “Torpaq qeydi” ilə ünvan 1 ünvanında yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi müddətsiz istifadəyə verilmişdir. X6 1992-ci ildə ölmüşdür. Torpaq islahatı zamanı qeyd edilən torpaq sahəsi islahatın obyekti olmuş, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı ilə X7, X8, X4 və X9 mülkiyyətinə 0.05 hektar həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin “Torpaq sahəsinin qaiməsi/sertifikatı/ adlanan hissəsində tikintialtı sahə 193.8 kv.m, suvarılan sahə 344.5 kv.m göstərilmişdir. Sonradan Lənkəran şəhəri, X10 küçəsi, ev 10 ünvanında 0.0538310 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı; 0.0538310 ha torpaq sahəsi üzərində isə İddiaçı, X4, X3 və X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçılar iddia edirlər ki, 1983-cü ildə onlara (ərinə və atalarına) 600 kv.m həyətyanı torpaq sahəsi verildiyi halda, Lənkəran Rayon Aqrar İslahat Komissiyasının ## ### 1998-ci il tarixli ** saylı qərarı ilə 0.05 ha torpaq sahəsi verilmişdir. Hüquqi maraqları Aqrar İslahat Komissiyasının qərarının mübahisələndirilərək, qərar əsasında verilməli olan qalan torpaq sahəsinin verilməsinə yönəlmişdir. İddiaçıların mübahisə açdığı məsələ İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aid olan məsələdir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ** nömrəli ## ##### 2015-ci il tarixli Qərarında əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (Bənd 1.3, 1.4, 2.1, 2.3, 8.6). Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. İddiaçılar AİK-in qərarının mübahisələndirilməsi imkanından ## #### 2011-ci il tarixədək istifadə etməmişdir. ## #### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ## #### 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu baxımdan inzibati orqanlar tərəfindən ## #### 2011-ci ilədək qəbul edilmiş qərarların (sərəncamların) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən, həmin qərarların mübahisələndirilməsi müddəti buraxıldığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyi üçün mümkün sayılmamalıdır. İddiaçılara Aqrar İslahat Komissiyasının qərarı ilə onlara nə qədər torpaq sahəsi ayrılması məlum idi və ya məlum olmalı idi. Əgər mübahisələndirilən qərar ilə hüquqlarının pozulduğunu zənn edirdilərsə, qanunla müəyyən edilən müddət çərçivəsində həmin inzibati aktı mübahisələndirə bilərdilər. Həmçinin, o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin ## ##### 2005-ci il tarixli, *** nömrəli Fərmanına əsasən “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il # #### tarixli *** nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan torpaq islahatı başa çatmış və Dövlət Aqrar İslahat Komissiyasının həmin Fərmanla hüquqi varisi müəyyən edilməmişdir. (Dövlət Aqrar İslahat Komissiyasının hüquqi varisinin müəyyən edilməməsi barədə mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2023cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında da sərgilənmişdir.) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.