Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-102/2024 10.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayonu, Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il, 1 ay, 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi nəzərə alınmaqla ona dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2- 1(120)-757/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayonu, Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il, 1 ay, 25 gün olan müddətin dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün Kürdəmir RİHB-nın Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində onun dövlət qulluğuna ‘‘Dövlət qulluğu haqqında" Qanunun 33.1.12-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. O, 03.Xİ.1977-ci ildə əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq xx.xx.2021-ci ilə kimi işləmişdir. Beş il Ali məktəbdə təhsil almış, 2 il hərbi xidmətdə olmuş. Ümumilikdə 50 ildən çox əmək stajı vardır. Bundan 20 il 4 ay dövlət qulluqçusu kimi xidmət etmişdir. 20 il 4 ay dövlət qulluğu üzrə iş stajının 7 il 1 ay 25 günü Kürdəmir rayon Carlı kənd X9 lcrayə Komitəsinin sədri, 4 il 4 ay 15 gün Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kəndi üzrə nümayəndəsi və 8 il 9 ay 20 gün isə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində çalışmağı olmuşdur. Qanunvericiliyə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. “Əmək peniyaları haqqında" Qanunda dəyişiklik edilməsi barədə Qanun 01 iyun 2017-ci ildə qüvvəyə minməsi ilə əlaqədar dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 il müəyyənləşdirilmişdir. Bununla əlaqədar Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşdirilir. Bu qaydaların 7, 8, 9, və 10-cu bəndləri onun 20 il 4 ay dövlət qulluğunda stajının olmasını sübut edir. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir, 9-cu bəndinə əsasən isə dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabr ayının 18-dək, Sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Qaydaların 7-ci bəndində isə dövlət qulluğunda qulluq stajı hcsablanılarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı, digər dövlət qulluğu vəzifəsinə keçdikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifədəki qulluq stajı, məcburi iş buraxmadövrü, sınaq müddəti, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət, ödənişli məzuniyyət dövrü nəzərə alınır. Bu hesabla qeyd olunan qaydalara əsasən onun dövlət qulluğunda stajının 20 il 4 ay olduğu təsdiq olunur. Bu hal “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.7 və 23.2-ci maddələrinə əsasən onun Dövlət qulluqçusunun əmək pensiyasını almaq hüququnu təsdiq edir. Qeyd olunanları nəzərə alaraq “Əmək pensiyası haqqında” Qanunun 7-ci və “Dövlət Qulluğu haqqında” Qanunun 21.1.7 və 23.2-ci maddələrinə əsasən ona Dövlət qulluğunun əmək pensiyasının təyin olunması barədə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə vermiş və hüquqmüəyyənedici sənədlərin surətlərini ərizəsinə əlavə etmişdir. Bundan sonra cavabdehin işçiləri ondan hüquqmüəyyənedici sənədlərin əslini tələb etmişlər və o, həmin sənədləri cavabdehə göndərmişdir. Bundan sonra cavabdehdən “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2021-ci il tarixli **********5 saylı cavab məktubu ünvanına xx.xx.2021 -ci il tarixdə daxil olmuşdur. Cavabdeh məktubunda imtinanın dövlət qulluğu stajının 15 ildən az 13 il 8 ay 15 gün göstərməklə dövlət qulluğundakı xx.xx.1991-xx.xx.1996-cı illər və xx.xx.2012- xx.xx.2021ci il tarixləri arasındakı dövrlərində iş stajının nəzərə alınması qeyd olunur. Lakin xx.xx.1985- xx.xx.1992-ci illər arasındakı dövrdə Kürdəmir rayonu, Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi 7 il 1 ay 25 gün iş stajı nəzərə alınmamış və həmin illər dövlət qulluğuna aid edilməmişdir və buna dair cavabdeh tərəfindən heç bir açıqlama aparılmamış və izahatı verilməmişdir. Şərhdən aydın olunur ki, o, Carlı kənd XDS- nin İcraiyyə Komitəsinin sədri vəzifəsini icra edərkən SSRİ dövləti ləğv olunmuş, Azərbaycan Respublikası yaranmış, müstəqil olmuş və bu zaman yerli icra orqanı kimi Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd üzrə icra nümayəndəliyi yaranmış və o, birbaşa yeni quruma keçirilərək nümayəndə təyin olunmuş və eyni vəzifə səlahiyyətlərini başqa adla icra etmişdir. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşdirilir. Bu qaydaların 7, 8, 9, və 10-cu bəndləri onun 10 il 2 ay dövlət qulluğunda stajının olmasını sübut edir. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir, 9-cu bəndinə əsasən isə dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabr 18-dək, Sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan SSR-nin Konstitusiyasına əsasən Kənd X9 İcraiyyə Komitəsinin sədr vəzifəsi sovet işçisi sayılmışdır. Qaydaların 7-ci bəndində isə dövlət qulluğunda qulluq stajı hesablamlarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı, digər dövlət qulluğu vəzifəsinə keçdikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifədəki qulluq stajı, məcburi iş buraxmadövrü, sınaq müddəti, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət, ödənişli məzuniyyət dövrü nəzərə alınır. Bu hesabla qeyd olunan qaydalara əsasən onun dövlət qulluğunda stajı 20 il 4 ay olduğu təsdiq olunur. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitutiyasına və digər qanunvericilik Aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Qeyd olunan Qanunun 7.1-ci maddəsinə əsasən pensiya almaq üçün müraciət edənin arzusuna əsasən Dövlət məvacibi onun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 avı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. “Dövlət qulluqçularının pensiya təminatı haqqında“ Qanunun 12.1-ci maddəsinə əsasən Dövlət qulluqçusunun pensiyasının məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.“Əmək pensiyaları haqqında" Qanunun 5.1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının Qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya ləyin edilir. Maddə 34-də göstərilir ki, əmək pensiaysının yaşa görə əmək pensiaysı növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2, 33.1, 38, 45 və 46-cı maddələrini əsas tutaraq Dövlət qulluqçusu kimi xx.xx.1985 - xx.xx.1992-ci il tarixdəki dövrdə Kürdəmir rayonu, Cariı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyim 7 il 1 ay 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi tanınması və bununlada Dövlət qulluğundakı iş stajım 20 il 4 ay müddət ö/ təsdiqini tapdığı üçün ona dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il 1 ay 25 gün olan müddət dövlət qulluğundakı əmək fəaliyyəti olaraq nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud da 18 oktyabr 1991-ci il tarixindən həmin Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda iddiaçının xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Kürdəmir rayon Carlı kənd X9 İcraiyyə Komitəsi və həmin Komitədə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Belə ki, Siyahının 1.17-ci bəndinə əsasən rayon (şəhər) X5 İcraiyyə Komitəsinin aparatında İcraiyyə Komitəsinin sədri vəzifəsi mövcuddur, lakin bu vəzifə yalnız rayon (şəhər) X5 İcraiyyə Komitəsinə aiddir. İddiaçının dövlət qulluğu stajı 15 ildən az müddəti (13 il 8 ay 15 gün (xx.xx.1991xx.xx.1996-cı il və xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) əhatə etdiyindən, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(120)-757/2022 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası Məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğunda olmanın yaş həddinə çatdığım üçün Kürdəmir RİHB-nın Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində mənim dövlət qulluğuma “Dövlət qulluğu haqqında” Qanunun 33.1.12ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Bundan sonra mənim dövlət qulluqçusu kimi pensiya almaq hüququm yarandı. Azərbaycan Respublikasının “Əmək peniyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Məlumat üçün diqqətinizə çatdırıram ki, mən 03.Xİ.1977-Cİ ildə əmək fəaliyyətinə başlamışam və fasiləsiz olaraq xx.xx.2021-ci ilə kimi işləmişəm. Beş il Ali məktəbdə təhsil almışam, 2 il hərbi xidmətdə olmuşam. Ümumilikdə 50 ildən çox əmək stajım vardır. Bundan 20 il 4 ay dövlət qulluqçusu kimi xidmət etmişəm. 20 il 4 ay dövlət qulluğu üzrə iş stajımın 7 İİ1 ay 25 günü Kürdəmir rayon Carlı kənd X9 İcrayə Komitəsinin sədri, 4 il 4 ay 15 gün Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kəndi üzrə nümayəndəsi və 8 il 9 ay 20 gün isə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində çalışmağım olmuşdur. Qanunvericiliyə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. “Əmək peniyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun 01 iyun 2017-ci ildə qüvvəyə minməsi ilə əlaqədar dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 il müəyyənləşdirilmişdir. Bununla əlaqədar bildirirəm ki, Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşdirilir. Bu qaydaların 7, 8, 9, və 10-cu bəndləri mənim 20 il 4 ay dövlət qulluğunda stajımın olmasını sübut edir. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir, 9-cu bəndinə əsasən isə dövlət qulluqçusunun qulluq stajına 1991 -ci il oktyabr ayının 18-dək, Dövlət, Sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Qaydaların 7-ci bəndində isə dövlət qulluğunda qulluq stajı hesablanılarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı, gigər dövlət qulluğu vəzifəsinə keçdikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifədəki qulluq stajı, məcburi iş buraxmadövrü, sınaq müddəti, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət, ödənişli məzuniyyət dövrü nəzərə alınır. Bu hesabla qeyd olunan qaydalara əsasən mənim dövlət qulluğunda stajım 20 il 4 ay olduğu təsdiq olunur. Bundan sonra cavabdehdən “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2021-ci il tarixli **********5 saylı cavab məktubu ünvanıma xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. Cavabdeh məktubunda imtinanın dövlət qulluğu stajının 15 ildən az 13 il 8 ay 15 gün göstərməklə dövlət qulluğundakı xx.xx.1991 - xx.xx.1996-cı illər və xx.xx.2012 - xx.xx.2021-ci il tarixləri arasındakı dövrləridə iş stajımın nəzərə alınması qeyd olunur. Lakin xx.xx.1985-ci illər arasındakı dövrdə Kürdəmir rayonu, Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyim 7 il 1 ay 25 gün iş stajım nəzərə alınmamış və həmin illər dövlət qulluğuna aid edilməmişdir və buna dair cavabdeh tərəfindən heç bir açıqlama aparılmamış və izahatı verilməmişdir. Bundan sonra qeyd olunanları əsas tutaraq, dövlət qulluqçusu kimi xx.xx.1985-ci il tarixdəki dövrdə Kürdəmir rayon Carlı kənd X9 İcrayə Komitəsinin sədri vəzifəsini icra etdiyim 7 il 1 ay 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi tanınması və bununlada dövlət qulluğundakı iş stajımın 20 il 4 ay müddət öz təsdiqini tapdığı üçün mənə dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi verdim. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-21/2023 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(120)-757/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilmişdir. Kassasiya instansiyası Məhkəməsində icraat İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona xx.xx.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət qulluğunda olmanın yaş həddinə çatdığım üçün Kürdəmir RİHB-nın Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində mənim dövlət qulluğuma “Dövlət qulluğu haqqında” Qanunun 33.1.12-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Bundan sonra mənim dövlət qulluqçusu kimi pensiya almaq hüququm yarandı. Azərbaycan Respublikasının “Əmək peniyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Məlumat üçün diqqətinizə çatdırıram ki, mən Xİ.1977-Cİ ildə əmək fəaliyyətinə başlamışam və fasiləsiz olaraq xx.xx.2021-ci ilə kimi işləmişəm. Beş il Ali məktəbdə təhsil almışam, 2 il hərbi xidmətdə olmuşam. Ümumilikdə 50 ildən çox əmək stajım vardır. Bundan 20 i! 4 ay dövlət qulluqçusu kimi xidmət etmişəm. 20 il 4 ay dövlət qulluğu üzrə iş stajımın 7 il 1 ay 25 günü Kürdəmir rayon Carlı kənd X9 İcrayə Komitəsinin sədri, 4 il 4 ay 15 gün Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kəndi üzrə nümayəndəsi və 8 il 9 ay 20 gün isə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifələrində çalışmağım olmuşdur. Qanunvericiliyə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. “Əmək peniyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun 01 iyun 2017-ci ildə qüvvəyə minməsi ilə əlaqədar dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 il müəyyənləşdirilmişdir. Bununla əlaqədar təkrarən bildirirəm ki, Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalarla müəyyənləşdirilir. Bu qaydaların 7, 8, 9, və 10-cu bəndləri mənim 20 il 4 ay dövlət qulluğunda stajımın olmasını sübut edir. Qaydaların 10-cu bəndinə əsasən dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir, 9-cu bəndinə əsasən isə dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabr 18-dək, Sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan SSR-nin Konstitusiyasına əsasən Kənd X9 İcraiyyə Komitəsinin sədr vəzifəsi sovet işçisi sayılmışdır. Qaydaların 7-ci bəndində isə dövlət qulluğunda qulluq stajı hesablanılarkən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı, gigər dövlət qulluğu vəzifəsinə keçdikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifədək! qulluq stajı, məcburi iş buraxmadövrü, sınaq müddəti, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ödənişli məzuniyyət dövrü nəzərə alınır. Bu hesabla qeyd olunan qaydalara əsasən mənim dövlət qulluğunda stajım 20 il 4 ay olduğu təsdiq olunur. Bundan sonra cavabdehdən “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2021-ci il tarixli **********5 saylı cavab məktubu ünvanıma 01,10.2021-ci il tarixdə daxil olmuşdur. Cavabdeh məktubunda imtinanın dövlət qulluğu stajının 15 ildən az 13 il 8 ay 15 gün göstərməklə dövlət qulluğundakı xx.xx.1991 - xx.xx.1996-cı illər və xx.xx.2012 - xx.xx.2021-ci İl tarixləri arasındakı dövrləridə iş stajımın nəzərə alınması qeyd olunur. Lakin xx.xx.1985 - xx.xx.1992-ci illər arasındakı dövrdə Kürdəmir rayonu, Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyim 7 il 1 ay 25 gün iş stajım nəzərə alınmamış və həmin illər dövlət qulluğuna aid edilməmişdir və buna dair cavabdeh tərəfindən heç bir açıqlama aparılmamış və izahatı verilməmişdir. Bundan sonra qeyd olunanları əsas tutaraq, dövlət qulluqçusu kimi xx.xx.1985-xx.xx.1992-ci il tarixdəki dövrdə Kürdəmir rayon Carlı kənd X9 İcrayə Komitəsinin sədri vəzifəsini icra etdiyim 7 il 1 ay 25 gün olan müddət dövlət qulluqçusunun iş stajı kimi tanınması və bununlada dövlət qulluğundakı iş stajımın 20 il 4 ay müddət öz təsdiqini tapdığı üçün mənə dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi öhdəliyinin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi verdim. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)- 757/2022 saylı qərarı ilə iddia tələbim təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1076/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-21/2023 nömrəli qərarı ləğv edilərək təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası Məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinə “hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə yeni iddia tələbi icraata qəbul edilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; ... 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) – dövlət orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla təsnifləşdirilməsi; ... 1.1.7. dövlət qulluğu vəzifəsi – dövlət orqanının Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.7. inzibati və yardımçı vəzifələrin təsnifatı – dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə alınmaqla təsnifləşdirilməsi; 1.1.8. dövlət qulluğunun inzibati vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.9. dövlət qulluğunun yardımçı vəzifəsi – dövlət orqanının struktur bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi; 1.1.10. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu – inzibati və yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahı; ... 1.1.22. vəzifə təlimatı – dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd; ... Maddə 17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. ... Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”
3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və ya İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu tətbiq edilənədək dövlət orqanlarında mövcud olmuş qulluqçu və kiçik xidmətedici (xidmət) heyətin vəzifələri bu Siyahının 1-ci və 2-ci bəndlərində göstərilən müvafiq dövlət orqanlarının Təsnifat Toplusunda göstərilən yardımçı vəzifələrinə uyğundur.
“İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman tələbi xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayonu, Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyi 7 il, 1 ay, 25 gün olan müddətin dövlət qulluqçusunun əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1985-xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsini icra etdiyini və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olduğunu bildirsə də, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na həmin vəzifə daxil olmadığı üçün həmin müddət dövlət qulluğu hesab edilmir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli, 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli, 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Lakin iddiaçının xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayon Carlı kənd X11 İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılması qeyd edilən qərarda nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarına əlavə edilmiş iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1977- xx.xx.2021-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. (xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə işlədiyi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri, xx.xx.1992-xx.xx.1996-ci ilədək Kürdəmir rayon İcra hakimiyyəti Başçısının Carlı kəndi üzrə nümayəndəsi vəzifəsində, xx.xx.2000xx.xx.2009-cu ilədək Kürdəmir rayon Quşlar bələdiyyəsinin seçkilər üzrə Quşlar bələdiyyəsinin sədri vəzifəsində, xx.xx.2012-xx.xx.2021-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləmişdir.) İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə X12 şəxsinin 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 161 nömrəli və arayışından görünür ki, İddiaçı Kürdəmir rayonu, Quşlar kəndində yaşayır.Təqaüdçüdür. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 45 nömrəli məktubundan görünür ki, İddiaçı 2019-2021-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərinin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 187 nömrəli sərəncamına əsasən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən İddiaçı dövlət qulluğuna 2021-ci il 05 avqust tarixdən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16/03/2-878/11-2-55-6/2023 nömrəli məktubundan görünür ki, Kənd X5 icraiyyə komitəsinin sədri vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi hesab olunur və bu vəzifə hazırda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə uyğundur. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-56-16/2-81/2023 nömrəli məktubundan görünür ki, yerli XDS və onun İcraiyyə Komitələri həmin dövrdə (1985-1992) müstəqil olmuş və səlahiyyət dairələri daha geniş olmuşdur. Hazırda həmin səlahiyyətlərin əksəriyyəti rayon İcra Hakimiyyəti Başçılarının səlahiyyətlərinə daxil edilmiş və həmin dövrün əsas qanununa əsasən kənd XDS İcraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılırdı. İş materiallarında olan Kürdəmir rayon Dövlət Arxiv İdarəsinin 04 dekabr 2023-cü il tarixli, 3-48-25RA/2-82/2023 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Carlı kənd Kənd X5 icraiyyə komitəsinin xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək İddiaçı işləməsi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir. İşin müəyən edilmiş faktiki hallarına görə iddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1992-ci il tarixinə kimi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-ci il tarixinədək Kürdəmir rayon İcra hakimiyyəti Başçısının Carlı kəndi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. O, həmin dövrlərin dövlət qulluqçusu vəzifəsi kimi nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçının xx.xx.1985-ci il xx.xx.1992-ci illərdə Kürdəmir rayon Carlı kənd X11 İcraiyyə Komitəsinin sədri vəzifəsinin işlədiyi vəzifəsinin dövlət qulluğu vəzifəsinə uyğun olmadığını əsas gətirərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin mübahisəli dövrlərin dövlət qulluqçusu vəzifəsi kimi nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının hüquqi marağı iddiaçının hüquqi marağı və nail olmaq istədiyi məqsəd onun xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kürdəmir rayon Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajı kimi nəzərə alınmasından və bunun üzərindən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının və qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsindən ibarətdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Bu zaman nəzərə alınmalıdır ki, hazırkı mübahisənin həlli məhz iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi Kürdəmir rayon Carlı kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsinin dövlət qulluğu vəzifəsinə aid olduğunun məhkəmə tərəfindən müəyyən edilməsinə bağlıdır. Bu məqsədlə kənd X9 İcraiyyə Komitələrinin mövcud olduğu və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan, onların təşkilati-hüquqi və funksional statusunu müəyyən edən normativ əsaslardan çıxış etmək lazımdır. Belə ki, 1978-ci il aprelin 21-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilmiş Azərbaycan Sovet Sosisalist Respublikasının Konstitusiyasının 137-ci maddəsinə əsasən X14 Vilayətində, rayonlarda, şəhərlərdə, şəhərlərdəki rayonlarda, qəsəbələrlə, kənd yaşayış məntəqələrində dövlət hakimiyyəti orqanları müvafiq xalq deputatları Sovetləridir. Həmin Konstitusiyanın 138-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetləri ümumdövlət mənafeyini və Sovetin ərazisində yaşayan vətəndaşların mənafeyini əsas tutaraq yerli əhəmiyyəti olan bütün məsələləri həll edir, yuxarı dövlət orqanlarının qərarlarını həyata keçirir, aşağı xalq deputatları Sovetlərinin fəaliyyətinə rəhbərlik edir, respublika və Ümumittifaq əhəmiyyətli məsələlərin müzakirəsində iştirak edir, bu məsələlər barəsində öz təkliflərini verirlər. Həmin Konstitusiyanın 139-cu maddəsinə əsasən yerli xalq deputatları Sovetləri özlərinin səlahiyyəti daxilində öz ərazilərində kompleks iqtisadi və sosial inkişafı təmin edirlər; həmin ərazidə yerləşən və yuxarı orqanlara tabe olan müəssisə, idarə və təşkilatlar tərəfindən qanunlara əməl olunmasına nəzarət edirlər; torpaqdan istifadə, təbiətin mühafizəsi, tikinti, əmək ehtiyatlarından istifadə, xalq istehlakı malları istehsalı, əhaliyə sosial-mədəni xidmət, məişət xidməti və digər xidmət sahəsində onların fəaliyyətini əlaqələndirir və bu fəaliyyətə nəzarət edirlər. Həmin Konstitusiyanın 140-cı maddəsinə əsasən X14 Vilayəti X5, rayon, şəhər, şəhərlərdə rayon xalq deputatları Sovetlərinin sessiyaları onların icraiyyə komitələri tərəfindən ildə azı dörd dəfə çağırılır. Qəsəbə və X13 Sovetlərinin sessiyaları onların icraiyyə komitələri tərəfindən ildə azı altı dəfə çağırılır. Həmin Konstitusiyanın 141-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetləri SSR İttifaqı, Azərbaycan SSR qanunvericiliyi ilə onların MSSR-də isə həmçinin Naxçıvan MSSR qanunları ilə onlara verilmiş səlahiyyət daxilində qərarlar qəbul edirlər. Həmin Konstitusiyanın 142-ci maddəsinə əsasən aşağı Sovetlərin fəaliyyətinə rəhbərlik edən yerli xalq deputatları Sovetləri, aşağı sovetlərin aktları qanunvericiliyə uyğun gəlmədikdə, bu aktları ləğv etmək hüququna malikdirlər. Həmin Konstitusiyanın 143-cü maddəsinə əsasən X14 X8 Soveti, rayon, şəhər, şəhərlərdə rayon, X13 Sovetləri yerli Sovetlərin səlahiyyətinə aid məsələləri qabaqcadan nəzərdən keçirib hazırlamaq üçün, habelə Sovetlərin qərarlarının həyata keçirilməsinə kömək etmək dövlət orqanlarının, müəssisə, idarə və təşkilatların fəaliyyətinə nəzarət etmək üçün deputatlardan daimi komissiyalar seçirlər. Yerli Sovetlərin daimi komissiyalarının tövsiyələri müvafiq dövlət orqanları və ictimai orqanlar, müəssisə idarə və təşkilatlar tərəfindən hökmən nəzərdən keçirilməlidir. Bunların nəzərdən keçirilməsi iri və ya görülən tədbirlər haqqında komissiyalara müəyyən edilmiş müddətdə məlumat erilməlidir. Həmin Konstitusiyanın 144-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetləri özlərinin fəaliyyətini ictimai təşkilatlarla və əmək kollektivləri ilə sıx əlaqədə həyata keçirir, ən mühüm məsələləri vətəndaşların müzakirəsinə verib onları daimi komissiyaların, icraiyyə komitələrinin və Sovetlərə hesabat verməli olan başqa orqanların işinə cəlb edir, yerli, könüllü cəmiyyətlərin işinə kömək göstərir və əhalinin ictimai özfəaliyyətini inkişaf etdirirlər. Həmin Konstitusiyanın 145-ci maddəsinə əsasən X14 Vilayəti X5, rayon, şəhər, şəhərlərdə, rayon, qəsəbə və X13 Sovetlərinin icra və sərəncam orqanları Sovetlərin sədrdən, sədr müavinlərindən, katibdən və üzvlərdən ibarət tərkibdə deputatlardan seçdikləri icraiyyə komitələridir, İcraiyyə komitələri onları seçmiş Sovetlər qarşısında, habelə əmək kollektivlərinin yığıncaqlarında və vətəndaşların yaşayış yerlərində ildə azı bir dəfə hesabat verirlər. Həmin Konstitusiyanın 146-cı maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri onları seçmiş Sovetlərin və yuxarı dövlət hakimiyyəti və idarə orqanlarının qərarlarına əsasən müvafiq Sovetlərin ərazisində dövlət, təsərrüfat quruculuğuna və sosial-mədəni quruculuğa rəhbərlik edirlər. Həmin Konstitusiyanın 147-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri öz səlahiyyəti daxilində qərarlar qəbul edir və sərəncamlar verirlər. Həmin Konstitusiyanın 148-ci maddəsinə əsasən Xalq deputatları Sovetlərinin icraiyyə komitələri aşağı xalq deputatları Sovetləri icraiyyə komitərlərinin qərar və sərəncamlarını ləğv etmək hüququna malikdirlər. Həmin Konstitusiyanın 149-cu maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin vəkalət müddəti qurtardıqda, onların icraiyyə komitələri yeni çağırış xalq deputatları Sovetləri tərəfindən icraiyyə komitələri seçilənədək öz səlahiyyətini saxlayırlar. Həmin Konstitusiyanın 150-ci maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri həm onları seçmiş Sovetə, həm də yuxarı icra və sərəncam orqanına bilavasitə hesabat verirlər. Həmin Konstitusiyanın 151-ci maddəsinə əsasən İcraiyyə komitələrinin şöbə və idarələri X14 X8 soveti rayon, şəhər, şəhərlərdə rayon xalq deputatları Sovetləri tərəfindən təşkil edilir və özlərinin fəaliyyətində həm sovetlərə və onların icraiyyə komitələrinə, həm də müvafiq yuxarı dövlət idarə orqanlarına tabedirlər. Yerli xalq deputatları Sovetləri icraiyyə komitələrinin şöbə və idarələrinin siyahısı və onların təşkili qaydası SSR İttifaqı, Azərbaycan SSR qanunvericiliyi ilə, Naxçıvan MSSR-in yerli Sovetləri üçün i isə həmçinin Naxçıvan MSSR qanunvericiliyi ilə müəyyən edilir. Yuxarıda qeyd edilən hüquq normalarından göründyü kimi rayonlarda, şəhərlərdə, şəhərdəki rayonlarda, qəsəbələrdə, kənd yaşayış məntəqələrində dövlət hakimiyyət orqanları müvafiq xalq deputatları Sovetləridir. Yəni, kənd yaşayış məntəqlərində olan xalq deputatları Sovetləri dövlət hakimiyyət orqanları hesab olunur. Həmçinin müəyyən edilmişdir ki, X13 Sovetlərinin icra və sərəncam orqanları Sovetlərin sədrdən, sədr müavinlərindən, katibdən və üzvlərdən ibarət tərkibdə deputatlardan seçdikləri icraiyyə komitələridir. Qeyd edilən hüquq normalarından görünür ki, həmin dövrün dövlət hüquq normalarına və idarəçilik sisteminin təşkili prinsiplərinə əsasən Kürdəmir rayon Carlı kənd X9 İcraiyyə Komitəsi dövlət idarəçiliyi sahəsində dövlətin funksiyalarını və vəzifələrini həyata keçirən idarəçilik orqanlarının vahid sisteminə aid edilmiş və icra orqanı statusuna malik olmuşdur. Başqa sözlə, hüquq normalarına görə yalnız rayon, şəhər, şəhərdəki rayon və qəsəbələrdə deyil, kənd yaşayış məntəqələrində olan xalq deputatları Sovetləri və icraiyyə komitələri də dövlət hakimiyyət orqanları hesab olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, iddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1992-ci il tarixinə kimi Kürdəmir rayonu, Carlı kəndi X11 İcraiyyə Komitəsinin sədri vəzifəsində işlədiyindən və həmin vəzifə yuxarıda qeyd edilən əsas Qanuna (Konstitusiyaya) görə dövlət hakimiyyət orqanı hesab olunduğundan onun həmin vəzifəsi dövlət qulluqçusu vəzifəsi kimi qəbul edilməlidir. Bundan başqa, Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhəməsinin qərarında əks olunan göstərişlərə uyğun araşdırma aparılmış və aşağıdakı hallar müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-16/03/2-878/11-2-55-6/2023 nömrəli məktubundan görünür ki, Kənd X5 icraiyyə komitəsinin sədri vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi hesab olunur və bu vəzifə hazırda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə uyğundur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Carlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-56-16/2- 81/2023 nömrəli məktubundan görünür ki, yerli XDS və onun İcraiyyə Komitələri həmin dövrdə (1985-1992) müstəqil olmuş və səlahiyyət dairələri daha geniş olmuşdur. Hazırda həmin səlahiyyətlərin əksəriyyəti rayon İcra Hakimiyyəti Başçılarının səlahiyyətlərinə daxil edilmiş və həmin dövrün əsas qanununa əsasən kənd XDS İcraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılırdı. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Dövlət Arxiv İdarəsinin 04 dekabr 2023-cü il tarixli, 3-48-25RA/2-82/2023 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Carlı kənd Kənd X5 icraiyyə komitəsinin xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək İddiaçı işləməsi barədə əmək haqqı cədvəlləri aşkar edilmişdir. Beləliklə də iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Kənd X5 icraiyyə komitəsinin sədri vəzifəsi dövlət qulluğunun inzibati vəzifəsi hesab olunur və bu vəzifə hazırda yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə uyğundur. Həmçinin müəyyən edilmişdir ki, yerli XDS və onun İcraiyyə Komitələrinin səlahiyyətlərinin əksəriyyəti hazırda rayon İcra Hakimiyyəti Başçılarının səlahiyyətlərinə daxil edilmiş və həmin dövrün əsas qanununa əsasən kənd XDS İcraiyyə Komitəsinin aparatındakı vəzifələri icra etmiş şəxslər sovet işçisi sayılmışdır. Həmçinin İddiaçı Kürdəmir rayonu Carlı kənd Kənd X5 icraiyyə komitəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işləməsinə dair əmək haqqı cədvəlləri aşkar edilmişdir. Bundan başqa iş üzrə materiallardan da görünür ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, iddiaçı icra hakimiyyəti orqanı kimi yeni yaradılan Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Carlı kəndi üzrə nümayəndəliyinə icra nümayəndəsi təyin olunmuş və cavabdeh həmin vəzifəni mübahisəsiz şəkildə dövlət qulluqçusu vəzifəsi kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir. Bununla yanaşı obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməlid idi. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırlmasını təmin edən həcmdə araşdırma aparılmamışdır. Nəzərə almaq lazımdır ki, kənd X9 İcraiyyə Komitəsinin sədri vəzifəsinin istinad olunan Siyahıda nəzərdə tutulmaması və həmin vəzifəyə münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunlaşdırmanın aparılmaması kənd X9 İcraiyyə Komitəsinin dövlət orqanı və həmin vəzifənin dövlət qulluğu vəzifəsi olmadığı anlamına gəlmir və bu məzmunda qiymətləndirilə bilməz. Beləliklə də işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(120)-757/2022 saylı qərarı ləğv edilərək iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(120)-757/2022 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.