Məhkəmə qərarları › İş №2-1(106)-1021/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-1021/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-1021/2025 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Savalanlı Aysel Əbdül qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)- 3787/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “doğum akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) xx.xx.2025-ci il tarixli, 2-1(120)- 3787/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanuna ziddi sayıla bilməz. Belə ki, ad və soyadının növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Eyni zamanda, məhkəmə tərəfindən bildirilir ki, hazırkı iş üzrə adının əvvəlki ad ilə, soyadın əvvəlki soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İddiaçı iddia tələbində barəsində akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qeyd etsə də, iş materiallarından və iddiaçının cavabdehə müraciət ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı adının əvvəlki ad ilə, soyadın əvvəlki soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsindən ibarətdir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Doğum akt qeydində soyadının “Əliyev”, adın Namiq kimi qeyd edilməsini arzu edir. xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olarkən valideynləri ona doğum haqqında şəhadətnamə almışlar, doğum akt qeydində X1 qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət edərək soyadı və adını “İddiaçı” kimi dəyişdirilərək qeyd edilməsini xahiş etmişdir. Bununla da soyad və adın dəyişdirilərək doğum akt qeydində “İddiaçı” kimi yazılmışdır. 2023-cü il tarixdə doğum akt qeydində ad və soyadın dəyişilərək adı “Namiq”, soyadı “Savalanov” kimi qeyd edilmişdir. Lakin onun şəxsiyyət vəsiqəsindən başqa digər sənədlərində ad və soyad qrafasında heç bir dəyişiklik olmamışdır. Hal-hazırda da bütün sənədlərində ad və soyadı İddiaçı kimi qeyd edilməkdədir. O, İddiaçı doğum akt qeydində soyadının “Əliyev”, adının “Namiq” kimi qeyd edilməsini arzu edir. Bu səbəbdən də, o, doğum akt qeydində düzəliş aparılaraq soyadının “Savalanov” kimi yox “Əliyev” kimi, adının isə “Çingiz” kimi yox “Namiq” kimi qeyd edilməsi üçün Cavabdehnə rəsmi qaydada müraciət etmişdir, ərizədə qeyd etmişdir ki, İddiaçı doğum akt qeydində düzəliş aparılaraq soyadının və adının Əliyev Namiq kimi qeyd edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cavabdeh İddiaçı ünvanlanmış məktubda aşağıdakılar bildirilmişdir ki, soyadı və adı xx.xx.2023-cü il tarixdə Cavabdehndə “Əliyev Namiq”dən “İddiaçı”ə dəyişdirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarına əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsi nəzərdə tutulmamışdır. İş materialarında olan Azərbaycan Respublikası Ağcabədi Rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı 60/2-16709/25 nömrəli xx.xx.2025-cı il tarixli məktubunda göstərilmişdir ki, məktubda adı qeyd edilən İddiaçı Ağcabədi RPŞ-i tərəfindən heç bir şəxsiyyət vəsiqəsi verilməmişdir. İddiaçı barəsində heç bir təqsirləndirici materialın (sadələşdirilmiş icraat materialının, cinayət işinin və s) olması RPŞ-də aşkar olunmamışdır . İş materialarında olan Azərbaycan Respublikası Cavabdeh 3-16-5/8-723/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı doğum, soyadın, adın və ata adının dəyişdirilməsi, bacı qardaşlarının doğum, anasının öülm haqqında akt qeydləri və müraciəti ilə bağlı ərizə və ərizəyə əlavə edilmiş sənədlərin kserosurətləri göndərilir. İş materiallarında olan AA4806169 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyətinin Baçşısının şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-30-1/2-224/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdehnə qarşı "adın və soyadın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair iş ilə bağlı araşdırma aparılmışdır. Qeyd olunan inzibati işlə bağlı məlum edir ki, həqiqətən İddiaçı xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5-ci bəndinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1-cı bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İstinad olunan “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarından göründüyü kimi, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə ad və soyadının dəyişdirilməsi hüququ verilmişdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Sonradan ərizə ilə Cavabdehnə müraciət edərək, xx.xx.2023-cü il tarixdə “Namiq” adından “Çingiz” adına, “Əliyev” soyadından “Savalanov” soyadına dəyişdirmişdir və bu barədə Azərbaycan Respublikası Cavabdeh tərəfindən şəhadətnamə tərtib edilmişdir. Sonradan iddiaçı cavabdeh orqana müraciət edərək, soyadının yenidən əvvəlki soyada və adının əvvəlki ada dəyişdirilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı iddia tələbində barəsində akt qeydində düzəliş edilərək adının “Namiq”, soyadının “Əliyev” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qeyd etsə də, iş materiallarından və iddiaçının cavabdehə müraciət ərizəsindən görünür ki, iddiaçının hüquqi marağı adının əvvəlki ad ilə, soyadın əvvəlki soyad ilə, yəni ikinci dəfə dəyişdirilməsindən ibarətdir. Cavabdeh tərəfindən iddiaçının tələbinə edilmiş imtina qanunazidd sayıla bilməz. Belə ki, ad, soyadının növbəti dəfə dəyişdirilməsi ilə qanunverciliyin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın) nəzərdə tutulduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Kollegiya iddiaçının “Çingiz” adından “Namiq” adına dəyişdirilməsi üçün, o cümlədən, şəxsiyyət vəsiqəsindən başqa digər sənədlərdə “Namiq” adı, soyadı “Əliyev” yazıldığı üçün müxtəlif problemlərlə üzləşməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla adının dəyişdirilərək “Namiq” adına, soyadının isə “Əliyev” soyadına dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Digər təərəfdən belə sübutlar adın, soyadın və ya ata adının ilk dəfə dəyişdirilməsi üçün müraciət edildikdə əhəmiyyət kəsb edir. İddiaçı hal-hazırda ad və soyadının ikinci dəfə dəyişdirilməsi üçün müraciət etdiyindən yeganə zəruri hal “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş halların olmasıdır ki, belə hallar da mövcud deyil. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-3787/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar