Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-1023/2025 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının, onun vəkili Vəkil Natiq oğlunun, üçüncü şəxs X3, onun vəkili Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 2-1(120)-1333/20** nömrəli qərarından üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X7 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı qeydin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz əmlakın Dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmış 801013000124-***** reyestr nömrəli çıxarışın 0,33 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi, mülkiyyət hüquqları JN-016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## ####### 2025-ci il tarixli, 2- 1(120)-1333/20** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Astara şəhəri, A.Məmmədov küçəsində yerləşən, 0,36 hektar torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında yeddi nəfər (Qəribxan Əliyev də olmaqla) mülkiyyətçiyə məxsusdur. Bu barədə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X4 ## ##### 2005-ci il tarixdə, anaları Əliyeva Surayə Pənah qızı ## ##### 2012-ci il tarixdə, bacıları X5 isə ## ###### 2020-ci il tarixdə vəfat etmişdir. X3 ilə paylı mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, Astara şəhəri, A.Məmmədov küçəsində yerləşən 136,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə aid olan çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində * nömrəli kitabının ** nömrəli vərəqəsində qeydiyyata alınmış) səhvən 0,33 hektar torpaq sahəsi də göstərilmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında ## ###### 2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Astara rayon dövlət notariat kontoru tərəfindən ## ###### 2004-cü ildə təsdiq edilən və reyestrdə 2-V-1-61 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən ## ##### 2005-ci ildə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Astara şəhəri, S.Vurğun küçəsi ** saylı evdə yaşayan oğlu X3r. Vəsiyyətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən * nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2006-cı ildə qeydiyyata alınan, reyestr 801013000124-*****, qeydiyyat nömrəsi – 220601786 olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH-******* saylı Çıxarışa və ## ####### 2007-ci il tarixli *** saylı arayışa əsasən mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət ** saylı fərdi yaşayış evinin məcburi pay paydan əlavə çatan hissəsindən ibarət olmuşdur. Lakin cavabdeh inzibati orqan vərəsəlik üzrə qeydə alınmalı hüququlardan kənara çıxaraq 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət ** saylı fərdi yaşayış evinin məcburi paydan əlavə çatan hissəsində qeydiyyat aparmalı olduğu halda 0,33 ha torpaq sahəsinə də mənzilə uyğun paylara bölməklə qeydiyyat aparmışdır. Yəni 0,33 ha torpaq sahəsi ümumilikdə (mərhuma məxsus hissə istisna olamaqla) miras kütləyə daxil olmamışdır. Qərardan üçüncü şəxs X3 apellyasiya şikayəti vermişdir. İşin halları İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Astara şəhəri, A.Məmmədov küçəsində yerləşən, 0,36 hektar torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında yeddi nəfər (Qəribxan Əliyev də olmaqla) mülkiyyətçiyə məxsusdur. Bu barədə Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X4 ## ##### 2005-ci il tarixdə, anaları Əliyeva Surayə Pənah qızı ## ##### 2012-ci il tarixdə, bacıları X5 isə ## ###### 2020-ci il tarixdə vəfat etmişdir. X3 ilə paylı mülkiyyətin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, Astara şəhəri, A.Məmmədov küçəsində yerləşən 136,3 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə aid olan çıxarışda (daşınmaz əmlakın dövlət reyestrində * nömrəli kitabının ** nömrəli vərəqəsində qeydiyyata alınmış) səhvən 0,33 hektar torpaq sahəsi də göstərilmişdir. Ona görə də iddiaçının mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Bununla bağlı o, cavabdeh təşkilata müraciət etmiş, cavabdeh fərdi yaşayış evinin qeydiyyatı aparılan zaman texniki səhvə yol verildiyini bildirmişdir. Cavabdehin iddiaya qarşı konkret və əsaslı etiraz dəlilləri təqdim etməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən onun mülkiyyət hüquqları nəzərə almamış və qərar maddi və prosessual normaların tələblərinin pozulması ilə nəticələnmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının müvafiq qəraradı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Lənkəran Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclaslarında üçüncü şəxs və vəkili şikayəti müdafiə etmişlər, üçüncü şəxsin vəkili əlavə olaraq bildirmişdir ki, AİK-nın qərarı ilə verilmiş 0.33 ha torpaq sahəsi ümumi birgə mülkiyyətdə olub, təmsil etdiyi şəxsə verilmiş çıxarışda da haqlı olaraq, ev paylara bölünmüş, torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. İddiaçı və vəkili şikayətin dəlillərini qəbul etməmişlər, vəkil bildirmişdir ki, çıxarışda torpaq sahəsinin bölgüsü göstərilməmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirmişdir ki, mübahisələndirilən çıxarışda bölgü həm fərdi yaşayış evinə, həm də torpaq sahəsinə münasibətdə aparılmışdır. Həmçinin iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Daşınmaz əmlakın Dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində aparılmış 801013000124-***** reyestr nömrəli qeydin 0,33 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli, *-**-*-**/*-Ə-****/*/**** nömrəli məktubunda bildirilir ki, ünvan 3 saylı ünvanında yerləşən fərdi yaşayış evinin 0.36 ha torpaq sahəsinə Astara rayon Aqrar İslahat Komissiyasının ##.##.1999-cu il tarixli, ** saylı qərarı ilə onun və ailə üzvlərinin adına JN-***A nömrəli Şəhadətnamə işlənilmişdir. Sözügedən fərdi yaşayış evinin qeydiyyatı aparılan zaman texniki səhv nəticəsində torpaq sahəsi yalnız atası X9 adına verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hal-hazırki mülkiyyətçi ilə aralarında olan mübahisə səbəbindən buraxılmış texniki səhvin Ərazi İdarəsi tərəfindən düzəlişi mümkün olmamışdır, odur ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-***A nömrəli, (KOD 80101004) seriyalı Şəhadətnamənin surətindən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının ## #### 1999-cu il tarixli, ** saylı qərarı ilə X8 və ailə üzvləri X1, X5, X7, X2, X3, X6 mülkiyyətinə 0,36 hektar həyətyanı sahəsi verilmişdir. -Astara Rayon Məhkəməsinin *-***/**** nömrəli, ## #### 2006-cı il tarixli Qətnaməsinə əsasən ərizəçi X3 ərizəsi təmin edilərək, Astara şəhəri, S.Vurğun küçəsi 25-də yerləşən 1971ci ildə tikilmiş 114,23 kv.metr yaşayış sahəsi olan otaq və eyvandan ibarət evin mərhum X9 mülkiyyət hüququ üzrə daşınmaz əmlakına sahiblik, ondan istifadə və onun barəsində sərənvcam vermək faktının müəyyən edilməsi qət edilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Astara şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.m yaşayış, 60.2 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi – 801013000124-*****; qeydiyyat nömrəsi – 220601786; qeydiiyat tarixi – ##.##.2006-cı il. -Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında ## ###### 2007-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, Astara rayon dövlət notariat kontoru tərəfindən ## ###### 2004-cü ildə təsdiq edilən və reyestrdə 2-V-1-61 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən ## ##### 2005-ci ildə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Astara şəhəri, S.Vurğun küçəsi ** saylı evdə yaşayan oğlu X3r. Vəsiyyətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən * nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2006-cı ildə qeydiyyata alınan, reyestr 801013000124-*****, qeydiyyat nömrəsi–220601786 olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH-******* saylı çıxarışa və ## ####### 2007-ci il tarixli *** saylı arayışa əsasən mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət ** saylı fərdi yaşayış evinin məcburi pay paydan əlavə çatan hissəsindən ibarətdir. -Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən ## ###### 2007-ci il tarixli Şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32-ci maddəsinə əsasən ## ##### 2005-ci ildə vəfat etmiş X10 qalmış Astara şəhəri, S.Vurğun küçəsi 25-də yaşayan arvadı – Əliyeva Surayə Pənah qızının nikah müddətində əldə etdikləri ümumi birgə əmlakının ½ hissəsində mülkiyyət hüququ vardır. Əliyeva Surayə Pənah qızına mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak – Azərbaycan Respublikası DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən * nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2006-cı ildə qeydiyyata alınan, reyestr 801013000124-*****, qeydiyyat nömrəsi – 220601786 olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH-******* saylı Çıxarışa və ## ####### 2007-ci il tarixli *** saylı arayışa əsasən mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət ** saylı fərdi yaşayış evinin ikidə bir hissəsindən ibarətdir. -Qanun üzrə vərəsəlik hüququ haqqında ## ###### 2007-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən təsdiq edilmişdir ki, ## ##### 2005-ci ildə vəfat etmiş X10 vərəsələri: ünvan 3 saylı evdə yaşayan arvadı Əliyeva Surayə Pənah qızı və həmin evdə yaşayan övladları: X3, X7, X2,X6 və X5 miras əmlakdan 1/24 hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak – Azərbaycan Respublikası DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən * nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2006-cı ildə qeydiyyata alınan, reyestr 801013000124-*****, qeydiyyat nömrəsi – 220601786 olan, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH-******* saylı Çıxarışa və ## ####### 2007-ci il tarixli *** saylı arayışa əsasən mərhuma məxsus olmuş, Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.metr yaşayış, 60.2 kv.metr köməkçi sahədən ibarət ** saylı fərdi yaşayış evinin məcburi pay paydan əlavə çatan hissəsindən ibarətdir. Göstərilən miras əmlakın qalan hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında və mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. -X8 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində * nömrəli reyesyr kitabının ** nömrəli vərəqindən MH seriyalı, ******* nömrəli Çıxarışının surətindən görünür ki, Astara şəhəri, Səməd Vurğun küçəsində mülkiyyətində olan 0.33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.m yaşayış, 60.2 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 1/24 hissə, X3 7/24 hissə, X5 1/24 hissə, X6 1/24 hissə, X7 oğlunun 1/24 hissə, Əliyeva Surayə Pənah qızının 13/24 hissə adlarına qeydə alınmışdır. -## ###### 2009-cu il tarixli Müqavilənin surətindən görünür ki, Əliyeva Surayə Pənah qızı Azərbaycan Respublikası DƏDRX-nin Lənkəran şəhər Ərazi İdarəsi tərəfindən * nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınan ##.##.2008-ci il tarixli, qeydiyat nömrəsi 220801432, reyestr nömrəsi 801013000124-*****, Seriya MH-******* nömrəli çıxarışa ## ##### 2008-ci ildə verilmiş **/*/*** saylı arayışıa əsasən ona məxsus olan Astara şəhəri, S.Vurğun küçəsində mülkiyyətində olan 0.33 torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 79.1 kv.m yaşayış, 60.2 kv.m köməkçi sahədən ibarət ** nömrəli fərdi yaşayış evinin ona məxsus 13/24 hissəsini oğlu X3 bağışlamışdır. X5 1/24 hissə, X6 1/24 hissə, X7 1/24, X2 1/24 hissələrdə payları özlərində saxlamışlar. Bağışlanan yaşayış evi girov qoyulmamış və həbs altında deyildir. Onun barəsində məhkəmə mübahisəsi yoxdur. -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 136.3 kv/m fərdi yaşayış evi və 0.33 ha torpaq sahəsi 220801432 qeydiyyat nömrəsi ilə ##.##.2008-ci il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində 1/24 hissə X5, 20/24 hissə X3, 1/24 hissə X2, 1/24 hissə X6 1/24 hissə X7 adına qeydə alınmışdır. Şərh olunan sənədlərdən və işin faktiki hallarından göründüyü kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququ X8 adına qeydə alınarkən həmin evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin Astara rayon Aqrar İslahat Komissiyasının ## #### 1999cu il tarixli, ** saylı qərarı və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-***A nömrəli şəhadətnamə əsasında X8 və ailə üzvləri X1, X5, X7, X2, X3, X6 ümumi birgə mülkiyyətlərinə verilməsi nəzərə alınmamış, torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 adına qeydə alınmış və bu minvalla sonradan aparılan qeydlərdə də torpaq sahəsi qanun üzrə vərəsəlik hüququnun predmeti kimi paylara bölünmüşdür. Nəticə etibarilə iddiaçının həm fərdi yaşayış evi, həm də torpaq sahəsi üzrə payı 1/24 kimi müəyyən edilmişdir. Hansı ki, fərdi yaşayış evinə münasibətdə iddiaçının payı düzgün müəyyən edilsə də, torpaq sahəsinin iddiaçının payına düşən hissəsi vərəsəlik qaydasında bölgüyə məruz qala bilməzdi və JN-***A nömrəli şəhadətnamə əsasında müəyyən edilməli idi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarıdır. -9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X12 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi məsələsinə baxılmışdır ki, bu yanlış yanaşma qeyd qüvvədə olduğu halda həmin qeyddən çıxarışın ləğvi ilə nəticələnə və bununla da tərəfin hüquqi marağına xidmət etməyən nəticənin əldə edilməsinə xidmət etmiş olur. Həmçinin bu yanaşma çıxarışın inzibati akt statusunda olmaması səbəbindən tələbin mümkünlük şərtlərinə qiymət verilməsini labüd edir. Bununla yanaşı qeyd edilməlidir ki, tələbin mülkiyyət hüquqlarının JN-016 A, KOD 80101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrində qeydiyyata alınması hissəsi birinci tələbdən asılı olmaqla, birinci tələbin təmin edildiyi təqdirdə aradan qaldırılması və yaxud həll edilməsi imkanı yaranır və bu hüququn cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə müstəqil iddia predmeti kimi çıxış edir. Odur ki, mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılması məqsədəuyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 2-1(120)-1333/20** nömrəli qərarı dəyişdirilsin. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində * nömrəli reyestr kitabının ** nömrəli vərəqində aparılmış 801013000124-***** reyestr nömrəli qeydin 0,33 hektar torpaq sahəsinə aid hissədə ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-1023/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-1023/2025
15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver