Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-1025/2025 29.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı ona ##.##.2024-cü il tarixdən təyin edilmiş sosial pensiyanın dəyişdirilərək hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və arada olan fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Belə ki, onun güzəştli iş stajı 12 il 6 aydan çox təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Həmçinin müəyyən olunur ki, iddiaçıya ##.##.2024-cü il tarixdə sosial müavinət təyin olunmuşdur və arada yaranmış fərqin ödənilməsi də məqsədəmüvafiqdir.. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## ###### 1959-cu ildə anadan olmaqla ## ######## 1974-cü ildə əmək fəaliyyətinə başlamışdır. Hərbi xidmətlə birlikdə 25 ildən artıq iş stajı vardır. Əmək fəaliyyətinin çox hissəsi sağlamlıq üçün zərərli sahə ilə bağlı olmuşdur. Lakin ona əsassız olaraq sosial pensiya təyin edilmişdir. Odur ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin tələbi təmin edilməmiş, ondan işlədiyi dövrə dair arxiv arayışları tələb edilmişdir. Halbuki işlədiyi müəssisənin sənədləri arxivə verilmədiyindən və müəssisə hazırda mövcud olmadığından bu mümkün deyildir. Ancaq onun sözügedən müəssisədə işləməyi əmək kitabçasında əks olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən işlədiyi sahə xüsusi zərərli və ağır iş olduğundan bu sahədə çalışdığı müddət isə 15 ildən artıq olmaqla (halbuki zərərli ağır işlər üçün 12 il 6 ay kifayət idi) təhsil və hərbi xidməti də nəzərə alınsa ümumi stajı 25 ildən artıq olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyinatı həyata keçirilməlidir. Lakin cavabdeh qrum müraciətini təmin etməmiş və işlədiyi dövrün 1981-ci ildən 2010-cu ilə kimi olan dövrünü ümumiyyətlə nəzərə almamış, 2019-cu ilin iyul, 2021-ci ilin yanvar-avqust ayları üzrə fərdi hesabının sığorta hissəsinə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin müəyyən edilməməsini qeyd etmişdir. Halbuki işləmiş olduğu “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli arayışından da görünür ki, ##.##.2010-cu il tarixdən ##.##.2022-ci il tarixədək həmin Cəmiyyətdə işləmişdir. Işəgötürənin onunla bağlı məcburi dövlət sosial ödənişlərini ödəyib-ödəməməsi hüquqlarının pozulması üçün əsas ola bilməz. Məhkəmədən tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırır ki, İddiaçı Mərkəzi Filiala güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Mərkəzi Filialın ##.##.2024-cü il tarixli *- **-*/*-Ş-******/**** nömrəli məktubuna əsasən işəgötürənin arayışında İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (11 il 7 ay 24 gün (##.##.1980-##.##.1981-ci il, ##.##.2010-##.##.2019-cu il, ##.##.2019- ##.##.2020-ci il, ##.##.2021-##.##.2021-ci il və ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövrlər) olduğu qeyd edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyaısında nəzərdə tutulan işlərdə azı 12 il altı ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə, ## ###### 2006-cı il tarixindən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində 2019-cu ilin iyul, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və avqust ayları üzrə (ümumilikdə 8 ay) öz əksini tapmadığı müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi uçun (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ayları iş stajı kimi daxil etmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər: Iddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ##.##.1959cu il təvəllüdlü İddiaçı Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatdadır. ИT-l ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur: ##.##.1974-cü ildə *** nömrəli Prişib peşə texniki məktəbinə “Kiçik baytar feldşeri” ixtisası üzrə 3 illik təlim kurslarına daxil olub, ##.##.1977-ci il tarixdə *** nömrəli OPTM “Kiçik baytar feldşeri” ixtisası üzrə 3 illik təlim kurslarını bitirib, ##.##.1977-ci il tarixdə Refrijerator seksiyalarının mexaniki kurslarına qəbul edilib, ##.##.1978-ci il tarixdə Refrijerator seksiyalarının mexaniki kurslarını bitirib, ##.##.1978-ci ildən ##.##.1980-ci ilədək Sovet Ordusu sıralarında xidmət edib, ##.##.1980-ci ildə Oktyabr Inqilabı ordenli xxxx Bakı Yol Distansiyasinda 3-cü dərəcəli yol montyoru işinə qəbul edilib, ##.##.1981-ci ildə 4-cü dərəcə müəyyən edilib, ##.##.1981-ci ildə 4-cü dərəcəli torpaqtəmizləyən maşınların mexaniki keçirilib, ##.##.1981-ci ildə 5-ci dərəcəli torpaq təmizləyən maşınların mexaniki keçirilib, ##.##.1982-ci ildə Azərb. SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilib, ##.##.1982-ci ildə Azərb. SSR Kənd Tikintisi Nazirliyinin PMP-101-də ikinci dərəcəli fəhlə işinə qəbul edilib, ##.##.1984-cü ildə RSFSR ƏQM-nin 31-ci maddəsinə əsasən işdən azad edilib, ##.##.1985-ci ildə Sovxozun şərab emalı zavoduna fəhlə qəbul edilib, ##.##.1986-cı ildə ərizəsinə əsasən sovxozun şərab emalı zavodunun fəhləliyindən azad edilib, ##.##.1986-cı ildə “Borozdinovskiy” s-z Müqaviləyə əsasən müddətli işlərə qəbul edilib, ##.##.1986-cı ildə Işlərin bitməsi ilə əlaqədar olaraq işdən azad edilib, ##.##.1986-cı ildə Kaşkadaryaaqropromstroy * nömrəli təsərrüfat hesablı sahəyə Dördüncü dərəcəli qaynaqçı təyin edilib, ##.##.1987-ci ildə (# ###### 1987-ci ildən XRUMM tr. № ** adı dəyişdirilib MXRUMM tr. № * olsun) TKK əsasən elektrik qaynaqçısına beşinci dərəcə verilmişdir, ##.##.1988-ci ildə 36-cı maddənin 5-ci bəndinə əsasən PMK-9-a (köçürmə) azad edilmişdir, ##.##.1988-ci ildə PMK-9 “KPJS” trestinə, Köçürmə qaydasında 4-cü dərəcəli qaynaqçı təyin edilmişdir, ##.##.1990-cı ildə ÖzSSR Əmək məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən PMK- 4-ə keçirilməsi münasibətilə işdən azad edilmişdir, ##.##.1990-cı ildə “Karşipromjilstroy” tresti PMK-4 Köçürmə qaydasında 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmişdir, ##.##.1992-ci ildə Özbəkistan Respublikası ƏQM-nin 38-ci maddəsinə əsasən öz ərizəsi ilə işdən azad edilmişdir, ##.##.1992-ci ildə ərizəsinə əsasən Masallı Işlər ISMD-yə mühasib vəzifəsinə təyin edilmişdir, ##.##.1994-cü ildə ştat vəzifələrinin ixtisası ilə əlaqədar olaraq dəstəyə el.svarşiki işinə köçürülmüşdür, ##.##.1996-cı ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir, ##.##.2010-cu il tarixdə “xxxx” ASC X17 Tikintisi və Yenidənqurulması Idarəsinin * nömrəli Tikinti sahəsinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı vəzifəsinə təyin edilmiş, ##.##.2012-ci il tarixdə Həmin idarənin * saylı Tikinti sahəsinə 3-cü dərəcə elektrik xətt quraşdırıcısı, 01.#.#.2014-cü il tarixdə X23 Idarəsinin EVXT və Y sahələri * saylı tikinti sahəsinə 3-cü dərəcəli e.x.q keçirilib, ##.##.2014-cü il tarixdə həmin idarənin Şirvan sahəsinə 3-cü dərəcəli e.x.q keçirilib, ##.##.2015-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar X8 bölməsinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı keçirilib, ##.##.2021-ci il tarixdə YGXX X14 Tikintisi və Yenidənqurulması Idarəsin adlandırılıb, ##.##.2022-ci il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilib. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışda qeyd edilmişdir ki, İddiaçı ondan ötrü ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sıra №-si Çalışdığı struktur vahidi Vəzifə (peşənin) adı Vəzifəyə təyin edilmə (başqa işə keçirilmə) barədə əmrin tarixi və nömrəsi Vəzifədən azad edilməyə dair əmrin tarixi və nömrəsi Işə başladığı tarix Işdən azad olunduğu (başqa işə keçirildiyi) tarix 1. Bakı yol distansiyası yol montyoru ##.##.1980 540 - ##.##.1980 - 2. Bakı yol distansiyası yol montyoru ##.##.1980 812 ##.##.1981 151 ##.##.1981 ##.##.1981 Işlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajı 7 ay 9 gün təşkil edir. Işlədiyi yol montyoru peşəsinin əsas xüsusiyyətləri yolun üst tikililərinin, konstruksiyalarının və dəmir yolu xətlərinin quraşdırılması, sökülməsi və təmiri üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 22-ci abzasına uyğundur. “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli, **PN/*** nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında qeyd edilmişdir ki, ##.##.1959-cu il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən ##.##.2010-cu ildə (əmr №**/**-kş, ##.##.2010-cu il) “xxxx” ASC-nin X17 və Yenidən qurulması Idarəsinin * №-li Tikinti sahəsinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı peşəsinə işə qəbul edilib, ##.##.2014-cü ildə (əmr№-77/15-kş, ##.##.2014-cü il) X23 Idarəsinin X18 Tikintisi və Yenidənqurulması sahəsinin * saylı Tikinti sahəsinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib, ##.##.2014-cü ildə (əmr №-21/11-kş, ##.##.2014-ci il) X22 Idarəsinin Şirvan sahəsinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib, ##.##.2015-ci ildə (əmr №-11/113-irş, ##.##.2015-ci il) X8 xidmətinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib və ##.##.2022-ci ildə (Əmr №**/**-irvəətş, ##.##.2022-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №li qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” fəsilinə uyğun olaraq yüksək gərginlikli və kontakt şəbəkəli hava xəttlərini quraşdıran elektrik xətt quraşdırıcıların (xətçilər) işi xüsusi zərərli əmək şəraiti hesab edildiyinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü ii tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li siyahının XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-22900000) əsasən 2290000a-14612 kodları ilə qeyd edilən “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcıların işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 11 il, 08 ay, 16 gün təşkil edir. Məlumat üçün bildirir ki, Dövlət Əmlalarının idarə edilməsi üzrə Dövlət Komitəsinin ##.##.2008-ci il *** №-li sərancamına əsasən “xxxx” MMC “xxxx” ASC adlandırılıb. X2 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X5 Mərkəzi Filialının iddiaçıya ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası X2 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Mərkəzi Filialına ## ######## 2024-cü il tarixində daxil olmuş müraciətinizə və cna əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, # ###### 2024-cü il tarixindən Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 7 ay 24 gün (##.##.1980-##.##.1981-ci il, ##.##.2010-##.##.2019-cu il, ##.##.2019-##.##.2020-ci il, ##.##.2021- ##.##.2021-ci il və ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Məlumat üçün bildirir ki, # ###### 2006-cı il tarixindən bugünədək sizə münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabınızın sığorta hissəsində 2019-cu ilin iyul, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun və avqust ayları üzrə (ümumilikdə 8 ay) öz əksini tapmadığı müəyyən edilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən ayları iş stajınıza daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, İddiaçı ADY-nin Bakı yol distansiyasında ##.##.1980-ci il tarixindən ##.##.1981-ci il tarixinədək işlədiyi yol montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 22-ci və Nazirlər Kabinetinin 1993cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş (##.##.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 28-ci bölmənin 20ci (kod: 23001000-19825) abzaslarında qeyd olunmuş “magistral dəmiryollarının yol montyorları” peşəsi ilə uyğunluq təşkil edir. Məlumat üçün bildirir ki, Bakı yol distansiyası magistral dəmir yolları üzrə xidmət göstərmişdir. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli iş stajı 7 ay 9 gün təşkil edir. X2 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X5 Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 28 il 9 ay 28 gün (##.##.2006-cı il tarixinədək 17 il 5 ay 28 gün (##.##.1978-##.##.1980-ci il (hərbi xidmət dövrü), ##.##.1980-##.##.1982-cı il, ##.##.1982-##.##.1984-cü il, ##.##.1985-##.##.1986-cı il, ##.##.1986-##.##.1986-cı il, ##.##.1982-##.##.1984-cü il, ##.##.1985-##.##.1986-cı il, ##.##.1986- ##.##.1986-cı il, ##.##.1986-##.##.1988-ci il, ##.##.1988-##.##.1990-cı il, ##.##.1990-##.##.1992-ci il, ##.##.1992-##.##.1996-cı il tarixləri arasındakı dövrlər, həmin tarixdən sonra 11 il 4 ay), güzəştli iş stajı isə 11 il 7 ay 24 gün (##.##.1980-##.##.1981-ci il, ##.##.2010- ##.##.2019-cu il, ##.##.2019- ##.##.2020-ci il, ##.##.2021-##.#.2021-ci il və ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda bildiririk ki, adıçəkilən şəxsin (##.##.2024-cü il tarixinə) cəmi pensiya kapitalı 33681,46 manat təşkil edir. “xxxx” ASC-nin məhkəməyə ünvanladığı ##.##.2024-cü il tarixli, **-PH/*** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.2010-cu ildə (əmr №**/**-kş, ##.##.2010-cu il) “xxxx”ASC-nin X18 və Yenidənqurulması Idarəsinin * №-li Tikinti sahəsinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı peşəsinə işə qəbul edilib, ##.##.2014-cü ildə (əmr№-77/15-kş, ##.##.2014-cü il) X23 Idarəsinin X18 Tikintisi və Yenidənqurulması sahəsinin * saylı Tikinti sahəsinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib, ##.##.2014-cü ildə (əmr №-21/11-kş, ##.##.2014-ci il) X22 Idarəsinin Şirvan sahəsinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib, ##.##.2015-ci ildə (əmr №-l 1/113-irş, ##.##.2015-ci il) X8 xidmətinə 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı peşəsinə keçirilib və ##.##.2022-ci ildə (Əmr №**/**-irvəətş, ##.##.2022-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə “Polad və dəmir-beton kostruksiyaların quraşdırılması” bəndinə əsasən quraşdırıcıların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli 320 Saylı Qərarının * №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * №-li siyahının XXVII “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinə (Şifrə-22900000) əsasən 2290000a-14612 kodları ilə qeyd edilən “polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun quraşdırıcıların işi ilə eynidir və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 11 il, 08 ay, 16 gün təşkil edir. Iddiaçıya məxsus H3 № ******* nömrəli, ##.##.1978-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı 10.05.78-ci ildən ##.##.1980-ci ilədək Sovet Ordusu sıralarında xidmət edib. X2 Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi X5 Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçı İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən ##.##.2024-cü il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası (ümumi əsaslarla) təyin edildiyi üçün pensiya işi tərtib edilməmişdir. “xxxx” ASC-nin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, **-PH/** nömrəli məktubunda qeyd edilmişdir ki, «xxxx» ASC-nin rəhbərliyi bildirir ki, İddiaçı ##.##.2010-cu il tarixdən X17 və Yenidənqurulması Idarəsində 3-cü dərəcəli elektrik xətt quraşdırıcısı işləyib. İddiaçı ##.##.2015-ci il tarixdə X8 xidmətinə keçirilib və ##.##.2022-ci il tarixdə onun X8 xidmətinin X8 bölməsindən əmək müqaviləsinə xitam verilib. İddiaçı «xxxx» ASC-nin Mühasibat şöbəsinə aşağıda qeyd olunan xəstəlik vərəqələrini təqdim etmişdir və DSMF tərəfindən ona xəstəlik vərəqələrinə əsasən müavinət ödənilmişdir: 1. Xəstəlik vərəqəsi: № *****- 659970-##.##.2020-##.##.2021-ci il 2. Xəstəlik vərəqəsi: № *****-970188-##.##.2021-##.##.2021-ci il 3. Xəstəlik vərəqəsi: № *****-970051-##.##.2021- ##.##.2021-ci il 4. Xəstəlik vərəqəsi: № *****-970175-##.##.2021-##.##.2021-ci il 5. Xəstəlik vərəqəsi: № *****-970298-##.##.2021-##.##.2021-ci il 6. Xəstəlik vərəqəsi: №.00007-131360-##.##.2021- ##.##.2021-ci il 7. Xəstəlik vərəqəsi: № *****-131381-##.##.2021-##.##.2021-ci il İddiaçı ##.##.2019cu il tarixdən ##.##.2019-cu il tarixi daxil olmaqla 54 gün məzuniyyət verilib və hesablanmış məbləğ 2019-cu ilin II rüb üzrə hesabatına iyun ayının əmrinə əsasən əmək haqqı ilə birlikdə 910,30 (doqquz yüz on manat 30 qəpik) daxil edilib. İddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixi daxil olmaqla 18 gün məzuniyyət və ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixi daxil olmaqla 41 gün ödənişsiz məzuniyyət verilib. X2 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və X1 Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və diqər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. Məlumat üçün bildiririk ki, sorğunuzun pensiya işi barədə məlumatın təqdim edilməsi ilə bağlı hissəsi araşdırılması və cavablandırılması üçün “Informasiya əldə etmək haqqında” Qanunun 23-cü maddəsinə uyğun olaraq aidiyyəti üzrə ##.##.2025-ci il tarixində *-**-*/*-*-*****/**** nömrəli məktubla Fondun Xüsusi X5 Mərkəzi Filialına göndərilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı İddiaçı 1982-1984-cü illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin PMP-101 müəssisəsində və 1992-1996-cı illərdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin X20 əmək fəaliyyətinə dair məlumat və təsdiq edilmiş sənədlərin təqdim edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız sorğuya baxılmışdır. Bildiririk ki, sorğuda qeyd edilən qurumların sənədləri mühafizə olunmaq üçün Nazirliyin arxivinə təhvil verilmədiyindən müvafiq məlumatların təqdim edilməsi imkan xaricindədir. Milli Arxiv Idarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan SSR Kənd Tikintisi Nazirliyinin PMP-101 müəssisəinin, “xxxx” ASC-nin Masallı rayon X21 sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən İddiaçı barədə məlumat verilməsi imkanımız xaricindədir. X2 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adıçəkilən şəxsə dair Mərkəzi Filialda pensiya işi mövcud olmadığından məktubunuzda qeyd etdiyiniz pensiya işinin göndərilməsinə dair məsələyə münasibət bildirilməsi tərəfimizdən mümkün deyil. X2 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X10 məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1,2.1-ci maddəsinə əsasən iddiaçı İddiaçı pensiya yaşına çatdığı ##.##.2024-cü i! tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Məlumat üçün bildiririk ki, İddiaçı qeyd olunan maddəyə əsasən 2006-cı il tarixinədək avtomatlaşdırılmış qaydada 25 il iş stajına əsasən hesablanan pensiya kapitalının məbləği 25x306=7650 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixinədək hesablanan pensiya kapitalının 03,08.2024-cü Il tarixinə indeksləşdirilmiş məbləği 25191.19 manat təşkil edir: Əlavə olaraq bildirir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEIS) “Pensiya” altsistemində qeyd olunan məlumata əsasən İddiaçı ##.##.2008-ci il tarixindən ##.##.2022-ci il tarixinədək fərdi şəxsi hesabtn sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2024-cü il tarixinə indeksləşdirilmiş məbləği 16054*36 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən X11 pensiya kapitalı ümumilikdə 41245,55 manat təşkil edir. X2 Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Siğorta və X1 Mərkəzi Filialının məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətinizlə bağlı araşdırılma aparılarkən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı) altsisteminə sığortaedən “xxxx” ASC (SUN: 19910004480; VÖEN: **********) tərəfindən İddiaçı aid əmək qabiliyyətinin olmaması vərəqələri üzrə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı aşağıdakı cədvəldə qeyd olunan dövrlər üzrə haqq-hesab cədvəlləri daxil edildiyi və emal edilərək Expressbank ASC-nin Mərkəzi Filialındakı AZ**AZEN******************** nömrəli hesaba ümumilikdə 3600,35 (üç min altı yüz manat otuz beş qəpik) müavinət məbləğinin ödənişə göndərildiyi məlum olmuşdur: “xxxx” ASC-nin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli, **-PH/*** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.1982-ci ildən ##.##.1984-cü ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin PMP-1O1 müəssisəsində işlədiyi fəhlə və ##.##.1992-ci ildən ##.##.1996-cı ilədək “xxxx” ASC-nin Masallı rayonunda yerləşən X20 işlədiyi qaynaqçı peşəsi təsərrüfat sahəsində əmək fəaliyyətini icra etdiyinə görə güzəştli pensiya hüququna malik deyildir. Aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 04/05-3402№-li, ## ###### 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığını göstərmişdir. Qeyd olunanlara əsasən göründüyü kimi, DSMF-nin yuxarıda nəzərdə tutulan məktubunda kənd təsərrüfatı güzəştli şərtlər koteqoriyasına daxil deyildir. Apellyasiya icraatı zamanı “xxxx” ASC-nin məhkəməyə ünvanladığı məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.1986-cı ildə "Kaşkadaryaaqropromstroy" 2№-li Təsərrüfat hesablı sahəyə 4-cü dərəcəli qaynaqçı peşəsinə qəbul edilib və ##.##.1988-ci ildə işdən azad edilib. ##.##.1988-ci ildə PMK-9 "KPJS" Trestinə 4-cü dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilib və ##.##.1990-cı ildə işdən azad edilib. ##.##.1990-cı ildə "Karşipromjilstroy" Trestinin PMK-4-ə 4-cü dərəcəli elekrtik qaynaqçısı peşəsinə işə qəbul edilib və ##.##.1992-ci ildə işdən azad edilib. ##.##.1994-cü ildə elekrtik qaynaqçı peşəsinə qəbul edilmiş və ##.##.1996-cı ildə öz ərizəsinə əsasən işdən azad edilib. "Kaşkadaryaaqropromstroy" 2№-li Təsərrüfat hesablı sahə təsərrüfat (aqroprom) sahəsində əmək fəaliyyətini icra etdiyinə görə güzəştli pensiya hüququna malik deyildir. PMK-9 "KPJS" Tresti və "Karşipromjilstroy" Trestinin PMK-4 tikintidə işlədiyi sahələr sənaye sahələri olduğuna görə güzəştli şərtlərlə pensiya hüququ yaradır. Aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 04/05-3402№-li, ## ###### 2007-ci il tarixli "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalailarin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** №-li Qərarının 35-ci "Ümumi peşələr" bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığını göstərmişdir. Qeyd olunanlara əsasən göründüyü kimi, DSMF-nin yuxarıda nəzərdə tutulan məktubunda kənd təsərrüfatı güzəştli şərtlər koteqoriyasına daxil deyildir. ##.##.1988-##.##.1996-ci illərdə Tikinti sahələrində işlədiyi qaynaqçı və elektrik qaynaqçısı peşələri Güzəştli pensiya stajı olamaqla: 05 il, 01 ay, 13 gün təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Kollegiya qeyd edir ki, iddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti də ödəmişdir. Belə ki, işdə olan sübutlarla onun güzəştli iş stajının 12 il 6 aydan çox olması təsdiq olunur. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Kollegiya həmçinin diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdə haqlı olsa da, iddiaçının hüququnun yaranma tarixini müəyyənləşdirməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun ## ### 2022-ci il tarixli qanunla qüvvədn düşmüş əvvəlki redaksiyasının 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ##.##.1959-cu il tarixdə anadan olmuş və ##.##.2019-cu il tarixdə 60 yaşı tamam olmuşdur. Lakin iddiaçının 60 yaşı tamam olduğu dövrdə qanunvericiliyə əsasən qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi 31680 manat müəyyən edildiyi halda iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20274.35 manat təşkil etmişdir. Göründüyü kimi, 2019-cu il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçı qeyd olunan şərti ödəməmişdir. Qeyd olunmalıdır ki, HYPERLINK "https://e-qanun.az/framework/49851" \o "## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu"## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmişdir. Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://eqanun.az/framework/11617" \o "Azərbaycan Respublikasının Nazirlər Kabineti"orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya diqqətə çatdırır ki, HYPERLINK "https://e-qanun.az/framework/49851" \o "## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu"## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2022-ci il tarixli fərmanı qəbul edilmişdir. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ ## #### 2022-ci il tarixdən müəyyən edilməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd edilən əsaslara görə dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-1025/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-1025/2025
29.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver