Məhkəmə qərarları › İş №2-1(106)-1026/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-1026/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-1026/2025 15.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı məhkəmədən cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Pərvanə Qurbanova) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə imperativ şəkildə qoyulmuş tələb ondan ibarətdir ki, şəxsin döyüş zonasında aktiv döyüş əməliyyatlarına iştirakı və ya döyüş tapşırığı ilə bağlı hallar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edildikdə ona müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Lakin yuxarıda da qeyd edildiyi kimi, iddiaçının döyüş zonasında aktiv döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə ezam edilməsi, onun həmin hərbi hissəyə gəlməsi və hərbi hissədə döyüş əməliyyatlarında iştirakı hər hansı mötəbər dəlillərlə təsdiq edilmir. Belə olan halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı tələbi qanunvericiliyin normalarına uyğun gəlmədiyindən təmin edilə bilməz. Qərardan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları: Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ## ##### 2022-ci il tarixli Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı statusunun və müvafiq veteran vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan imtina məktubunda onun hərbi xidmət keçməyini, döyüş əməliyyatlarında iştirakını, həmin döyüşlərdə ağır yaralandığını təsdiq etsə də hərbi biletində “fərari” qeydinin aparılmasını əsas tutaraq ona veteran adının verilməsindən imtina edir. Imtina məktubunda yalnız bu əsas göstərilib. Iddia ərizəsində göstərildiyi kimi iddia ərizəsi icraata qəbul edilmiş və *-*(***)-****/**** saylı inzibati iş icraata qəbul edilmişdir. Iş üzrə çoxsaylı məhkəmə iclasları keçirilmiş nəhayət bu iş üzrə icraat dayandırılaraq “fərari” qeydinin etibarsız hesab edilməsinə dair yeni bir iddia ərizəsi ilə ## ###### 2022-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Bu tələb üzrə başlanılmış 2-1(120)-1313/2023-cü il tarixli iş üzrə məhkəmə araşdırması davam etmiş və məhkəmənin ##.##.2023-cü il tarixli, 2-l(120)-1313/2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, “fərari” qeydinin etibarsız hesab edilməsi haqqında qeydin silinməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verməmiş, məhkəmə qərarı qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilmişdir. Bundan sonra digər iş üzrə veteran adının və müvafiq vəsiqəsinin verilməsi tələbi üzrə işin icraatı təzələnmiş və məhkəmə baxışı davam etdirilmişdir. Məhkəmə özünün ##.##.2024-cü il tarixli *-l(***)-***/**** saylı qərarı ilə iddia tələbi qismən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Müdafiə Nazirliyinin üzərinə iddiaçı İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulmasını təmin etmişdir. Əslində məhkəmənin bu qərarı cavabdeh tərəfindən qeyd şərtsiz təmin edilməli idi. Çünki cavabdehin imtinasındakı yeganə əsas iddiaçının hərbi biletindəki “fərari” qeydi olmuşdur. “Fərari” qeydinin məhkəmə tərəfindən etibarsız hesab edilməsi əslində iddianın tam təmin edilməsi üçün əsas idi. Lakin məhkəmə onlara məlum olmayan səbəblərdən işin yenidən araşdırılması vəzifəsini cavabdehin üzərinə qoymaq barəsində yekun qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmə qanunsuz, əsassız və cavabdehin mənafeyinə xidmət edən bir qərar qəbul etmişdir. Məhkəmə bu halda yekun qərar deyil, aralıq qərardad qəbul etməli, qərardad cavabdeh tərəfindən icra edilmədiyi halda yekun qərar qəbul etməli idi. Məhkəmənin qərarı icra olunması üçün cavabdehə göndərilmiş və cavabdeh uzun bir fasilədən sonra heç bir əsas olmadan məhkəmə qərarını icra etməkdən imtina etmişdir. Maraqlıdır ki, cavabdeh indiki halda tam başqa bir əsasla imtina etmişdir. Son halda cavabdeh imtinasını onunla əsaslandırır ki, iddiaçının döyüş tapşırıqları və döyüş əməliyyatlarına ezam olunmasına dair məlumatların olmamasıdır. Cavabdehin bu uğursuz, əsassız, etikadan kənar imtinası əslində Qarabağ uğrunda azadlıq savaşında canından keçmiş, yaralanmış müharibə iştirakçılarına qarşı ən ağır təhqirdir. Hesab edir ki, cavabdehin bu əsassız imtinası məhkəmənin qüsurudur. Məhkəmə kifayət qədər geniş araşdırma apardığı halda belə bir qərar qəbul etməsi onun mənafeyinə ziddir və qanunla qorunan hüquqlarına qəsd edir. Hesab edir ki, məhkəmənin qərarı icra olunacaq və iddia tələbi təmin olunacaq. Hesab edir ki, iddia tələbi üzrə bütün məsələlər tam olaraq araşdırılmış, bütün mötəbər sübutlar toplanmış və iddia tələbinin təmin edilməsini zəruri edən əsaslar mövcud məhkəmə qərarları ilə təsdiqini tapmışdır. Sadəcə olaraq məhkəmənin gəlmiş olduğu yanlış nəticə bu işin 3 il ərzində yekunlaşmamasına səbəb olmuşdur. Iddia tələbi üzrə məhkəmənin qəbul etdiyi və qanuni qüvvəyə minmiş qərarları iddia tələbinin araşdırma aparılmadan təmin edilməsi üçün əsasdır. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1ci bəndinə əsasən: “1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materialında olan Mərkəzi arxivin ##.##.2022ci il tarixli */*-**** nömrəli məktubundan görünür ki, Beyləqan RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, həmçinin xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * nömrəli əmrində xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı şəxsi heyətin siyahısına salınmaqla radiotelefonçu vəzifəsinə təyin edilmişdir. Bundan başqa hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı Müdafiə nazirinin ##.##.1996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, habelə xidmətini davam etdirmək üçün X3 məntəqəsindən gəlmiş, İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmrilə ZDR-nin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Sözügedən arxiv arayışında “Hərbi xidmət haqqında qanunun” 18-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq Silahlı Qüvvələrdən tərxis olunduğu üçün 2 MAT-ın ştatdan kənar sıravisi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli *** nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-ya göndərildiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı İddiaçı ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmişdir. Iddiaçı hərbi xidmət keçdiyi həmin müddətdə N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısına əsasən döyüş əməliyyatlarına cəlb edilməmişdir. Bundan başqa, iddiaçı İddiaçı ##.##.1994-cü il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edildikdən sonra xidmət yerini tərk etmişdir. Iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün Müdafiə nazirinin ##.##.1996-cı il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Daha sonra iddiaçı xidmətini davam etdirmək üçün X3 məntəqəsindən gəlmiş, İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmrilə ZDR-nin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ##.##.1993-cü il tarixdən ##.##.1994-cü il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçmiş, ##.##.1994-cü il tarixdən N nömrəli hərbi hissənin siyahısına daxil edilmişdir. Həmin hərbi hissədə siyahıya düşdükdən sonra hərbi hissəni tərk etmişdir. Yəni iddiaçı döyüş əməliyyatları zamanı ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək hərbi hissəni tərk etmişdir. Bununla da, iddiaçı A.M.Musayevə “veteran adı və vəsiqəsinin verilməsi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət verini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar.) ziddir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (IPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (IPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (IPM-13.2 və 17). Azərbaycan Respublikası IPM-in 1.2-ci maddəsindən və MPM-in 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli,*** nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının## #### 2017-ci il tarixli *-*(***)-****/**** nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası IPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər: Iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma: Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarında olan Şirvan Inzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarına əsasən iddiaçı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “veteran adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş və məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Müdafiə Nazirliyinin üzərinə iddiaçı İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Müdafiə Nazirliyinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş ##.##.2024-cü il tarixli *-**-*/*-****/**** nömrəli Qərarınıza (vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinə yenidən baxılması öhdəliyi) komissiyada baxılmışdır. Vətəndaş İddiaçı sənədlərinə komissiyanın ##.##.2024-cü il tarixli iclasında baxılmış, təqdim olunmuş sənədlərə əsasən Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısına əsasən, əməliyyatlara cəlb edilməyən N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətinə dair məlumatların olmasına baxmayaraq, bu siyahıya əsasən ##.##.1994- ##.##.1994-cü il tarixlərdə əməliyyatlara cəlb edilmiş N nömrəli hərbi hissənin siyahısına vətəndaşın ##.##.1994-cü il tarixdə salınması, lakin həmin müddətdən sonrakı vaxtlarda ##.##.1994-cü il tarixədək onun bu hərbi hissənin tərkibində hərbi xidmətinə, habelə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirməsi üçün ezam olunmasına dair məlumatlar olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ##.##.1974-cü ildə anadan olmuş və Beyləqan rayonu, Gödəklər kəndində qeydiyyatdadır. H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı ## ####### 1993-##.##.1997-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi biletin 24-cü səhifəsində qeyd edilmişdir ki, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli məktubuna əsasən Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarının qanuni qüvvəyə minməsi ilə əlaqədar H3 ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari - N saylı hərbi hissə; ##.##.1996-cı il tarixli, ** saylı qeydi ##.##.2023-cü il tarixdə etibarsız hesab edilmişdir. Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən, iddiaçı İddiaçı hərbi biletindəki “fərari” qeydi etibarsız hesab edilməklə, ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı hərbi hissə; ##.##.1996-cı il tarixli, № **” qeydinin silinməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2016-cı il tarixli */*-*** nömrəli arxiv arayışında göstərilmişdir ki, N №-li hərbi hissə komandirin ## ####### 1993-cü il tarixli *** №-li əmrilə (əsas: səh- 28,§1, sıra-28) şəxsi heyətinin siyahısına salınaraq, bütün növ təminatlarla təmin olunmuş və ## ###### 1994-cü il tarixli ** №-li əmrilə (əsas: səh14,§7,sıra-132) ## ###### 1994-cü il tarixdən xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilərək şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş İddiaçı N №-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli * №-li əmrilə (əsas: səh26,§7,sıra-12) “T” tipli VII MAT-ın şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla təmin salınaraq, radio-telefonçu vəzifəsinə təyin olunmuşdur. Şəxsi heyətin qəbul məntəqəsindən xidmətini davam etdirmək üçün gəlmiş A.M. Hacıyev N №-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli *** №-li əmrilə (əsas: səh- 18,§4,sıra-13) şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla təmin salınaraq, zenit artilleriya divizionunda vəzifəyə təyin olunmuş və Azərbaycan Respublikası “Hərbi xidmət haqqında qanunun” 18 maddənin V bəndinə əsasən (xəstəliyə görə) ehtiyata tərxis olunmuş komandirin ## ###### 1997-ci il tarixli *** №-li əmrilə (-səh16; §S sıra-19) heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beylaqan RHK-ya göndərilmişdir. N №-li hərbi hissə komandirinin iyun-iyul 1994-cü il tarixli əmrlərində A.M. Hacıyevin xidməti barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin ##.##.2019-cu il tarixli */**-*** nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə Veteran adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi uzrə komıssıya”nın ##.##.2016-cı il və təkrar ##.##.2018-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan dövrdə ##.##.1994-cü il tarixdə müalicə olunduğu * nömrəli şəhər kliniki xəstəxanasından hərbi hissəyə qayıtmadığına görə, yəni hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin ##.##.2022-ci il tarixli */*-**** nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrilə (əsas: səh 28, § 1, sıra 28) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: §7, sıra 132) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * №-li əmrində (əsas: səh 26, § 7, sıra 12, əmrdə adı və atasının adı tam yazılmamışdır) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək radiotelefonçu vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Beyləqan RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı Müdafiə nazirinin ##.##.1996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** №-li əmrilə (əsas: səh 42, § 10, sıra 794) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün X3 Məntəqəsindən gəlmiş, Beyləqan RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə (əsas: səh 18, § 3, sıra 13) ZRD-nin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə (əsas: səh 34, § 2, sıra 1) sıravi İddiaçı ZRD-nin qazan təminatından çıxarılaraq OBMO-nun qazan təminatına daxil edilmişdir. “Hərbi xidmət haqqında Qanunun” 18-ci maddəsinin V bəndinə əsasən (xəstəliyinə görə) Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq Silahlı Qüvvələrdən tərxis olunduğu üçün 1974-cü il təvəllüdlü 2 MAT-ın ştatdan kənar sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli *** №-li əmrilə (əsas: səh 216, 5, sıra 9) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-ya göndərilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1994-##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Hərbi Prokurorluğun ##.##.2023-cü il tarixli HP**/**-***** nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı ##.##.1993-cü il tarixdən ## ## 1994-cü il tarixədək *** nömrəli, ##.##.1994-cü il tarixdən 1994-cü ilin iyul ayına kimi *** nömrəli, ##.##.1994-cü il tarixdən ##.##.1997-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Lakin müraciətinə əlavə edilmiş İddiaçı hərbi biletinin 4-cü səhifəsində N nömrəli hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** №-li əmri ilə onun fərari olması qeyd edilmişdir. Işdə olan Azərbaycan Respublikası Prokurorluğu Gəncə Hərbi Prokurorluğunun ##.##.2022-ci il tarixli ****/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Gəncə hərbi prokurorluğunda heç bir cinayət işinin istintaqı aparılmamış və ya təqsirləndirici material aşkar olunmadı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı ##.##.2022-ci il tarixli, *** nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatından daxil olmuş ##.##.2022-ci il tarixli **** nömrəli məktuba əsasən, Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2022-ci il tarixli məktubunda adı qeyd olunmuş - ##.##.1974-cü il il təvəllüdlü İddiaçı aid sənədlərin (xidmət müddəti və xidmət keçdiyi hərbi hissənin döyüş bölgəsində yerləşməsi, xəstəliyi ilə əlaqədar tərxis edilməsi, N nömrəli hərbi hissədə xidmət barədə Müdafiə Nazirliyinin Mərkəzi Arxivdən daxil olmuş məlumat) təsdiq edilmiş kserosurətləri ünvanına göndərilmişdir. Müdafiə Nazirliyinin ##.##.2022-ci il tarixli 4/2- **** nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrilə (əsas: səh 28, § 1, sıra 28) “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək kursant vəzifəsinə təyin edilmişdir. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrilə (əsas: §7, sıra 132) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * №-li əmrində (əsas: səh 26, § 7, sıra 12, əmrdə adı və atasının adı tam yazılmamışdır) xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş sıravi İddiaçı şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək radiotelefonçu vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün Beyləqan RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı Müdafiə nazirinin ##.##.1996-cı il tarixli müvafiq əmrinə əsasən N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** №-li əmrilə (əsas: səh 42, § 10, sıra 794) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Xidmətini davam etdirmək üçün X3 Məntəqəsindən gəlmiş, Beyləqan RHK-dan çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə (əsas: səh 18, § 3, sıra 13) ZRD-nun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №li əmrilə (əsas: səh 34, § 2, sıra 1) sıravi İddiaçı ZRD-nin qazan təminatından çıxarılaraq OBMO-nun qazan təminatına daxil edilmişdir. “Hərbi xidmət haqqında qanunun” 18-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyinə görə) Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq Silahlı Qüvvələrdən tərxis olunduğu üçün 1974-cü il təvəllüdlü 2 MAT-ın ştatdan kənar sıravisi İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli *** №-li əmrilə (əsas: səh 216, § 5, sıra 9) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-ya göndərilmişdir.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin ##.##.1994-##.##.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət dövrü (il, ay) qeyd edilmədiyi üçün araşdırmalar barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin ##.##.2025-ci il tarixli **/** nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş sıravi İddiaçı ## ###### 1997-ci il tarikdən ## ###### 1997-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Ilkin: Sol ağciyərin infiltrativ vərəmi, parçalanma və səpələnmə mərhələsində. Yekun: Ağciyərin infiltrativ vərəmi. Əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın 1997-ci ilə məxsus “stasionar xəstələrin qeydiyyatı” kitabının 13-cü səhifəsində olan 120-ci sayındakı qeyd. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1993-cü il tarixdə Beyləqan RHK-dan həqiqi hərbi xidmət keçmək üçün çağırılmış, 1974-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** №-li əmrilə (əsas: §-1, səh- 28, sıra-28) ##.##.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara salınaraq “sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində (əsas: §-7, sıra-132, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) ##.##.1994-cü il tarixdən ərzaq siyahısından silinərək xidmətlərini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilən 4-cü bölüyün hərbi qulluqçularının siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * №-li əmrində (əsas: §-7, səh-26, sıra-12, əmrdə adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınması və 7-ci motoatıcı taborda radiotelefonçu vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli ** №-li əmrində (əsas: §-10, səh-42, sıra-794, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiklərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirinin ##.##.1996-cı il tarixli müvafiq nömrəli əmrinə əsasən, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılan hərbi qulluqçuların siyahısında, Beyləqan RHK-nın çağırışçısı, 1974-cü il təvəllüdlü İddiaçı adı qeyd olunmuşdur. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin ##.##.1994-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə (əsas: §-4, səh-18, sıra-13, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) X3 Məntəqəsindən xidmət keçmək üçün gəlmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və ZRDdə vəzifəyə təyin olunmuş hərbi qulluqçuların siyahısında, Beyləqan RHK-nın çağırışçısı İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrilə (əsas: §-2, səh- 34, sıra-1) ##.##.1994-cü il tarixdən sıravi İddiaçı ZRD-nin qazan təminatından çıxarılaraq OBMO-ya keçirilərək qazan təminatına qoyulmuş və sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli *** №-li əmrində (əsas: §-7, səh-178, sıra-27, əmrdə adı “Arim” yazılmışdır) sıravi X1 Tank Əleyhinə batareyanın baş tuşlayıcısı vəzifəsindən azad edilərək 2-ci motoatıcı tabora təyin olunması barədə məlumat vardır. “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “v” bəndinə (xəstəliyinə görə) uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1997-ci il tarixli müvafiq nömrəli sərəncamına əsasən, 2 MAT-ın ştatdan kənar hərbi qulluqçusu, 1974-cü il təvəllüdlü, sıravi İddiaçı Silahlı Qüvvələrdən tərxis olunduğuna görə, N №-li hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli *** №-li əmrilə (əsas: §-5, səh-216, sıra-9) ##.##.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-ya göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli, *** nömrəli əmrindən qeyd olunmuşdur ki, Azərbaycan Respublikası “Hərbi xidmət haqqında Qanunun” 18-ci maddəsinin “v” vəndinə əsasən /xəstəliyinə görə/ Silahlı Qüvvələrdən tərxis olunmuş aşağıda adları göstərilən hərbi qulluqçular - 07.08.97-ci ildən bütün növ təminatlardan çıxarılsınlar, şəxsi heyətin siyahısından silinsinlər və qeydiyyata düşmək üçün hərbi komissarlıqlara göndərilsinlər. 9. Sıravi İddiaçı - 2 motoatıcı taburun ştatından kənarda, 1974, Beyləqan RHK-ya. Əsas: Baş Qərargah rəisinin 14.07.97-ci il tarixli, */*-**** saylı sərəncamı. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Respublikasının Müdafiə nazirinin # #### 2021-ci il tarixli müvafiq əmrinə əsasən 172, 181 və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak etmişdir. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin ##.##.1994-cü ildən ##.##.1994-cü ilədək və N №-li hərbi hissənin ##.##.1993-cü ildən ##.##.1994-cü ilədək döyüş əməliyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. Qeyd edir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat aşkar olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində İddiaçı dair məlumat və ya göndəriş aşkarlanmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il #######ın #-dan 1994-cü il ###ın ##-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara ## ### 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili Işlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AzərbaycanRespublikasının Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Iş materiallarından göründüyü kimi, iddiaçı İddiaçı müharibə veteranı adının verilməsindən imtina edilməsinə əsas kimi onun döyüş əməliyyatlarında iştirak etməməsi, hərbi hissəni özbaşına tərk etməsi, yəni qanuni əsaslarla hərbi xidmətdən tərxis olunmaması təşkil edir. Lakin işdə olan Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı İddiaçı hərbi biletindəki “fərari” qeydi etibarsız hesab edilməklə, ona məxsus NZ seriyalı ******* saylı hərbi biletin 4-cü səhifəsində yazılmış “özbaşına tərk etdiyi üçün fərari-N saylı hərbi hissə; ##.##.1996-cı il tarixli, № **” qeydinin silinməsi öhdəliyi cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qüvvədədir. Eyni zamanda işin mübahisəsiz halıdır ki, iddiaçı Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1997-ci il tarixli sərəncamına uyğun olaraq Silahlı Qüvvələrdən tərxis olunduğu üçün 2 MAT-ın ştatdan kənar sıravisi İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli *** nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-ya göndərilmişdir. Yəni iddiaçı qanuni əsaslarla tərxis olunmuşdur. Göründüyü kimi, həm iddiaçının hərbi xidməti yerini özbaşına tərk etməsi, fərarilik etməsi barədə qərar mövcud deyil, əksinə qeyd olunduğu kimi, iddiaçı qanuni əsaslarla tərxis olunmuşdur. Iddiaçının döyüş əməliyyatlarında iştirak edib-etməməsinə gəlincə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilk dəfə N nömrəli hərbi hissə komandirinin ##.##.1993-cü il tarixli *** nömrəli əmrilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, həmçinin xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş İddiaçı N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli * nömrəli əmrində xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı şəxsi heyətin siyahısına salınmaqla radiotelefonçu vəzifəsinə təyin edilmişdir. Döyüş zamanı yaralandığından (bu hal Şirvan Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qüvvədə olan qərarı ilə təsdiq olunur) * nömrəli şəhər kliniki xəstəxanasında müalicə almış, daha sonra xidmətini davam etdirmək üçün X3 məntəqəsindən gələrək N nömrəli hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** nömrəli əmrilə ZDR-nin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Həm 172, həm də N nömrəli hərbi hissələr döyüşən hərbi hissə olmuşdur. Daha sonra isə iddiaçı “Hərbi xidmət haqqında qanunun” 18-ci maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrin Baş Qərargah rəisinin ##.##.1997-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq Silahlı Qüvvələrdən tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin ##.##.1997-ci il tarixli *** nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Beyləqan RHK-ya göndərilmişdir. Göründüyü kimi, iddiaçının döyüşən hərbi hissədə döyüş əməliyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması öz təsdiqini tapır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Iddia təmin edilsin. Iddiaçı İddiaçı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh AzərbaycanRespublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar