Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-103/2025 19.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-234/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə ünvan 1ində anadan olmuşdur. Onun Masallı rayonunun Köçəkli və Həsənli kəndlərində fəaliyyət göstərmiş sabiq “Şən həyat“ sovxozunda iyun 1977-dekabr-1989-cu illərdə 12 il 8 ay, sabiq “Köçəkli” sovxozunda xx.xx.1990-xx.xx.1997-ci illərdə 7 il 8 ay, xx.xx.1998xx.xx.2000-ci illərdə "xxxx" K/M-də tədarükçü fəhlə kimi 2 il,2 ay, 22 gün, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə kimi Köçəkli bələdiyyəsində xadimə kimi 5 il, 3 ay 9 gün, cəmi 27 il 9 ay stajı vardır. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü cavabdeh Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Mərkəzi filial tərəfindən baxılaraq onun qanunvericiliklə tələb olunan 25 il sığorta stajının mövcud olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) vəeləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən* asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 -ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.Konstitusiyada əksini tapan sosial təminat hüququ 38ci maddənin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 -ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərarı). Məhkəmə qərarlarında qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilikdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorları nəzərə alaraq formalaşdırdığı sistemə ziddiyyət təşkil edəcək tövsifdən və təfsirdən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, 01.01,2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2782/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.1990-cı il tarixdən 01,09.1997-ci il tarixədək əmək fəaliyyəti dövrü , Masallı rayon Dövlət Arxivinin 15 dekabr 2017-ci il tarixli 466 nömrəli arayışına əsasən 1977-ci il üzrə 5 ay, 1978-ci il üzrə 12 ay, 1979-cu il üzrə 12 ay, 1980-ci il üzrə 7 ay, 1981-ci il üzrə 12 ay, 1982-ci il üzrə 12 ay, 1983-cü il üzrə 5 ay, 1984-cü il tarixə 7 ay, 1985-ci il üzrə 5 ay, 1986cı il üzrə 8 ay, 1987-ci il üzrə 3 ay, 1988-ci il üzrə 5 ay, 1989- cu il üzrə 5 ay əmək haqqı aldığı dövrlər olmaqla onun mübahisələndirilməyən sığorta stajı 22 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda İddiaçı xx.xx.2006-cı il tarixədək 22 il 9 ay 20 gün sığorta stajına uyğun olaraq 15.997,64 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 16.742,88 manat pensiya kapitalından azdır. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 21,06.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək “Köçəkli” bələdiyyəsində işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının “Köçəkli” bələdiyyəsində xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əməkhaqqı almağı barədə məlumat olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə olan halda İddiaçı qanunvericiliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-234/2024 nömrəli qərarı ilə (hakim Amilya Hüseynova) iddia təmin edilmiş, İddiaçı pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilmiş və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qeyd edilən qərardan cavabdehin hüquqlarını təmsil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh orqan apellyasiya şikayətinin dəlillərini iddia tələbinə verilmiş etirazda göstərilənlərlə eyni məzmunda əsaslandırmış və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: Cavabeh tərəfin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: -2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. -34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmə aktının qanuniliyini və əsaslılığını yoxlayaraq qeyd edir ki, apellyasiya şikayəti üzrə mübahisələndirilən hallar əsassızdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1998-cı ildən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində fəhlə, xx.xx.2000ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan “Köçəkli” bələdiyyəsində xadimə işləmişdir. İş materiallarından görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətinə əsas olan sübutlar və hüquqi nəticə ilə əlaqədar qeyd edir: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********5 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi arxiv arayışlarına və məhkəmənin qətnamələrinə əsasən sığorta stajı 13 il 10 ay təşkil edir. xx.xx.2006-cı ii tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2019-cu il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixindən 180 manata çatdırılmışdır. - İşdə olan Masallı rayonu, Həsənli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 28 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən, xx.xx.2000-ci il tarixdən ərizəsinə əsasən Masallı rayonundakı Köçəkli bələdiyyəsinə xadimə kimi işə qəbul edilmişdir (əmr № 04, xx.xx.2000-ci il). xx.xx.2009-cu ildə Köçəkli bələdiyyəsinə fəaliyyətinə xitam verilmiş, ştatda olan işçilər əmrlə işdən azad edilmiş, o cümlədən İddiaçı işdən çıxma əmri verilmişdir (xx.xx.2009-cu il), əmr kitabları, əmək haqqı cədvəlləri və digər sənədlər yaradılmış komissiyanın iştirakı ilə Masallı rayonundakı Həsənli Bələdiyyəsinə təhvil verilmişdir. Hazırda Köçəkli bələdiyyəsinin Həsənli bələdiyyəsində saxlanılan sənədləri arasında İddiaçı 2000-ci ilin son 3 ayı, 2001-2004-ci illərin bütün ayları, 2005-ci ilin sentyabr ayı da daxil olmaqla əvvəlki bütün aylar üçün əmək haqqı alması barədə (cəmi 5 (beş) il) məlumat vardır. - İşdə olan Masallı rayon Dövlət Arxivinin 28 yanvar 2019-cu il tarixli 61 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı Masallı Rayon Dövlət Arxivində mühafizə olunan, Masallı rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə məxsus (əvvəlki Həsənli kənd X14 İcraiyyə Komitəsi), 1986-1987-1988- 1989-1990-cı illərə aid 12 saylı təsərrüfatbaşına kitabın, 645-ci təsərrüfatında, 84-cü səhifəsində, iş yeri - “Şən həyat" sovxozunda fəhlə işləməsi; 1991-1992-1993-1994-1995ci illərə aid 14 saylı təsərrüfatbaşına kitabın 863-cü təsərrüfatında, 16-cı səhifəsində "Köçəkli” sovxozunda fəhlə işləməsi; barədə, qeydlər vardır. Sabiq “Şən həyat” sovxozunun mühasibat sənədləri Masallı Rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. “Köçəkli” sovxozunun sənədləri isə, ümumiyyətlə, Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. - İşdə olan Masallı rayon Dövlət Arxivinin 15 dekabr 2017-cu il tarixli 466 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı (Radə) Malik qızı sabiq “Şən həyat” tərəvəzçiliksüdçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri tapılmadı, lakin, 1977-ci ilin iyul ayından (Radə kimi) Ağamalının briqadasında əmək haqqı almağa başlamış (xx.xx.1978ci il tarixli 301 saylı əmrlə ilk dəfə növbəti əmək məzuniyyətinə buraxılıb), xx.xx.1984-cü il tarixli 76-13 saylı əmrlə İbrahimin briqadasına keçirilmiş, xx.xx.1985-ci il tarixli 116-27 saylı əmrlə Ağamalının briqadasına keçirilmiş, xx.xx.1985-ci il tarixli 347 saylı əmrlə, xx.xx.1985-ci ildən körpə uşağın bir yaşı olanadək haqqı qismən ödənilən məzuniyyətə buraxılmış, xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilmişdir. İşdən çıxma əmri tapılmadı.xx.xx.1990-cı ildə “Şən həyat” sovxozunun bazasında yeni “Köçəkli” sovxozu yaranmışdır. “Köçəkli” sovxozunun sənədləri arxivə verilməyib. Sabiq “Şən həyat” tərəvəzçilik-südçülük sovxozunun əmr kitabları və əmək haqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. Bəzi sənədlərdə adı Radə kimi qeyd edilib.“Şən həyat” sovxozunun xx.xx.1990-cı il tarixli 12 saylı əmri ilə, Azərb. SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 501 saylı qərarının yerinə yetirilməsi məqsədi ilə, “Şən həyat” sovxozunun bazasında, mərkəzi Məmmədxanlı kəndi olmaqla (Təkdam kəndi də daxil olmaqla) yeni M.Abıyev adına sovxoz və mərkəzi Köçəkli kəndi olmaqla yeni “Köçəkli” sovxozu yaradılmışdır. - İşdə olan Masallı rayon Dövlət Arxivinin 26 aprel 2021-ci il tarixli 186 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir, İddiaçı (Radə) Malik qızına ondan ötrü ki, o, sabiq “Şən həyat” tərəvəzçilik- südçülük sovxozunda fəhlə işlədiyi müddətdə, 1977-ci ilin iyul ayından 1980-ci ilin aprel ayına qədər “Radə“ kimi, aşağıdakı qaydada əmək haqqları almışdır. 1980-ci ilin may ayından sonrakı müddətdə əmək fəaliyyəti zamanı adı “İradə“ kimi qeyd olunmuşdur. Sabiq “Şən həyat" tərəvəzçilik-südçülük sovxozunun əmr kitabları və əmək haqqı cədvəlləri Masallı Rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib. “Şən həyat" sovxozunun xx.xx.1990-cı il tarixli 12 saylı əmri ilə, Azərb. SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 501 saylı qərarının yerinə yetirilməsi məqsədi ilə, “Şən həyat” sovxozunun bazasında, mərkəzi Köçəkli kəndi olmaqla yeni “Köçəkli” sovxozu yaradılmışdır - İşdə olan Masallı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 10 aprel 2019-cu il tarixli Akt DSMF Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri X4, pensiya sektorunun məsləhətçisi X5 və Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı sabiq “Şən həyat” tərəvəzçilik-südçülük sovxozunda işləməsi barədə arxiv arayışını sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılmışdır. İddiaçı sabiq “Şən həyat” sovxozunda işləməsini arxivdə saxlanılan mühasibat sənədləri ilə qarşılıqlı sürətdə yoxlanılan zaman heç bir qanun pozuntusu aşkar edilməmişdir. - İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1187/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərarından görünür ki, İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və aldığı müavinət çıxılmaqla yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə X24 şəxsinin Masallı rayon filialının üzərinə qoyulması qərara alınmışdır. - İşdə olan Masallı rayon Məhkəməsinin 2(050)-3085/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Masallı rayon Dövlət Arxivində saxlanılan sənədlər əsasında verilmiş 26 aprel 2021-ci il tarixli 186 saylı arxiv arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qərara alınmışdır. -İşdə olan Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-390/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərarından görünür ki, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməmiş, Masallı rayon Məhkəməsinin 2(050)- 3085/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2782/2019 nömrəli, xx.xx.2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Masallı rayon Məhkəməsinin 2(050)1897/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilərək ərizəçi İddiaçı C.Yaqubov adına “Köçəkli” sovxozunda 1990-cı ilin yanvar tarixindən 01 sentyabr 1997-ci il tarixədək işləməklə sosial sığorta stajına malik olması faktı müəyyən edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikas Ali Məhkəməsinin Mülki Kollegiyasıının 10 mart 2020-ci il tarixli, 2(102) -1159/2020 saylı qərarından görünür ki, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin kassasiya şikayəti təmin ediməmişdir. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 18 avqust 2022-ci il tarixli 271 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddiası ilə bağlı, xx.xx.2022 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğunuza cavab olaraq, İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı, xx.xx.2018-ci il tarixli 100 saylı, xx.xx.2019cu il tarixli 61 saylı, xx.xx.2021-ci il tarixli 186 saylı, arxiv arayışlarının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri göndərilir. Arxivdə sənədlərdən mütəmadi olaraq istifadə olunduğu üçün, arxiv sənədlərinin əslini, arxiv işçisinin iştirakı ilə yalnız məhkəmə iclası zamanı baxış keçirilməsi məqsədi ilə məhkəməyə təqdim etmək olar, digər hallarda isə təsdiq edilmiş surətlər təqdim edilir. Masallı RDA-nin 1,5 ştat vahidi var (1-müdir, 0,5 xadimə). Masallı RDA-nin müdiri, Masallı rayin İHB-nın xx.xx.2022-ci il tarixli 79 saylı əmri ilə, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi növbəti əmək məzuniyyətində olduğundan və müdiri əvəz edəcək ştatın olmamasından, Masallı RDA-nə daxil olan sorğuların cavablandırılması gecikdirilə bilər (dövlət arxivlərində sorğuların icra müddəti, arxivə daxil olmuş sorğuların və arxiv işçilərinin sayından və asılı olaraq 15 iş günündən 30 iş gününə kimi təşkil edir). - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli 2-1(120)-1965/2022 nömrəli məktubunuza aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçının pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixinə qüvvədə olan 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.2018-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 25 il sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində minimum 16704 manat (116 manat x 144 ay) pensiya kapitalına malik olmalıdır. İddiaçı təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2782/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək əmək fəaliyyəti dövrü, Masallı rayon Dövlət Arxivinin arayışına əsasən 1977-ci il üzrə 5 ay, 1978-ci il üzrə 12 ay, 1979-cu il üzrə 12 ay, 1980-ci il üzrə 7 ay, 1983-cü il üzrə 5 ay, 1984-cü il tarixə 7 ay, 1985-ci il üzrə 5 ay, 1986-cı il üzrə 8 ay, 1987-ci il üzrə 3 ay, 1988-ci il üzrə 5 ay, 1989-cu il üzrə 5 ay əmək haqqı aldığı dövrlər nəzərə alınmaqla mübahisələndirilməyən 13 il 10 ay ümumi iş stajı vardır. İddaçının 13 il 10 ay ümumi iş stajına uyğun olaraq pensiya kapitalı pensiya yaşına çatdığı xx.xx.2018-ci il tarixədək indeksləşdirilməklə 5398,31 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 altsistemi proqram təminatına əsasən Qanunun 22.1.1-ci maddəsinin tətbiq etməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunması üçün vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixli, 2-1(120)-1965/2022 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozundakı əmək fəaliyyətinə dair Fondun 2 saylı Lənkəran-Astara regional filialı tərəfindən tərtib edillmiş xx.xx.2022-ci il tarixli yoxlama aktının surəti Məhkəməyə təqdim edilir. - İşdə olan 01.11 2022-ci il tarixli yoxlama aktının surətindən görünür ki, 2 saylı X13 filialının Pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X11, 2 saylı X13 filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7, Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə İddiaçı adına Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı və xx.xx.2021-ci il tarixli 186 saylı arxiv arayışlarının düzgünlüyü Masallı rayon Dövlət Arxivində saxlanılan sabiq “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozunun əmr kitabları və əmək haqqı cədvəllərinə əsasən araşdırılmışdır. Araşdırma zamanı İddiaçı sabiq “Şən Həyat” tərəvəzçilik-südçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri tapılmadı, lakin 1977-ci ilin Vİİ-İXXİ-Xİİ; 1978-ci ilin l-Xİİ (xx.xx.1978-ci il tarixli 301 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılıb); 1979-cu ilin l-Xİİ (xx.xx.1979-cu il tarixli 404 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılıb); 1980-cı ilin İ-İV,Vİl-Vİİİ,Xll (1977-ci ilin iyul ayından 1980-cı ilin may ayına qədər adı Radə kimi göstərilib);1983-cü ilin İV-Vİİİ (xx.xx.1983-cü il tarixli 6 saylı protokola əsasən 025987 saylı xəstəlik vərəqəsinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək bülleten pulu);1984-ci ilin 11l-Vİ,X-Xİi; 1985-ci ilin İV-Vİ;1985-ci ilin Xİ-Xİİ -1986-cı ilin l-Vİİİ (xx.xx.1985-ci il tarixli 347 saylı əmrlə xx.xx.1985-ci ildən körpə uşağın bir yaşı olanadək haqqı qismən ödənilən məzuniyyət);1987-ci ilin (xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilib) l,İV-V; 1988-ci ilin lll-İV,Vİ,Vİİİ (haqqı qismən ödənilən məzuniyyət); 1988-ci ilin Xll;1989-cu ilin İ.İV-Vİİ (işdən çıxma əmri tapılmadı); ayları üzrə əmək haqqı alması və xx.xx.1981-ci il tarixli 312 saylı, xx.xx.1982-ci il tarixli 259-6 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılması müəyyən edildi. - İşdə olan Masallı rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(050)-3085/2021 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialına qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair Masallı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(050)-3085/2021 saylı qətnaməsinin surəti göndərilmişdir. - İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1 (120)-1187/2020 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin (hakim Zaur Allahyarov) 21 oktyabr 2020-ci il tarixli, 2-1(120)-1187/2020 nömrəli qərarı Şirvan Apellyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(106)-184/2021 nömrəli qərardadına əsasən ləğv edilmiş və işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Qeyd olunan işə hakim Orxan İsmayılov tərəfindən baxılmış, iddiaçının xx.xx.2021-ci il tarixli teleqramına əsasən məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1145/2021 nömrəli qərardadı ilə iddia ərizəsi geri qaytarılmaqla icraata xitam verilmişdir. Qərardad xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - İşdə olan xx.xx.1998-cı il tarixli, ИT-İ ******* əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1998-cı ildən xx.xx.2009-cü ilədək müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təqdim edlmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında olan çıxarışdan görünür ki, "xxxx" MMC-i xx.xx.2009-cu il tarixdən dövlət qeydiyyatına alınmışdır. - İşdə olan Masallı rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 2(050)-3085/2021 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Masallı rayon Məhkəməsinin 08 oktyabr 2021 -ci il tarixli, 2(050)-3085/2021 saylı qətnaməsi 14 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 30 may 2023-cü il tarixli 3-48-33RA/2-69/2023 nömrəli məktubunda göstərilmişdir ki, "xxxx" kiçik müəsisəsinin sənədləri Masallı rayon RDA-nə təhvil verilmədiyindən, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilə kimi həmin müəsisədə işləməsi barədə arxiv arayışının və ya məlumatın məhkəməyə təqdim olunması imkanı xaricindədir. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 23 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2000-ci il tarixdə Köçəkli bələdiyyəsinə xadimə kimi işə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixli 17 nömrəli əmrə əsasən xadimə vəzifəsindən azad edilmişdir. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 22 nömrəli arayışda göstərilmişdir ki, Verilir Masallı rayon Köçəkli kənd sakini xx.xx.1962-ci ildə anadan olmuş İddiaçı- qızına ondan ötəri ki, o, 2000-ci ildən 2005-ci ilə kimi Köməkli Bələdiyyəsində xadimə işlədiyi müddətdə aşağıda ki, kimi əmək haqqı almışdır. Aylar 2000 2001 2002 2003 2004 2005 Yanvar — 100,00 120,00 100,00 100,00 80,00 Fevral — 160,00 120,00 100,00 100,00 80,00 Mart — 160,00 120,00 100,00 100,00 80,00 Aprel — 160,00 120,00 100,00 100,00 80,00 May — 160,00 120,00 100,00 100,00 80,00 İyun — 160,00 120,00 100,00 100,00 80,00 İyul --- 160,00 120,00 100,00 100,00 80,00 Avqust -- 160,00 100,00 100,00 100,00 80,00 Sentyabr -- 160,00 100,00 100,00 100,00 80,00 Oktyabr 100,00 160,00 100,00 100,00 100,00 80,00 Noyabr 100,00 160,00 100,00 100,00 100,00 80,00 Dekabr 100,00 160,00 100,00 100,00 100,00 80,00 - İşdə olan Azər-M kiçik müəsissəsinin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş arayışda göstərilmişdir ki, İddiaçı 1998-1999-cu ildən 2000-ci ilə kimi Azər-M kişik müəsisəsində işlədiyi müddətdə aşağıda ki, kimi əmək haqqı almışdır. Aylar 1998 1999 2000 Yanvar — 25000 28000 Fevral — 25000 28000 Mart — 25000 28000 Aprel — 25000 28000 May — 25000 28000 İyun 1500 25000 -- İyul 15000 25000 -,-- Avqust 15000 25000 - Sentyabr 15000 25000 - Oktyabr 15000 25000 - Noyabr 15000 25000 - Dekabr 15000 25000 - - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-258087/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli 2-1(120)-936/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı təqdim etdiyi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(106)-2782/2019 nömrəli qətnaməsinə əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixədək “Köçəkli” sovxozunda, əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-3085/2021 nömrəli qətnaməsi ilə təsdiq edilmiş Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışına əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1980-ci il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə ümumilikdə 12 il 8 ay 21 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabında pensiya kapitalı qeydə alınmadığından onun əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.2000-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan “Köçəkli” bələdiyyəsində işlədiyi dövrü dəqiqləşdirmək zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının “Köçəkli” bələdiyyəsində işlədiyi dövr üzrə 2000-ci ilin X-Xİİ ayların əmək haqqı cədvəllərində möhür oxunmaz vəziyyətdədir, 2001-2005-ci illərin əmək haqqı cədvəlləri isə “Həsənli” bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Qeyd olunan səbəblərdən həmin dövr sığorta stajına daxil edilməmişdir. Masallı Rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 466 nömrəli arxiv arayışına əsasən bəzi dövrlərdə İddiaçı adı Radə kimi qeyd edildiyindən, həmçinin həmin arayışla Masallı Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 186 nömrəli arayışı arasında uyğunsuzluq olduğundan sözügedən arayışda qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 28 fevral 2024-cü il tarixli 3-48-33RA/2-044/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı iddiası ilə bağlı, xx.xx.2024 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğuya cavab olaraq, İddiaçı (Radə) Malik qızının keçmiş “Şən həyat” sovxozunda işlədiyi müddətdə, haqqında və ya onun da aid olduğu əmrlərin (eyni zamanda xx.xx.2017-ci il tarixli 466 saylı arxiv arayışının verilməsinə əsas olan sənədlərin) təsdiq olunmuş surətləri göndərilmişdir. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 11 nömrəli məktubda göstərilmişdir ki, 2009-cu ildə bələdiyyələrin birləşməsi ilə bağlı bələdiyyənin arxivində heç bir sənəd yoxdur. Lakin hal-hazırda Həsənli, Köçəkli, Məmmədxanlı, Təkdam Həsənli bələdiyyəsinin ərazisi hesab edilir və bu kəndlər Həsənli bələdiyyəsinə birləşib. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubunda göstərilmişdir ki, müraciətə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında X18 Fondunun Masallı rayon şöbəsində baxılmışdır. Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək 01 yanvar 2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə uyğun Sığortaolunanm sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-160644/2024 nömrəli məktubunda göstərilmişdir ki, məhkəmə sorğusuna əsasən İddiaçı 1977-1990-cı illərdə “Şən həyat” sovxozunda, xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “Azər- M” kiçik müəssisəsində və xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Köçəkli Bələdiyyəsində olan əmək fəaliyyəti dövrlərinə dair müvafiq araşdırma yekunlaşdıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir. - İşdə olan Azərbaycan Respublikası Lənkəran Regiona Ədliyyə İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-28/1-46/24 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Masallı rayonu Həsənli bələdiyyəsinin xx.xx.2024cü il tarixli cavab məktubunun surəti göndərilir. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 12 nömrəli məktubda göstərilmişdir ki, 2009-cu ildə bələdiyyələrin birləşməsi ilə bağlı bələdiyyənin arxivində heç bir sənəd yoxdur. Lakin hal-hazırda Həsənli, Köçəkli, Məmmədxanlı, Təkdaın Həsənli bələdiyyəsinin ərazisi hesab edilir və bu kəndlər Həsənli bələdiyyəsinə birləşib. - İşdə olan Masallı rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 27 avqust 2020cü il tarixli 259 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı lə bağlı, xx.xx.2020-ci il tarixdə Masallı Rayon Dövlət Arxivinə (MRDA) daxil olmuş, sorğunuza cavab olaraq, onun adına verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı arxiv arayışının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlər göndərilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-227720/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Döviət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş 18,09.2024-cü il tarixli 2-1(120)-234/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi xx.xx.2019-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilib və ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən adıçəkilən şəxs (beş uşağı olan qadın kimi) xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası yaşına çatmışdır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-177154/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 1977-1990-cı illərdə “Şən həyat” sovxozunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" kiçik müəssisəsində və xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Köçəkli Bələdiyyəsində olan əmək fəaliyyətinə dair tərtib edilmiş yoxlama aktlarının surəti məhkəməyə təqdim edilir. - İşdə olan Masallı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 15 iyul 2024-cü il tarixli Akt DSMF-nin 2 saylı Lənkəran-Astara regional filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7 və Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, "xxxx" kiçik müəssisəsinin əmr kitabları, əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən və qeyd edilən sənədlərin harada saxlanılması barədə məlumat olmadığından İddiaçı həmin müəssisədə işləməsi faktını yoxlamaq mümkün olmamışdır. - İşdə olan Masallı rayonu Həsənli Bələdiyyəsi tərəfindən tərtib edilmiş 18 iyul 2024cü il tarixli Akt DSMF-nin 2 saylı Lənkəran-Astara regional filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7, Masallı rayonu Həsənli Bələdiyyəsinin sədr müavini X3 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, İddiaçı Köçəkli Bələdiyyəsində işləməsi Həsənli bələdiyyəsində saxlanılan (2010-cu ilin yanvar ayında Köçəkli bələdiyyəsi Həsənli bələdiyyəsinə birləşdirilib) Köçəkli bələdiyyəsinin haqq-hesab ödəniş cədvəllərinə əsasən araşdırılmışdır. Araşdırmaya təqdim edilmiş Köçəkli bələdiyyəsinin haqq-hesab ödəniş cədvəllərinə əsasən İddiaçı (cədvəllərdə ata adı yazılmayıb) 2000-ci il üçün X-Xİİ (3 ay) 2001-ci il üçün İ-Xİİ (12 ay), 2002-ci il üçün İ-Xİİ (12 ay), 2003-cü il üçün İ-Xİİ(12 ay), 2004-cü il üçün İ-İX (9 ay), 2005-ci il üçün İ-İX (9 ay) əmək haqqı alması müəyyən edildi. Haqq-hesab ödəniş cədvəlləri Həsənli bələdiyyəsinin möhürü ilə təsdiqlənib. İddiaçı işə girmə işdən azad edilməsi əmrləri əmr kitabları təqdim edilmədiyindən yoxlamaq mümkün olmadı. - İşdə olan Masallı rayon Dövlət Arxivi tərəfindən tərtib edilmiş 18 iyul 2024-cü il tarixli Akt DSMF-nin 2 saylı Lənkəran-Astara regional filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X7 və Masallı rayon Dövlət Arxivinin müdiri X10 iştirakı ilə tərtib edilərək göstərilmişdir ki, İddiaçı “Şən həyat” sovxozunda işləməsi Masallı rayon Dövlət Arxivində saxlanılan sabiq “Şən həyat” sovxozunun əmr kitablarına və əmək haqqı cədvəllərinə (sabiq “Şən həyat” sovxozunun sənədləri Masallı rayon Dövlət Arxivinə tam şəkildə təhvil verilməyib) əsasən araşdırıldı. Araşdırma zamanı İddiaçı Masallı rayon sabiq “Şən həyat” tərəvəzçilik südçülük sovxozuna fəhlə qəbul edilməsi barədə əmri aşkarlanmadı, lakin 1977-ci ilin Vİİ-İX-, Xİ-Xİİ (1977-ci ilin iyul ayından 1980-cı ilin may ayına kimi adı Radə qeyd edilib) 1978-ci ilin İ-Xİİ ()xx.xx.1978-ci il tarixli 301 Salı əmrlə növbəti məzuniyyətə buraxılıb) 1980-cı ilin İ-İV, Vİİ-Vİİİ, Xİİ 1983-cü ilin İV-Vİİİ (xx.xx.1983-cü il tarixli 6 saylı protokola əsasən 025987 saylı xəstəlik vərəqəsinə əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək bülleten pulu) 1984-cü ilin, İİİ-Vİ, X-Xİİ, 1985-ci ilin İV-Vİ, 1985ci ilin Xİ-Xİİ, 1986-cı ilin İ-Vİİİ (xx.xx.1985-ci iltarixli 347 saylı əmrlə xx.xx.1985-ci ilədək körpə üşağın 1 yaşı olanadək haqqı qismən ödənilən məzuniyyət 1987-ci ilin İ,İV-V (xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə işləmək üçün Yaşarın briqadasına təhkim edilib) 1988-ci ilin İİİ-İV,Vİ,Vİİİ (haqq qismən ödənilən məzuniyyət) 1988-ci ilin Xİİ, 1989-cu ilin İ, İV-Vİİ ()işdən çıxma əmri tapılmadı) ayları üzrə əmək haqqı alması və xx.xx.1981-ci il tarixli 312 saylı, xx.xx.1982-ci il tarixli 259-6 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxılması müəyyən edilmişdir. Yuxarıda qeyd olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Kollegiya hesab edir ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ yaranmış olur. Ona “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi xx.xx.2019cü il tarixdən yaşa görə sosial müavinət təyin edilib və ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən adıçəkilən şəxs (beş uşağı olan qadın kimi) xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası yaşına çatmışdır. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydalarım 3.2.1. və 3.6-cı bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Beləliliklə iddiaçının işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını, arxivdən əldə edilən arayışlar və arayışların verilməsinə əsas olan sənədlər (əmək haqqı cədvəlləri, əmr və.s.) mötəbər sübut kimi qəbul etməklə, həmin illərin sosial sığorta stajına daxil etməsi qanuni hesab edilməlidir. Belə ki, iş üzrə tam, hərtərəfli araşdırma aparılmış, iddiaçının dəlilləri tədqiq olunan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, imtinanın əsası olan hallar barədə müstəqil şəkildə və öz hesabına dəlillərin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görməli olduğu halda, inzibati orqan olaraq cavabdeh tərəfindən heç bir araşdırma aparılmadan, formal mülahizələrə müraciətdən imtina etmiş, bununla da qanunsuz hərəkətə yol verilməklə yanaşı, iddiaçının sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsində işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər və dəlillərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası eyni zamanda cavabdeh tərəfindən göstərilən dəlillərlə bağlı qeyd edir ki, cavabdehin göstərdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və bu hallar iddiaçının pensiya hüququnun məhdudlaşdırmamalıdır. Nəticə olaraq cavabdeh tərəfin mövqeyi “İnzibati icraat haqqında” Qanunun ümumi prinsiplərinə (qanunçulu və digər) zidd hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərar qanuni və əsaslıdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2-1(120)-234/2024 nömrəli qərarı dəyişdirilməsin. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 01 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-103/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-103/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver