Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-104/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2-1(120)-137/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 19 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarının ləğv edilməsi və ona 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 21 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-137/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyi ilə bağlı xx.xx.2006-cı il tarixdən hal-hazıradək müəyyən olunmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı və 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı bəndlərinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci “Qan dövranı sistemi xəstəlikləri” bölməsinə tam uyğunluğu təsdiq olunur. Qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ürəyindən əməliyyat olmuş və ürəyinə aparat qovulmuşdur, bu barədə tibbi sənədləri var, həyatda həmin aparatın köməyi ilə yaşayır. Buna görə ona 2-ci qrup əlillik təyin edilmişdir. Lakin sonuncu xx.xx.2021-ci il tarixli TSEK müayinəsinin diaqnoz cavabında qeyd etmişdir ki, “əlavə müalicəyə ehtıyacı vardır, xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə görə müalicə kursu yetərli deyil, ixtisaslaşmış klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac vardır” cümləsi qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AAXDE nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirilmə aparılmış və son illərdə stasionar müalicə müddəti yetərli olmadığından, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AA1CE nörnrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmə aparılmış və ekspertiza üçün əhəmiyyətli sayılan tibbi məlumatlar ətraflı qeyd edilməməsi səbəbindən “Göndərişin natamam doldurulması” barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının 0286003AA1FU nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında qiymətlərıdirilmiş (Diaqnoz: Mitral qapağın revmatik mənşəli çatışmazlığı, Revrnatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Hər iki diz oynağının artrozu. Xroniki xolesistit. Revmatik miokardit. Durğunluq ürək çatışmazlığı İİ dərəcə. Mitral qapağın prolapsı) və müalicə potensialının tükənmədiyini nəzərə alaraq son iki ildə stasionar reabilitasiya kursu keçmədiyindən, “Əlavə müalicəyə ehtiyacın olması” barədə qərar qəbul edilmişdir. Hər üç halda İddiaçı əlillik vəziyyətinin TSEK-lər tərəfindən qiymətləndirilməsi zamanı qanun pozuntusuna yol verilməmiş və qəbul edilmiş qərarlar əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının orqanizmində müvafiq sənədlərdə qeyd olunan diaqnoza uyğun xəstəliklər olsa da, həmin diaqnoz əsasında ağırlaşmalar olmadıqda şəxsə əlillik təyin edilmir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmiş və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, mübahisələndirilən qərar 30 dekabr 2021-ci il tarixdə verilmiş, iddiaçı 1 ay ərzində iddia ərizəsini məhkəməyə təqdim edilməsi üçün poçt xidmətinə təqdim etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərarlardan şikayət verilməsi ilə bağlı müddətlər ötürülməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçıya ilk dəfə 2006-cı ildə “X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 105-109- Ürəyin xroniki revmatik xəstəlikləri => 105; Mitral qapağın revmatik xəstəliyi => 105.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı. Diaqnozun mətni: Revmatizm revmokardit. Arostal qapaq çatmamazlığı İİ dər. Mitral qapaq çatmamazlığı İİ-İİİ dər. QDÇ İİ dər. Meyar: 2.2.” diaqnozu ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, 2016-cı ildə “X1: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 105-109- Ürəyin xroniki revmatik xəstəlikləri => 106; Aorta qapağının revmatik xəstəlikləri => 106.9- Aorta qapağının dəqiqləşdirilməmiş revmatik xəstəlikləri. Diaqnozun mətni: Revmatizm aktiv faza ü/o forma, revmokardit. Aortal çatmamazlığı İİ dər. Mitral çatmamazlığı İİ dər. QDÇ İİ dər. Aortal qapağın protezləşmə əməliyyatından sonrakı vəziyyət. Meyar: 2.2.” diaqnozu il beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və patofunksional pozuntuların eyni olmasına baxmayaraq, “Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmiş, yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina verilmiş, nəhayət xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var” səbəbi ilə imtina verilmişdir. -İddiaçı hazırda 30 dekabr 2021-ci il tarixli, xxxxxxx0008 saylı qərarı mübahisələndirir. -Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınsa da, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1-13152/2024 nömrəli qərarına əsasən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 15 mart 2023-cü il tarixli, T160 nömrəli rəyində bildirilir ki, “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfındən tərtib edilmiş № 088 saylı göndərişlərlə göndərilmiş və digər tibb müəssisəsinin verdiyi arayışlarda qeyd edilmiş “Əsas diaqnoz: 105.1-Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Ağırlaşma: M17- Qonartoz (diz oynağınm artrozu). Hər iki diz oynağınm artrozu. K81.1- Xroniki xolesistit, Xroniki xolesistit. M24.5- Oynaqların kontrakturası, hər iki diz oynağınm kontrakturası. İ09.0- Revmatik miokardit, Revmatik miokardit. İ50.0- Durğunluq ürək çatmamazlığı, xr.Q.D.Ç-ğı İİ dərəcə. Adi fıziki hərəkətin kəskin məhdudlaşmasına səbəb olan tənginəfəslik, agciyərdə durğunluq, aşağı ətraflarda ödemlə müşayət olunan qan dövranmm xroniki çatmamazlığı. M06- Digər revmatoid artritlər, Revmatik poliartrit hərəkət məhdudluğu ilə. K30-Dispepsiya, Həzm funksiyasınm pozulması. M21.2-Bükücü defarmasiya, Hər iki diz oynağınm bükücü deformasiyası. İ49.4- Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrasistolik aritmiya. İ34.1- Mitral qapağın (prolapsı) düşməsi, Mitral qapağın prolapsı-İİ dərəcə. Ürək ritminin pozulması ilə. R26- Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Yanaşı xəstəliklər: Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Aortal qapağın protezləşməsi (2006) əməliyyatından sonrakı vəziyyət.” Diaqnozlar xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Diaqnozda olan xəstəliklərlə əlaqədar onun hazırda əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər tam reablitasiya olunmurlar, xəstəliklər kəskinləşdiyi hallarda müalicəyə cəlb edilirlər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 22 fevral 2024-cü il tarixli, T126 nömrəli rəyində bildirilir ki, xx.xx.2024-cü il tarixdə X3 İnstitutunda anamnestik, klinik və instrumental müayinələrindən sonra “Z95.2- Aortal qapaşın protezləşməsi əməliyyatından sonrakı vəziyyət. İ11.O- Arterial hipertoniya. İ50.0- Xroniki ürək çatmamazlığı İ (bir) f.s.” diaqnozu müəyyən edilmişdir. İş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş № 088 saylı göndərişlərlə göndərilmiş və digər tibb müəssisəsinin verdiyi arayışlarda qeyd edilmiş “Əsas diaqnoz: 105.1- Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Revmatizm aktiv faza, İİ dərəcə aktivlik, ürək-oynaq forması. Ağırlaşma: M17- Qonartoz (diz oynağının artrozu). Hər iki diz oynağının artrozu. K81.1- Xroniki xolesistit, Xroniki xolesistit. M24.5- Oynaqların kontrakturası, hər iki diz oynağının kontrakturası. İ09.0-Revmatik miokardit, Revmatik miokardit. İ50.0-Durğunluq ürək çatmamazlığı, xr.Q.D.Ç-ğı İİ dərəcə. Adi fıziki hərəkətin kəskin məhdudlaşmasına səbəb olan təngnəfəslik, agciyərdə durğunluq, aşağı ətraflarda ödemlə müşayət olunan qan dövranının xroniki çatmamazlığı. M06- Digər revmatoid artritlər, Revmatik poliartrit hərəkət məhdudluğu ilə. K30-Dispepsiya, Həzm funksiyasının pozulması. M21.2- Bükücü defarmasiya, Hər iki diz oynağının bükücü deformasiyası. İ49.4- Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, Ekstrasistolik aritmiya. İ34.1- Mitral qapağın (prolapsı) düşməsi, Mitral qapağın prolapsı-İİ dərəcə. Ürək ritminin pozulması ilə. R26- Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. Yanaşı xəstəliklər: Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Aortal qapağın protezləşməsi (2006) əməliyyatından sonrakı vəziyyət.” diaqnoz hazırda əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş 22 fevral 2024-cü il tarixli, T126 nömrəli rəy üzrə müayinələr cavabdeh qurumun nümayəndələrinin iştirakı ilə keçirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası həmin rəyl üzrə gəlinmiş nəticədə cavabdeh qurumun nümayəndələrinin maraqlı olması ehtimalını nəzərə alınaraq 15 mart 2023-cü il tarixli, T160 nömrəli rəyi daha mötəbər hesab edir. Digər tərəfdən isə hər iki rəy üzrə diaqnozların həm patofunksional pozuntuların ağırlaşma dərəcəsi, həm X1, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “meyar”lar baxımından eyni olmasına baxmayaraq, fərqli nəticələrə gəlinməsi cavabdeh qurumun işin nəticəsi ilə maraqlı olması ilə bağlı şübhələri daha çox qabardır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.1-ci bəndində qeyd olunan “ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0)” diaqnozu ikinci dərəcə əlillik təyinatına əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3.Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9.Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. -Bundan əlavə həmin “Qaydalar”ın: -1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanınrəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Qaydaların tələblərindən göründüyü kimi, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması əlilliyin təyini üçün əsasdır. Cavabdeh inzibati orqanın mövqeyi ondan ibarətdir ki, iddiaçı stasionar şəraitdə müayinə və müalicə olunmadığından, ona əlillik təyin edilməsi mümkün deyildir. Lakin Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi ilə bağlı şərt müəyyən edilmişdir ki, bəndin tələbinə əsasən, bu zaman şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt aradan qalxmış olur. Əlilliyin təyinində həmin maddədə nəzərdə tutulan şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlı olur ki, ixtisaslaşmış səhiyyə müəsisəsinin müayinəsi nəticəsində də əlilliyin təyini üçün əsas verən xəstəliyin iddiaçıda mövcud olması aşkar göstərilmişdir. Başqa sözlə,cavabdehin istinad etdiyi hal ilkin əlillik statusunda olmayan, əlillik müddəti bitdikdən sonra müraciət edən şəxslərə münasibətdə tətbiq oluna bilməz. Təkrar müraciət edən şəxslər üçün yeganə şərt orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması ilə bağlıdır ki, iddiaçıda əlilliyin təyininə səbəb olan xəstəliyin mövcudluğu tam təsdiq edilmişdir. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2-1(120)-137/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-104/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-104/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver