Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-107/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Xalıq qızının Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(120)-900/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Xalıq qızı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, xx.xx.2002-ci ildə anadan olmaqla atası X6, anası X5 xx.xx.2004-cü ildə 176 saylı qeydiyyata alınaraq AZ-İ № 123676 saylı nigah haqqında şəhadətnamə verilməklə yuxarıda qeyd olunan onun valideynləri tanınmaları barədə xx.xx.2004-cü ildə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilərək AZ-İ № 043347 saylı şəhadətnamə təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdeh səhlənkarlığı ucbatından iddiaçının doğum tarixi xx.xx.2000-ci il qeyd edilmişdir, baxmayaraq ki, həqiqətən də ilkin qeydiyyatda o xx.xx.2002-ci ildə dünyaya göz açmış və bu fakt Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydində qeyd edilmişdir. Bununla bağlı onun tərəfindən cavabdeh təşkilata müraciət olunmuşdur və onlar tərəfindən Məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Baxmayaraq ki o, Laçın rayon qeydiyyatındadır, amma faktiki olaraq Bakı şəhəri, Yasamal rayonunda yaşayır, Yasamalda yaşamasş 56 saylı MKİS xx.xx.2022-ci il arayışla təsdiqolunur. Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(120)-900/2023 saylı qərarı ilə (hakim Amilya Hüseynova) iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2023cü il tarixli, 2-1(120)-900/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə gedişində verilmiş sorğulara Cavabdeh və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin cavab məktublarından göründüyü kimi uzun müddət keçməsi ilə əlaqədar mübahisələndirilən 2002-ci il tarixli doğum haqqında aktın əsli müddətin keçməsi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq arxivdən sənədlərin məhv edilməsinin göstərməklə və həqiqətən də həmin aktın surəti mülki işdə mövcud olan halda, həmçinin də “06” dekabr 2022-ci il tarixli Bakı şəhəri üzrə Təhsil İdarəsinin 286 №-li orta məktəbin məhkəməyə ünvanlandığı məktubundan açıq-aydın görünür ki, həqiqətən də iddiaçı xx.xx.2008-ci il tarixdə orta məktəbə birinci sinifə qəbul edilmişdir, belə olan halda məhkəmənin qərarında görünür ki, iddiaçı doqquz yaşında birinci sinifə qəbul edilmişdir, bu faktı məhkəmə nəzərə almayaraq qanunsuz olaraq səlahiyyətli orqanlarının müddətin keçməsi ilə əlaqədar cavab məktublarına əsas gətirərək və həmin cavablarda açıq-aydın göründüyü kimi arxiv sənədləri məhv edilmişdir, bu da vətəndaşın Konstitusiyaya uyğun olaraq xeyrinə şamil edildiyi halda, bu fakt qəsdən hakim tərəfindən icra edilməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(120)-900/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə prosesinin iştirakçılarına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən “vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir” Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanunu: Maddə: 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərəbaxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı Xalıq qızı “doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 503400 saylı,xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamə hal-hazırda artıq etibarlı deyildir, həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş AZ-İİİ seriyalı, 625747 saylı, xx.xx.2015-ci il tarixli təkrar doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir və iş materiallarına əlavə edilmiş iddiaçıya məxsusAZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətində və 22 oktyabr 2004-cü il tarixli, 302 nömrəli doğum haqqında akt qeydinin surətində İddiaçı Xalıq qızının təvəllüdü “xx.xx.2000-ci il” göstərilmişdir. İddiaçının təvəllüdünün dəyişdirilməsinin müxtəlif problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla təvəllüdün dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki təvəllüdünün düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. Laçın şəhəri, H.Aslanov küçəsi, ev 35-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 132 nömrəli arayışından görünür ki, Allahverdiyeva X12 rayonundan köçkündür və özbaşına tikilidə qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 286 №-li tam orta məktəbinin məhkəməyə ünvnladığı 06 dekabr 2022-ci il tarixli 794 nömrəli məlumat məktubunda göstərilmişdir ki, İddiaçı Xalıq qızı xx.xx.2008-ci il tarixli 04 nömrəli əmrə əsasən məktəbin 1”d” siifinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdən təhsilini Bərdə şəhər Əyricə kənd E.Abdullayev adına tam orta məktəbdə davam etdirdiyi üçün adı məktəbin 11 “v” sinif şagirdləri siyahısından xx.xx.2018-ci il tarixli 33 nömrəli əmrə əsasən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Dövlət Universitetinin Tarix fakultəsinin dekanı X3 Aytən Xalıq qızına məhkəməyə təqdim etmək üçün təqdim etdiyi 12 dekabr t-608 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Xalıq qızı həqiqətən Bakı Dövlət Universitetinin Tarix fakültəsiRegionşunaslıq (Amerika üzrə) ixtisası əyani təhsilalma forması, İngilis bölməsi üzrə, ödənişli əsaslarla təhsil alan İV(dördüncü) kurs tələbəsidir. İş materialarında olan 22 oktyabr 2004-cü il tarixli, 302 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı Xalıq qızı xx.xx.2000-ci il tarixdə Laçın rayonunda dünyaya gəlmişdir. Ata qrafasında X7, ana qrafasında isə X1 qeyd edilmişdir. İş materialarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 saylı məktubunda bildirilmişdir ki, xx.xx.2004-cü il tarixdə Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğum tarixi “xx.xx.2000-ci il” yazılmışdır. xx.xx.2015-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş AZ-İİİ 625747 seryalı doğum haqqında şəhadətnamə etibarlıdır. İş materialarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/76-583/11 saylı məktubunda bildirilmişdir ki, cavab olaraq vətəndaş İddiaçı adına Cavabdehndə tərtib edilmiş xx.xx.2004-cü il tarixli 302 saylı doğum haqqında akt qeydi və sənədlərin kserosurəti göndərilir. xx.xx.2014-cü ıl tarixdə sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin Ekspert komissiyası tərəfindən tərtib edilmiş akt təsdiq edildikdən sonra 1992-2011-ci illərə aid uşağın doğulması haqqında doğum evlərinin və başqa tibb müəssisələrinin arayışları yandırma yolu ilə məhv edilmişdir. Qeyd edilən səbəblərə görə İddiaçı dogum haqqında akt qeydinin rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin verilməsi mümkün deyildir. İş materialarında olan Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/76-583/11 saylı məktubunda bildirilmişdir ki, X4 xx.xx.2015-ci ildə övladı İddiaçı təkrar doğum şəhadətnaməsinin alınması ilə bağlı Cavabdehnə edilmiş müraciətinəəlavə edilmiş sənədlər göndərilmişdir. Əlavə edilmiş sənədlər arasında İddiaçı təkrar verilmiş doğum haqqında şəhadətnamənin surətində İddiaçı təvəllüdü “xx.xx.2000-ci il” göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəntəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 16-5/4-13-3748/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Xalıq qızının doğumu haqqında xx.xx.2004-cü il və xx.xx.2015-ci il tarixli şəhadətnamələrin verilməsinə əsas olmuş sənədlərin və onlardan hansının etibarlı olmasına dair məlumatın istənilməsinə dair müraciətinizə baxılmışdır. Müraciətə əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən İddiaçı doğumu haqqında xx.xx.2004-cü ildə tərtib edilmiş ilkin şəhadətnamədə onun doğum tarixinin (sonradan dəyişiklik edilməklə) “xx.xx.2002-ci il”, xx.xx.2015-ci ildə tərtib edilmiş təkrar şəhadətnamədə isə “xx.xx.2000-ci il” kimi qeyd edildiyi məlum olmuşdur. Adıçəkilən şəxsin doğumu haqında Cavabdeh tərəfindən xx.xx.2004-cü ildə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum tarixinin xx.xx.2000-ci il kimi qeyd edildiyi və bu barədə AZ-İ seriyalı, 503400 nömrəli ilkin şəhadətnamənin verildiyi müəyyən edilmiş, akt qeydinin üzərində doğum tarixinə dəyişiklik edilməsi barədə hər hansı qeyd aşkar edilməmişdir. Həmçinin həmin akt qeydinin üzərində İddiaçı doğumuna dair xx.xx.2015-ci il tarixdə AZ-İİİ seriyalı 625747 nömrəli təkrar şəhadətnamənin tərtib edildiyinə dair qeydin aparıldığı məlum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiqedilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının tələblərinə əsasənqeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrarşəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamə Qüvvədən düşmüşsənədlərin dövlət reyestrinə ötürülməklə qüvvədən düşmüş hesab edilir. Qeyd edirik ki,doğum haqqında akt qeydinin və şəhadətnamələrin tərtib edildiyi vaxt qüvvədə olan “WAQorqanlarının nümunəvi nomenklatur işi”nə əsasən doğumun qeydə alınmasına əsas olmuşsənədlər qeydiyyat şöbələrinin arxivində 1 il, vətəndaşlıq vəziyyəti aktlarına dair təkrarşəhadətnamələrin verilməsi haqqında ərizələr və onlara əlavə edilmiş sənədlər isə 5 ilsaxlanıldıqdan sonra məhv edilirdi. Göstərilən səbəbdən müraciətə əlavə edilmişşəhadətnamələrin tərtib edilməsinə əsas olmuş sənədlərin göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəntəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 16-5/4-13-9916/23 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2004-cü ildə Cavabdehndə tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum tarixinin xx.xx.2000-ci il kimi yazıldığı və hər hansı dəyişikliyin olunmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2000-ci il tarixdə Laçın rayonunda doğulmuşdur və həmin vaxt təvəllüdü doğum akt qeydində “xx.xx.2000-ci il” kimi göstərilmişdir. Sonradan iddiaçı doğum akt qeydində təvəllüdü “xx.xx.2000-ci il” olsa da, özünün dediyinə görə əslində xx.xx.2002-ci il tarixdə anadan olduğunu bildirmiş və məhkəməyə Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 503400 saylı, xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətini təqdim etmiş, həmin doğum haqqında şəhadətnamənin surətində iddiaçının təvəllüdü “xx.xx.2002-ci il” göstərilmişdir və doğum akt qeydləri kitabında xx.xx.2004-cü il tarixli, 303 nömrə ilə qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh tərəfindən verilmiş AZ-İİİ seriyalı, 625747 saylı, xx.xx.2015-ci il tarixli təkrar doğum haqqında şəhadətnamənin surətində iddiaçının təvəllüdü “xx.xx.2000-ci il” göstərilmişdir və doğum akt qeydləri kitabında xx.xx.2004-cü il tarixli, 302 nömrə ilə qeyd edilmişdir. xx.xx.2004-cü il tarixdə Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında doğum tarixi “xx.xx.2000-ci il” yazılması barədə xx.xx.2015-ci il tarixdə Cavabdeh tərəfindən verilmiş AZ-İİİ 625747 seryalı doğum haqqında şəhadətnamənin etibarlı olması barədə məhkəməyə məlumat verilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəntəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-3748/2023 nömrəli məktubda göstərilmişdir ki, adıçəkilən şəxsin doğumu haqında Cavabdeh tərəfindən xx.xx.2004-cü ildə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum tarixinin xx.xx.2000-ci il kimi qeyd edildiyi və bu barədə AZ-İ seriyalı, 503400 nömrəli ilkin şəhadətnamənin verildiyi müəyyən edilmiş, akt qeydinin üzərində doğum tarixinə dəyişiklik edilməsi barədə hər hansı qeyd aşkaredilməmişdir. Həmçinin həmin akt qeydinin üzərində iddiaçının doğumuna dair xx.xx.2015-ci il tarixdə AZ-İİİ seriyalı 625747 nömrəli təkrar şəhadətnamənin tərtib edildiyinə dair qeydin aparıldığı məlum olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 503400 saylı,xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamə hal-hazırda artıq etibarlı deyildir, həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş AZ-İİİ seriyalı, 625747 saylı, xx.xx.2015-ci il tarixli təkrar doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir və iş materiallarına əlavə edilmiş iddiaçıya məxsusAZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətində və 22 oktyabr 2004-cü il tarixli, 302 nömrəli doğum haqqında akt qeydinin surətində İddiaçı Xalıq qızının təvəllüdü “xx.xx.2000-ci il” göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiqedilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının tələblərinə əsasənqeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrarşəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamə Qüvvədən düşmüşsənədlərin dövlət reyestrinə ötürülməklə qüvvədən düşmüş hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi, ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin, o cümlədən faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur 46.1-ci maddəsinə əsasən inzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2022-ci il № 269 qərarı ilə edilmiş dəyişikliyə əsasən) vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Qaydaların 3-cü bəndinin 9-cu abzasına əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Həmin Qaydaların 4-cü bəndinin 10-cu abzasına əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsas hesab edilir. İşin müəyyən edilmiş faktiki hallarına görə iddiaçı tələbinin hüquqi əsası kimi inzibati orqana və daha sonra məhkəməyə Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 503400 saylı, xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətini təqdim etmiş və həmin sənəddən çıxış edərək xx.xx.2004-cü il tarixdə Cavabdehndə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən iddiaçı barəsində yalnız bir dəfə - xx.xx.2004-cü il tarixdə 302 saylı doğum haqqında akt qeydi tərtib edilmiş və həmin akt qeydinin uşaq qrafasında doğum tarixi “xx.xx.2000-ci il” yazılmışdır. Cavabdeh xx.xx.2004-cü il tarixli, 302 nömrə ilə doğum akt qeydinə əsaslanaraq, iddiaçı barəsində sonradan AZ-İİİ seriyalı, 625747 saylı, xx.xx.2015-ci il tarixli təkrar doğum haqqında şəhadətnamə tərtib etmiş və həmin şəhadətnamədə iddiaçının təvəllüdünü düzgün olaraq “xx.xx.2000-ci il” göstərmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı barəsində Cavabdehndə tərtib edilmiş xx.xx.2004-cü il tarixli, 302 nömrə ilə doğum akt qeydində doğum tarixinə hər hansı dəyişiklik olmamış, doğum tarixi əvvəlcədən “xx.xx.2000-ci il” kimi yazılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək belə qənaətə gəlir ki, inzibati orqanlar öz səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı yalnız qanunun tələbinə uyğun həyata keçirməli və sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. İnzibati orqanın üzərinə yalnız səhvə yol verdiyi halda bu səhvin düzəldilməsi öhdəliyi qoyula bilər. Hazırki iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan iddiaçı barəsində ilkin doğum akt qeydini tərtib edərkən hər hansı səhvə yol verməmiş və bunun əksinə dair iddiaçı hər hansı sübut təqdim etməmişdir. Bu baxımdan inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə akt qeydinə düzəliş edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilə bilməz. Bundan başqa Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin” Formalarında qeyd edilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadının dəyişdirilməsi forması 1 — 8 nömrəli əlavələrdə müəyyən olunan müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında qeyd edilir və forması 9 — 18 nömrəli əlavələrdə müəyyən olunan müvafiq şəhadətnamələr verir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları eyni formalı iki nüsxədən ibarətdir. Qeydiyyat aparıldıqdan sonra vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının birinci nüsxəsi qeydiyyat şöbələrində və konsulluq idarələrində saxlanılır, ikinci nüsxə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə göndərilir. İş materialarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəntəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-3748/2023 nömrəli məktubdan və xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-9916/23 nömrəli məktubdan və ona əlavə edilmiş doğum akt qeydindən görünür ki, iddiaçının doğumu haqında Cavabdeh tərəfindən xx.xx.2004-cü ildə tərtib edilmiş 302 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən onun doğum tarixinin xx.xx.2000-ci il kimi qeyd edildiyi və bu barədə AZ-İ seriyalı, 503400 nömrəli ilkin şəhadətnamənin verildiyi, akt qeydinin üzərində doğum tarixinə dəyişiklik edilməsi barədə hər hansı qeyd aşkaredilmədiyi müəyyən edilmişdir. Həmçinin həmin akt qeydinin üzərində iddiaçının doğumuna dair xx.xx.2015-ci il tarixdə AZ-İİİ seriyalı 625747 nömrəli təkrar şəhadətnamənin tərtib edildiyinə dair qeydin aparıldığı məlum olmuşdur. Göründüyü kimi akt qeydlərinin saxlanılmasını təmin edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində iddiaçının adına tərtib edilmiş doğum akt qeydində onun doğum tarixi “xx.xx.2000-ci il qeyd edilmiş və onun adına əvvəl və sonradan doğum tarixinin xx.xx.2002-ci il kimi akt qeydinin tərtib (və ya düzəliş) edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası, cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı (imtinanı) hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı xx.xx.2002-ci il tarixdə anadan olması əsası ilə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dəyişiklik edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1(120)-900/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-107/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-107/2024
07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver