Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-108/2024 02.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023cü il **********0967 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2-1(120)-2334/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, **********0967 saylı qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin 5saylı Ərazi Vergilər İdarəsinin rəisi Əhməd Hüseynin xx.xx.2023-cü il tarixli qərarı iləAzərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən İddiaçı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqdim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 (üç min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. xx.xx.2022-ci il tarixdə cavabdeh orqanın iki əməkdaşı iddiaçıya məxsus “Badə” şərab evinə daxil olaraq satıcıya guya alqı-satqı zamanı kassa çekini müştəriyə təqdim etməməsini bildirərək vergi ödəyicisi kimi iddiaçının iştirakı olmadan nəzarət kassa aparatına qanunsuz müdaxilə edərək mağazada yoxlama apararaq müəyyən qeydlər apararaq mağazanı tərk etmişlər. Təxminən 50 gün sonra iddiaçının yaşadığı ünvana 5saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı gəlmişdir. İddiaçı məxsus mağazada vergi nəzarəti həyata keçirilən zaman vergi ödəyicisi kimi o, dəvət edilməmiş vəona hər hansı bir qərar təqdim edilməmişdir. Bundan əlavə vergi orqanının rəhbəri vergi yoxlamasının nəticələri ilə bağlı 10 gün müddətində qərar qəbul etməli olduğu halda 48 gün sonra qərar qəbul etmişdir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 32.1-ci maddələrinin tələbini rəhbər tutaraq Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin rəisi Əhməd Hüseynin “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0967 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarə tərəfindən qəbul edilmişxx.xx.2023-cü il tarixli **********0967 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyininpozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir.Belə ki, 5 saylı Ərazi Vergilər İdarəsinin 30.11 2022-ci il tarixli, **********7147 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, L- T.İbrahimov ünvanında yerləşən **********- 21003 kodlu “Badə şərab evi” adlı obyektdə Nağd pul hesablaşmalarınınaparılması qaydalarına riayət olunması və Aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalarla markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2022-ci il tarixdə saat 14:43 radələrində nəzarət müşahidə tədbirləri həyata keçirilmişdir. Yoxlama zamanı müştəri tərəfindən 1 (bir) ədəd enerji içkisi alınmış və buna görə 1 (bir) manat ödəniş edilmişdir. Nağd alış zamanı edilmiş ödəniş satıcı tərəfindən nəzarət-kassa aparatına mədaxil edilməmişdir. Aşkarlanmış qanun pozuntusu xx.xx.2022-ci il tarixli, DVX seriyalı 015252 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir.Əlavə olaraq bildiririk ki, keçirilmiş operativ vergi nəzarətinin nəticəsi barədə tərtib edilmiş aktla tanış olmağı və imzalamağı məqsədilə fərdi sahibkar İddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış və “Badə şərab evi” adlı obyektinə dəvət olunmağına baxmayaraq və İddiaçı yoxlamanın keçirildiyi obyektə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə **********936400 nömrəli Operativ vergi nəzarəti materiallarına baxılması barədə bildiriş və xx.xx.2022-ci il tarixli, DVX seriyalı 015252 nömrəli akt vergi ödəyicisinə poçt vasitəsilə göndərilmişdir. Vergi məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiqedən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Vergi ödəyicisi **********936400 nömrəli Operativ vergi nəzarəti materiallarına baxılması barədə bildirişlə dəvət olunduğu vaxtda 5 saylı Ərazi Vergilər idarəsinə gəlməmiş vəgəlməməyinin səbəbi barədə əvvəlcədən heç bir məlumat verməmişdir. Operativ vergi nəzarəti materiallarına xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin iştirakı olmadan baxılışdır. Nəticədə 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 18.01,2023-cü il tarixli **********0967 nömrəli Qərarı ilə fərdi sahibkar İddiaçı 3000 ( üç min) manat məbləğində maliyyə sanksiyasına cəlb edilmişdir.Yuxarıda göstərilənəsasən iddiaçı tərəfin iddia ərizəsində mübahisələndirdiyi qərarın qanunsuz və əsassıolması fikrinin düzgün olmadığını, keçirilmiş yoxlama zamanı qanunvericiliyin bütün tələblərinə əməl edərək əvvəlcədən vergi ödəyicisinə məlumat vermədən xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi” haqqında qərarla əsaslı formada yoxlama keçirildiyi, yoxlamanın nəticəsinin müvafiq aktla rəsmiləşdirildyi və toplanmış materiallar əsasında 5 saylı Ərazi Vergilər İdarəsində qanuni əsaslarla vergi ödəyici barədə maliyyə sanksiyası tərtib edildiyi nəzərə alınmalıdır.Vergi ödəyicisi öz iddiasına heç bir hüquqi əsas gətirmədən barəsində tərtib olunmuş qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. Qeyd etmək istəyirik ki, İnzibati Prosessual Məcəllənin 35.1 -ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbulundan imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının qorunduğu pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında,» öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.Vergi Məcəlləsinin 50.1 -ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri)istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin məcəllənin 50.1.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi tədbirləri Operativ vergi nəzarəti yoxlamasının növlərinə aid edilmişdir.Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyatakeçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. VergiMəcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir.Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2-1(120)-2334/2023 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində aşağıdakıları qeyd etmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7147 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi Şirvan şəhəri, L- T.lbrahimov ünvanında yerləşən **********-21003 kodlu “Badə şərab evi” adlı obyektdə Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Aksiz markaları ilə markalanmalı və məcburi nişanlanma ilə nişanlanmalı malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalarla markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2022-ci il tarixdə saat 14:43 radələrində nəzarət müşahidə tədbirləri həyata keçirilmişdir. Yoxlama zamanı müştəri tərəfindən 1 (bir) ədəd enerji içkisi alınmış və buna görə 1 (bir) manat ödəniş edilmişdir. Nağd alış zamanı edilmiş ödəniş satıcı tərəfindən nəzarət-kassa aparatına mədaxil edilməmişdir. Aşkarlanmış qanun pozuntusu xx.xx.2022-ci il tarixli, DVX seriyalı 015252 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, keçirilmiş operativ vergi nəzarətinin nəticəsi barədə tərtib edilmiş aktla tanış olmağı və imzalamağı məqsədilə fərdi sahibkar İddiaçı ilə telefon vasitəsilə əlaqə saxlanılmış və “Badə şərab evi” adlı obyektinə dəvət olunmağına baxmayaraq İddiaçı yoxlamanın keçirildiyi obyektə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə **********936400 nömrəli Operativ vergi nəzarəti materiallarına baxılması barədə bildiriş və xx.xx.2022-ci il tarixli, DVX seriyalı 015252 nömrəli akt vergi ödəyicisinə poçt vasitəsilə göndərilmişdir. bildirişlə dəvət olunduğu vaxtda 5 saylı Ərazi Vergilər İdarəsinə gəlməmiş və gəlməməyinin səbəbi barədə əvvəlcədən heç bir məlumat verməmişdir. Operativ vergi nəzarəti materiallarına xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinin iştirakı olmadan baxılışdır. Nəticədə 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında 18.01,2023-cü il tarixli **********0967 nömrəli Qərarı ilə fərdi sahibkar İddiaçı 3000 (üç min) manat məbləğində maliyyə sanksiyasına cəlb edilmişdir. Yuxarıda göstərilən əsasən iddiaçı tərəfin iddia ərizəsində mübahisələndirdiyi qərarın qanunsuz və əsassı olması fikrinin düzgün olmadığını, keçirilmiş yoxlama zamanı qanunvericiliyin bütün tələblərinə əməl edərək əvvəlcədən vergi ödəyicisinə məlumat vermədən xx.xx.2022-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi” haqqında qərarla əsaslı formada yoxlama keçirildiyi, yoxlamanın nəticəsinin müvafiq aktla rəsmiləşdirildyi və toplanmış materiallar əsasında 5 saylı Ərazi Vergilər İdarəsində qanuni əsaslarla vergi ödəyici barədə maliyyə sanksiyası tərtib edildiyi nəzərə alınmalıdır. Vergi ödəyicisi öz iddiasına heç bir hüquqi əsas gətirmədən barəsində tərtib olunmuş qərarın qanunsuz və əsassız olduğunu bildirmişdir. Qeyd etmək istəyirik ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbulundan imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının qorunduğu pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-2334/2023 saylı qərarında vergi orqanı tərəfindən iddiaçı barəsində 3000 manat maliyyə sanksiyasının hesablanması barədə qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılması zamanı müştəriyə çek verilməməsi təşkil etdiyini və bu halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyini qeyd edlmişdir. Nəzərə alınması zəruridir ki, İddiaçı Şirvan İnzibati Məhkəməsində keçirilən məhkəmə iclaslarında iddia barədə dediyi fikirlərdə Əhali İlə pul hesablaşmalarının aparılması zamanı müştəriyə çek verilməməsi faktını şəxsən özü təsdiq etmişdir. X9 Məhkəməsi işin faktiki əsasını təşkil edən bu hala xüsusi olaraq diqqət etməli olduğu halda diqqət yetirməmiş və ümumiyyətlə yekun qərarında bu məsələyə toxunmamışdır. Biz hesab edirik ki, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********0967 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbul edilməsini satıcının müştərinin aldığı malı nəzarət kassa aparatına daxil etməməsi və kassa çekinin müştəriyə təqdim etməməsi təşkil edir. Qərarın qanuni olub-olmamasını müəyyən etmək üçün Şirvan İnzibati Məhkəməsi faktiki olaraq baş vermiş hadisənin olub-olmaması hissəsində İddiaçı bildirdiyi fikirləri nəzərə almalı olduğu halda nəzərə almamış və yekunda 5 saylı Ərazi Vergilər İdarəsi barəsində ədalətsiz qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-2334/2023 saylı qərarında qeyd etmişdir ki “Hazırkı işdə vergi orqanı tərtib etdiyi aktda xx.xx.2022-ci il tarixdə saat 14:43də operativ vergi nəzarəti zamanı İddiaçı məxsus olan və Şirvan şəhəri, L-nt İbrahimov ünvanında yerləşən “Badə şərab evi” adlı obyektdə müştəri tərəfindən alınmış 1 ədəd enerji içkisi üçün ödənilmiş 1,0 (bir) manat məbləğin ödənilməsi barədə müştəriyə kassa çekinin təqdim edilmədiyini və ödənilmiş məbləğin NKA-ya mədaxil edilmədiyini göstərsə də, həmin akt onun tərtibində yalnız iştirak edən vergi müfəttişləri tərəfindən təsdiq olunmuşdur. Halbuki, vergi qanunvericiliyinin tələbinə görə bu cür yoxlama həyata keçirilərkən vergi müfəttişlərindən başqa müşahidəçinin də iştirakı təmin olunmalı idi ki, bu qaydaya da riayət olunmamışdır“. Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 47-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər dəvət edilir. Hazırki iş üzrə müşahidəçilərin iştirakının təmin edilməsi ilə bağlı qanunvericilikdə heç bir imperativ norma mövcud deyildir. Müşahidəçilərin iştirakı olmadan OVN tədbirinin keçirilməsi əsası ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qanunsuz olmasına və ya yoxlamanın keçirilməsi qaydalarının pozulmasına istinad edilməsinin qanunvericiliyə zidd olduğunu və nəticədə 5 saylı Ərazi Vergilər idarəsi üçün əlverişsiz hüquqi nəticələrin yaranmasına gətirib çıxarır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-2334/2023 saylı qərarında qeyd etmişdir ki, vergi orqanın əməkdaşları Azərbaycan Respublikası Vergi Məcəlləsinin 41.1- ci maddəsinə əsasən, pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda müştərinin kim olması barədə və içkini aldıqdan sonra satıcı tərəfindən kassa çekinin müştəriyə təqdim edilməməsi barədə əsaslı mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi Məcəlləsinin 32.1 -ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəvicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi ganunvericilivinə riayət olunmasına vahid nəzarət sistemidir. Vergi Məcəlləsinin 32.4-cü maddəsinə əsasən, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 41-ci maddəsinin 1 -ci bəndinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Vergi qanunvericiliyinin müvafiq maddələrindən də aydın olur ki, keçirilmiş OVN tədbiri zamanı foto və (və ya) video çəkilişdən istifadə olunması yoxlamanı həyata keçirən şəxslər üçün məcburi hüquqi qüvvəyə malik deyildir. OVN tədbiri keçirilən zaman zamanı foto və (və ya) video çəkilişdən istifadə olunmaması 5 saylı Ərazi Vergilər İdarəsinin ziyanına şərh edilməməlidir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2-1(120)-2334/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 oktyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2-1(120)-2334/2023 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023cü il tarixli, 2-1(120)-2334/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 42. Sənədlərin tələb edilməsi 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. ... Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.5. Çıxarılmışdır. 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir ... 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: Maddə 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. ... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxlərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2-1(120)-2334/2023 saylı qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli, **********0967 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan operativ vergi yoxlaması apararkən Vergi Məcəlləsində nəzərdə tutulan tədbirlər görə bilərdi, o cümlədən satıcının və ya vergi ödəyicisinin izahatlarını ala bilərdi. Lakin vergi orqanının əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq və həmin şəxslərdən izahat almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırkı halda iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması zamanı müştəriyə çek verilməməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmiş, cavabdeh öz qərarında bu halı əsaslandırmamış, məhkəmə iclasında da bu halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli **********7147 nömrəli qərardan görünür ki, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (və Şirvan şəhəri, L-nt İbrahimov ünvanında yerləşən “Badə şərab evi” adlı mağazada) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və vidio materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan 5 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0967 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023 tarixədək 3000 manat məbləğin büdcəyə ödənilməsi təmin edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin,inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********0968 nömrəli tələbnamədən görünür ki, İddiaçı büdcəyə xx.xx.2023-cü il tarixə kimi 3000 (üç min) manat vəsait ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Rizvan Qurban oğluna məxsus olan və Şirvan şəhəri, L-nt İbrahimov ünvanında yerləşən “Badə şərab evi” adlı obyektdə 1 manat məbləğində sərbəst satış həyata keçirilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş KY221873920 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, Operativ Vergi nəzarətinin həyata keçirilməsi barədə məlumat xx.xx.2022-ci il tarixində reyestrdə qeydiyyata alınmışdır. Yoxlamanın müddəti xx.xx.2022-xx.xx.2022-ci il müəyyən edilmişdir. Yoxlamanın predmeti və hüquqi əsasları: Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (Vergi Məcəlləsi 50.1.3); aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi (Vergi Məcəlləsi 50.1.2). Beləliklə məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, İddiaçı (VÖEN **********) məxsus olan obyektdə (və Şirvan şəhəri, L-nt İbrahimov ünvanında yerləşən “Badə şərab evi” adlı mağazada) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və vidio materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmış, 5 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********0967 nömrəli qərar əsasında İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində ikinci dəfə yol verdiyinə görə 3000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı həmin qərarın (xx.xx.2023-cü il tarixli, **********0967 saylı qərar) ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmamış və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etməmişdir. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 aprel tarixində Şirvan Şəhər Prokurorluğuna ünvanladığı sorğu əsasında göndərilən videogörüntülərə proses iştirakçılarının iştirakı ilə məhkəmə kollegiyası tərəfindən baxış keçirilmiş və videogörüntülər proses iştirakçılarının iştirakı ilə məhkəmə kollegiyası tərəfindən tədqiq edilmişdir. Həmin videogörüntülərdən müəyyən edilmişdir ki, müştəri qismində bir nəfər mülki geyimli şəxs Şirvan şəhəri, L-nt İbrahimov ünvanında yerləşən “Badə şərab evi” adlı mağazaya daxil olmuş, qırmızı qabda olan enerji içkisini almış və bunun müqabilində 1 manat satıcıya ödəniş etmişdir. Satıcı pulu götürmüş,lakin həmin ödənişi nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirməmişdir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi əməkdaşları tərəfindən əldə edilərək iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixinə saat 14:44 aid “X” hesabatlarından görünür ki, satıcıya ödənilmiş 1 manat vəsait kassa-aparatının çeki ilə rəsmiləşdirilməmiş və müştəriyə kassa çeki təqdim olumamışdır. Yəni, həmin hesabatlardan müəyyən edilir ki, sonuncu əməliyyatın həcmi 1 manat məbləğində deyil, 6.40 manat məbləğində olmuş və yayındırılmış həmin vəsait bərpa olunduqdan sonra isə həmin məbləğin həcmi 7.40 manat olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında enerji içkisinin 1 manat müqabilində satıcıya verildiyini, ödənişin həmin anda nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirmədiyini qeyd edərək, onların günboyu olan ödənişlərini əsasən günün sonunda nəzarət kassaaparatının çeki ilə rəsmiləşdirdiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin məcəllənin 58.7 və 58.7.2-ci maddələrinə əsasən 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 338 nömrəli “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə qərarının 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Məhz yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçı barəsində vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən həqiqətən də Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada nəzarət kassa-aparatından istifadə edilmədiyi müəyyən edilərək müvafiq aktlarla rəsmiləşdirilmiş və buna dair qərar qəbul edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə məxsus obyektdə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsinin zəruri edən faktiki şərtlər mövcud olmuş və həmin faktlar keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində aşkar olunaraq nəticələri qanunauyğun şəkildə rəsmiləşdirilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən göstərilən faktlar nəzərə alınmamış və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh vergi orqanı qəbul etdiyi və hazırda iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2-1(120)-2334/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-108/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-108/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver