Məhkəmə qərarları › İş №2-1(106)-11/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-11/2023

24.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-11/2023 24.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-518/2022 nömrəli qərarından cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 05 iyul 2022-ci il tarixli, 2-1(120)-518/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Culfa Geoloji Kəşfiyyat İdarəsində “yerqazan” vəzifəsində işləmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. O, Əli-Bayramlı Cihazlar Zavodunda xx.xx.1986-cı il tarixdən xx.xx.1985-ci il tarixədək “rəngsaz”, “Azneft” Birliyinin Əli-Bayramlı Qazma İşləri İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “qazmaçı köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “qazmaçı”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “buruq ustası” peşələrində işləmişdir. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. O, “Şirvanneft” NQÇİ-də xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “yeraltı təmir ustası”, "xxxx" Müştərək Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx", Karasu Əməliyyat Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “istismar sahəsi üzrə mühəndis”, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək quyuların “yeraltı və əsaslı təmiri sahəsində mühəndis”, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “quyu sınağı və kimyəvi üsulla işlənməsi üzrə mühəndis” peşələrində işləmişdir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olduğu zaman xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (2 ay 27 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 1 gün) və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 28 gün) döyüş zonasında xidmət etmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən döyüş zonasındakı xidmət dövrü üçqat ölçüdə ümumi iş stajına əlavə edilməlidir. Cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, onun döyüş zonasındakı xidmət dövrü birqat ölçüdə hesaba alınmışdır. Onun döyüş zonasındakı xidmət dövrü üçqat ölçüdə nəzərə alınacağı halda, onun 25 il 1 ay 16 günlük ümumi iş stajı olacaqdır ki, bu da, cavabdehin imtinasının əsassız olduğunu göstərir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il sosial sığorta stajı mövcud deyildir. Belə ki, iddiaçının inzibati orqana təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı aşağıdakı kimidir: xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək; xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək; xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək; xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək; xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək; xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək; xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək; xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (cəmi: 23 il 2 ay 5 gün). İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı isə 13 il 4 aydır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan çox (13 il 4 ay) olsa da, ümumi iş stajı 23 il 2 ay 5 gün olmaqla 25 ildən azdır və ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına imkan vermir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qanunun tətbiqində səhvə yol verərək iddiaçının hərbi qulluqçu olmamasına və Qanunun 9.8-ci maddəsi ilə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etməsinə baxmayaraq Qanunun 9.5-ci maddəsi ilə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olan şəxslərə tətbiq olunan “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli qərarını tətbiq etmiş və xx.xx.1992-xx.xx.1994-cü illəri güzəştli hesab edərək hesablamışdır. Həmçinin iddiaçı xx.xx.1992-xx.xx.1994-cü illərdə həqiqi hərbi xidmətdə olduğunu təsdiq etmək üçün məhkəməyə Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2022-ci il tarixli, 024-1368-1222 nömrəli məktubunu təqdim etmişdir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsində qeyd olunmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Republikası Müdafiə Nazirliyi həyata keçirir. Yəni iddiaçının xx.xx.1992-xx.xx.1994-cü illərdə həqiqi hərbi xidmətdə olduğunu təsdiq edən sənəd Daxili İşlər Nazirliyinin deyil, Müdafiə Nazirliyinin məktubu ola bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən və notarial tərcüməsindən görünür ki, İddiaçı Culfa Geoloji Kəşfiyyat İdarəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, Əli- Bayramlı Cihazlar Zavodunda xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, “Azneft” Əli-Bayramlı Qazma İşləri İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “quyuların qazılması üzrə qazmaçı köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “qazmaçı”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “buruq ustası”, “Şirvanneft” NQÇİ-də xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “yeraltı təmir ustası”, "xxxx" Müştərək Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx", Karasu Əməliyyat Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “istismar sahəsi üzrə mühəndis”, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “quyu sınağı və kimyəvi üsulla işlənmə üzrə mühəndis”, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək “quyuların tədqiqi üzrə usta”, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək “boru meydançasında fəhlə” işləmiş, xx.xx.2013-cü il tarixdən “istehsalat sahəsinin ustası” işləyir. İşdə olan xx.xx.1982-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Culfa rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 01 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 09 nömrəli əmrlə Culfa Geoloji Kəşfiyyat İdarəsinə işə girmiş, xx.xx.1982-ci il tarixli, 26 nömrəli əmrlə işdən azad olunmuş və 1982-ci ilin yanvar-aprel aylarında müvafiq əmək haqqı almışdır. İşdə olan Karasu Əməliyyat Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 56 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı Karasu Əməliyyat Şirkətində quyuların təmirə hazırlanması sexində "xxxx" vəzifəsində işləyir. O, Karasu Əməliyyat Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “istismar sahəsi üzrə mühəndis”, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək “quyu sınağı və kimyəvi işləmə üzrə mühəndis”, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək Mişovdağ sahəsində “quyuların tədqiqi üzrə usta”, xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək “boru meydançasında fəhlə”, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək quyuların təmirə hazırlanması sexində “istehsalat sahəsinin ustası” (8 il 5 ay 19 gün güzəştli iş stajı), həmçinin "xxxx" Müştərək Müəssisəsində Mişovdağ sahəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “yeraltı təmir operatoru”, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “gecə növbəsi ustası” (cəmi 4 il 9 ay 21 gün güzəştli iş stajı) işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısına (10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı) əsasən ümumilikdə 13 il 3 ay 10 gün güzəştli iş stajına malikdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 74 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunlar Komandanının xx.xx.1994-cü il tarixli, 130 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR**********80020115X00199 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Əli- Bayramlı Qazma İşləri İdarəsində 3-cü dərəcəli “qazmaçı köməkçisi”, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 4-cü dərəcəli “qazmaçı köməkçisi”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 5-ci dərəcəli “qazmaçı”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müvəqqəti “buruq ustası” işləmiş, bu müddətdə ümumi və güzəştli iş stajı 7 il 5 ay 17 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən “qazmaçı köməkçisi”, “buruq ustası” peşələri güzəştli iş stajı təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 52 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı “Şirvanneft” NQÇİ-nin 3 saylı Neftqazçıxarma sexində “yeraltı təmir üzrə operator” və “yeraltı təmir üzrə usta” peşələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na (21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 21302000 2. Neft-qaz və qaz kondensatının hasilatı) əsasən İddiaçı “Şirvanneft” NQÇİ-də ümumi və güzəştli şərtlərlə 10 ay 7 gün əmək stajı var. Belə ki, İddiaçı xx.xx.1995-ci il tarixli, 47/k nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (6 ay 17 gün) 3 saylı Neftqazçıxarma sexində 4-cü dərəcəli “yeraltı təmir üzrə operator” (“2130200a—15870 quyuların yeraltı təmiri üzrə operatorlar”) peşəsində; xx.xx.1995-ci il tarixli, 172/k nömrəli əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (3 ay, 20 gün) 3 saylı Neftqazçıxarma sexində “yeraltı təmir üzrə usta” (“2130200b—23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar”) peşəsində işləmişdir. İddiaçı xx.xx.1996-cı il tarixli, 20-k-a nömrəli əmrlə xx.xx.1996-cı il tarixdən "xxxx" Müştərək Müəssisəsinin fəaliyyət zonasının genişləndirilməsilə əlaqədar köçürmə yolu ilə işdən azad edilmişdir. İşdə olan İddiaçı tərəfindən Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ünvanlanmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı döyüşən ordunun tərkibində 90-cı illərdə xidmət etdiyi üçün həmin dövrdəki stajının üçqat həcmdə hesablanmalı olduğunu qeyd edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üçün ona ödənilməmiş pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. İşdə olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, xx.xx.2006-cı il tarixədək onun ümumi iş stajı 25 ildən az (23 il 2 ay 5 gün (xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-cı il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək) təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İşdə olan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 23 il 2 ay 6 gün (xx.xx.1982-xx.xx.1984-ci il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1995xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə 13 il 4 ay 23 gün (xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2000-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Eyni zamanda ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 18850,70 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 64331,40 manat olmaqla cəmi pensiya kapitalı 83182,10 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43-87/2-342/2023 nömrəli məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək keçmiş Sovet Ordu sıralarında müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunlar Komandanının xx.xx.1994-cü il tarixli, 130 nömrəli əmri ilə “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “f” bəndinə (ailə vəziyyətinə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin məktuba əlavə edilmiş istefada olan gizir İddiaçı şəxsi işində olan xidmət dəftərçəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. xx.xx.2005-ci il tarixli, 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir. xx.xx.1992-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. Məhkəmə kollegiyası müəyyən etdi ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun xx.xx.2006-cı il tarixədək tələb edilən 25 il ümumi iş stajının olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı da cavabdehin imtinasını əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək (2 il) Sovet Ordu sıralarında, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (2 il 3 ay 21 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətdə olmuş, həmçinin xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (3 ay 20 gün) Culfa Geoloji Kəşfiyyat İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (7 ay 29 gün) Əli-Bayramlı Cihazlar Zavodunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (7 il 5 ay 18 gün) “Azneft” Əli-Bayramlı Qazma İşləri İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (10 ay 7 gün) “Şirvanneft” NQÇİ-də, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək (4 il 9 ay 29 gün) "xxxx" Müştərək Müəssisəsində, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (5 il 1 ay 2 gün) Karasu Əməliyyat Şirkətində işləmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 6 ay güzəştli sığorta stajının olmasına münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Belə ki, İddiaçı “Azneft” Əli-Bayramlı Qazma İşləri İdarəsində xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “quyuların qazılması üzrə qazmaçı köməkçisi” (7 il 4 ay 1 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (1 ay 3 gün) “qazmaçı”, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (14 gün) “buruq ustası”, “Şirvanneft” NQÇİ-də xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (6 ay 17 gün) “yeraltı təmir operatoru”, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (3 ay 20 gün) “yeraltı təmir ustası”, "xxxx" Müştərək Müəssisəsində xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 2 gün) “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (2 ay 20 gün) “yeraltı təmir operatoru”, xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (6 ay 18 gün) “yeraltı təmir ustası”, xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (3 il 20 gün) "xxxx" işləmişdir ki, həmin peşələr də 2 nömrəli Siyahıda (Xİİ bölmə (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı), “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (2130100a— 11297)”, “buruqların ustaları və onların köməkçiləri (2130100b—23196)”, “quyuların yeraltı təmiri üzrə operatorlar (2130200a—15870)”, “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar (2130200b—23187)”) öz əksini tapmışdır. Tərəflər arasında mübahisə iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi sosial sığorta stajının olub-olmamasına münasibətdə ortaya çıxmışdır. Belə ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (2 ay 27 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 1 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 28 gün) Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etdiyini, qanunvericiliyə əsasən döyüşlərdə iştirak müddətinin üçqat ölçüdə nəzərə alınmalı olduğunu, belə olan halda isə xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının olduğunu bildirir. Cavabdeh isə iddiaçının döyüşlərdə iştirak müddətini birqat ölçüdə nəzərə alaraq iddiaçının xx.xx.2006cı il tarixədək tələb olunan 25 il ümumi sosial sığorta stajının olmadığını qeyd edir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən dövrdə qüvvədə olan redaksiyada “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir. Məhkəmə araşdırması nəticəsində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən təqdim edilmiş İddiaçı şəxsi işində olan xidmət dəftərçəsinin təsdiq edilmiş surətinə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (2 ay 27 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 1 gün), xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək (3 ay 28 gün) Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etmişdir. Belə olan halda, iddiaçının Azərbaycan Respublikasının suverenliyi uğrunda Füzuli bölgəsində gedən döyüşlərdə iştirak etdiyi müddətlər onun ümumi stajına üçqat ölçüdə daxil edilməlidir. Qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Hazırkı halda qeyd edilən müddətlər cavabdeh tərəfindən ümumi olaraq iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (2 il 3 ay 21 gün) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmət dövrünün tərkib hissəsində, yəni birqat ölçüdə artıq nəzərə alındığından, həmin müddətlər əlavə olaraq ikiqat ölçüdə (2 ay 27 gün + 2 ay 27 gün + 3 ay 1 gün +3 ay 1 gün + 3 ay 28 gün + 3 ay 28 gün = 1 il 7 ay 21 gün) hesablanmaqla iddiaçının ümumi stajına (23 il 6 ay 5 gün + 1 il 7 ay 21 gün) daxil edilməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığı müəyyən edildiyindən iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə hesablanması deyil, təyin edilməsi müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərin əmək pensiyasının məbləği, yəni hesablanaraq ödənilməsi əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən deyil, həmin şəxslərin hüquqlarının yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən hesablanır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-518/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar