Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-11/2025 26.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-683/2023 saylı qərarından üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASCyə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir.Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-yə olan problemli borcları üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında İddiaçı QSC-yə təhvil verilmişdir.Təhviltəslim sənədləri araşdırılarkən məlum olmuşdur ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" MMC- dən 6.959.202,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun əsas borca görə, 2.645.535,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun faiz borcuna görə, 619.703,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla dəbbə puluna sörə, 20 manat ödənilmiş dövlət rüsumuna görə pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi, ödəniləcək məbləğlərin ilkin olaraq onun bank hesablarına yönəldilməsi, çatışmayan məbləğlərin cavabdehə məxsus "xxxx" ASC-nin 21 1.762 ədəd adi adlı səhmlərinə və digər əmlaklarına yönəldilməklə və həmin əmlakların hərrac vasitəsilə satılması yolu ilə borcun ödənilməsinin təmin edilməsi, hərraclardan artıq qalan pulun borc tam ödənildikdən sonra cavabdehə qaytarılması qət edilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında xx.xx.2010-cu il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün əvvəlcə Nəsimi rayon icra şöbəsinə, sonra isə Sabirabad rayon icra şöbəsinə göndərilmişdir. Verilmiş sorğular əsasında DƏDRX-dən verilmiş cavab məktubuna əsasən məlum olmuşdur ki, "xxxx" MMC-nin adına Kürdəmir şəhəri, 15 saylı “Çöl Sorsor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi (99 il müddətinə: xx.xx.2006-xx.xx.2105) icarə hüququ əsasında qeydiyyata alınmışdır. Buna əsas isə Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli 78 nömrəli Sərəncamı olmuşdur.Sonradan Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-13/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək borcun "xxxx" MMC-nin adma icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı ”Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMC-nin adında qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilməsi, İddiaçı QSCnin həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqlarının tanınması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC-nin qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin borclu "xxxx" MMC-nin digər daşmar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021- ci il tarixli məktubu ilə icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmişdir.Həmin qərardad icra olunaraq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmış (qeydiyyat tarixi: 03.1 1.2021, qeydiyyat nömrəsi: **********) və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu ambarların və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus toıpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. Həmin Sərəncamla Cavabdeh tərəfindən "xxxx" MMC ilə icarə müqaviləsi bağlanması rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə müavini Ə.X.Şükürova həvalə edilmişdir. Bundan sonra 15 fevral 2012ci il tarixdə "xxxx" MMC ilə torpaq icarə müqaviləsi bağlanmış və 30 ha torpaq sahəsi 99 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir.Göründüyü kimi “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli 78 nömrəli Sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə verilməsinə və həmin icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına baxmayaraq 5 ildən aıtıq müddət keçəndən sonra Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Bu səbəbdən hesab edirik ki, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ləğv edilməli və həmin sərəncama əsasən tərtib olunmuş sənədlər etibarsız sayılmalıdır. İddiaçı QSC tərəfindən Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi bağlı Cavabdehnə müraciət edilsə də, Cavabdeh İddiaçı QSC-nin müraciətinə heç bir münasibət bildirməmişdir. Ona görə də, Şirvan İnzibati Məhkəməsində sözügedən Sərəncamım ləğv olunması tələbi ilə əlaqədar iddia qaldırmaq zərurəti yaranmışdır. Cavabdeh Başçısının 15 nömrəli, 14 fevral 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi ilə bağlı İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixdə 3-11/648 nömrəli məktubla Cavabdeh başçısına müraciət olunsa da, müsbət nəticə olunmadığına görə, İddiaçı QSC tərəfindən həmin sərəncamın ləğv oluması ilə əlaqədar qanunverciliyin tələbinə əsasən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.İnzibati Prosessual Məcəllənin 73.3.1-73.3.2-ci maddələrinin tələbinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1, 34.1-ci maddələrini rəhbər tutaraq, Cavabdeh Başçısının 15 nömrəli, 14 fevral 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya yazılı münasibət (etiraz) təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh başçısının 14 fevral 2021 -ci il tarixli, 15 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə əlaqədar bildiririk ki, həmin iddianı əsassız olduğu üçün qəbul etmirik. Bildiririk ki, Cavabdeh başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun inzibati ərazisində yerləşən, “Çöl Sor-Sor” adlı ərazidən 30 hektar sənaye təyinatlı torpaq sahəsi lift və lift ehtiyat hissələri və digər avadanlıqlar istehsal edən zavod tikilməsi üçün "xxxx" MMCyə uzunmüddətli istifadəyə verilmişdir. Eyni zamanda Cavabdeh başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun inzibati ərazisində yerləşən, “Çöl Sor-Sor” adlı ərazidən 30 hektar torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.Həmin torpaq sahələrinin üst-üstə düşməsi barədə rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. "xxxx" MMC-nin həmin dövrdə rəhbəri olmuş R.Mansurovun rayon İcra hakimiyyətinə ünvanladığı müraciətində həmin torpaq sahəsinin əvvəllər də otlaq sahəsi kimi onların icarəsində olduğu qeyd edilmiş və həmin torpaq sahəsinin yenidən sənədləşdirilməsi, ərazidə ferma və digər tikintilər tikilməsinə icazə verilməsi xahiş edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xahiş edirik ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh başçısının 14 fevral 2021 -ci il tarixli, 15 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Üçüncü şəxs iddiaya yazılı münasibət (etiraz) təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, hörmətli Amilya xanım, məlum olduğu kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra- İddiaçı QSC) Cavabdehnə (bundan sonra-Kürdəmir RİH) qarşı Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Sədrliyinizlə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)- 2050/2022 nömrəli qərardadı ilə hazırkı inzibati iş üzrə hüquqlarını müdafiə etdiyim "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra-"xxxx" MMC) zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)- 186/2009 nömrəli qətnaməsi əsasında verilmiş xx.xx.2010-cu il tarixli icra vərəqəsinin icrası prosesində sorğulara cavablardan məlum olmuşdur ki, Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi (99 il müddətinə: 01.072006-xx.xx.2015) icarə hüququ əsasında "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Sonradan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8- 2(113)-13/2021 nömrəli qərardadı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-186/2009 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, borcun "xxxx" MMC-nin adına icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMC-nin adına qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi qərara alınmışdır. Həmin qərardad icra olunaraq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmış və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvfiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonradan məlum olmuşdur ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarları və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. X3 RİH tərəfindən “TRADE LİNE“ MMC ilə icarə müqaviləsinin bağlanması Kürdəmir RİHB-nin Aqrar məsələləri üzrə müavini Ə.X.Şükürova həvalə edilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə "xxxx" MMC ilə torpaq icarə müqaviləsi bağlanmış və 30 ha torpaq sahəsi 99 il müddətinə "xxxx" MMC- yə icarəyə verilmişdir. İddia ərizəsində daha sonra göstərilir ki, “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsi Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə: icarəsinə verilməsinə və həmin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmasına baxmayaraq, 5 ildən artıq müddət keçəndən sonra Kürdəmir RİHBnin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “TRADE LİNE“ MMC-nin icarəsinə verilmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ləğv edilməli və həmin sərəncama əsasən, tərtib olunmuş sənədlər eibarsız sayılmalıdır. İddia ərizəsində iddiaçının istinad etdiyi fakt və halları bütünlüklə nəzədən keçirdim və orada göstərilənlərlə razı deyiləm. Ona görə də hesab edirəm ki, aşağıdaklara əsasən, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu mddəsinin 3-cü hissəsinin tələbinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Yenə Konstitusiyamızın 60-cı mddəsinin 1-ci hissəsində ilə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 29.1-ci maddəsində müəyyən edilmişdir ki, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Yenə MPM-nin 47.2ci maddəsində bildirilir ki, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Surəti işdə olan Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78-ci nömrəli sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən, "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli 89/06 nömrəli məktubu və mütəxəssislərin tərtib etdiyi xx.xx.2006-cı il tarixli aktı nəzərə alınaraq, lift və lift ehtiyat hissələri, kənd təsərrüfatı texnikassı, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədən 30 hektar torpaq sahəsinin verilməsi qərara alınmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra-Torpaq Məcəlləsi) 57-ci maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir ki, qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1)obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Yenə Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Surəti işdə olan Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC-nin rəhbərliyi Kürdəmir RİHB-nə müraciət edərək, Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğun Kürdəmir rayonunun ərazisində quşçuluq kompleksinin, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi üçün seçdikləri ərazidən 30 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Mütəxəssis komissiyası əraziyə baxış keçirmiş və "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə 30 hektar yer ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Göründüyü kimi, "xxxx" MMC-nə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə 30 hektar yer ayrılmasından ötrü əvvəlcə mütəxəssis komissiyası həmin əraziyə baxış keçirmiş və orada qeyd edilən ölçüdə torpaq sahəsinin ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla təsdiq edilir ki, "xxxx" MMCnə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə yer ayrılanda Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə düzgün əməl edilmişdir. Həmin sərəncamın 1-ci və 2-ci bəndlərinə əsasən, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq, onun uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarları və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. Qeyd edilməlidir ki, Şirvan İnzibati Məhkəməsinin hakimi Amilya xanım Hüseynovaya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda Kürdəmir RİHBnın müavini cənab Ağalı Kərimli İddiaçı QSC-nin iddiasının əsassız olduğunu və onu qəbul etmədiyini bildirməklə yanaşı, Kürdəmir rayonunun inzibati ərazisində yerləşən “Çöl Sor-sor” adlı ərazidən xx.xx.2006-cı il tarixli 78-ci nömrəli sərəncamla "xxxx" MMC-nə ayrılmış 30 hektr torpaq sahəsi ilə və xx.xx.2012- ci il tarixli 15 nömrəli sərəncamla "xxxx" MMC-nə ayrılmış 30 hektar torpaq sahəsinin üst- üstə düşməsi barədə heç bir məlumatın olmadığını göstərmişdir. Həmin məktubda daha sonra bildirilmişdir ki, "xxxx" MMC-nin həmin dövrdə rəhbəri olmuş R.Mansurovun rayon icra hakimiyyətinə ünvanladığı müraciətində həmin torpaq sahəsinin əvvəllər də otlaq sahəsi kimi onların icarəsində olduğu qeyd edilmiş və həmin torpaq sahəsinin yenidən sənədləşdirilməsi, ərazidə ferma və digər tikintilər tikilməsinə icazə verilməsi xahiş edilmişdir. Surətini təqdim etdiyim "xxxx" MMC-nin rəhbəri R.Mansurovun Kürdəmir RİH başçısı cənab F.Məlikova ünvanladığı xx.xx.2012-ci il tarixli məktubda bildirilir ki, əvvəllər Sor-sor kəndi yaxınlığında rayonun inzibati ərazisində mal-qara saxlamaq üçün 30 hektar icarəyə torpaq sahəsi götürmüşlər. Hazırda həmin ərazidə malqaranın kökəldilməsi məqsədilə bəzi tikinti tikməyə ehtiyacları vardır. Odur ki, istifadələrində olan 30 hektar torpaq sahəsinin yenidən sənədləşdirilməsinə və həmin ərazidə ferma, çoban evi və s. yardımçı binaların tikilməsinə sərəncam verilməsini xahiş edir. Hazırda qüvvədə olan 30 aprel 1992-ci il tarixdə qəbul edilmiş “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İcarə haqqında” Qanun) 1-ci və 2-ci maddələrinə görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. “İcarə haqqında” Qanunun 7-ci maddəsində müəyyən edilmişdir ki, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Torpaq Məcəlləsinin 51-ci mddəsinin 3-cü hissəsinə görə icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmçinin bildirirəm ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 04 saylı “Torpaq icarəsi” müqaviləsinə əsasən, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına müvafiq olaraq, “İcarəyəverən” Kürdəmir RİH “Çöl Sor-sor” adlı yerdə yerləşən boş olan 30 ha torpaq sahəsini tikinti məqsədi ilə 99 il müddətə “İcarəçi” "xxxx" MMC-nin icarəsinə vermşdir. İcarə müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır, “İcarəçi” olaraq "xxxx" MMC tərəfindən icarə müqaviləsinin şərtlərinə düzgün əməl edilmişdir və icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə “İcarəyəverən” Kürdəmir RİH bildiriş göndərməmişdir. Belə vəziyyətdə isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə əsas yoxdur. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, torpaq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Bildirirəm ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmiş və Dövlət kadastr kitabında xx.xx.2013-cü il tarixdə 691 nömrə ilə uçota alınmış A seriylı 426165 nömrəli “Torpaq sahəsinin ölçüsü”ndən görünür ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına və xx.xx.2012-ci il tarixli 04 saylı icarə müqaviləsinə əssən Kürdımir rayonunda 300000 kv.m torpaq sahəsi tikinti məqsədilə "xxxx" MMC-nin adına tərtib edilmişdir. Bununla da təsdiq edilir ki, torpaq sahəsi icarəyə verilənədək onun koordinatları, qonşu nöqələri və sərhədləri yerdə (naturada) müəyyən edilmişdir. Xüsusilə qeyd edirəm ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının mətnində "xxxx" MMC-nin icarəsinə verilmiş “Çöl Sor-sor” adlı yerdə yerləçən 30 ha torpaq sahəsinin bundan əvvəl "xxxx" MMCnin icarə istifadəsində olmasına dair hər hansı fakt və sübut aşkar edilmədi. Bunlardan başqa, "xxxx" MMC müstəqil kommersiya hüquqi şəxsidir, onun müstəqil balansı vardır və o, "xxxx" MMC-nin öhdəliklərinə görə hər hansı formada cavabdehlik daşımır və ya onun tərkibinə daxil deyildir. Daha sonra, "xxxx" MMC tikinti üçün uzunmüddətli icarəyə götrdüyü torpaq sahəsini 2013-cü ildən başlayaraq, təyinatı üzrə istifadə etməkdə davam edir. Belə ki, vəkil sorğusu əsasında müstəqil qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirici mütəxəssisləri tərəfindən “Kürdəmir rayonu, “Çöl Sor-sor” ünvanında yerləşən "xxxx" MMCnin daşınmaz əmlakının qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli UNİ/F 136-156/23 nömrəli hesabat tərtib edilmişdir. Qiymətləndirici qarşısında qoyulmuş suala uyğun olaraq Kürdəmir rayonu, “Çöl Sor-Sor” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan əmlak kompleksinə baxış keçirilmiş, qiymətləndirmə üçün tədqiqat aparılmışdır. Əmlak Kürdəmir rayonun mərkəzinə yaxın yerləşir. Gediş-gəliş yolları və nəqliyyatla təminatı qənaətbəxş səviyyədədir. Qiymətləndirmə hesabatından görünür ki, göstərilən ünvanda yerləşən əmlak kompleksinə 2013-cü ildə tikilmiş 2 mərtəbəli otel binası, sendvic anbar binası, köhnə anbar binası, cücə fabriki binası, istehsalat binası, 4 ədəd gözətçi binsı, 2 ədəd yarımçıq tikli, hasar və broyler avadnlığı seksiyası daxildir. Beləliklə, apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən Kürdəmir rayonu, “Çöl Sor- Sor” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan əmlak kompleksinin dəyəri 20 fevral 2023-ci il tarixinə 2 201 665,60 (iki milyon iki yüz bir min altı yüz altmış beş manat, 60 qəpik) manat təşkil edir. Nəzərə alınmalıdır ki, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı yerdə yerləçən 30 ha torpaq sahəsi dövlət mülkiyyətindədir, istər "xxxx" MMC-nin, istərsə də "xxxx" MMC-nin yalnız icarə istifadəsinə verilmişdir. Kürdəmir RİHB-nin hər iki sərəncamından aydın görünür ki, həmin torpaq sahəsi istər "xxxx" MMC-nə, istərsə də "xxxx" MMC-nə Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq verilmişdir. Qymətləndiricinin hesabatında əksini tapan məlumatlarla təsdiq edilir ki, "xxxx" MMC icarəyə götürdüyü torpaq sahəsində sonrakı ildən yəni, 2013-cü ildən başlayaraq təyinatı üzrə obyektlərin tikintisinə balamışdır. Müəyyən maliyyə çətinlikləri ilə bağlı əmlak kompeksində tikinti işləri müvəqqti olaraq dayandırılmışdır. Başlanılan işlərin başa çatdırılması isə Kürdəmir rayonunda əhalinin yeni iş yerləri ilə təmin edilməsi baxımından çox əhəmiyyətldir və Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğundur. Yuxarıda istinad etdiyim fakt və hallara əsasən belə nəticəyə gəlirəm ki, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsinin Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə ilkin olaraq "xxxx" MMCnin 99 il müddətinə icarəsinə verilməsinə və həmin icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmasına baxmayaraq, 5 ildən artıq müddət keçəndən sonra Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “TRADE LİNE“ MMC-nin icarəsinə verilməsinə dair İddiaçı QSC-nin iddia ərizəsinin dəlilləri əsaslı deyildir. Ümumiyyətlə, İddiaçı QSC iddia ərizsində Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı tələbini ehtimal və fərziyyələrlə əsaslandırmışdır. Hətta, İddiaçı QSC-nin tələbinin təmin edildiyini fərz etsək belə, onda o, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı yerdə yerləçən dövlət mülkiyyətində olan 30 ha torpaq sahəsindən icarəçi qismində istifadə etmək və müvfiq olaraq icarə haqqını ödəmək vəzifəsini yerinə yetirməli olacaqdır. Lakin, belə vəziyyətdə İddiaçı QSC 2012-ci ildən indiyədək həmin torpaq sahəsini qanuni əsasla istifadə edən “TRADE LİNE“ MMC-nin orada dəyəri 2 201 665,60 manat təşkil edən əmlak kompleksinin mövcudluğunu nəzərə alaraq, çəkilən xərclərin ödənilməsi məsələsini də həll etməli olacaqdır. İPM-nin 48.2-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 48.3-cü maddəsində isə göstərilir ki, yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Odur ki, göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 29-cu və 48-ci maddələrinə əsaslanaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 15 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-683/2023 saylı qərarı ilə (hakim A.Hüseynova) iddia təmin edilmiş, Cavabdeh Başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamı ləğv edilmişdir. Üçüncü şəxs birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs apellyasiya şikayətində bildirmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra-İddiaçı QSC BOKT) Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının (bundan sonra- Kürdəmir RİHB) 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamının ləğv edilməsi bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2050/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə hüquqlarını müdafiə etdiyim "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundn sonra-"xxxx" MMC) hazırkı inzibati iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edilmişdir ki, Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə lift və lift ehtiyat hisssələri, eskalator, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədi ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə 30 hektar torpaq sahəsi verildikdən sonra Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi və ya hazırda qüvvədə olub-olmaması barədə rayon icra hakimiyyətində rəsmi məlumat olmadığı məlum olmuşdur. Sonradan üçüncü şəxs "xxxx" MMC xx.xx.2012-ci il tarixdə məktubla müraciət edərək əvvəllər Sor- Sor kəndinin yaxınlığında Kürdəmir rayonunun inzibati ərazisində mal-qara saxlamaq üçün 30 ha icarəyə torpaq sahəsi götürdüyünü, hazırda həmin ərazidə mal-qaranın kökəltməsi məqsədi üçün bəzi tikililər tikməyə ehtiyacı olduğunu, 30 ha torpaq sahəsinin yenidən sənədləşdirilməsinə və həmin ərazidə ferma, çoban evi və s.yardımçı binaların tikilməsinə sərəncam verilməsini xahiş etmiş, Kürdəmir RİHB-nin 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən30 ha yeri ayrılmış və tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Cavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat üçüncü şəxs "xxxx" MMC məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın "xxxx" MMC-nin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə sərəncamla 2012- ci il tarixdə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30.0 ha torpaq ərazisi icarəyə verilərkən həmin torpaq sahəsinin hüquqi vəziyyəti cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, qəbul edilmiş xx.xx.2012-ci il tarixli sərəncamda"xxxx" MMC-yə dair heç bir münasibət bildirilməmiş, "xxxx" MMC-yə vəya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə məlumat verilməmiş və sərəncamın hüquqi nəticələri izah edilməmiş və həmin ərazi üzrə Kürdəmir RİHB-nin xx.xx.2006- cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi barədə qəbul edilmiş inzibati akt nə "xxxx" MMC-yə və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə, nə də məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, "xxxx" MMC-yə 2012-ci il tarixdə ayrılmış mübahisəli torpaq sahəsinin icarəyə verilməsi, istifadəsi ilə əlaqədar məsələlər Kürdəmir RİHB tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməmişdir. Kürdəmir RİH “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsində göstərildiyi kimi, maraqlışəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh inzibati orqan Kürdəmir RİH xx.xx.2011-ci il tarixdən etibarən mübahisə predmeti olan xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı yalnız “İnzibati icraat haqqında” Qanunun Vİ fəslində müəyyən edilmiş qaydalar çərçivəsində qəbul edə bilərdi. Hazırkı iddianın predmetini təşkil edən inzibati akt Kürdəmir RİH mübahisə predmeti olan xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı cavabdeh tərəfindən hazırkı qərarın 30-cu bəndində qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin sərəncam qəbul olunan zaman cavabdeh inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş, bubarədə onların mülahizələrini dinləməmişdir. Qeyd olunan normaların tələbinə görə rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin Kürdəmir RİH mübahisə predmeti olan xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim edilməsi və ya dərc edilməsi işə məhkəmədə baxılarkən öz təsdiqini tapmamışdır. Hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Cavabdeh hazırkı iş üzrə Kürdəmir RİH-nin xx.xx.2012-ci il tarxli 15 nömrəli sərəncamını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, "xxxx" MMC və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-nin və ya onların nümayəndəsinin inzibati icraatda iştirakını təmin etməmiş, onların mülahizələrini dinləməmiş, qəbul etdiyi sərəncamda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Hal-hazırda mübahisəli torpaq sahəsi üçüncü şəxsin istifadəsindədir. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-yə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30.0 ha torpaq ərazisinin ayrılması barədə xx.xx.2012-ci il tarixli sərəncam qanunsuz qəbul edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM- 70.1). Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının iddia tələbi təmin edilərək, Cavabdeh başçısının 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamının ləğv edilməsi qərara alınmışdır. Hesab edirəm ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ”Çöl Sor-sor” adlanan yerdə dövlət fonduna məxsus neçə hektar torpaq sahəsinin olması, Kürdəmir RİHB-nin sərəncamlarında göstərilən torpaq sahələrinin eyni ünvan olubolmamaları və onların üst-üstə düşüb-düşməmələri mötəbər sübutlara əsasən müəyyən edilmədən, faktlara və sübutlara deyil, yalnız ehtimal və fərziyyələrə əsaslanan, kifayət qədər ziddiyyətli nəticələrə gəlindiyinə və bununla da hüquq normalarının tətbiqində ciddi pozuntulara yol verildiyinə görə ləğv edilməli, iddia ərizəsinin təmin edilməməsi barədə inzibati iş üzrə yeni qərar qəbul edilməlidir. Belə ki, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ əldə etmiş İddiaçı QSC BOKT iddiasını onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)- 186/2009 nömrəli qətnaməsi əsasında verilmiş xx.xx.2010-cu il tarixli icra vərəqəsinin icrası prosesində sorğulara cavablardan məlum olmuşdur ki, Kürdəmir RİHB-nin 78 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamı ilə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi icarə hüququ əsasında 99 il müddətinə (xx.xx.2006xx.xx.2105) "xxxx" MMC-nin istifadəsinə verilmiş və bu hüquq DƏDRX-də qeydiyyata alınmışdır..Sonradan Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-13/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 186/2009 nömrəli xx.xx.2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək, borcun "xxxx" MMCnin adına icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı ”Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMCnin adında qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilməsi, İddiaçı QSC BOKT-nın həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqlarının tanınması, müvafiq səlahiyyətli orqanların üzərinə İddiaçı QSC BOKT-nın qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması...qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün DƏDRXnin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmişdir. Qərardad icra olunaraq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSC BOKT-nın icarə hüquqları dövlət qeydiyyatına alınmış (qeydiyyat tarixi: 03.1 1.2021, qeydiyyat nömrəsi: **********) və buna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonradan məlum olmuşdur ki, Kürdəmir RİHB-nın 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu ambarların və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaqsahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. Həmin sərəncamla RİH tərəfindən "xxxx" MMC ilə icarə müqaviləsi bağlanması RİHB-nın Aqrar məsələlər üzrə müavini Ə.X.Şükürova həvalə edilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə "xxxx" MMC ilə torpaq icarə müqaviləsi bağlanmış və 30 ha torpaq sahəsi 99 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir. Göründüyü kimi, “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsi Kürdəmir RİHB-nın 78 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə verilməsinə və həmin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına baxmayaraq, 5 ildən aıtıq müddət keçəndən sonra Kürdəmir RİHB-nın 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, Kürdəmir RİHB-nın 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ləğv edilməli və həmin sərəncama əsasən tərtib olunmuş sənədlər etibarsız sayılmalıdır. Tərəfindən Kürdəmir RİHB-nın 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamının ləğv edilməsi bağlı Kürdəmir RİHB-na müraciət edilsə də, Kürdəmir RİH onun müraciətinə heç bir münasibətbildirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Qeyd edirəm ki, İddiaçı QSC BOKT iddia ərizəsində Kürdəmir RİHB-nın 78 nömrəli xx.xx.2006-cı il tarixli sərəncamı ilə "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə verilmiş Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin faktiki yerləşmə yerini və koordinatlarını müəyyən etmədiyi halda, həmin torpaq sahəsinin 5 ildən sonra Kürdəmir RİHB-nın 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə verilməsi barədə ehtimal və fərziyyəyə əsaslanan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Kürdəmir RİHB-nın 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamının qəbul edilməsi ilə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsi üzərində icarə hüququnun pozulduğunu ehtimal edərək, həmin sərəncamın qanuniliyini şübhə altına almağa cəhd etsə də, bu hal məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla təsdiq edilmədi. Belə k, Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78ci nömrəli sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən, "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli 89/06 nömrəli məktubu və mütəxəssislərin tərtib etdiyi xx.xx.2006-cı il tarixli aktı nəzərə alınaraq, lift və lift ehtiyat hissələri, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədilə "xxxx" MMCnin uzunmüddətli istifadəsinə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədən 30 hektar torpaq sahəsinin verilməsi qərara alınmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra-Torpaq Məcəlləsi) 57-ci maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir ki, qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1)obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Yenə Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının giriş hissəsində göstərilir ki, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC-nin rəhbərliyi Kürdəmir RİHBnə müraciət edərək, Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğun Kürdəmir rayonunun ərazisində quşçuluq kompleksinin, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi üçün seçdikləri ərazidən 30 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bununla əlaqədar mütəxəssis komissiyası əraziyə baxış keçirmiş və "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə 30 hektar yer ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Göründüyü kimi, "xxxx" MMC-nə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə 30 hektar yer ayrılmasından ötrü əvvəlcə mütəxəssis komissiyası həmin əraziyə baxış keçirmiş və orada qeyd edilən ölçüdə torpaq sahəsinin ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Yəni, məhkəmənin gəldiyi nəticədən fərqli olaraq, "xxxx" MMC-yə sərəncamla 2012-ci il tarixdə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30.0 ha torpaq ərazisi icarəyə verilərkən həmin torpaq sahəsinin hüquqi vəziyyəti tam və hərtərəfli araşdırılmamışdır. Bu halla təsdiq edilir ki, "xxxx" MMC-nə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə yer ayrılanda Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə düzgün əməl edilmişdir. Həmin sərəncamın 1-ci və 2-ci bəndlərinə əsasən, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq, onun uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarları və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. Əlbəttə, qeyd edilən sərəncamın qəbul edilməsinə əsas olmuş bu hərəkətlər qanuni sayılmalıdır. Məhkəmənin səhvən gəldiyi qənaətə görə isə Kürdəmir RİHB-nın xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı qəbul etməsi "xxxx" MMCnin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edir və ona görə də onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməli idi. Lakin, məhkəmənin bu nəticəsi heç bir mötəbər sübuta və fakta əsəslanmır. Belə vəziyyətdə iddiaçının tələbi və məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli 2/1174-2 nömrəli məktubunda cavab məktubunda Kürdəmir RİHB-nın müavini cənab Ağalı Kərimli İddiaçı QSC BOKT-nın iddiasının əsassız olduğunu və onu qəbul etmədiyini bildirməklə yanaşı, Kürdəmir rayonunun inzibati ərazisində yerləşən “Çöl Sor-sor” adlı ərazidən xx.xx.2006-cı il tarixli 78-ci nömrəli sərəncamla "xxxx" MMC-nə ayrılmış 30 hektar torpaq sahəsi ilə və xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamla "xxxx" MMC-nə ayrılmış 30 hektar torpaq sahəsinin üst-üstə düşməsi barədə heç bir məlumatın olmadığını göstərmişdir. Məktubda həm də bildirilmişdir ki, "xxxx" MMC-nin həmin dövrdə rəhbəri olmuş cənab R.Mansurovun rayon icra hakimiyyətinə ünvanladığı müraciətində həmin torpaq sahəsinin əvvəllər də otlaq sahəsi kimi onların icarəsində olduğu qeyd edilmiş və həmin torpaq sahəsinin yenidən sənədləşdirilməsi, ərazidə ferma və digər tikintilər tikilməsinə icazə verilməsi xahiş edilmişdir. Surəti məhkəməyə təqdim etdilmiş "xxxx" MMC-nin rəhbəri cənab R.Mansurovun Kürdəmir RİH başçısı cənab F.Məlikova ünvanladığı xx.xx.2012-ci il tarixli məktubda bildirilir ki, əvvəllər Sor-sor kəndi yaxınlığında rayonun inzibati ərazisində malqara saxlamaq üçün 30 hektar icarəyə torpaq sahəsi götürmüşlər. Hazırda həmin ərazidə mal-qaranın kökəldilməsi məqsədilə bəzi tikinti tikməyə ehtiyacları vardır. Odur ki, istifadələrində olan 30 hektar torpaq sahəsinin yenidən sənədləşdirilməsinə və həmin ərazidə ferma, çoban evi və s. yardımçı binaların tikilməsinə sərəncam verilməsini xahiş edir. Sadalanan hallarla təsdiq edilir ki, “Çöl Sor-sor” adlı ərazidə yerləşən barəsində mübahisə gedən 30 hektar torpaq sahəsi xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamla "xxxx" MMC-nin icarəsinə verilənə qədər "xxxx" MMC tərəfindən istifadə edilmişdir. Bu halda da iddiaçının tələbi və məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Bundan əlavə, məhkəmə heç bir sübuta və fakta əsaslanmadan belə nəticəyə gəlmişdir ki, qəbul edilmiş xx.xx.2012-ci il tarixli sərəncamda "xxxx" MMC-yə dair heç bir münasibət bildirilməmiş, "xxxx" MMC-yə vəya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə məlumat verilməmiş və sərəncamın hüquqi nəticələri izah edilməmiş və həmin ərazi üzrə Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi barədə qəbul edilmiş inzibati akt nə "xxxx" MMC-yə və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə, nə də məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin kifayət qədər ziddiyyətli və anlaşılmaz bu yanaşması da başa düşülən deyildir. Çünki, Kürdəmir RİHBnin "xxxx" MMC barəsində qəbul etdiyi xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamında nəyə görə "xxxx" MMC-yə dair də münasibət bildirilməli olması, "xxxx" MMC-yə vəya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə məlumat verilməli olması və sərəncamın hüquqi nəticələrini izah edilməli olması ilə bağlı mövqeyini məhkəmə aydın şərh etməmiş, həmin ərazi üzrə Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi barədə qəbul edilmiş inzibati aktın mövcudluğu barədə məlumtı əldə etdiyi mənbəyi isə göstərməmişdir. Əslində isə Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının "xxxx" MMC-yə heç bir bağlılığı və aidiyyəti yoxdur, Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı isə ləğv edilməmişdir. Əks təqdirdə, İddiaçı QSC BOKT daşınmaz əmlakın dövlət reyestri orqanından icarə hüququ ilə "xxxx" MMC-yə verilmiş torpaq sahəsinə dair öz adına çıxarış ala bilməzdi. Ona görə də məhkəmənin gəldiyi bu nəticə də qanuni və əsaslı deyildir. Daha sonra, hazırda qüvvədə olan xx.xx.1992-ci il tarixdə qəbul edilmiş “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İcarə haqqında” Qanun) 1-ci və 2-ci maddələrinə görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Yenə “İcarə haqqında” Qanunun 7-ci maddəsində müəyyən edilmişdir ki, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Torpaq Məcəlləsinin 51-ci mddəsinin 3-cü hissəsinə görə icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Bildirirəm ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 04 saylı “Torpaq icarəsi” müqaviləsinə əsasən, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına müvafiq olaraq, “İcarəyəverən” Kürdəmir RİH “Çöl Sor-sor” adlı yerdə yerləşən boş olan 30 ha torpaq sahəsini tikinti məqsədi ilə 99 il müddətə “İcarəçi” "xxxx" MMC-nin icarəsinə vermşdir. Hesab edirəm ki, icarə müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq boş torpaq sahəsinə dair bağlanmışdır, “İcarəçi” olaraq "xxxx" MMC tərəfindən icarə müqaviləsinin şərtlərinə düzgün əməl edilmişdir və icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə “İcarəyəverən” Kürdəmir RİH bildiriş göndərməmişdir. Belə vəziyyətdə isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə əsas yoxdur. Eyni zamanda qeyd edirəm ki, barəsində mübahisə gedən torpaq sahəsindən hüquqlarını müdafiə etdiyi "xxxx" MMC-nin hansı məqsədlə istifadə etməli olduğu dəqiq və aydın göstərilmişdir. Hətta, iddiaçının haqlı olduğu məhkəmədə müəyyən edilmiş olsa (halbuki, bunun üçün heç bir hüquqi əsas mövcud deyildir) belə, onda iddiaçı icarəyə verilməsini tələb etdiyi torpaq sahəsindən hansı məqsədlə istifadə edəcəyini və buna icarəyəverənin razı olacağına dair də iddia ərizəsində heç bir hal göstərməmişdir. Çünki, bunlar müqavilənin əsas şərtlərinə aid tələblərdəndir. Bu halda da təsdiq edilir ki, iddiaçının tələbi və məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Ən nəhayət, Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, torpaq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Bildirirəm ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmiş və Dövlət kadastr kitabında xx.xx.2013-cü il tarixdə 691 nömrə ilə uçota alınmış A seriylı 426165 nömrəli “Torpaq sahəsinin ölçüsü”ndən görünür ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına və xx.xx.2012-ci il tarixli 04 saylı icarə müqaviləsinə əsasən, Kürdımir rayonunda 300000 kv.m. torpaq sahəsi tikinti məqsədilə "xxxx" MMC-nin adına tərtib edilmişdir. Bu məlumatlarla təsdiq edilir ki, torpaq sahəsi icarəyə verilənədək onun koordinatları, qonşu nöqtələri və sərhədləri yerdə (naturada) müəyyən edilmişdir. Belə vəziyyətdə isə barəsində mübahisə gedən torpaq sahəsinin "xxxx" MMC-nin icarəsinə verilmiş torpaq sahəsi ilə üst-stə düşməsi istisna edilir. Bununla da təsdiq edilir ki, iddiaçının tələbi və məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı deyildir. Xüsusilə qeyd edirəm ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının mətnində "xxxx" MMC-nin icarəsinə verilmiş “Çöl Sor-sor” adlı yerdə yerləçən 30 ha torpaq sahəsinin bundan əvvəl "xxxx" MMC-nin icarə istifadəsində olmasına dair hər hansı fakt və sübut da aşkar edilmədi. Nəzərə alınmalıdır ki, "xxxx" MMC müstəqil kommersiya hüquqi şəxsidir, onun müstəqil balansı vardır və o, "xxxx" MMC-nin öhdəliklərinə görə hər hansı formada cavabdehlik daşımır və ya onun tərkibinə daxil deyildir. Qeyd edilənlərlə yanaşı, bildirirəm ki, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC tikinti üçün uzunmüddətli icarəyə götrdüyü torpaq sahəsini 2013-cü ildən başlayaraq, təyinatı üzrə istifadə etməkdə davam edir. Belə ki, vəkil sorğusu əsasında müstəqil qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirici - mütəxəssisləri tərəfindən “Kürdəmir rayonu, “Çöl Sor-sor” ünvanında yerləşən "xxxx" MMC-nin daşınmaz əmlakının qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli UNİ/F 136-156/23 nömrəli hesabat tərtib edilmişdir. Qiymətləndirici qarşısında qoyulmuş suallara uyğun olaraq, Kürdəmir rayonu, “Çöl Sor-Sor” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus əmlak kompleksinə baxış keçirilmiş, qiymətləndirmə üçün tədqiqat aparılmışdır. Əmlak kompleksi Kürdəmir rayonunun mərkəzinə yaxın yerləşir. Gedişgəliş yolları və nəqliyyatla təminatı qənaətbəxş səviyyədədir. Qiymətləndirmə hesabatından görünür ki, göstərilən ünvanda yerləşən əmlak kompleksinə 2013-cü ildə tikilmiş 2 mərtəbəli otel binası, sendvic anbar binası, köhnə anbar binası, cücə fabriki binası, istehsalat binası, 4 ədəd gözətçi binası, 2 ədəd yarımçıq tikli, hasar və broyler avadanlığı seksiyası daxildir. Apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən Kürdəmir rayonu, “Çöl Sor- Sor” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan əmlak kompleksinin dəyərinin 20 fevral 2023-ci il tarixə 2 201 665,60 (iki milyon iki yüz bir min altı yüz altmış beş manat, 60 qəpik) manat təşkil etdiyi göstərilmişdir. Qeyd edilənlərlə də təsdiq edilir ki, barəsində mübahisə gedən torpaq sahəsi icarəyə veriləndən sonra təyinatı üzrə istifadə edilmişdir. Bu hallar da iddiaçının tələbinin və məhkəmənin gəldiyi nəticənin qanuni və əsaslı olmadığını təsdiq edir. Həmçinin, nəzərə alınmalıdır ki, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı yerdə yerləçən 30 ha torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi istər "xxxx" MMCnin, istərsə də "xxxx" MMC-nin yalnız icarə istifadəsinə verilmişdir. Kürdəmir RİHBnin hər iki sərəncamından aydın görünür ki, həmin torpaq sahəsi istər "xxxx" MMCnə, istərsə də "xxxx" MMC-nə Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq verilmişdir. Qymətləndiricinin hesabatında əksini tapan məlumatlarla da təsdiq edilir ki, "xxxx" MMC icarəyə götürdüyü torpaq sahəsində sonrakı ildən yəni, 2013-cü ildən başlayaraq təyinatı üzrə obyektlərin tikintisinə balamışdır. Müəyyən maliyyə çətinlikləri ilə bağlı əmlak kompeksində tikinti işləri hazırda müvəqqti olaraq dayandırılmışdır. Başlanılan tikinti işlərinin başa çatdırılması isə Kürdəmir rayonunda əhalinin yeni iş yerləri ilə təmin edilməsi baxımından çox əhəmiyyətldir və Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğundur. Beləliklə, yuxarıda istinad etdiyim fakt və hallarla təsdiq edildi ki, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsinin Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə verilməsinə və həmin icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmasına baxmayaraq, 5 ildən artıq müddət keçəndən sonra Kürdəmir RİHBnin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “TRADE LİNE“ MMC-nin icarəsinə verilməsinə dair İddiaçı QSC-nin iddia ərizəsinin dəlilləri əsaslı deyildir. Ümumiyyətlə isə, İddiaçı QSC iddia ərizsində Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı tələbini ehtimal və fərziyyələrlə əsaslandırmışdır. Hətta, İddiaçı QSC-nin tələbinin təmin edildiyini fərz etsək belə, onda o, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı yerdə yerləşən dövlət mülkiyyətində olan 30 ha torpaq sahəsindən icarəçi qismində istifadə etmək və müvafiq olaraq icarə haqqını ödəmək vəzifəsini yerinə yetirməli olacaqdır. Lakin, belə vəziyyətdə İddiaçı QSC 2012-ci ildən indiyədək həmin torpaq sahəsini qanuni əsasla istifadə edən hüquqlarını müdafiə etdiyim “TRADE LİNE“ MMC-nin orada dəyəri 2 201 665,60 manat təşkil edən əmlak kompleksinin mövcudluğunu nəzərə alaraq, çəkilən xərclərin ödənilməsi məsələsini də həll etməli olacaqdır. İPM-nin 68.1-ci və 68.2-ci maddələrinin göstərişlərinin əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə” 31 yanvar 2006-cı il tarixli qərarında işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institutun xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. Həmin Plenum qərarına görə məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İPM-nin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yenə İPM-in 68.2-ci maddəsinin imperativ tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yenə də İPM-in 69.4-cü maddəsinin göstərişinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Fikrimcə, yuxarıda sadaladığım faktlara və hallara, həmçinin işdə olan kifayət qədər tutarlı sübutlarla iddiaçının tələbinin və məhkəmənin gəldiyi nəticənin qanunsuz və əsassız olduğu təsdiq edildi. İPM-nin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. İPM-nin 87.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İPM-nin 85.1-ci şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün maddəsində inzibati məhkəmə vasitəsilə verilir.. Bildirirəm ki, qərar mənə tam formada xx.xx.2023-cü il tarixdə “Elelktron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim edilmişdir. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə kollegiyasından Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-683/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının tam ləğv edilməsi və İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh başçısının 15 nömrəli xx.xx.2012-ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1. İnzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 14.1. maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı Cavabdeh Başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, “ "xxxx" MMC-yə sərəncamla 2012-ci il tarixdə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30.0 ha torpaq ərazisi icarəyə verilərkən həmin torpaq sahəsinin hüquqi vəziyyəti cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, qəbul edilmiş xx.xx.2012-ci il tarixli sərəncamda "xxxx" MMC-yə dair heç bir münasibət bildirilməmiş, "xxxx" MMC-yə və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə məlumat verilməmiş və sərəncamın hüquqi nəticələri izah edilməmiş və həmin ərazi üzrə Cavabdeh başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi barədə qəbul edilmiş inzibati akt nə "xxxx" MMC-yə və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə, nə də məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, "xxxx" MMC-yə 2012-ci il tarixdə ayrılmış mübahisəli torpaq sahəsinin icarəyə verilməsi, istifadəsi ilə əlaqədar məsələlər Cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsində göstərildiyi kimi, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. İş materiallarında olan Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının surətindən görünür ki, lift və lift ehtiyat hisssələri, eskalator, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədi ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə 30 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-1(81)- 186/2009 saylı icra vərəqəsinə əsasən, "xxxx" MMC-dən 6.959.202 ABŞ dollar nın məzənnəsinə zoğun manatla pul əsas borca görə, 2.645.535 ABŞ dollarının məzənnəsinə uyğun pul manatla faiz borcuna görə, 619703 ABŞ dollarının məzənnəsinə uyğun manatla dəbbə puluna görə, 20 manat ödənilmiş dövlət rüsumuna görə pul alınaraq "xxxx" ASC-yə ödənilməsi, ödəniləcək məbləğlər ilkin olaraq onun bank hesablarına yönəldilməsi, çatışmayan məbləğlər cavabdehə məxsus "xxxx" ASC-nin 211.762 ədəd adi adlı səhmlərinə və digər əmlaklarına yönəldilməklə və həmin əmlakların hərrac vasitəsi ilə satılması yolu ilə borcun ödənilməsi təmin edilməsi, hərraclardan artıq qalan pul borcun tam ödənildikdən sonra cavabdehə qaytarılması, məhkəmə icraçısına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilməsi,məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının qanuni tələblərim /erinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması qət edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-2(113)- 13/2021 saylı qərardadına əsasən, 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının ərizəsi təmin edilərək, 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək borc "xxxx" MMC-nin adına icarə hüququ əsasında qediyyata alınan Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinə, "Qafqaz Holdinq” MMC-nin adında qeydiyyatdan keçən:(-“KAMAZ 55111Ş-də KC 45721 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı 10 JU237 dövlət qeydiyyat nişanli;-“QAZ 3302 18 yük” markalı 10JV 297 dövlət qeydiyyat nişanlı;-“QAZ 3302 18 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik”markalı ** JS *** dövlət qeydiyyat nişanlı;-"MAZ 642290 2122 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“MAZ 9506 010 yarımqoşqu” markalı ** ZD *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;- “QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;-“MAZ 642290 2122 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“KRAZ 6444 yük” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı;- “MAZ 9506 010 yarımqoşqu” markalı ** ZD *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı) nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMCnin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilsin və İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqları tanınması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan əmlakların borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləği borclu "xxxx" MMC-nin digər daşınar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-2(113)-13/2021 saylı qərardadı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Azərrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışına əsasən, ünvan 8 ünvanında yerləşən 30.0 ha torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli, 78 saylı sərəncamına əsasən, İddiaçı QSC-nin xeyrinə hüquq yüklü edilmişdir, hüququn əvvəlki yüklülüyü "xxxx" MMC-yə aid olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh Başçısına ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubuna əsasən, əvvəllər Sor-Sor kəndinin yaxınlığında Kürdəmir rayonunun inzibati ərazisində mal-qara saxlamaq üçün 30 ha icarəyə torpaq sahəsi götürmüşdür. Hazırda həmin ərazidə mal-qaranın kökəltməsi məqsədi üçün bəzi tikililər tikməyə ehtiyacı vardır. İstifadəsində olan 30 ha torpaq sahəsinin yenidən səədləşdirilməsinə və həmin ərazidə ferma, çoban evi və s.yardımçı binaların tikilməsinə sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Başçısının 14 fevral 2012- ci il tarixli 15 nömrəli sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi məqsədi ilə “Çöl Sor-Sor yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 (otuz) hektar yer ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, AN 426165 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən, Cavabdeh Başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı və xx.xx.2012-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə 99 il müddətinə 300000 kv.m tikinti məqsədilə torpaq sahəsi "xxxx" MMC-yə ayrılması X5 kitabında xx.xx.2013-cü il tarixli, 691 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 04 saylı torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh Başçısı 30 ha torpaq sahəsi 99 il müddətinə tikinti məqsədi ilə "xxxx" MMC-nin icarəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh Başçısının Aparatının 30 mart 2023-ci il tarixli, 5- 56-3/2-351/2023 nömrəli məktubunda göstərilmişdir ki, 30 hektar sənaye təyinatlı torpaq sahəsinin lift və lift ehtiyat hissələri və digər avadanlıqlar istehsal edən zavod tikilməsi üçün "xxxx" MMC-yə uzunmüddətli istifadəyə verilməsi barədə rayon icra Hakimiyyəti başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi və ya hazırda qüvvədə olub-olmaması barədə rayon icra Hakimiyyətində rəsmi məlumat yoxdur. "Qafqaz Holdinq” MMC-yə 30 ha torpaq sahəsinin ayrılması barədə rayon icra Hakimiyyəti başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının verilməsinə əsas olan sənədlər, torpaq sahəsinin plan, sxem (ölçü) sənədləri və digər sənədləri arxivdə saxlanılmadığı üçün həmin sənədləri məhkəməyə təqdim etmək mümkün olmamışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh başçısının 14 fevral 2012-cı ıl tarixli. 15 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə əlaqədar rayon icra Hakimiyyətinin rəsmi münasibəti 22 sentyabr 2022-ci il tarixli, 2/1174 saylı məktubla Şirvan inzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-2422/2024 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd olunur ki, Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə "Qafqaz Holdinq” MMC-yə ayrılmış, sonradan "xxxx" QSC-nin adına tərtib edilmiş **********35 reyestr nömrəli çıxarışla verilmiş 30,0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Cavabdeh Başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “Trade Line" MMC-yə ayrılmış 30 ha torpaq sahəsinə ləğv edilmiş Dövİət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********1661 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində əks olunan koodrdinatlarla müəyyənləşən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli səfəncamı ilə “Qafqaz Holdinq" MMC-yə ayrılmış, sonradan "xxxx" QSC-nin adına tərtib edilmiş **********35 reyestr nömrəli çıxarışla verilmiş 30.0 ha torpaq sahəsi ilə Cavabdeh Başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “Trade Line" MMC-yə ayrılmış 30 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edtlmiş, **********1661 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahəsi üst-üstə düşür, (sxemdə göstərilmişdir). Torpaq sahəsi üzərində tikili və yarımtikililər mövcuddur və tikili və yarımtikilərlə bağlı elektron baza məlumatlarında hər hansı texniki pasport aşkar edilməmişdir. Baxış zamanı mütəxəssisə ərazinin “Lift zavod"un istifadəsində olduğu bildirilmişdir. Əlavə olaraq bildiririk ki, baxış zamanı iddiaçıya Kürdəmir rayon İcra Hakrriiyyətinin nümayəndəsi tərəfindən naturada göstərilən 49.3 ha torpaq sahəsi ləğv edilmliş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Trade Line" " MMC-nin adına tərtib edilmiş **********1597 kadastr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində əks olunan koordinatlarla müəyyənləşən 263.0 ha torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/5081 nömrəli ekspert rəyində qeyd olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-2422/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh Başçısının 29 iyun 2006-ci il tarixli 78 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış, sonradan İddiaçı QSC-nin adına tərtib edilmiş **********35 reyestr nömrəli çıxarışla verilmiş 30.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh Başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış 30 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********01661 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Cavabdeh Başçısının 29 iyun 2006-ci il tarixli 78 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış, sonradan İddiaçı QSC-nin adına tərtib edilmiş **********35 reyestr nömrəli çıxarışla verilmiş 30.0 ha torpaq sahəsi ilə Cavabdeh Başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə ayrılmış 30 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş, **********01661 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahəsi üst-üstə düşür. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaq sahəsi üzərində tikili və yarımtikililər mövcuddur və tikili və yarımtikililərlə bağlı elektron baza məlumatlarında hər hansı texniki paport aşkar edilməmişdir. Baxış zamanı mütəxəssisə ərazinin “Lift zavod” un istifadəsində olduğu bildirilmişdir. Əlavə olaraq bildiririk ki, baxış zamanı iddiaçıya Cavabdeh nümayəndəsi tərəfindən naturada göstərilən 49.3 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" “MMC-nin adına tərtib edilmiş **********1597 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan koordinatlarla müəyyənləşən 263.0 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamla lift və lift ehtiyat hisssələri, eskalator, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədi ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə 30 hektar torpaq sahəsi verilmişdir. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir.Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-yə olan problemli borcları üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" MMC- dən 6.959.202,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun əsas borca görə, 2.645.535,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun faiz borcuna görə, 619.703,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla dəbbə puluna sörə, 20 manat ödənilmiş dövlət rüsumuna görə pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi, ödəniləcək məbləğlərin ilkin olaraq onun bank hesablarına yönəldilməsi, çatışmayan məbləğlərin cavabdehə məxsus "xxxx" ASCnin 211.762 ədəd adi adlı səhmlərinə və digər əmlaklarına yönəldilməklə və həmin əmlakların hərrac vasitəsilə satılması yolu ilə borcun ödənilməsinin təmin edilməsi, hərraclardan artıq qalan pulun borc tam ödənildikdən sonra cavabdehə qaytarılması qət edilmişdir. "xxxx" MMC-nin adına Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi (99 il müddətinə: xx.xx.2006-xx.xx.2105) icarə hüququ əsasında qeydiyyata alınması və Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli 78 nömrəli Sərəncamı əsas olmuşdur. Sonradan Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-13/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək borcun "xxxx" MMC-nin adına icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı ”Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMC-nin adında qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilməsi, İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqlarının tanınması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC-nin qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin borclu "xxxx" MMC-nin digər daşınar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli məktubu ilə icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmişdir. Həmin qərardad icra olunaraq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmış və müvafiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Lakin sonradan yəni, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması müəyyən olunmuş və sərəncam əsasında Cavabdeh tərəfindən "xxxx" MMC ilə icarə müqaviləsi bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyi ilə müəyən edilmişdir ki, Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı əsasında "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş 30 hektar torpaq sahəsi ilə Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli sərəncamı əsasında üçüncü şəxs "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş 30 ha torpaq sahəsi eyni ərazidir, yəni üstüstə düşür. Eyni zamanda müəyyən edilmişdir ki, "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə 30 hektar torpaq sahəsi verilməsi ilə bağlı Cavabdeh başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı ləğv edilməmiş və qüvvədən düşməmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur. Həmin Qanunun 41.1-ci maddəsinə görə inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə görə inzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. Həmin Qanunun 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsi torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə əsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtında əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı üçüncü şəxs "xxxx" MMC müraciəti əsasında başlanmış inzibati icraatın nəticəsində qəbul edilmişdir. Qəbul edilmiş həmin inzibati akt "xxxx" MMC-nin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdeh bununla bağlı xidməti vəzifəsindən irəli gələrərək obyektiv araşdırma aparmamış və iddiaçının inzibati iсraatda iştirakını təmin etməmiş, onun fikri nəzərə alınmadan və onun xeyrinə qəbul edilmiş əlverişli inzibati akt (29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncam) ləğv edilmədən ona məxsus (icarəsində olan) torpaq sahəsi digər şəxsin icarəsinə verilmişdir. Yəni, müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli sərəncam ilə "xxxx" MMC-yə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30.0 ha torpaq ərazisi icarəyə verilərkən həmin torpaq sahəsinin hüquqi vəziyyəti cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, cavabdeh tərəfindən mübahisələndirilən torpaq sahəsinə mütəxəssis və ekspert cəlb olunmaqla baxış keçirilməmiş, bununla bağlı mütəxəssis və ekspert rəyi və yerində baxış müayinə aktları tərtib edilməmiş, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olub-olmaması aydınlaşdırılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı əsasında "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş 30 hektar torpaq sahəsi ilə Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli sərəncamı əsasında üçüncü şəxs "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə verilmiş 30 ha torpaq sahəsi üst-üstə düşür. Başqa sözlə, Cavabdeh başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı qüvvədə olduğu halda, cavabdeh həmin sərəncamla iddiaçıya ayrılmış torpaq sahəsini xx.xx.2012-ci il tarixli sərəncamla üçüncü şəxs "xxxx" MMC-nin icarəsinə vermişdir. Halbuki, yuxarıda qeyd edilən hüquq normalarına görə cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə hərtərəfli, tam və obyektiv araşdırmağa və zərurət yarandığı halda öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu idi. Hətta bununla bağlı maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilərdi. Lakin, göründüyü kimi, xx.xx.2012-ci il tarixli sərəncamla üçüncü şəxs "xxxx" MMCnə mübahisəli torpaq sahəsi icarəyə verilərkən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun inzibati icraat aparılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələbinə uyğun müstəqil araşdırma aparılmadan, sübutlar toplanılmadan, mütəxəssis və ekspertiza təyin edilmədən hazırda mübahisələndirilən inzibati aktı qəbul edilmiş, bununla da iddiaçının hüquqlarını və qanunla qorunan maraqları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Şirvan İnzibati Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2-1(120)-683/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-11/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-11/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver