Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-110/2023 03.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X6” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(120)1445/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1959-cu ildə anadan olmuş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə kimi hərbi xidmətdə olmuş və 1976-cı ildən 2005-ci ilədək müxtəlif vəzifələrdə əmək fəaliyyəti məşğul olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh onun sığorta stajını təsdiq edən sənədlərin olmaması səbəbindən müraciətin təmin olunmasından imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X6” Qanunun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1959-cu il tarixdə Sabirabad rayonunun Qaralı kəndində anadan olmuşdur. Hal-hazırda da Sabirabad rayon sakini olmaqla yaşayır. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə kimi (2 il 18 gün) hərbi xidmətdə olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə kimi Bakı Peşə Məktəbini “elektrik qaz qaynaqçısı" peşəsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ilin iyul ayından başlamış, xx.xx.2005-ci il tarixə kimi işləməklə 29 ildən çox ümumi əmək stajı vardır. İddiaçı əmək fəaliyyəti üzrə 1976-cı ilin iyul ayından 1977-ci ilin noyabr ayına kimi Sabirabad rayonu "Komsomol" adına kolxozda “kolxozçu”, xx.xx.1977-xx.xx.1980-cı il tarixə kimi “2 №-li Sənaye Kombinatı”nda “elektrik qaz qaynaqçısı”, xx.xx.1980-1981-ci ilin dekabr ayına kimi “Sabirabad 5 saylı Tikinti Sahəsi”ndə “qaynaqçı”, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi “Sabirabad rayon Meliorasiya Birliyi”ndə “qaynaqçı”, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixə kimi “24 №-li SMD”-də “qaynaqçı”, xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixə kimi “3 saylı Avtomobil Yolları İdarəsi (15 saylı Yol-Tikinti İdarəsi)”ndə “elektrik qaynaqçısı”, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Sabirabad Suvarma İdarəsinin Balvar nasos stansiyası“nda "maşinist”, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi “Hacıqabul rayonu Qışlaqların Su ilə X2 İdarəsi"ndə “elektrik qaynaqçısı” və 2006-cı ilin sentyabr ayından 2007-ci ilin may ayına kimi "xxxx" MMC-də “elektrik qaynaqçısı” (lakin həmin cəmiyyət fəaliyyətini dayandırdığından və sənədlərini arxivə vermədiyindən işləməsinə dair arxivdən sənəd əldə edə bilməmişdir) vəzifələrində işləmişdir. Hal-hazırda işləmir. İddiaçı, əmək fəaliyyətinin təxminən hamısı ağır və zərərli iş stajı olduğuna görə hesab edir ki, ona xx.xx.2016-cı il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Çünki, "X6" Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən hüququ yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906)” kodu ilə qeyd edilmişdir. «X6» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının “X6” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə qeyd olunan 3 tələbdən heç birinə cavab vermir. Belə ki, iddiaçının əmək kitabçası 12 yanvar 1994-cü ildə açılmışdır, ona görə də, iddiaçının həmin tarixdən hər hansı qanunla müəyyən edilmiş qaydada sübut edilmiş əmək stajı mövcud deyil. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X6” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1.əmək kitabçası, 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən, iddiaçının əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, ya əmək kitabçası, ya da onun üzrlü səbəblərdən olmadığı halda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə müəyyən edilir. İddiaçı iş stajının yalnız arayışlar əsasında müəyyən edilməsini tələb edir. Arayış əsasında stajın müəyyən edilə bilməsi isə yalnız 3.2.3-cü bənddə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxslər üçün nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının iş stajı qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən tələbin təmin edilməsi qeyri-mümkündür. Odur ki, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul olunması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-1445/2022 saylı qərarı ilə (hakim S.F.Həsənov) iddia təmin olunmuş, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1445/2022 nömrəli qərarı ləğv edilməli, iddiaçının iddia tələbi isə rədd edilməlidir. Belə ki, iddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. “X6” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxlərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “B” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan, 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8nin qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Belə ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala şəxsiyyət vəsiqəsinin surəti, ümumi iş stajını təsdiq edən sənədlərin əsilləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.), yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayış, pensiya təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsi zəruridir. İddiaçı Mərkəzi Filiala xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərində ona dair əmək kitabçasını təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin Qaydaların 7.1-ci bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd edilir. Eyni zamanda iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışa əsasən onun xx.xx.1977-xx.xx.1980-ci il illərdə Sənaye kombinatında işlədiyi göstərilmişdir. Lakin qeyd olunan dövr iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki xidmət illəri ilə üst-üstə düşür. Bundan başqa iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli 78 nömrəli arayışda onun xx.xx.1980-ci il tarixdə Sabirabad sahəsi üzrə fəhlə işinə qəbul olunduğu qeyd olunsa da, işdən çıxış əmri müəyyən olunmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışında onun xx.xx.1984xx.xx.1991-ci illərdə 2-ci dərəcə elektrik qaynaqçısı, xx.xx.1991-xx.xx.1999-cu illərdə 3-cü dərəcə elektrik qaynaqçısı işlədiyi göstərilmiş və iş illərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ yaratdığı göstərilmişdir. Lakin qeyd olunan güzəştli arayış tələb olunan rekvizitlərə cavab vermir. Həmin arayışda qeyd edilən vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının hansı bölmə, bənd, kod siyahısında sadalandığı göstərilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xususiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konsitutsiya Məhkəməsinin Plenumunun “X6” Azərbaycan Respublikasının Qanunun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunvericilik tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə və bərabər münasibətlərə) əsaslanmalı və konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməldir. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq hesab edilir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1445/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etirazında bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində xx.xx.2020-ci il tarixli, 03 №-li arayışında onun xx.xx.1977-xx.xx.1980-cı illərdə 2 №-li Sənaye Kombinatında işlədiyini və həmin illərin hərbi xidmət illəri ilə üst-üstə düşdüyünü qeyd etməklə səhvə yol verir. Belə ki, iddiaçı xx.xx.1977-ci il tarixdə 2 №-li Sənaye Kombinatında “elektrik qaynaqçısı” vəzifəsi üzrə işə girmiş, lakin xx.xx.1977-ci il tarixdə iş yeri saxlanılmaqla hərbi xidmətə çağırılmışdır. xx.xx.1979-cu il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra işini davam etdirmiş və xx.xx.1980-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bütün idarə və müəssisələrdə şəxs hərbi xidmətə getdikdə iş yeri saxlanılırdı və bu qeyd əmək kitabçasında göstərilirdi. Lakin əmək kitabçası olmadığından arayışda həmin illər yuxarıda qeyd olunduğu kimi əmək fəaliyyəti olaraq göstərilmişdir. Halbuki, həmin illər iş stajı kimi qəbul olunmasa da, hərbi xidmət illəri staj kimi qəbul edilir. Həmçinin cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 78 №-li arayışda iddiaçının xx.xx.1980-cı ildə Sabirabad sahəsi üzrə fəhlə işinə qəbul olunduğu qeyd olunsa da, işdən çıxma əmrinin olmadığını əsas gətirilir. İddiaçı hesab edir ki, cavabdeh onun işdən çıxma əmrinin olmamasını nöqsan kimi göstərməklə məhkəmədə fikir ayrılığı yaratmaq istəyir və iddiaçı həmin arayışı təqdim etməsəydi, cavabdeh onu qüsur kimi qələmə verməyə çalışacaq və bunun sübut olmadığını əsas gətirəcəkdir. İddiaçı tərəfindən təqdim edilən arayışda faktiki olaraq işəgirmə əmrinin olduğu qeyd edilsə də, cavabdeh tərəfindən əsas kimi işəgirmə əmrinin olmadığı bildirilir. İddiaçı bütün bunların onun günahı olmadığını qeyd etməklə yanaşı, sübutu olmadığı üçün 40 il bundan öncə işlədiyi müəssisənin səhlənkarlığından və yaxud arxivdə itdiyi səbəbindən sənədlərin olmadığını əsaslandıra bilməmişdir. İddiaçı qeyd edir ki, hər hansı bir məqsədi olsaydı arayışı ümumiyyətlə təqdim etməzdi və yaxud da arayış təqdim olunduğu halda işə girmə əmrini təqdim etməzdi ki, ümumiyyətlə əmrlər yoxdur. Lakin iddiaçıya təqdim edilən arayışda işə girmə əmri olduğunu qeyd edib, deməli işdən çıxma əmri də olsaydı təqdim edərdi, olmadığından təqdim edə bilməyib. Həmçinin cavabdeh iddiaçının xx.xx.1984xx.xx.1991-ci illərdə işləməyinə dair "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 07 №-li arayışında tələb olunan halların, yəni arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının hansı bölməsi, bəndi, şifrinin siyahıda sadalanmasının göstərilmədiyini bildirir. İddiaçı qeyd edir ki, həmin arayışda Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı X3 peşələr bölməsi qeyd edilmişdir və həmin bölmədə əl ilə qaynaq aparan qaynaqçılar açıq-aşkar göstərilmişdir. Lakin əl ilə qaynaq aparan qaynaqçıların kodunun göstərilmədiyi nöqsan kimi qəbul edilməməli və həmin bölmədə yalnız bir əl ilə qaynaq aparan qaynaqçılar peşəsi vardır ki, bu da kifayət edə bilər. Bu hal bütün müəssisə, idarə və təşkilatlarda qeyd edilməyə də bilər, çünki, həmin yerlərdə işçiyə siyahıda qeyd edilən peşə və vəzifəyə görə əmək haqqına əlavə və məzuniyyət gününə əlavə təqvim günü verilir, koduna görə deyil. İddiaçı hesab edir ki, cavabdeh ancaq nə yolla olursa olsun yalnız bütün hallarda problem axtarır ki, pensiya təyin edilməsin. Əgər cavabdehin Azərbaycan Respublikası İPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətində qeyd etdiyi hallara dair əsaslı şübhələri varsa, sübut etmək vəzifəsi onun üzərinə düşür. İddiaçı hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar nöqsan deyil, sadəcə qüsur kimi qəbul oluna bilər ki, bu da müəssisə, idarə və təşkilatın kadr şöbəsində Nazirlər Kabinetinin qərarları barədə tam olmasa da, qismən məlumatsızlıqdan və yaxud da sənədlərlə işləməsində mexaniki səhvlərə yol verməsindən irəli gələ bilər ki, bu da iddiaçının işlədiyi illərə dair şübhələr yaratmağa əsas verməsi üçün ona əsas deyil. İddiaçı iş stajını təsdiq edən əmək kitabçasının olmamasına baxmayaraq işlədiyi müəssisə və idarələrin arayışlarını, güzəştli arayışlarını və arxiv arayışlarını Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №- li Qərarı ilə təsdiq edilmiş “X6” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə istinad edərək iş stajımın qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən pensiyanın təyin edilməsinin qeyrimümkün olması anlamına gəlməsi yanlışdır və qanunvericiliyin normalarının düzgün şərh etməməsindən xəbər verir. Belə ki, mən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X6” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya haqqında” Qanununa əsasən tələb edirəm. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011 -ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X6» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1 -9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «X6» Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Möhtərəm hakim cavabdehin qənaitinə görə mən iddiaçının iş stajı qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyindən, yəni fakt təsdiqi əsasında məhkəmənin qanuni qüvvəsin almış qərarı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası düzgün deyildir. Belə ki, qeyd edilən həmin normaya görə hazırkı mübahisəyə münasibətdə pensiya arayış əsasında stajın müəyyən edilə bilməsi isə yalnız 3.2.2-ci bənddə mülki aviasiya uçuş-smaq heyətində işləyən şəxslər üçün nəzərəd tutulması ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi tələblə bağlı müddəalar “X6” Qanununun 9.1-ci maddəsinə “X6” Qanununa dəyişiklər və əlavələr edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 543-VQD №-li Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir.Halbuki, mən iddiaçı mənə həmin Qanunun 9.8-ci maddəsinə istinadən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş qanunvericiliyə “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən pensiya təyin olunmasını istəyirəm. Cavabdehin hesab edirəm ki, hər iki halla bağlı yanaşması əsassızdır. Hazırda qüvvədə olan “X6” Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə müəliyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəli şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxildir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunamn sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2ci hissəsinə əsasən mülkiyyət və təsərüffatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş redaktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə almır. SSRİ Nazirlər Sovetinin xx.xx.1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydaları”-nm 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilir. Qüvvədə olan “X6” Qanununun 32.2-ci maddəsinə əsasən 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X6” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünmə keçirilməsi və ödənilməsi” Qaydalar “X6” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Adı çəkilən Qaydalarda “X6” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “X6” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər.Cavabdehin apellyasiya şikayətində əmək kitabçasının olmaması və ona görə də işlədiyim illərin staj kimi qəbul edilməz olması barədə yanaşmasına münasibət olaraq bildiriəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarın 13.1 -ci hissəsinə əsasən nəzərə alınmalıdır ki, “X6” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin Qərarın 13.2-ci hissəsinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 13.3-cü hissəsinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Həmin Qərarın 13.4-cü hissəsinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasma, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib- edilməməsinə xüsusi diqqət yetirilməlidir. Möhtərəm hakim həmçinin diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li qərarı ilə təsdiq edilmiş “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nm 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Lakin mən iddiaçının hüququ göründüyü kimi 2015-ci il tarixdə yaranmışdır və xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və' ödənilməsi Qaydaları”-da güzəştli arayış barədə norma qeyd edilməmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təminatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Mən İddiaçı hüququ 2016cı il tarixdə yarandığından mənə münasibətdə bu Qaydalar tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq -edilmiş və “X6” Azərbayacan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi,baxılması və saxlanılması Qaydaları mənim pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Bütün bunlara baxmayaraq mən iddiaçı tərəfindən cavabdeh orqana güzəştli arayış təqdim edilmişdir.Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, 21.11.201 İ-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X6» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «X6» Azərbaycan Respublikasının Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. «X6» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2017- ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X6» Azərbaycan Respublikasımı! Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində göstərilir ki, xx.xx.2017-ci il tarixədək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 01 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “X6” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-da güzəştli arayış barədə norma qeyd edilməmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin l-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təminatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Həmin Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyasını təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş və “X6” Azərbayacan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları mənim pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynalxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zərərli olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərinin asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Odur ki, cavabdeh ƏƏSMN-nin yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (120)- 1445/2022 saylı qərarın dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılması xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1445/2022 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı teleqramla məhkəmə kollegiyasına müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və Şirvan İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “X6” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının 57 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiya). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu Maddə 13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati Prosessual Məcəllə Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı güzəştli şərtlərə yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır (iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 57 yaşında yaranmışdır). İddiaçı ilk dəfə xx.xx.2022-ci il tarixdə (iş vərəqi 24) cavabdehə müraciət etmiş, ancaq müraciəti təmin edilməmişdir. İddiaçının təqdim etdiyi arayışlara əsasən 25 ildən artıq ümumi stajının olması cavabdeh tərəfindənmübahisələndirilmir. Hazırkı iş üzrə tərəflər arasındakı mübahisə iddiaçının əmək kitabçasını təqdim etməməsi və güzəştli iş stajı ilə bağlıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının ümumi və güzəştli iş stajını təsdiq edən zəruri sənədlər iş materiallarında mövcuddur. Belə ki, işdə olan iddiaçının NZ ******* nömrəli hərbi biletinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, 315 nömrəli arayışından görünür ki, İddiaçı 1976-cı ildə ”Komsomol” kolxozunda işləmişdir. İşdə olan “X7” ASC-nin xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışından görünür ki, İddiaçı 26 may 1977-ci ildən 2 №-li Sənaye kombinatına 108K nömrəli əmr ilə işə qəbul olunmuş və 14 iyul 1980-ci ildə 74K nömrəli əmr ilə işdən azad olunmuşdur. İşdə olan "xxxx" ASC-nin 30 noyabr 2021-ci il tarixli, 07 nömrəli güzəştli iş stajı haqqında arayışında qeyd olunmuşdur: “Seyidhəsən Mirhadi oğlu xx.xx.1984-cü il tarixli, 19/k saylı əmrlə Əli-Bayramlı 15 saylı Yol Tikinti İdarəsinə 2-ci dərəcə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. 30 Dekabr 1991-ci il tarixli 202/k saylı əmrlə 3-cü dərəcə verilmişdir, (əsas 30.Xİİ 1991-ci il 202/k saylı əmr sədr Mehtiyev Q.X). xx.xx.1999-cu il tarixli 16/k saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı Mirhadi oğlu işlədiyi 15 il 7 ay 29 gün 3-cü dərəcə elektrik qaynaqçı peşəsində Azərbaycan Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli ümumi peşələrin, vəzifələrin və göstəricilərin siyahısında təsdiqlənib. Odur ki, İddiaçı Mirhadi oğlu güzəşli şərtlərə görə əmək pensiyası hüququnun olduğunu təsdiq edirik.” İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, 103 nömrəli arayışında qeyd olunmuşdur: “İddiaçı 16 sentyabr 1999cu il tarixdən 95 saylı əmrlə X5 İdarəsində Balvar nasos stansiyasında maşinist vəzifəsində işləmiş və 02 noyabr 2000-ci il tarixdə 163 saylı əmrlə işdən azad olunmuşdur”. İşdə olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2022-ci il tarixli, 847 nömrəli arayışında qeyd olunmuşdur: “İddiaçı 16 sentyabr 1999cu il tarixdən 95 saylı əmrlə X5 İdarəsində Balvar nasos stansiyasında maşinist vəzifəsində işləmiş və 02 noyabr 2000-ci il tarixdə 163 saylı əmrlə işdən azad olunmuşdur”. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 45 nömrəli əmr əsasında Sabirabad 5 saylı Tikinti sahəsinə fəhlə qəbul edilmişdir. 1981-ci ilin əmr kitabı arxivə təhvil verilmədiyindən işdən çıxması barədə məlumat aşkar olunmamışdır. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixli, 3 nömrəli əmr əsasında X1 Birliyinə 4 dərəcə qaynaqçı qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, İddiaçı 24 saylı SMD-nin əmrlərindən çıxarışlarda xx.xx.1983-cü il tarixli, 11 nömrəli əmr əsasında Axıska məktəbinin tikintisinə 4 dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixli, 10 nömrəli əmr əsasında işdən azad edilmişdir. İşdə olan Dövlət arxivinin Şirvan filialının iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 19/k nömrəli əmr əsasında 15 saylı Yol Tikinti İdarəsinə qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1999-cu il tarixdə 16.k nömrəli əmr əsasında işdən azad edilmişdir. İşdə olan Dövlət arxivinin Şirvan filialının məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 267 nömrəli məktubuna əlavə olunmuş əmrlərdən çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 19/k nömrəli əmr əsasında 15 saylı Yol Tikinti İdarəsinə qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1999-cu il tarixdə 16.k nömrəli əmr əsasında işdən azad edilmişdir. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 221 nömrəli məktubuna əlavə olunmuş əmrlər kitabından və əmək haqqı cədvəlindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə 40 nömrəli əmr ilə Hacıqabul rayonu X9 X2 idarəsinə elektrik qaynaqçısı işinə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə 35 nömrəli əmr ilə işdən azad olunmuş, həmin dövrlərdə əmək haqqı almışdır. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, 57 nömrəli arxiv arayışından və əmək haqqı cədvəlindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə 40 nömrəli əmr ilə Hacıqabul rayonu X9 X2 idarəsinə elektrik qaynaqçısı işinə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə 35 nömrəli əmr ilə işdən azad olunmuş, həmin dövrlərdə əmək haqqı almışdır. Məhkəmə tərkibi yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə qeyd edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “X6” Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları (və ya müəssisə tərəfindən təqdim edilən arayışlar) nəzərə alına bilər. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, iddiaçının müvafiq arayışlarda göstərilən əmək fəaliyyəti dövrünü sosial sığorta stajına daxil etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Çünki iddiaçı 1976-cı ildə ”Komsomol” kolxozunda işləməsinə dair Sabirabad rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, 315 nömrəli arxiv arayışını, xx.xx.1977-ci ildən xx.xx.1980-ci il tarixədək 2 №-li Sənaye kombinatında işləməsinə dair X7” ASC-nin xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışını, xx.xx.1980-ci il tarixdən 5 saylı tikinti sahəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək X1 Birliyində və xx.xx.1983cü il tarixdən xx.xx.1984-cü il tarixədək 24 saylı SMD-də işləməsinə dair Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışlarını, xx.xx.1984-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Əli-Bayramlı 15 saylı Yol Tikinti İdarəsində işləməsinə dair "xxxx" ASC-nin 30 noyabr 2021-ci il tarixli, 07 nömrəli arayışını, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək X5 İdarəsində Balvar nasos stansiyasında işləməsinə dair Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, 103 nömrəli arayışını, xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Hacıqabul rayonu X9 X2 İdarəsində işləməsinə dair Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 221 nömrəli arxiv arayışını təqdim etmişdir. Göründüyü kimi, iddiaçının əmək fəalliyəti yuxarıda qeyd olunan arayışlarla təsdiqləndiyindən sözü gedən dövr ona əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, məhkəmə araşdırmasının gedişində arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki,...“iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli 03 nömrəli arayışa əsasən onun xx.xx.1977-xx.xx.1980-ci il illərdə Sənaye kombinatında işlədiyi göstərilmişdir. Lakin qeyd olunan dövr iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki xidmət illəri ilə üst-üstə düşür”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçı apellyasiya şikayətinə etiraz məktubunda bu məsələyə aşağıdakı kimi aydınlıq gətirmişdir: “...iddiaçı xx.xx.1977-ci il tarixdə 2 №-li Sənaye Kombinatında “elektrik qaynaqçısı” vəzifəsi üzrə işə girmiş, lakin xx.xx.1977-ci il tarixdə iş yeri saxlanılmaqla hərbi xidmətə çağırılmışdır. xx.xx.1979-cu il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra işini davam etdirmiş və xx.xx.1980-cı il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bütün idarə və müəssisələrdə şəxs hərbi xidmətə getdikdə iş yeri saxlanılırdı və bu qeyd əmək kitabçasında göstərilirdi. Lakin əmək kitabçası olmadığından arayışda həmin illər yuxarıda qeyd olunduğu kimi əmək fəaliyyəti olaraq göstərilmişdir. Halbuki, həmin illər iş stajı kimi qəbul olunmasa da, hərbi xidmət illəri staj kimi qəbul edilir”. Nəzərə almaq lazımdır ki, “X6” Azərbaycan Respublikası Qanununun 22.2.-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, “...iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli 78 nömrəli arayışda onun xx.xx.1980-ci il tarixdə Sabirabad sahəsi üzrə fəhlə işinə qəbul olunduğu qeyd olunsa da, işdən çıxış əmri müəyyən olunmamışdır”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. İddiaçı apellyasiya şikayətinə etiraz məktubunda bu məsələyə aşağıdakı kimi aydınlıq gətirmişdir: “...cavabdeh onun işdən çıxma əmrinin olmamasını nöqsan kimi göstərməklə məhkəmədə fikir ayrılığı yaratmaq istəyir və iddiaçı həmin arayışı təqdim etməsəydi, cavabdeh onu qüsur kimi qələmə verməyə çalışacaq və bunun sübut olmadığını əsas gətirəcəkdi. İddiaçı tərəfindən təqdim edilən arayışda faktiki olaraq işəgirmə əmrinin olduğu qeyd edilsə də, cavabdeh tərəfindən əsas kimi işə daxilolma əmrinin olmadığı bildirilir. İddiaçı bütün bunların onun günahı olmadığını qeyd etməklə yanaşı, sübutu olmadığı üçün 40 il bundan öncə işlədiyi müəssisənin səhlənkarlığından və yaxud arxivdə itdiyi səbəbindən sənədlərin olmadığını əsaslandıra bilməmişdir. İddiaçı qeyd edir ki, hər hansı bir məqsədi olsaydı arayışı ümumiyyətlə, təqdim etməzdi və yaxud da arayış təqdim olunduğu halda işə daxilolma əmrini təqdim etməzdi ki, ümumiyyətlə əmrlər yoxdur. Lakin iddiaçıya təqdim edilən arayışda işə daxilolma əmri olduğunu qeyd edib, deməli işdənçıxma əmri də olsaydı təqdim edərdi, olmadığından təqdim edə bilməmişdir”. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinə etiraz məktubunda göstərdiklərini inandırıcı hesab edir. Belə ki, işdə olan Sabirabad rayon Dövlət arxivinin xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixli, 45 nömrəli əmr əsasında Sabirabad 5 saylı Tikinti sahəsinə fəhlə qəbul edilmişdir. 1981-ci ilin əmr kitabı arxivə təhvil verilmədiyindən işdən çıxması barədə məlumat aşkar olunmamışdır. İddiaçı iddia ərizəsində xx.xx.1980-ci il tarixdən 1981-ci ilin dekabr ayınadək Sabirabad 5 saylı Tikinti sahəsində işlədiyini qeyd etmişdir. Eyni zamanda iş materiallarında olan sübutlardan görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixli, 3 nömrəli əmr əsasında X1 Birliyinə 4 dərəcə qaynaqçı qəbul edilmişdir. Başqa sözlə, iddiaçının xx.xx.1980-ci il tarixdən 1981-ci ilin dekabr ayınadək Sabirabad 5 saylı Tikinti sahəsində işlədiyini istisna edən sübutlar iş materiallarında yoxdur, eyni zamanda cavabdeh də buna dair sübutlar təqdim etməmişdir. Məhkəmə tərkibinin qənaətinə görə əmr kitabları arxivə təhvil verilmədiyi halda, «iddiaçının işləməsi təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının, cədvəllərin və əmrlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Cavabdehin apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki,... iddiaçının təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışında onun xx.xx.1984xx.xx.1991-ci illərdə 2-ci dərəcə elektrik qaynaqçısı, xx.xx.1991-xx.xx.1999-cu illərdə 3-cü dərəcə elektrik qaynaqçısı işlədiyi göstərilmiş və iş illərinin güzəştli şərtlərlə əmək pensiyası hüququ yaratdığı göstərilmişdir. Lakin qeyd olunan güzəştli arayış tələb olunan rekvizitlərə cavab vermir. Həmin arayışda qeyd edilən vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının hansı bölmə, bənd, kod siyahısında sadalandığı göstərilməmişdir”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. İlk növbədə qeyd etmək lazımdır ki, qanunvericilkdə güzəştli arayışın tərtib edilməsi zamanı hansısa rekvizitlətə əməl edilməsinə dair imperativ norma yoxdur. Başqa sözlə, güzəştli arayışın tərtib edilməsi zamanı hansısa rekvizitlətə əməl edilməməsi mübahisləndirilən dövrün güzəştli iş stajı kimi nəzərə alınmasına maneə təşkil etməməlidir. Bundan başqa, məhkəmə tərkibi xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçının işlədiyi vəzifənin güzəştli iş stajı hesab edilib-edilməməsinə dair heç bir araşdırma aparılmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın və faktiki xarakterli hərəkətin qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh inzibati orqan kimi iddiaçının müraciəti əsasında inzibati icraatı başlamalı, bu zaman “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati icraatın prinsiplərinə riayət etməklə inzibati icraat aparmalı, son nəticədə inzibati icraatın nəticəsində əsaslandırılmış inzibati akt qəbul etməli və ya faktiki xarakterli hərəkəti icra etməlidir. Məhkəmə tərkibi iddiaçının güzəştli iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ndakı vəzifələrə (peşələrə) uyğunluğuna dair aşağıdakıları qeyd edir. İşdə olan Dövlət arxivinin Şirvan filialının iddiaçıya göndərdiyi xx.xx.2022-ci il tarixli, 08 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 19/k nömrəli əmr əsasında 15 saylı Yol Tikinti İdarəsinə qaynaqçı işinə qəbul olunmuş, xx.xx.1999-cu il tarixdə 16.k nömrəli əmr əsasında işdən azad edilmişdir. İşdə olan Hacıqabul rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 221 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə 40 nömrəli əmr ilə Hacıqabul rayonu X9 X2 idarəsinə elektrik qaynaqçısı işinə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə 35 nömrəli əmr ilə işdən azad olunmuşdur. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının xx.xx.1984-xx.xx.1999, xx.xx.2000-xx.xx.2005-ci illərdəki işlədiyi elektrik qaynaqçısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ (Ümumi peşələr) bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000-19906)” peşəsinə uyğundur. Qeyd olunmalıdır ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir Digər tərəfdən, nəzərə almaq lazımdır ki, iddiaçının işlədiyi vəzifə onun peşə təhsilinə də uyğun olmuşdur. Belə ki, işdə olan 6111 nömrəli atestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilə kimi Bakı Peşə Məktəbinin “elektrik qaz qaynaqçısı" peşəsi üzrə kursu bitirmişdir. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı təhsil və hərbi xidmət illəri, eyni zamanda təqdim etdiyi arayışlardakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından o, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən (xx.xx.2022-ci ildən) 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(120)- 1445/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-110/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-110/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver