Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-111/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 01 iyul 2022-ci il tarixli **********999000 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2472/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi borcunun silinməsi və Bank Hesablarına qoyulmuş sanksiyanın götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının nümayəndəsi X3 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəliqərarın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti l8 may 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin X5 Lənkəran Bölgə şöbəsində qeydə alınmışdır və cəmiyyətə 0506-S4-12 saylı şəhadətnamə verilmişdir. "xxxx" MMC 2006-cı ildə müsabiqə yolu il Özəlləşdirməyə açıq elan edilmiş və 2007-ci ilin iyun ayında özəlləşdirilmiş “X6 Emalı” ASC-nin təsisçisidir. 5 saylı Ərazi Vergilərİdarəsinin onlara göndərdiyi 21 iyun 2022-ci il tarixli, **********30200 məktubunda göstərilir ki, "xxxx" QSC-nin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinmişdir. Belə ki, "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borclarının oldugunu və həmin borcunAzərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamına əsasən silinməsi nəticəsində "xxxx" MMC-yə 2021-ci il üçün 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 3836,11 manat mənfəət vergisi üzrə borcun olması tələbi qoyularaq borc məbləgi kimi hesablanmış və sanksiya qərarı verilmişdir. xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC ilə "xxxx" QSC arasında heç bir vaxt dəyəri ödənilməmiş dəmir yolu daşımaları xidməti və digər əməliyyatlar aparılmamışdır. Bu günə kimi "xxxx" QSC ilə aralarında borcun olub-olmaması barədə qarşılıqlı Üzləşmə aktı tərtib edilməmişdir. Tərəflərindən xx.xx.2022-ci il tarixdə 01 saylı məktubla cavabdehə rəsmi olaraq xx.xx.2021-ci il tarixə kimi "xxxx" MMC ilə "xxxx" QSC arasında heç bir vaxt dəmir yolu daşımaları xidməti və digər əməliyyatlar aparılmamışdır. Odur ki, daşımalara dair sifarişin və müqavilənin olmadıgını, eləcədə borcun olubolmaması barədə üzləşmə aktının olmamasını göstərərək, 5 saylı Ərazi Vergilər İdarəsinə təqdim etmək məqsədi ilə müəssisələrinin xx.xx.2021-ci il tarixə 16722,27 manat borclarının olmaması barədə arayış vermələrini xahiş etmişlər. Yuxarıda qeyd etdikləri kimi onların ümumiyyətlə "xxxx" QSC-yə borcları olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Həmin müddətdən artıq 14 il keçmişdir. Buna görə də artıq tələb hüququ itirilmişdir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutları obyektiv, qərəsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Cavabdeh xx.xx.2022-ci il tarixli, 210597 saylı cavab məktubunda bildirir ki, "xxxx" QSCnın debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli sərəncamı ilə 1989-2014-cü maliyyə illəri üzrə 2021-ci il 01 yanvar tarixinə mövcud olan ümüdsiz debitor borclarısilinmişdir. Qeyd edilən sərəncama əsasən müraciətinizdə göstərilən borc məbləgi ADY- nin uçot məlumatlarından çıxarılmışdır. Hesab edirlər ki, bu cavabla cavabdeh onlarınhaqlı tələblərindən qaçaraq məsuliyyətdən yayınır. Hesab edirlər ki, bu hal onların işgüzar fəaliyyətlərinə çox böyük zərbə vurur, fəaliyyətləri tamamilə dayandırılmışdır. Sahibkarlıq fəaliyyətləri təhlükə qarşısındadır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. "xxxx" QSC-nə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olması və həmin borcun ümidsiz debitor borcu kimi silinməsi nəticəsində "xxxx"nın (VÖEN **********) gəlirləri (mənfəət) formalaşmasına baxmayaraq 2021-ci il üçün mənfəət vergi bəyannaməsi təqdim edilməmişdir. "xxxx" QSC-nə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunuzun silinməsi nəticəsində "xxxx"nın (VÖEN **********) 2021-ci il üçün Mənfəət vergisi bəyannaməsinin 208. “İddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğin qeyd edilməməsi nəticəsində 2021-ci il üzrə 76722,27 manat dövriyyə məbləğinin, 3836,11(76722,27x20%=15344,75-75%) manat isə vergi məbləğinin azaldılaraq vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə təqdim edilmədiyi üçün xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla 3836,11 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd etmək istəyirlər ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələblərinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinəyetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbulundan imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyinəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının qorunduğu pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Vergi ödəyicisi "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün vergi orqanlarında qeydiyyata (VÖEN:**********) alınmış, lakin vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyiüçün dövlət büdcəsinə vergilər üzrə xx.xx.2023-cü il tarixə 5056,10 manat borcu yaranmışdır. "xxxx" MMC iddia ərizəsində bank hesablarına qoyulmuş sərəncamın götürülməsini məhkəmədən xahiş etmişdir. Nəzərə alınması zəruridir ki, "xxxx" MMC-nin hal-hazırda (xx.xx.2023) aktiv bank hesabı yoxdur və bankhesabına sərəncam qoyulmamışdır. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2472/2023 saylı qərarı ilə (hakim Fehruz Abbasov) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 649s nömrəli Sərəncamına əsasən silinmişdir. Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. "xxxx" QSC-nə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olması və həmin borcun ümidsiz debitor borcu kimi silinməsi nəticəsində "xxxx" nın (VÖEN **********) gəlirləri (mənfəət) formalaşmasına baxmayaraq 2021-ci il üçün mənfəət vergi bəyannaməsi təqdim edilməmişdir. "xxxx" QSC-nə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunuzun silinməsi nəticəsində Xəzər Firmasının (VÖEN **********) 2021-ci il üçün Mənfəət vergisi bəyannaməsinin 208. “iddia müddəti ötmüş və kreditorlar tərəfindən silinmiş borclar üzrə gəlir” sətri üzrə həmin məbləğin qeyd edilməməsi nəticəsində 2021-ci il üzrə 76722,27 manat dövriyyə məbləğinin, 3836,11 (76722,27x20%=15344,75-75%) manat isə vergi məbləğinin azaldılaraq vergidən yayınma riskinin olması kimi qiymətləndirilmişdir. Tərəfimizdən xx.xx.2022-ci il tarixli **********233800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək əsaslandırılmış yazılı izahat və ya zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq bəyənnamə təqdim edilmədiyi üçün xx.xx.2022-ci il tarixli **********999000 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla 3836,11 manat əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1665/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli 2-1(120)-2472/2023 saylı qərarında qeyd etmişdir ki, “ mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsinə əsas olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olduğunu, qeyd olunan cəmiyyətlər arasında xx.xx.2021-ci il tarixə kimi dəmiryolu daşımaları xidmətinə dair müqavilələrin və ya digər sənədlərin (üzləşmə aktlarının, qaimə-fakturaların və s.) mövcudluğunu təsdiq edən hər hansı dəlil və ya sübutların təqdim edilməsi təklif olunsa da, vergi orqanı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim olunmamışdır. Vergi orqanı iddiaçıya mənfəət vergisinin əlaqəli məlumatlar əsasında hesablandığını bildirsə də, bu məlumatların nədən ibarət olduğu, hansı mənbədən əldə edildiyi barədə məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmişdir ”Nəzərə alınması zəruridir ki, 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərarın qəbul edilməsinə əsas kimi, ümidsiz debitor borclarının silinməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021 -ci il tarixli 649s nömrəli sərəncamını əsas göstərilmiş və bu sərəncam məhkəmə iclasında təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsi qərarında belə nəticəyə gəlmişdir ki, mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyinə zidd olaraq hesablanmış müvafiq məbləğdə vergi borcunu (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. 5 saylı Ərazi Vergilər İdarəsi qeyd edilən əsaslandırma ilə razılaşmır və Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlirin Azərbaycan mənbəyindən gəlir hesab olunduğunu Məhkəmə kollegiyasının diqqətinə çatdırır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2472/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2472/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 54.0-cı maddəsinə əsasən şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyen edilməsi qaydaları 67.1.Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası və sahəsi istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya muhasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçot və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləsdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlak üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin ve xidmətlərin alınmasına çəkilən xərcləri barəd rəsmi məlumatlar; 67.1.4 vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyriəmlak barədə rəsmi məlumatlar; 67.1.5 vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların fiziki həcmi barədə 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7 vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;
67. 1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri barədə məlumatlar; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1.eyni xüsusiyyətli və ya eyni cinsli malların malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3.fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 iyul 2022-ci il tarixli, **********999000 nömrəliqərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsinə əsas olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olduğunu, qeyd olunan cəmiyyətlər arasında xx.xx.2021-ci il tarixə kimi dəmir yolu daşımaları xidmətinə dair müqavilələrin və ya digər sənədlərin (üzləşmə aktlarının, qaimə-fakturaların və s.) mövcudluğunu təsdiq edən hər hansı dəlil və ya sübutların təqdim edilməsi təklif olunsa da, vergi orqanı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim olunmamışdır. Vergi orqanı iddiaçıya mənfəət vergisinin əlaqəli məlumatlar əsasında hesablandığını bildirsə də, bu məlumatların nədən ibarət olduğu, hansı mənbədən əldə edildiyi barədə məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmə iclasında iddiaya etdiyi etirazın əsası kimi istinad etdiyi halların mövcudluğunu sübuta yetirə bilməmiş, əksinə, iş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-1/2-5046/2023 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" QSC ilə “X6 Emalı” Açıq Səhmdar Cəmiyyəti və ya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dəmir yolu daşımaları xidmətinə dair müqavilə aşkarlanmamışdır. Mübahisələndirilən inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyinə zidd olaraq hesablanmış müvafiq məbləğdə vergi borcunu (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Belə ki, işin müəyyən edilmiş faktiki hallarında görə hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsinə əsas iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əsasən həmin borcun silindiyini, borcun silinməsi nəticəsində "xxxx" MMC-nin gəlirlərinin formalaşdığı, iddiaçı tərəfindən isə bu barədə mənfəət vergi bəyannaməsinin təqdim edilməli olduğu halda həmin bəyannamənin təqdim edilməməsi olmuşdur. Məhkəmə kollegiyası hazırda mübahisələndirilən inzibati aktın “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə və həmin inzibati aktın qəbul edilməsini şərtləndirən hüquq normalarının tələbinə uyğun olub-olmadığını müəyyən etmək üçün aşağıdakı dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 13.2.16.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci bəndinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarını müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən inzibati akt qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" QSC-yə xx.xx.2021-ci il tarixə 76722,27 manat kreditor borcunun silindiyini əsas gətirərək vergi borcu hesablamışdır. Cavabdeh hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamı əsasında iddiaçının borcu silindiyinə görə o mənfəət əldə etmiş və buna görə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən ona mənfəət vergisi hesablanmalıdır. Hansı ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinin məzmunundan açıq görünür ki, borc yalnız kreditor tərəfindən silindiyi halda gəlir hesab oluna bilər. Lakin iş materiallarından görünür ki, sözügedən borc kreditor tərəfindən deyil, ümidsiz borc hesab olunaraq "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli, 649s nömrəli sərəncamı ilə silinmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinin hazırki halda iddiaçıya tətbiq edilməsi və həmin maddəyə əsaslanaraq mənfəət vergisinin hesablanması yol verilməzdir. Göründüyü kimi vergi orqanı hazırda mübahisələndirlən inzibati aktı qəbul edərkən həmin inzibati aktın qəbul edilməsini şərtləndirən qanunvericiliyin yəni, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsini tələbi pozulmuş və onu düzgün tətbiq etməmişdir. Başqa sözlə, qanuni əsas olmadan iddiaçıya vergi borcu hesablamışdır. Yuxarıda qeyd eilən hüquq normalarına görə isə maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və qanunsuz inzibati akt ləğv edilməlidir. Bundan başqa ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında işlərin, xidmətlərin göstərilməsi və yaxud hər hansı işgüzar münasibətlərin olmasına dair sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən dəmir yolu daşımaları xidmətinə dair müqavilələrin və ya digər sənədlərin (üzləşmə aktlarının, qaimə-fakturaların və s.) mövcudluğunu təsdiq edən hər hansı dəlil və ya sübutların təqdim edilməsi təklif olunsa da, vergi orqanı tərəfindən bu barədə məhkəməyə heç bir mötəbər sənəd təqdim olunmamış və məhkəmə araşdırması zamanı da belə bir hal müəyyən olunmamışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-1/2-5046/2023 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" QSC ilə “X6 Emalı” Açıq Səhmdar Cəmiyyəti və ya "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dəmir yolu daşımaları xidmətinə dair müqavilə aşkarlanmamışdır. İş materiallarında olan "xxxx" QSC-nin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin debitor qalığı şəklində borcu mövcud olmuş, lakin həmin cəmiyyətin 1989-2014-cü maliyyə illəri üzrə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar yaranan debitor borcunun heç bir müvafiq təsdiqedici sənədi aşkar edilməmişdir. Bu səbəbdən sözügedən borc ümidsiz hesab olunaraq "xxxx" QSC-nin debitor borclarının tənzimlənməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli, 649s nömrəli sərəncamı ilə silinmişdir. Göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında işlərin, xidmətlərin göstərilməsi və yaxud hər hansı işgüzar münasibətlərin olması müəyyən olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 noyabr tarixli, 649s nömrəli sərəncamından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə yaranmış və xx.xx.2021-ci il tarixə mövcud olan 57630486,38 manat dəyərində ümidsiz debitor borcları silinmişdir. İş materiallarında olan Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********258500 nömrəli məktubundan görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsində olan uçot-baza məlumatlarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-cı il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi uçota alınmış, Vergi orqanında mövcud olan uçot məlumatlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanı ünvan 3il edilməyən ixtisaslaşdırılmış tikinti işləri” olaraq qeyd olunmuş və Uçot məlumat bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2015-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-ci il tarixədək, xx.xx.2016-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayışa əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmiş arayışa əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hal-hazırda fəaliyyəti passiv vəziyyətdədir. İş materiallarında olan Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********258500 nömrəli məktubuna əlavə edilmiş "xxxx" cədvəldən görünür ki, Xəzər Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi fəaliyyəti olmamış və buna görə də vergi məbləği hesablanmamışdır. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixindən xx.xx.2015-ci il tarixinə kimi fəaliyyəti aktiv olsa da, gəliri olmamış və ona vergi hesablanmamış, xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək isə ümumiyyətlə sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmış və hazırda da fəaliyyəti passiv vəziyyətdədir. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 1989-2014-cü il tarixlərində Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə hər hansı müqavilə bağlamamış və Cəmiyyətin xidmətindən istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Əks halda, həmin dövrlər ərzində fəaliyyət göstərib, gəlir əldə etmiş olmalı və buna dair məlumatlar bəyannamələrində əks olunmalı idi. Bundan başqa, cavabdeh vergi orqanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əlavə ounmuş siyahıda adı keçən "xxxx"nın məhz hazırki iddiaçı olmasına dair mötəbər və təkzib olunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əlavə ounmuş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 1989-2014-cü maliyyə illəri üzrə ümidsiz debitor borclarının” X2 adında hüquqi şəxs qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şirvan Apellyasiya Məhkəməsinin sorğusu əsasında ünvanladığı xx.xx.2024-cü il tarixli, **********472000 nömrəli məktubuna əlavə edilmiş "xxxx"a dair siyahıdan görünür ki, Xəzər Firması adı altında 13 (on üç) hüquqi şəxs mövcuddur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir.https://e-qanun.az/framework/46948 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsində qeyd edir ki, xx.xx.2021-ci il tarixə kimi "xxxx" QSC ilə arasında heç bir vaxt dəyəri ödənilməmiş dəmir yolu daşımaları xidməti və digər əməliyyatlar aparılmamış və ümumiyyətlə "xxxx" QSC-yə borcları olmamışdır. Yuxarıda qeyd edilən hüquq normalarına görə cavabdeh inzibati orqan vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirini sübut etmək vəzifəsi daşıyır və vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Cavabdeh vergi orqanı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 649s nömrəli Sərəncamına əlavə ounmuş siyahıda adı keçən "xxxx"nın məhz hazırki iddiaçı olmasına dair mötəbər və təkzib olunmaz sübutları məhkəməyə təqdim edə bilməmiş və bununla bağlı ümumiyyətlə inzibati icraat qaydasında hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən “inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur”. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən inzibati akt «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası “İnzibati Prosessual Məcəlləsi”nin və Azərbaycan Respublikası Vergi Məcəlləsi”nin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə cavabdeh inzibati orqanın 2021-ci il mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixli, **********999000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Hansı ki, Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununa görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (maddə 61.1 və 61.2) Məhkəmə kollegiyası onu da qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 5 saylı Ərazi Vergilər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli qərarı qanunvericliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilən zamanı iddiaçı tərəfindən təqdim edilmiş sübutlar, izahatlar əsassız olaraq nəzərə alınmayaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********999000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2-1(120)-2472/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.