Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-113/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2001-ci ildən xx.xx.2011-ci tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(120)-1679/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2rşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, onun xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanması barədə arayışın verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1679/2023 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” kimi baxılması, həmçinin cavabdeh Dövlət Sosial Müdafiə X12 Şəxsinin cavabdeh siyahısından çıxarılması, cavabdeh kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının qəbul edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, ona xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi üçün həmin dövrlər onun sığorta stajına nəzərə alınmalıdır. Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(120)-1679/2022 saylı qərаrı ilə (hakim Şahəli Musayev) iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə məhkəmə qərarı formal əsaslarla yazılmış və qərarda qeyd edilən qanunvericiliyin normalarının onun iddia tələbinə heç bir aidiyyəti olmadığı təqdirdə həmin qanunvericiliyin tələblərini göstərmişdir. Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət edərək və iddia tələbində 1926-cı il təvvəllüdlü 75 yaşlı xəstə atası X3 ahıl yaşda olarkən ona xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qulluq etdiyi üçün həmin dövrün əmək stajına hesablanması barədə arayışın verilməsinin cavabdeh Dövlət Sosial müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə onun iddia ərizəsini araşdırılmasından mahiyyəti üzrə kənara çıxaraq və ərizədə qeyd etdiklərinə və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün qiymət verməyərək, iddia ərizəsində və tələbində göstərmədiyi halları qeyd edərək ahıl yaşlı şəxsə qulluq etdiyi dövrlərin əmək stajına hesablanması barədə arayışın verilməsi öhdəliyini, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi kimi qiymətləndirilmiş İnzibati İcraat Haqqında Qanunun və İnzibati Prosessual Məcəlləsinin tələblərini pozaraq işə mahiyyəti üzrə və təqdim edilmiş sübutlara qiymət verməmişdir. Məhkəmə qərarında aidiyyatı olmayan iddia tələbinə yəni güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi kimi qiymət vermişdir. Cavabdeh orqanı yəni DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filalı kimi hüquqi qiymət vermişdir. İddia tələbi xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qulluq etdiyi üçün həmin dövrün əmək stajına hesablanması barədə arayışın cavabdeh Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə olmuşdur. Həmçinin məhkəmə qərarının təsvirində tütünün becərilməsi, yığılması və emal edilməsindən əsaslanmışdır. İddiaçının həmin tütünün becərilməsi, yığılması və emal edilməsinə heç bir ayidiyyatı yoxdur. Məhkəmə qərarının təsviri, əsaslanıdırıcı və nəticəvi hissələrinin iddia ərizəsinə və tələbinə heç bir aidiyyatı yoxdur. İddia ərizəsinə və tələbinə aid olmayan formal əsaslarla qərəzli olaraq iddia tələbini rədd etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 edilməsi, hesablanması və yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.8-ci yarımbəndinə əsasən sosial sığorta stajının hesablanması zamanı ahıllara qulluqetmə müddəti aşabıdakı şərtlər əsasında həyata keçirilir: 1.patronajın təyin edilməsi barədə qərara əsasən. 2.Qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən. 3.Qulluq olunan vəfat etmişdirsə, bu yarımbəndirı 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa 21.2.4 müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan hesablanan 1-ci dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa habelə, ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və sığorta müddətidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən X6 edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarının 3.9.1 qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Məhkəməyə təqdim edilmiş Sabirabad rayon İcra Hakimiyyətinin ərazi nüiayəndəsinin və qonşuların iştirakı ilə tərtib edilmiş AKT-dan görünür ki, o, həqiqətən də 1926-cı il təvvəllüdlü 75 yaşlı xəstə atası X3 ahıl yaşda olarkən ona xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qulluq etmişdir. Bununla da məhkəmə araşdırmasını ədalətli aparmamış məhkəməyə təqdim etdyi sübutlara məhəl qoymamış, qanunsuz olaraq iddia tələbini təmin etməmişdir. Göstərilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, e-2-1(120)-1679/2023 saylı qərarının ləğv edilməsini və xx.xx.2001-ci ildən xx.xx.2011 -ci il tarixədək 10 il 3 ay 17 gün qulluq etdiyi dövrün əmək stajına hesablanması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-424/2023 saylı, 30 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(120)-1679/2023 saylı qərаrının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(120)-1679/2023 saylı qərаrının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 13-cü maddəsinin tələblərini pozmuş və bununla da iş üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2023cü il tarixli, 2-1(120)-1679/2023 saylı qərаrı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ahıl qocaya qulluq etməsinə dair aktı və digər iş materialları ilə müəyyənedilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı və pensiya kapitalı olmadığı üçün, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, iş materiallarında olan Sabirabad bələdiyyəsi və qonşuların iştirakı ilə tərtib olunmuş 04 mart 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı işləməklə bərabər atası 1926-cı il təvəllüdlü 75 yaşlı, xəstə 2011-ci ildə vəfat etmiş X3 2001-ci ildən 2011-ci ilədək yəni vəfat etdiyi günədək qulluq etmişdir. İş materiallarında olan Sabirabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin və qonşuların iştirakı ilə tərtib olunmuş 12 iyun 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 2001-ci ildən Sabirabad rayonu, T.Novruzov küçəsi, 42 saylı evdə yaşayan atası ahıl yaşı 75 olan 1926-cı il təvəllüdlü X3 86 yaşında vəfat etdiyi 19 noyabr 2011-ci il tarixədək ona qulluq etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 10 il 03 ay 17 gün müddətin ahıl atasına qulluq etməsi, həmçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi və güzəştli iş stajı, həmçinin pensiya kapitalı olması sübuta yetirilməmişdir. Yəni iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında»Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının istinad etdiyi Sabirabad rayon İca Hakimiyyətinin Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə İcra nümayəndəsinin, Sabirabad Bələdiyyəsinin və qonşuların iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixlivə xx.xx.2023-cü il tarixli aktlar, müvafiq səlahiyyətli orqanlar (o cümlədən Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri) tərəfindən rəsmiləşdirilməməsinə görə ümumi stajı təsdiqləyən müayinə aktı kimi qəbul edilə bilməz. Məhkəmənin gəldiyi bu nəticə “Əmək pensiyaları haqqında” Qanunun və “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən X6 edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın tələblərinə də uyğundur. Şəhər (rayon) icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən tərtib olunmuş aktın mötəbər sübut kimi qəbul edilməli olduğu barədə iddiaçının dəlili əsassızdır. Çünki bu faktın müəyyən olunması üçün qanunla konkret qaydalarla yanaşı, aktı tərtib etməli olan səlahiyyətli orqanlar müəyyən olunmuş və bu orqanların komissiya kimi birgə hərəkət etməsi nəzərdə tutulmuşdur. Aktın tərtibində DSMF orqanı nümayəndəsinin iştirakının zəruriliyi, bu sahədə idarəetməni həyata keçirən orqan olmasından irəli gəlir. Komissiya kollegiallıqprinsipləri əsasında fəaliyyət göstərir. Komissiyanın tərkibində DSMF-nin nümayəndəsinin olmaması, bu komissiyanın səlahiyyətli olmamasına gətirib çıxarır.Ona görə də DSMF-nin nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş akt qanuna uyğun hesab oluna bilməz. Həmçinin iddiaçının bu cür akt tərtib olunması üçün DSMF orqanına müraciət etməsi də iş materiallarından müəyyən olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia ərizəsində göstərib-göstərməməsindən asılı olmayaraq düzgün iddia növünün və ya tələbinin seçilib-seçilmədiyini məhkəmə müəyyən edir. Həlledici olan, iddiaçının ərizəsində irəli sürdüyü tələb ilə nəyə nail olmaq istədiyini göstərməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahatında hazrkı tələbi qəbul etmədiyini, yəni, iddiaçı tərəfindən “xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmədiyini bildirmişdir. İzahatında bildirmişdir ki, iddiaçının hüquqi marağı xx.xx.2001-ci ildən 18 noyabr 2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca, ahıl, yaşlı atasına qulluq etdiyi üçün sosial sığorta stajının hesablanması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ndən ibarət olmuşdur. İş materiallarından görünür ki, həqiqətən də iddiaçının ilkin iddia tələbi “xx.xx.2001-ci ildən 18 noyabr 2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca, ahıl, yaşlı atasına qulluq etdiyi üçün sosial sığorta stajının hesablanması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ndən ibarət olmuş və iddiaçı həmin məzmunda ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iclasında da iddiaçının vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermədiklərini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım etməli və tələbin hüquqi marağına uyğun dəyişdirməyi (dəqiqləşdirməyi) iddiaçıya təklif etməli idi. Hüquqi təklif edərkən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.8-ci maddəsinin 3-cü bəndinin şərtlərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrinin tələbi baxımdan müzakirə etməli idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: ... 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; ... Göründüyü kimi ahıllara qulluq etmə müddəti sığorta stajına daxil edilir. Bunun üçün isə yuxarıda qeyd edilən sənədlər mövcud olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili də məhz həmin sənədin əldə edilməsindən ötrü məhkəməyə müraciət etdiyini bildirmişdir. Beləliklə də birinci instansiya məhkəməsinin qərarında əks olunan dəlillərdən fərqli olaraq Apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddianı qaldırmaqda marağı xx.xx.2001-ci ildən 18 noyabr 2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca, ahıl, yaşlı atasına qulluq etdiyi üçün sosial sığorta stajının hesablanması barədə arayışın (aktının) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi isə xx.xx.2001-ci ildən xx.xx.2011-ci il tarixədək 10 il 3 ay 17 gün qoca ahıl yaşlı atasına işləməklə yanaşı qulluq etdiyi müddətin sosial sığorta stajına hesablanaraq hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması” barədə iddia tələbinə baxaraq iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrar baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim olunmuş sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(120)-1679/2023 saylı qərаrı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2-1(120)-1679/2023 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.