Məhkəmə qərarları › İş №2-1(106)-114/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-114/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-114/2025 01.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Şirvan İnzibati Məhkəməsinin N2 dekabr 2023-cü il tarixli, 2-N(N20)-86N/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərar qəbul etdi. İ. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N992-ci il Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmətə Bakı şəhər Şubanı qəsəbəsində yerləşən N saylı hərbi hissədə xidmətə başlamış, xidmət dövründə hərbi hissə komandirinin əmri ilə döyüş bölgəsinə ezam olunmuşdur. Ağdam, Tərtər, Ağdərə və Fizuli rayonlarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş, bu faktlar hərbi biletinin 7-ci səhifəsində N8-ci qrafada qeyd edilməklə hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Xidmətini tam başa vuraraq xx.xx.N996-cı il tarixdə ehtiyata tərxis olunmuşdur. Müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi üçün Müdafiə Nazirliyi aparatının nəzdində veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etmiş, lakin barəsində müsbət qərara qəbul edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) N2 dekabr 2023-cü il tarixli, 2- N(N20)-86N/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N06)-247/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkib) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)- 2045/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər XN (məruzəçi), X4 və X3 ibarət tərkib) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 aprel 2024-cü il tarixli, 2-N(N06)-247/2024 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmamasına qiymət verməmiş, həmçinin N2 may N994-cü ildə döyüş əməliyyatları dayandırılmış olsa da, məhkəmə iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək döyüşlərdə iştirak etdiyini qeyd etmişdir. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh tərəfin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işin hallarına əsasən məhkəmə iclasını iddiaçının və cavabdeh tərəfin iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçı əvvəl iştirak etdiyi məhkəmə iclaslarında iddiasını müdafiə edərək bildirmişdir ki, o, N992-N993-cü illərdə qısa müddətlər Qubadlı rayonuna ezam olunmuşdur. Lakin ezam olunduğu hərbi hissənin nömrəsi tam yadında deyil, səhv etmirsə N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı suallara cavab olaraq həmçinin bildirmişdir ki, Ağdam, Tərtər, Ağdərə və Fizuli rayonlarında döyüşməsi barədə əsgər yoldaşlarından heç kimi xatırlamır, o, həmçinin Qubadlı rayonuna ezam olunsa da, oradan Ağdam, Tərtər, Ağdərə və Fizuli rayonlarına getməsi, konkret hansı döyüş əməliyyatlarında hansı hərbi vəzifəni icra etməsi barədə suallara cavab verə bilməmişdir. İV. Maddi və prosessual normalar: - Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qeyd olunan maddələrinə əsasən; -2.2.2. maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -3.3.İnzibati mübahisələrə apellyasiya qaydasında Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. 8.N.3.inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. -33.N. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -34.N.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.N-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. -“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinintərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. V. Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən: İddiaçıya məxsus xx.xx.N992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, N497 nömrəli, eləcə də Şirvan Apellyasiya Məhkəməsinin sorğularına əsasən cavablandırılmış 24 fevral 2025-ci il tarixli, N4 may 2025-ci il tarixli, arxiv arayışları, əmrdən çıxarışlar ilə müəyyən olunur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N5 nömrəli əmri ilə “sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək sıravi hərbi rütbəsi verilməklə baş operator vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 33 nömrəli əmrində iddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək 08 dekabr N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 39 nömrəli əmri ilə baş operator, yefreytor İddiaçı kiçik çavuş hərbi rütbəsi verilmişdir. Müdafiə nazirinin 30 sentyabr N996-cı il tarixli müvafiq əmrinə əsasən, Biləsuvar RHKnın çağırışçısı, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, döyüş əməliyyatları aparılan dövrdə noyabr N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə arxiv sənədlərində məlumat yoxdur. N nömrəli hərbi hissə komandinin N7 fevral N992-ci il tarixdən 3N may N994-cü il tarixə qədər olan nizami hissə üzrə əmrlərində İddiaçı N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi bilet mötəbər sübut hesab edilir və həmin hərbi biletdə (təsdiq edilmiş) iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı tarixədək N nömrəli hərbi hissəni tərkibində iştirak etməsi ilə bağlı müvafiq qeydiyyat aparılmışdır. Eyni zamanda, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, N497 nömrəli arxiv arayışından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli N5 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək, “sıravi” hərbi rütbəsi verilməklə baş operator vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 33 nömrəli əmrində iddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək, 08 dekabr N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin NN yanvar N993-cü il tarixli 5 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N yanvar N993-cü il tarixli N0 nömrəli əmrində iddiaçının ezamiyyətdən qayıdaraq qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 39 nömrəli əmri ilə baş operator, yefreytor İddiaçı “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən Biləsuvar RHK-nın çağırışçısı, baş operator, çavuş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N noyabr N996-cı il tarixli 2N3 nömrəli əmri ilə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Biləsuvar RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. Cavabdeh imtina və etiraz ərizələrində “Döyüş əməliyyatları aparılan dövrdə noyabr N992ci il tarixdən xx.xx.N993-cü il tarixədək döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə arxiv sənədlərində məlumat olmadığı” halına istinad etmişdir ki, qeyd edilən istiqamətdə məhkəmə tərəfindən araşdırma aparılmış və iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, N497 nömrəli arxiv arayışına əsasən, N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli 33 nömrəli əmrində iddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə getmiş hesab edilərək, xx.xx.N992-ci il tarixdən qazan təminatından çıxarılması barədə məlumatın olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə cavabdehin imtinasının qanunazidd və iddiaçının hüquqlarının pozulması halı kimi qəbul edir. İddiaçı xx.xx.N992ci il tarixdən xx.xx.N996-cı tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyindən, ezamiyyət əmrlərinin olduğu müəyyən edildiyindən, eyni zamanda qanuni əsaslarla hərbi hissədən tərxis olunduğundan (hərbi biletində müvafiq qeydiyyat aparılmışdır və müvafiq əmrlər vardır) о, müharibə veteranı sayılır və bu barədə ona müvafiq vəsiqə verilməlidir. Qeyd olunan funksiyaları hərbi qulluqçulara münasibətdə hal-hazırda Müdafiə Nazirliyi həyata keçirdiyi üçün iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin əvvəlki hakim tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə aşkar qeyd olunmuşdur ki, “Müharibə veteranı adı...döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş...hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan hissəsinin mənasına görə, yalnız rəsmi sənədlərlə təsdiq olunduğu halda, hərbi biletdə olan məlumatın mötəbərliyi qəbul olunur. Belə ki, yuxarıda istinad edilən arxiv arayışlarında iddiaçının məhz, döyüş bölgələrinə (Qubadlı rayonu istisna olmaqla) ezam olunması, bilavasitə döyüşlərdə iştirak etməsi və ya döyüş təminatı tapşırığını yerinə yetirməsi barədə heç bir məlumat yoxdur. Əksinə, arayışların sonuncu abzasında qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının döyüş əməliyyatları bölgəsinə ezamiyyətə getməsi barədə məlumat aşkar olunmamışdır. İddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə getməsi ilə bağlı qeyd edilməlidir ki, iş materiallarında onun Qubadlı rayonuna xidməti ezamiyyətə göndərilməsi barədə ezamiyyə vərəqəsi, eləcə də ezamiyyətin məqsədi, iddiaçının doğrudan da Qubadlı rayonunda döyüşlərdə iştirak etməsi və ya döyüş təminatı tapşırığını yerinə yetirməsi barədə heç bir mötəbər sübut yoxdur. Apellyasiya baxışında iştirak etdiyi məhkəmə iclaslarında da iddiaçı ümumiyyətlə Qubadlı rayonu ərazisində hansı hərbi hissəyə ezam olunması ilə bağlı məlumat verə bilməmiş, hər hansı döyüş yoldaşının adını çəkə bilməmiş, yalnız təqribən ezam olunduğu hərbi hissənin N saylı olmasını bildirmiş, lakin sorğu əsasında 46N saylı hərbi hissədən N saylı hərbi hissəyə ezam olunma ilə bağlı hərbi hissə komandirinin hər hansı əmri aşkar olunmamışdır. Beləliklə də, iddiaçının Qubadlı rayonuna xidməti ezamiyyətə göndərilməsinin məqsədi, orada döyüşməsi və ya döyüş təminatı tapşırığını yerinə yetirib-yetirməməsi ilə bağlı apellyasiya icraatında əlavə araşdırmalar aparılmış, qeyd edilən halların müəyyən edilməsi iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən arxiv arayışlarında iddiaçının onun məhz, döyüş bölgəsinə (Qubadlı rayonu istisna olmaqla) ezam olunması, döyüşlərdə iştirak etməsi və ya döyüş təminat tapşırığını yerinə yetirməsi barədə mötəbər sübutlar müəyyən olunmamışdır. Nəticə olaraq, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, mübahisələndirilən qərar qanunsuz və əsassızdır, qərarın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunur. Ona görə də apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin N2 dekabr 2023-cü il tarixli, 2-N(N20)-86N/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin olunmasın. Qərar rəsmi qaydada təqdim olunduğu gündən 0N ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar